Azərbaycan-Türkiyə təlimlərinin yekun nəticələri – Ekspert şərhi

Azərbaycan-Türkiyə təlimlərinin yekun nəticələri – Ekspert şərhi"Hər bir təlim istər hərb sahəsində tətbiqi, istərsə də mülki həyatda istifadəsi üçün öyrənilən və tədris olunan nəzəriyyənin davamı, onun təcrübədə tətbiqinin praktiki sınağıdır. Bu baxımdan da ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanının təsdiq etdiyi plana əsasən, mütəmadi hərbi təlimlər keçirilir".

Bunu "MediaPost"a açıqlamasında ehtiyatda olan zabit, hərbi ekspert Abuzər Əbilov deyib.

O bildirib ki, indiki təlimlərə Türkiyə Respublikasının hərbi kontingentinin cəlb edilməsinə siyasi prizmadan baxmaqdan uzaqdır. Çünki bu tipli təlimlər əvvəl də müxtəlif qoşun növlərinin cəlb edilməsi ilə aparılıb:

"Qazandığımız yenə də birlikdə hərbi fəaliyyət metodları, qoşunların və qoşun növlərinin NATO standartlarına daha da yaxınlaşdırılmasıdır. Ən əsası isə son günlər cəbhədə olan hadisələr fonunda hər iki silahlı qüvvələrin bu iki xalq üçün psixoloji və ideoloji yüksəliş və güvən qazancı olmasıdır. Birgə əməkdaşlığımızın tarixi, sovetlər dönəmindən sonrakı xətti misal götürsək, hələ ki, gəncdir. Lakin türk tarixində bizim əlaqəmizin, müştərək əməkdaşlığımızın tarixi böyükdür.

Azərbaycan-Türkiyə təlimlərinin yekun nəticələri – Ekspert şərhiAzərbaycan Qafqaz regionunda çox da böyük olmayan respublikalardan biridir. Hazırda geostrateji baxımdan ona düşmən, yaxud loyal mövqedə duran dövlətlərlə sərhəddir. Belə olan halda mütləqdir ki, özünə strateji və hərbi əməkdaşlıqda dayanıqlı ola biləcək tərəflərə üstünlük versin. Ərazidə isə bizə daha yaxın və daha etibarlı dövlət Türkiyədir. Bunun əsaslarını açıqlamaq çox vaxt aparar. Lakin biz həmişə qardaşımız olan Türkiyənin dayanıqlı dəstəyini həm siyasi, həm hərbi aspektdə görmüşük. Bu əməkdaşlıq sübut edir ki, Azərbaycan öz əraziləri uğrunda aparacağı hərbi əməliyyatlarda Türkiyə Respublikasının dəstəyini hər zaman görəcək".

Hərbi ekspertin fikrincə, təlimlər qoşunlar arasındakı qarşılıqlı əlaqə və digər prinsiplərin bir daha yenilənməsi və onların həyata keçirilməsi fonunda aparılıb:

"Müasir texnologiya, fərqli taktikalar, yeni hərbi idarəetmə, maddi-texniki təchizat və qoşunların hərtərəfli təminatının çatdırılması kimi məsələlər təlimlərin əsas tərkib hissəsi idi. Gəlin etiraf edək ki, müasir müharibə aparma tezisləri illər əvvəl qəbul olunmuş taktika və nizamnamələri yeniləyir və bir sıra köhnə taktikaları inkar edir. Məsələn, adi kəşfiyyat metodlarına baxsaq, illər öncə bu hərbi anlayış üçün insan resurslarından istifadə olunurdu. Bu da döyüş itkilərinə, məlumatların operativ çatdırılmasına, təhlilinə, emalına və aidiyyəti üzrə çatdırılmasına, qərar qəbuletmə prosesinin aparılması sürətinə və keyfiyyətinə tələb olunan vaxt baxımından əngəl törədirdi. Lakin hazırda bu kimi taktiki elementlər üçün pilotsuz uçuş aparatlarından (PUA) istifadə olunur və məlumatlar şifrələnmiş şəkildə canlı yayım rejimində ötürülür. Bu da döyüş tapşırıqlarının daha da operativ həlli üçün böyük əhəmiyyətli müsbət meyardır. Müasir müharibələrdə cəldlik, operativlik və dəqiqlik inkar olunmaz amildir. Bu təlimlər müasir təchizatımızın yararlılığını və dayanıqlığını isbat etdi".

Azərbaycan-Türkiyə təlimlərinin yekun nəticələri – Ekspert şərhiA. Əbilovun sözlərinə görə, Azərbaycan Müstəqillik aktını qəbul edəndən bu günə kimi əməkdaşlıq artan templə davam edir:

"İqtisadi və siyasi əməkdaşlıqdan əlavə, hərbi əməkdaşlığımız da inkişafdadır. Türkiyədə Azərbaycan hərbçilərinin tədris və təlimləri, onların Türkiyənin ən nüfuzlu hərbi təhsil müəssisələrində nümayəndəliyi, texnika, silah-sursat, xüsusi və adi vasitələrin alınması, onların müasir müharibə aparma kontekstində istifadəsi və s. bu əməkdaşlığın davamlı olacağının şəksiz və sözsüz sübutudur".

