Bakıda baldızını öldürüb, arvadını yaralayan şəxs həbs edildi - VİDEO

Bakıda baldızını öldürüb, arvadını yaralayan şəxs həbs edildi - VİDEO2019-cu il sentyabrın 2-də Binəqədi rayonundan Kliniki Tibbi Mərkəzə kəsilmiş-deşilmiş xəsarətlərlə Kürdəmir rayonunda qeydiyyatda olan 30 yaşlı Ruhəngiz Quliyeva və 32 yaşlı Roza Mahmudova daxil olublar.

Baku TV xəbər verir ki, onlar reanimasiya şöbəsinə yerləşdirilib, əməliyyat olunublar. Göstərilən tibbi yardımlara baxmayaraq, ertəsi gün vəziyyəti pisləşən R.Mahmudova xəstəxanada vəfat edib.

Axtarışda olan Samiq Quliyev sentyabrın 4-də təslim olub. İstintaqla müəyyən edilib ki, avqustun 23-də Samiq Quliyev baldızı Roza Mahmudovaya məxsus, Binəqədi şosesi, döngə 4 ünvanında yerləşən fərdi evdə yaşayan arvadı Ruhəngiz Quliyevanın boğazına bıçaq dirəməklə, boşanacağı halda onu öldürməklə hədələyib.

S.Quliyev həyat yoldaşının nikahın pozulması üçün Kürdəmir rayon məhkəməsinə iddia ərizəsi verməsində, eləcə də başqa şəxslərlə münasibətinin olmasında baldızının səbəbkar olmasını düşünərək, hər ikisini qisas niyyəti ilə öldürməyi qərarlaşdırıb. Sentyabrın 2-də saat 20 radələrində onların evdə olduqlarını bildiyi üçün yaşayış sahəsinə daxil olub. Bıçaqla müstəsna dərəcədə qəddarlıqla Ruhəngiz Quliyevaya xəsarətlər yetirib. Ardınca baldızına 12 dəfə bıçaq zərbəsi vurub.

Ruhəngiz Quliyeva aktiv müqavimət göstərdiyindən və vaxtında ixtisaslı tibbi yardım göstərildiyindən, həyatı xilas olunub.

Təqsirləndirilən şəxs qismində dindirilmiş Samiq Quliyev bildirib ki, 2009-cu ildə Ruhəngiz Mahmudova ilə ailə həyatı qurub, nikahdan üç uşaqları var. Onların axırıncı yaşayış yeri Biləcəri qəsəbəsi, Binəqədi şosesində yerləşən və baldızı Rozanın evinin yaxınlığında yerləşən ev olub. Qayınanası Sevil Kürdəmirə qayıtdıqdan sonra Ruhəngiz ona Rozanın yanına köçəcəyini və orada yaşayacağını deyib. O, buna razı olmasa da, arvadı öz bildiyini edib. Hadisədən təxminən 15 gün əvvəl baldızının evinə gedib. Rozanın böyük qızı Röya ona xalası Ruhəngizin ötən gün Mübariz adlı şəxsi evə çağırdığını deyib. Samiq ertəsi gün həyat yoldaşı işdən qayıdanda, eşitdikləri barədə arvadından soruşub. Ruhəngiz əvvəlcə heç nəyi boynuna almayıb, amma sonra guya Mübarizin xalası Şükufəyə borcu olduğunu və həmin borcunu qaytarmaq üçün onu evə çağırdığını deyib. Samiqin buna qədər də yolaşının müxtəlif kişilərlə ona xəyanət etməsi barədə şübhələri olub. Ruhəngizə bundan sonra birlikdə yaşamağın qeyri-mümkün olduğunu, boşanmaq üçün ərizə verməsini deyərək, evdən çıxıb. Avqustun axırlarında yeznəsi Rüfət ona Kürdəmir rayon məhkəməsindən göndərilən məktubu gətirəndən sonra məktuba baxdıqda Ruhəngizin ərizə ilə boşanmaq üçün məhkəməyə müraciət etdiyini bilib. Sentyabrın 2-də paltarlarını götürmək üçün baldızının evinə gedib, hasardan aşaraq, içəri daxil olub. Evdə olanda çöldən Roza ilə Ruhəngizin səsini eşidib, mətbəxdə, pərdə ilə örtülmüş şkafa girib gizlənib.

Bacılar evə girdikdən sonra mətbəxin işıqlarını yandırıblar, sonra hər ikisi Ruhəngizin yataq otağına keçib. Şkafdan çıxıb, otağa girəndə Roza güldanı götürərək, Samiqin başına çırpıb. Səs-küyə ayağa qalxan Ruhəngizin əlindən bıçağı alıb və onları vurmağa başlayıb. Otaqda əlinə keçən çəkiclə kimi vurduğunu xatırlamır. Samiq evdən çıxıb, bir müddət qonşunun həyətində gizlənib, sonra ordan qaçaraq, qardaşı Namiqin evinə gəlib. Samiq Quliyev əvvəlcədən cinayət əməli törətmək üçün hazırlaşmadığını, bacıların bir-biri ilə söhbət edərkən, kənar şəxslərlə görüşməyə hazırlaşdığı üçün əsəblərini cilovlaya bilmədiyini, ona görə də, gizləndiyi pərdə arxasından çıxıb həmin söhbətə aydınlıq gətirmək istədiyini qeyd edib.

