Könül Nurullayeva dünya ictimaiyyətinin diqqətini ermənilərin nifrət zəminində törətdiyi cinayətlərə yönəldib

Könül Nurullayeva dünya ictimaiyyətinin diqqətini ermənilərin nifrət zəminində törətdiyi cinayətlərə yönəldibMillət vəkili, Azərbaycanın AŞPA-dakı Nümayəndə Heyətinin üzvü Könül Nurullayeva Avropa mətbuatında dərc edilən məqaləsində ABŞ və Avropada yaşayan Azərbaycanlıların dinc aksiyalarında ermənilərin nifrət zəminində törətdiyi cinayətlərə diqqət çəkib.

"Report"un məlumatına görə, məqalədə xaricdə yaşayan azərbaycanlıların dinc aksiyalar keçirməsinin başlıca səbəbinin iyulun əvvəlində Ermənistan silahlı qüvvələrinin sərhədyanı Tovuz əyalətindəki Azərbaycan mövqelərinə artilleriya silahları ilə hücum etməsi, ardınca sərhəd kəndlərində yaşayan mülki əhalini atəş altında saxlaması və qətlə yetirməsi olduğu qeyd olunub.

"Məlumdur ki, Ermənistan bu təxribatın törədicisi kimi Azərbaycanı günahlandırmaqla məsuliyyətdən yayınmağa çalışsa da, Bakının Ermənistanla beynəlxalq səviyyədə tanınan dövlət sərhədinə Tovuzda-Azərbaycan üçün çox böyük strateji əhəmiyyət kəsb edən bölgəyə belə bir hücumu həyata keçirmək üçün hərbi məqsədinin olmadığı aydındır. Çünki Azərbaycanı Avropaya bağlayan enerji və nəqliyyat layihələri - xüsusilə, Tovuz rayonunun ərazisindən keçən Bakı-Tbilisi-Ceyhan neft kəməri və Bakı-Tbilisi-Ərzurum qaz kəmərini vacibliyini qeyd etməliyik"- deyə K.Nurullayeva bildirib.

Məqalədə həmçinin vurğulanır ki, Bakı həmişə Azərbaycan-Ermənistan münaqişəsinin sülh yolu ilə həllini dəstəkləyir, ABŞ, Fransa və Rusiyanın həmsədrlik etdiyi sülh prosesində konstruktiv yanaşma nümayiş etdirir: "Lakin qarşı tərəfdə bu konstruktivliyi müşahidə etmək mümkün olmayıb. Elə xaricdəki dinc etiraz aksiyalarında da sabitliyi pozan erməni diasporunun təmsilçiləri olub. Ermənilər sərhəddə törədikləri təxribatın ardınca Azərbaycanın xaricdəki diplomatik nümayəndəliklərinə hücum etdilər. Belə təxribatlardan bir neçəsi məhz ABŞ-da həyata keçirilib. 21 iyul tarixində Azərbaycanın Vaşinqtonda yerləşən Səfirliyinin giriş darvazasına naməlum şəxslər tərəfindən üzərində Azərbaycan əleyhinə yazıları əks etdirən baner bağlanıb və erməni media, mətbuat vasitələrində nümayiş etdirilib. Daha bir təxribat və hücum Los Anceles şəhərində baş verdi, bir qrup erməni Azərbaycanın Los Anceles şəhərindəki Baş Konsulluğunun yerləşdiyi binanı əhatəyə alaraq, dinc aksiya keçirən Azərbaycan icması üzvlərinə hücum edərək, biri qadın olmaqla yeddi nəfər azərbaycanlının müxtəlif dərəcəli bədən xəsarətləri yetirdilər. Los Anceles polisi hücumlarla yanaşı, nifrət cinayətlərinə görə cinayət işi açıb. Baş verənlərlə bağlı Azərbaycan XİN-ə çağırılan ABŞ-ın Azərbaycadakı səfiri Earle Litzenberqer bu hücumun heç bir əsasının olmadığını vurğulayıb. Səfir əlavə edib ki, ABŞ söz azadlığı hüququnu dəstəkləsə də, ermənilərin bu hərəkətləri tamamilə qəbuledilməzdir. Həmçinin iyulun 22-də Belçikada yaşayan ermənilər Brüsseldəki Azərbaycan Səfirliyi və Avropa İttifaqı yanında Nümayəndəliyinin qarşısında nümayiş keçirdilər. Ermənilər binaya daş, kəsici alətlər və partlayıcı maddələr ilə hücum edərək, 6 Azərbaycan vətəndaşını, habelə "REAL TV" nin Avropa bürosunun əməkdaşını yaraladılar. Binaya və Azərbaycan icmalarından birinə məxsus bir avtomobilə ziyan vurmaqla yanaşı, diplomatların ailələrinin yaşadığı əraziyə hücum cəhdi də oldu"

