"Beş-altı evləri var, satıb dolansınlar" – Hafiz Hacıyev

"Beş-altı evləri var, satıb dolansınlar" – Hafiz HacıyevAzərbaycanda koronavirus epidemiyasına görə kütləvi mərasimlər, o cümlədən toylar təxminən 5 aydır ki, qadağan edilib, kafe və restoranlar işləmir. Avqustun 5-də sərt karantin rejimi yumşaldılsa da, kütləvi tədbirlərin keçirilməsinə qoyulan qadağa qüvvədə qaldı. Bu isə qazancı toylardan çıxan sənət adamlarının etirazına səbəb olub. Onların bəzisi "5 aydır heç nə qazanmadıqlarını" dilə gətirərək etiraz edirlər.

Məsələ ilə bağlı Yenisabah.az-a danışan Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev etiraz edən məşhurların mövcud vəziyyətlə barışmalı olduğunu qeyd edib:

"Açığı, karantinlə əlaqədar bəzən düzgün olmayan qərarlar qəbul edirlər. Marketlər açılır, amma dərzilər, paltar mağazaları açılmır, halbuki o mağazalara gündə beş-on nəfər gedir. Supermarketlərə gündə minlərlə insan daxil olur, heç ara məsafəsi də qorunmur. Bir şadlıq sarayında yüzlərlə işçi çalışır. Onların fəaliyyətini dayandırıb, evə doldurmaqla olmur, onlar da ac qalır axı. Qaldı ki, bəzi imkanlı insanlara, müğənnilərə toylar olmasaydı onlar 200 minlik "Range Rover" sürə bilməzdilər. Dözməliyik, bu bütün dünyada gedən prosesdir. Dövlət nə edirsə, xalqdan ötrü edir ki, yoluxma sayı artmasın. Müğənnilər də bir az dözməlidir. Apasınlar maşınlarını satsınlar, çörək yesinlər. İndi biz bunları deyəndən sonra düşəcəklər üstümüzə ki, belə dedilər, amma hamını nəzərə almalıyıq".

Partiya sədri qeyd edib ki, Azərbaycanın inkişafını istəməyən qüvvələr var, onların mövcud vəziyyətdən yararlanmasına imkan vermək olmaz:

"Bu xalq, dövlət bizimdir. Bəzi əngəl yaratmaq istəyən qüvvələr var və bu qara qüvvələr belə şeylərdən istifadə etmək istəyirlər. Gərək onların əllərinə fakt verməyək, bu baxımdan bir az dözmək lazımdır, səbirli olmaq lazımdır. Ölkə prezidenti ağıllı insandır, hər şeyi düşünür, hesablayır. Düşünürəm ki, Nazirlər Kabinetinin növbəti iclasında bunlar nəzərə alınacaq. O etiraz edən müğənnilər belə çıxır ki, əldəyməz insanlardır, ömürlərinin axırına qədər firavan yaşamalıdırlar? Gündə qara ikra, qırmızı ikra yeməlidirlər? Nə olar, onlar da Azərbaycan xalqının bir parçasıdır. Ayda 200-250 manat alan müəllim, həkim necə dözür? Neçə aylardır işsiz qalan günəmuzd işləyənlər necə yaşayırlar? Onları da nəzərə almalıdırlar. Hamımız bilirik ki, vəziyyət gərgindir, insanların maddi vəziyyəti yaxşı deyil. Biz müharibə şəraitində yaşayan ölkəyik, buna da dözüb, yola vermək lazımdır. Bizim hörmətli müğənnilərimiz də fikirləşməlidirlər ki, eybi yoxdur, ilin 12 ayı işləyiblər, 3-4 ay da büdcələrində olan pullardan yesinlər. İki maşın əvəzinə birini sürsünlər. xarici dövlətlərə səfərə getməsinlər, 4-5 ay da dözsünlər. Hamımız o vəziyyətdəyik. Bundan sui-istifadəyə yol vermək olmaz. Belə vəziyyətdən istifadə edən qüvvələr var. Millətin zəif damarından tutub müəyyən işlər görə bilərlər, biz buna imkan verməməliyik. Burda da mikrofon tutub zırıldayanlardan istifadə edə bilərlər. Məncə, Firuzə İbadova kimi korifey bir müğənni bunu etməz. Hətta ac da qalsa, bunu abırına, ismətinə sığışdırıb etməz. Məsələn, Cavanşir Məmmədov etməz. Çünki onlar vətənini, millətini sevən insanlardır. Amma bu danışanların hərəsinə 5-6 ev veriblər, hər nazir keçirdiyi əyləncədə bi ev verib. Onların iki-üçünü satsınlar, dolansınlar, dünyanın axırı deyil ki".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 1923   Tarix: 05 avqust 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