Zərərçəkmiş şəxs Ruhəngiz Quliyeva ifadəsində göstərib ki, ümumiyyətlə, əri Samiqlə yaşadıqları müddətdə onların arasında həmişə mübasihələr olub. Buna onun ailəsinə qarşı laqeyd olması, qazandığı pulları yalnız özü üçün xərcləməsi səbəb olub. Qadın 2019-cu ilin iyul ayından Binəqədi qəsəbəsində yerləşən şirniyyat evində satıcı kimi işləməyə başlayıb. Samiq hər gün onu işə aparıb, axşamlar da özü arxasınca gəlib, evə qaytarıb. Bacısı Roza da ərindən boşanıb, buna baxmayaraq, İsmayıl tez-tez onlara baş çəkərək, uşaqlarına baxıb. Avqust ayında növbəti mübahisə zamanı Samiq onu döyərək, bıçaqla əlinə xəsarət yetirib. Ryhəngiz ərinin ailəsinə baxmamasından bezərək, boşanmaq üçün Kürdəmir rayon məhkəməsinə ərizə verib.

Qadın sentyabrın 2-də axşam saat 20 radələrində işdən evə qayıdıb. Qaz sobasının alt tərəfindən çıxan Samiqin sağ əlində çəkic, sol əlində isə bıçaqla onların üstünə gəldiyini görüb. Bacısı ilə qaçmağa macal tapmayıblar və məlum hadisələr baş verib.

Məhkəmə iclasında Samiq Quliyev ittihamlar üzrə özünü qismən təqsirli bilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Samiq Quliyev 19 il müddətinə azadlıqdan məhrum olunub.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1913   Tarix: 04 avqust 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Milli Musiqi Günüdür

Sentyabrın 18-də Üzeyir Hacıbəylinin doğum günüdür. Bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını maestro Niyazi qoyub. BİG.AZ xəbər verir ki, görkəmli bəstəkar və dirijor Niyazi Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edərmiş. 1995-ci ildə isə Prezident Heydər Əliyevi

18.09.2021 304
.

Maqsud Mahmudov Azərbaycana belə gətirildi - VİDEO

Xəbər verdiyimiz kimi, axtarışda olan keçmiş iş adamı Maqsud Mahmudov Ukraynada saxlanılıb. "Qafqazinfo" Maqsud Mahmudovun Azərbaycana deportasiya edilməsinin görüntülərini əldə edib. Videodan görünür ki, o, aeroportdan Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən maşına yerləşdirilərək aidiyyət

18.09.2021 2568
.

Gəncədə avtomobillər toqquşdu: Ölən və yaralananlar var - FOTO

Gəncə şəhərində yol-nəqliyyat hadisəsi baş verib. Hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb. Belə ki, hərəkətdə olan VAZ-21 015 markalı minik avtomobili ilə KİA markalı avtomobil toqquşub. Daha sonra avtomobillərdən biri yoldan keçən iki piyadanı vurub. Onlardan biri ölüb, digəri is

18.09.2021 789
.

Türkiyəli professor: "Yoluxma azalmasa, qapanmaya getməli olacağıq"

"Tam qapanma yoluxma sayındakı artımdan sonra yenidən gündəmə gələ bilər". "Report" "Posta"ya istinadən xəbər verir ki, bunu türkiyəli professor Faruk Aydın deyib. "Qış çox ağır keçəcək. Qapanmaya getməmək üçün mübarizə aparırıq. Amma yoluxma sayını azalda bilməsək

18.09.2021 1281
.

Maqsud Mahmudov Ukraynada tutularaq Azərbaycana gətirildi - RƏSMİ

2020-ci ilin yanvar ayının 10-dan Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu bu il iyul ayında Ukrayna Respublikası ərazisində tutulub. Bu barədə Baş Prokurorlu

18.09.2021 2678
.

Kosmosa tarixi uçuşdan ilk görüntülər - FOTOLAR

Xəbər verdiyimiz kimi, hamısı mülki şəxslərdən ibarət olan dörd nəfəri daşıyan kosmik gəmi kosmosa göndərilib. "Qafqazinfo" xəbər verir ki, "SpaceX" kosmos turistlərinin ilk görüntülərini yayımlayıb. Həmin görüntüləri təqdim edirik:

18.09.2021 888
.

Qondarma rejimin "bayrağ"ını silən polis kimdir? - FOTO/VİDEO

Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən zolağa nəzarət edən Azərbaycan polisi burada hərəkət edən avtomobilin üzərindəki qondarma "respublika"nın qondarma "bayrağı"nı elə yerindəcə süngü ilə qazıyıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, həmi

18.09.2021 4608
.

Azərbaycanda istehsal ediləcək avtomobillərin qiyməti açıqlandı - 17 min manata...

Hacıqabul Sənaye Məhəlləsində istehsal ediləcək minik avtomobillərinin qiyməti 17-20 min manat təşkil edəcək. Bu barədə "Azərbaycan Avtomobil İstehsalçıları Assosiasiyası" İctimai Birliyinin rəhbəri Emin Axundov deyib. "Minik avtomobillərinin növbəti aydan satışa çıxarılması planlaşdırılır

18.09.2021 1109
.

Təhsil Nazirliyindən tələbələrə ŞAD XƏBƏR

Oktyabrın əvvəlindən təhsil tələbə kreditlərinin verilməsinə başlayacağıq. XəzərXəbər xəbər verir ki, bunu Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli Trend-in sualını cavablandırarkən deyib. N.Məmmədli bildirib ki, kreditin verilməsi qaydası da müyyənləşdirilib:

18.09.2021 2497