Məqalədə K.Nurullayeva xüsusilə erməni gənclərin terror təşkilatı-ASALA-nın simvollarını əks etdirən geyimlərdə aksiyalara qatılmasına diqqət çəkərək, terror təşkilatının qanlı tarixini də xatırladır: "Aksiyada iştirak edən ermənilərin əksəriyyəti üzərində ASALA (Ermənistanın Azadlığı uğrunda Gizli Erməni Ordusu) yazılan və müvafiq rəmzlərin əks olunduğu geyimlərdə olan gənclər idi. 1975-ci ildə yaradılan ASALA təşkilatı Yaxın Şərqdə və Avropada fəaliyyət göstərib. ABŞ ASALA-nı terror təşkilatları siyahısına daxil edib. Yeri gəlmişkən, Belçika polisi də bir neçə ermənini saxlayıb. İyulun 24-də Avstraliya Federal Polisi tərəfindən Azərbaycanın Avstraliyadakı səfirliyinə planlaşdırılan hücumun da qarşısı alınıb".

Məqalədə o da qeyd olunur ki, Ermənistan sülh danışıqlarında və sərhəddə olduğu kimi, Avropa və ABŞ küçələrində də eyni təcavüzü və destruktivliyi nümayiş etdirir: "Təəssüf ki, bu vaxta qədər sülh danışıqlarında nəticə əldə olunmayıb. BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi, habelə Ermənistanla Azərbaycan arasında atəşkəs elan edildiyi gündən bəri 850-dən çox azərbaycanlı hərbçi erməni hücumları nəticəsində ölmüş və ya yaralanmışdır. Ümumilikdə 20 min nəfər həlak olmuş, 50 min nəfər əlil olmuş, münaqişə müddətində 6 000-dən çox Azərbaycan vətəndaşı itkin düşmüş, əsir-girov götürülmüşdür. Bununla belə, Azərbaycan Avropa Birliyinin və digər beynəlxalq təşkilatların çağırışlarına cavab olaraq humanitar əlaqələri gücləndirmək məqsədilə işğalçılıq siyasətindən əl çəkəcəyi təqdirdə bu və ya digər şəkildə Ermənistanla əməkdaşlıq etməyə hazırdır".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 768   Tarix: 05 avqust 2020  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

72 yaşlı kişi təmir etdiyi avtomobilin altında qalıb öldü

Gəncədə 72 yaşlı kişinin üzərinə təmir etdiyi avtomobili düşməsi nəticəsində ölüb. xəbər verir ki, hadisə şəhərin S.Qazıyev küçəsində baş verib. 1953-cü il təvəllüdlü Həbib Həsən oğlu Hüseynov evinin qarşısında VAZ-21011 markalı avtomobilini təmir edən zaman qaldırıcı qırılıb, nəticəsində onun avtomobi

14.12.2025 111
.

Zelenski: Rusiyanın kölgə donanmasına qarşı ən böyük sanksiyalar paketi qüvvəyə minib

Rusiyanın müharibəni maliyyələşdirmək üçün istifadə etdiyi 700 gəmiyə qarşı sanksiyalar qüvvəyə minib. "Report" xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski teleqram kanalında yazıb. "Rusiya donanmasının sanksiyalara məruz qalan gəmiləri neft və başqa enerji resurslar

14.12.2025 139
.

