Eyni palçıqdan yoğrulanlar və ya Ordunu sevməyən kimlərdir?

Eyni palçıqdan yoğrulanlar və ya Ordunu sevməyən kimlərdir?"Demokratiyaya qarşı ən yaxşı arqument orta seçici ilə beş dəqiqəlik söhbət etməkdir". Ser Uinston Leonard Spenser Çörçillin bu ifadəsini bir çoxunuz eşitmişiniz. Görəsən, bu ifadəni Azərbaycandaki müxalifət mühitinə tətbiq etsək, nə əldə edərik?

İlk növbədə, "müxalifət" dedikdə nəyi başa düşürük? "Müxalifət" anlayışının müasir dünyada qəbul olunan məna "Müxalifət – hər hansı bir cəmiyyət, təşkilat və s. daxilində öz fikrini, siyasətini əksəriyyətin fikrinə, siyasətinə qarşı qoyan dəstə, qrup" başa düşülür. Bəs Azərbaycanın siyasi meydanında müxalifət və onu təşkil edən şəxslər həqiqi müxalifətçilərdimi?

Təəssüf ki yox. Razıyıq, "yox" deməklə bir çoxunun tənqid obyektinə çevrilməyin ehtimalı böyükdür, lakin, necə deyirlər, "əyri oturaq – düz danışaq!".

Müxalifətimizi təmsil edən şəxslər kimlərdir? Dövlət və hökumətin yürütdüyü siyasətinin əleyhinə məntiqsiz iddialar səsləndirən? Sözün əsl mənasında, əsassız, dəlilsiz və bəzən tamamilə mənasız çıxışlara heç iddia demək də olmaz, çünki bu insanları dinlədikcə aydın olur ki, onlar kiminsə şəxsi məqsədinə çatmaq üçün istifadə olunan alətdən başqa bir şey deyil. Belə "alətlərin" əl çirkinliyi dəfələrlə üzə çıxıb da, sübut olunub da. Maraqlısı odur ki, dünənə qədər nə ilə məşğul olması barəsində hamının xəbəri olan bu "ştamplı ziyalılar" dünənki "palçıqdan" yuyulmadan, özlərini bu gün həvəslə yeni "palçığa" salır.
Eyni palçıqdan yoğrulanlar və ya Ordunu sevməyən kimlərdir?Həmin "ziyalılar" ilk dəfələr hələ Birinci Qarabağ müharibəsi zamanı üzə çıxıb.

Müstəqilliyin ilk günlərindən gənc Azərbaycan Respublikası xarici hərbi təcavüzlə yanaşı daxili çətinliklərlə də üzləşdi. Belə ki, Dağlıq Qarabağda qızğın döyüşlərin getdiyi zaman, onlarla, yüzlərlə şəhid verdiyimiz zaman, Bakıda hakimiyyət və vəzifə üstündə bir-birini qıran, dava edənlər də var idi. Bu da həmin "ziyalılar" idi ki, onlar üçün heç bir əhəmiyyət daşımayan "torpaq" anlayışı yalnız "vəzifə" uğrunda qurulan intriqalar ilə əvəz edilirdi. Bu "ziyalılar" elə o vaxtdan da "ştamplı" oldular ki, özlərindən başqa heç kəsə tanınmayan "qəhrəmanlar" idi.
90-cı illərin əvvəlində Ordumuzun düşmənlə xarici cəbhədə əldə olunan hər bir nailiyyət daxilimizdə tənqid edilirdi. Hər bir strateji mövqenin alınması Orduya qarşı ləkələmə kampaniyası ilə qarşılanırdı. Həmin kampaniya 2016-cı ildə zəfərlə bitən Aprel döyüşlərindən sonra da müşahidə edildi.

Görünür ki bu yalançı müxalifətçilər indi də həmin hadisələri təkrarlanmaq niyyətindədir, çünki istənilən çıxış, istənilən açıqlamanın arxasında məhz müəyyən vəzifə və ya pul dayanır. Düz deyirlər, xain üçün istənilən vaxt münasibdir, çünki elə indi də, iyul ayında baş vermiş təxribatdan sonra Ordumuzun, xalqımızın, hökumətimizin uğurunu görən "ziyalılar" yağışdan sonrakı göbələklər kimi yer üzünə çıxaraq, dövlətimizin dayağı və qüruru olan Ordumuz və hərbi-siyasi rəhbərliyimiz əleyhinə öz çirkin işlərini davam etdirir.