"Nisə Qasımovaya halallıq vermirəm" - Ceyran Haşımova

"Xalq artisti adını daşıyan bir müğənni var ki, efirə çıxıb hər şeydən danışır, amma üzvü olduğu "Lalə" qızlar ansamblının adın çəkmir. Halbuki o, ilk addımlarını bu ansamblda atıb. Nankorluqlarını qəbul edirəm, halallıq vermirəm". Axşam.az xəbər verir ki, bunu Xalq artisti Ceyra

29.04.2024 1009
.

Kıvanç Tatlıtuğ Çağatay Ulusoyla küsülü olması barədə iddialara cavab verib

Aktyor Kıvanç Tatlıtuğ həmkarı Çağatay Ulusoyla küsülü olması barədə iddialara cavab verib. xəbər verir ki, bu barədə türk mətbuatı bildirib. "Bəziləri şayiə yayırlar. Cavab verməyə belə ehtiyac duymuram. Məgər dostluq "Instagram"da bir-birini izləməklə ölçülür?" ,- deyə o qeyd edi

30.04.2024 294
.

"Mənə görə nə qədər insan pul qazanır"

"Çox zaman insanlar biz sənətçilərin pərdəarxasında olan həyatımızı görmürlər. Bizim gördüyümüz iş çox əziyyətlidir. Qaça-qovdayıq. Fatiməni tanıyanlar bilirlər ki, dayanmadan çalışır, fikirləşir və yeniliklər axtarır". Axşam.az xəbər verir ki, bu sözləri rəqqasə Fatimə Fətəliyeva "Günaydın

27.04.2024 487
.

Günaydan sevgilisi ilə bağlı paylaşım - Video

Müğənni Günay İbrahimli paylaşımı ilə diqqət çəkib. Axşam.az xəbər verir ki, sənətçi sevgilisi ilə avtomobildən video yayımlayıb. Videoda sevfilisinin Günaya gül alması əks olunub. İfaçı onun üzünü göstərməməyə çalışıb

29.04.2024 984
.

Murat Dalkılıç 9-cu dəfə əməliyyat keçirdi- FOTO

9-cu dəfə əməliyyat keçirən müğənni Murat Dalkılıç burun əməliyyatı olub. xəbər verir ki, əməliyyatdan sonra o ilk dəfə görüntülənib. Müğənninin yeni görünüşü Maykl Ceksona bənzədilib

29.04.2024 685
.

"Ailəmizin birlikdə olduğu son məclis" - FOTO

Nəvəsi Rəfiqə mərhum Əməkdar artist Cavanşir Məmmədovla bağlı yeni paylaşım edib. Axşam.az xəbər verir ki, o, öz nişan günündən foto yayımlayıb. Rəfiqə bildirib ki, son dəfə ailəsi həmin məclisdə bir arada olub. "Ailəmizin birlikdə olduğu son məclis" deyə, o, paylaşıma yazıb. Qeyd edək ki

29.04.2024 996
.

"Hər gün buna görə məktəbdən evə göndərilirdim"

Əməkdar artist Kəmalə Müzəffər "Dikdaban" verilişində qonaq olub. Axşam.az xəbrə verir ki, aktrisa uşaqlıq illərindən dikdaban ayaqqabıya marağı olduğunu bildirib:. "Mənimlə məktəbdə oxuyanlar bilir. O vaxt ibtidai sinif 3-cü sinfə qədər idi. Üçüncü sinfi bitirən kimi gözüm ancaq dikdaba

29.04.2024 945
.

Qonca Vuslateri ana oldu

Türkiyəli aktrisa Qonca Vuslateri ana olub. Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktrisanın qızı dünyaya gəlib. O, övladına Asya adını verib. Qeyd edək ki, Qonca martda Levent adlı şəxslə ailə qurub

26.04.2024 542
.

Vəfa Moskvada hava limanında saxlanıldı - VİDEO

Tanınmış müğənni Vəfa Şərifovanın başına iş gəlib. xəbər verir ki, sənətçi toy mərasimində iştirak etmək üçün Rusiyaya üz tutub. O, Moskvadakı Domodedovo hava limanından paylaşım edərək üzləşdiyi çətinliyi izləyiciləri ilə bölüşüb. Vəfa ac-susuz vəziyyətdə, artıq ölmək üzərə olduğunu dilə gətirib. Saatlarl

27.04.2024 25776