Con Koul: Belarus yaxın aylarda daha min məhkumu azad edə bilər

Belarus hökuməti yaxın aylarda daha min məhkumu azad edə bilər. "Report" xəbər verir ki, belə proqnozla ABŞ Prezidentinin Belarus üzrə xüsusi nümayəndəsi Con Koul çıxış edib. "Düşünürəm ki, bu, nəinki mümkün, hətta gözləniləndir. Düzgün yoldayıq, impuls var", - Con Koul "Reuters"

14.12.2025 129
.

Sağında əri, solunda sevgilisi ilə bütün ölkənin qarşısında - Mənəvi çöküşün mənzərəsi

Esra Erolun verilişində ərini və uşağını İbrahimlə qaçmaq üçün qoyub gedən Zeynəbin hekayəsi həm tamaşaçıları, həm də studiyadakıları "ola bilməz!" deməyə vadar edib. Hadisə ilə bağlı şərhlər verilib və bu, tezliklə trend mövzusuna çevrilib, o cümlədən "mənəvi çöküş mənzərəsi" d

14.12.2025 260
.

Merts: "Almaniya nəyə qadir olduğunu göstərməlidir"

Almaniya kansleri Fridrix Merts ideologiya dövrünün bitdiyini bəyan edib. xəbər verir ki, bu barədə TASS məlumat yayıb. "Yəqin ki, biz yalnız uzun illərdən sonra dünyada yaşadıqlarımızın miqyasını anlayacağıq. Bu, dünyanın siyasi və iqtisadi güc mərkəzlərində əsl tektonik dəyişiklikdir. İdeologiy

14.12.2025 128
.

Naim Qasem: "Hizbullah" İsrailin şərtlərini qəbul etməyəcək və ABŞ-yə təslim olmayacaq

İsrail ilə Livan arasında atəşkəs razılaşması qüvvəyə minəndən sonra başqa yanaşma tələb olunan yeni mərhələ başlayıb. "Report" xəbər verir ki, bunu "Hizbullah"ın baş katibi Naim Qasem "Al-Manar TV"nin canlı yayımında bildirib. Onun sözlərinə görə,Livan hökuməti ölkəni

14.12.2025 141
.

ŞOK OLAY - Polisdən qaçmaq üçün GÖRÜN NƏ ETDİ

İtaliyanın Qalatone şəhərində qeyri-adi və gülməli hadisə baş verib. xəbər verir ki, polis tərəfindən axtarışda olan Qana əsilli 38 yaşlı kişi hüquq-mühafizə orqanlarından yayınmaq üçün Milad bayramı münasibətilə qurulmuş dini dekorasiyada gizlənməyə çalışıb. Şübhəli şəxs Məryəm və Yusif fiqurlarını

14.12.2025 215
.

Qəzzada HƏMAS-ın əsas komandirlərindən biri məhv edilib

İsrail Müdafiə Qüvvələri (SAXAL) Fələstinin radikal HƏMAS hərəkatının komandirlərindən birini məhv etmək üçün Qəzza şəhəri yaxınlığında hücum həyata keçirib. xəbər verir ki, bu barədə "Azad İran" "Telegram" kanalı məlumat yayıb. Məlumata görə, söhbət İzzəddin əl-Qəssam Briqadalarını

14.12.2025 126
.

Almaniyada Milad bazarına hücum planlaşdıran beş nəfər saxlanılıb

Almaniya polisi ölkənin cənubundakı Dinqolfinq (Bavariya) yaxınlığındakı Milad bazarında hücum planlaşdırmaqda şübhəli bilinən 5 nəfəri həbs edib. "Report" xəbər verir ki, bu barədə "Bild" nəşri məlumat yayıb. Qəzetin məlumatına görə, həbs cümə günü baş tutub. Şübhəlilərin üçü mərakeşli

14.12.2025 138
.

TOP MP3