Qeyd edək ki, Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında hərbi əməkdaşlıq haqqında sazişə əsasən, illik plana uyğun olaraq ölkəmizdə hər iki ölkənin quru qoşunları və hərbi hava qüvvələrinin iştirakı ilə iyulun 29-dan başlayan hərbi təlimlər avqustun 10-dək davam edib. Genişmiqyaslı döyüş atışlı taktiki və taktiki-uçuş təlimlərində Türkiyə Silahlı Qüvvələrinin şəxsi heyəti iştirak edib.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 915   Tarix: 10 avqust 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

"Su çənimizi yığışdırdılar ki, şəhərin gözəlliyini pozur..." - Daha bir SU PROBLEMİ - ŞİKAYƏT - AÇIQLAMA

ın redaksiyasına su ilə bağlı növbəti şikayət daxil olub. Belə ki, Təhminə Babayeva adlı şikayətçinin sözlərinə görə, Nizami rayonu "Naxçıvanski" 94B ünvanında gündüz saat 11-də suyu azalda-azalda tam kəsirlər, axşamüstü 6, 7-də yenidən açırlar:. "Gecə 12-yə işləmiş isə yenə kəsirlər

18.09.2021 880
.

Azərbaycanda milli dronlar hazırlanıb - VİDEO

Milli Elmlər Akademiyasının Yüksək Texnologiyalar Parkında xüsusi təyinatlı dronlar hazırlanıb. -ın məlumatına görə, pilotsuz uçuş aparatları sifarişlər əsasında yerli mütəxəssislər tərəfindən hazırlanıb. Dronlari uçuş vaxtları, yükdaşıma və küləyə davamlılığı ilə fərqlənir. Həmçinin uçuş trayektoriyasını

18.09.2021 428
.

Şimşək çaxıb, leysan yağıb

Ölkə ərazisində hökm sürən faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, saat 21.00-a olan məlumata əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Sarıbaş(Qax), Sahdağ, Zaqatala

17.09.2021 1179
.

Paşinyan Batumidə "yoxa çıxdı"

Bir neçə gün əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Gürcüstana rəsmi səfər edib. Onun səfəri Batumi şəhərində başa çatıb. Rəsmi məlumata görə, onunla Gürcüstanın baş naziri arasında qeyri-rəsmi görüş olub. Batumiyə səfər Ermənistan cəmiyyətinin əhəmiyyətli bir hissəsi və xüsusən də bəzi Rusiy

18.09.2021 774
.

Türkiyəli professor: "Yoluxma azalmasa, qapanmaya getməli olacağıq"

"Tam qapanma yoluxma sayındakı artımdan sonra yenidən gündəmə gələ bilər". "Report" "Posta"ya istinadən xəbər verir ki, bunu türkiyəli professor Faruk Aydın deyib. "Qış çox ağır keçəcək. Qapanmaya getməmək üçün mübarizə aparırıq. Amma yoluxma sayını azalda bilməsək

18.09.2021 1281
.

Təhsil Nazirliyindən tələbələrə ŞAD XƏBƏR

Oktyabrın əvvəlindən təhsil tələbə kreditlərinin verilməsinə başlayacağıq. XəzərXəbər xəbər verir ki, bunu Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli Trend-in sualını cavablandırarkən deyib. N.Məmmədli bildirib ki, kreditin verilməsi qaydası da müyyənləşdirilib:

18.09.2021 2497
.

MN: "Minaatan bölmələri hədəflərə döyüş atışları yerinə yetirir" - VİDEO

2021-ci ilin döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Ordusunun minaatan bölmələri ilə keçirilən intensiv döyüş hazırlığı məşğələləri davam edir. Müdafiə Nazirliyindən BİG.AZ-a verilən məlumata görə, məşğələlərdə batareyanın atəş mövqeyini tutması və komanda müşahidə məntəqəsinin açılması tapşırıqlar

18.09.2021 245
.

Tanınmış mədəniyyət xadimləri Şuşada

Azərbaycanın tanınmış mədəniyyət xadimləri Şuşada səfərdədirlər. Unikal.org-un məlumatına görə, mədəniyyət xadimləri Şuşaya səfər çərçivəsində burada keçiriləcək Üzeyir Hacıbəyli XII Beynəlxalq Musiqi Festivalına qatılacaq, dahi bəstəkarın ölməz əsərlərini 29 ildən sonra işğaldan azad edilən Üzeyir yurdund

18.09.2021 814
.

İstirahət gününün havası açıqlandı

Sentyabrın 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 18-21 isti, gündüz 25-28 isti

18.09.2021 459