Ən paradoksal odur ki, ölkəmizin faktiki olaraq müharibə şəraitində olmasına məhəl qoymayan bu "ziyalılar" Ordumuzu ləkələyərək özlərinə nüfuz, şöhrət ya populyarlıq qazanmaq istəyir. Avtomat əlində saxlamayan adamların yüksək rütbəli generalların ünvanına səsləndirdiyi ittihamlara qulaq asdıqca, şüurlu insanın beyninə ilk növbədə "ay uşaq, get oyununu oyna" kəlməsi gəlir.

Bu "divan döyüşçülərin" yaddaşları zəifdirsə, bir daha xatırladaq ki, nə dövlətimiz 90-cı illərin dövləti deyil, nə də ki Ordumuz. Müasir Azərbaycan Ordusu dünyanın ilk 50 güclü ordularının arasında öz yerini layiqincə tutub. Son dörd il ərzində Ordumuzun apardığı üç irimiqyaslı əməliyyat bunu deməyə əsas verir.

Ölkəmiz inkişaf etdikcə, ordumuz da inkişaf edir. Bundan qorxan və bizimlə açıq şəkildə "kişi kimi təkbətək döyüşməyi bacarmayan" düşmən əlindən gələni edir ki, Ordu rəhbərliyini ləkələsin. Əlbəttə, hərbçilər arasında nüfuza malik olan və qoşunları arxasında aparmağı bacaran güclü rəhbərlik düşmənlərimizə sərf etmir və yeganə çıxış yolları – Ordu rəhbərliyinin dəyişdirilməsinə nail olmaq və yerinə kifayət qədər təcrübəyə malik olmayan birini gətirməkdir.

Heç kəs üçün sirr deyil ki, hətta ordunun daxilində də vəzifə uğrunda "xalçaaltı" oyunlarını aparan şəxslər var. Ordu – bir böyük ailədir, ailədə də bildiyiniz kimi istənilən adama rast gəlmək olar. Necə deyirlər, "meşə çaqqalsız olmaz". Ancaq bəllidir ki, bu adamların əsas məqsədi ordunu gücləndirmək yox, öz şəxsi mənafelərini güdməkdir. Ordu – canlı insanlardan ibarətdir və təəssüflər olsun ki, onların arasında bəzən alçaq, yaltaqlıq edən, arxadan öz çirkin əməllərini edən, satqın insanlara da rast gəlmək olar. Təəssüflər!

Araşdırmalar göstərir ki, Ordunu ləkələmək istəyənlərin kökləri Ermənistan xüsusi xidmət orqanlarında bitir. Bizim "ştamplı ziyalı" olan bəzi müxalifətçilərimizin məhdud düşüncəsi və dar dünya görüşü onların informasiya mübarizəsində kiminsə xeyrinə necə istifadə olunmasını başa düşməyə əfsus ki imkan vermir.

Sözümüzü Ser Uinston Leonard Spenser Çörçillin "Demokratiyaya qarşı ən yaxşı arqument orta seçici ilə beş dəqiqəlik söhbət etməkdir" ifadəsi ilə başladıq. Bu ifadənin seçimi ilə demək istəyirik ki, ay hörmətli "ştamplı ziyalılar", heç olmazsa, gedin öz seçiciləriniz ilə hərdən söhbət edin. Ətrafınız sizi pul müqabilində istifadə edən havadarlardan ibarət deyil. Bir mövzuya toxunmadan əvvəl isə, mövzunu dərindən öyrənin və ən əsası – tənqid etdiyiniz şəxslər ilə görüşüb həmin sözləri onların üzünə deyin. Lakin qorxuruq ki, bu halda bütöv ordumuz ilə görüşməli olacaqsınız, çünki orduda "bir nəfər hamı üçün, hamı bir nəfər üçün" prinsipi mövcuddur. Yəni, bir nəfərin tənqidi – bütün ordunun tənqidi kimi qəbul olunur. Amma təbii ki, orduda xidmət etməyən sizin kimi "ştamplı ziyalılar" bundan xəbərsizsiniz.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 774   Tarix: 03 avqust 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Qondarma rejimin "bayrağ"ını silən polis kimdir? - FOTO/VİDEO

Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən zolağa nəzarət edən Azərbaycan polisi burada hərəkət edən avtomobilin üzərindəki qondarma "respublika"nın qondarma "bayrağı"nı elə yerindəcə süngü ilə qazıyıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, həmi

18.09.2021 4608
.

Nəriman Abbasov Həbib Nurməhəmmədovun qohumuna nokautla qalib gəldi - VİDEO

Bu gecə Moskvada rusiyalı sabiq UFC çempionu Həbib Nurməhəmmədovun atası Əbdülmanaf Nurməhəmmədovun xatirəsinə həsr edilən turnir keçirilib. xəbər verir ki, yarış çərçivəsində azərbaycanlı döyüşçü Nəriman Abbasov rusiyalı Şamil Zavurovla qarşılaşıb. Abbasov rəqibini ilk raunddaca nokauta salıb. Qey

18.09.2021 831
.

Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?

"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları

18.09.2021 862
.

Paşinyan Batumidə "yoxa çıxdı"

Bir neçə gün əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Gürcüstana rəsmi səfər edib. Onun səfəri Batumi şəhərində başa çatıb. Rəsmi məlumata görə, onunla Gürcüstanın baş naziri arasında qeyri-rəsmi görüş olub. Batumiyə səfər Ermənistan cəmiyyətinin əhəmiyyətli bir hissəsi və xüsusən də bəzi Rusiy

18.09.2021 774
.

"Məni bağışla, gözəl anam" - anasına və dostlarına məktub yazıb intihar etdi

Şırnakın Uludere mahalının Andaç kəndində anasına və dostlarına iki vida mesajı göndərdikdən sonra 20 yaşlı bir gənc 35 metr yüksəklikdəki uçurumdan tullanaraq intihar edib. Anasına göndərdiyi mesajda gəncin "Məni bağışla, gözəl anam. Qardaşlarıma və dostlarıma vaxt ayırmadan köçüb getdim"

18.09.2021 3137
.

Gəncədə avtomobillər toqquşdu: Ölən və yaralananlar var - FOTO

Gəncə şəhərində yol-nəqliyyat hadisəsi baş verib. Hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb. Belə ki, hərəkətdə olan VAZ-21 015 markalı minik avtomobili ilə KİA markalı avtomobil toqquşub. Daha sonra avtomobillərdən biri yoldan keçən iki piyadanı vurub. Onlardan biri ölüb, digəri is

18.09.2021 789
.

"Bəyimizi vağzalı sədaları altında yola salırıq" - Pərvindən Maqsudun həbsinə reaksiya

Tanınmış aktrisa Pərvin Abıyeva bu gün Ukrayanda həbs olunub, Azərbaycana gətirilən Maqsud Mahmudovla bağlı paylaşım edib. -a istinadən xəbər verir ki, tanınmış aktrisa Maqsudun həbsini "İlahi ədalət" adlandırıb: . "İlahi Ədalət və dövlətimizin ədaləti! Bu qədər insanın haqqına girməyi

18.09.2021 11870
.

Tanınmış mədəniyyət xadimləri Şuşada

Azərbaycanın tanınmış mədəniyyət xadimləri Şuşada səfərdədirlər. Unikal.org-un məlumatına görə, mədəniyyət xadimləri Şuşaya səfər çərçivəsində burada keçiriləcək Üzeyir Hacıbəyli XII Beynəlxalq Musiqi Festivalına qatılacaq, dahi bəstəkarın ölməz əsərlərini 29 ildən sonra işğaldan azad edilən Üzeyir yurdund

18.09.2021 814
.

Bakıda intiharın qarşısı alındı

Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfər tikilməkdə olan binanın 3-cü mərtəbəsinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəl

17.09.2021 1997