Azərbaycanda DƏHŞƏT-Ata oğlunu güllələdi

Azərbaycanda DƏHŞƏT-Ata oğlunu güllələdi

Astara rayonunda silahlı insident olub.

BiG.AZ Teleqraf.com-a istinadən xəbər verir ki, iyulun 31-də Astara rayon polis şöbəsinə Vaqo kəndində yaşayan A.Hüseynovun həyətində münaqişə zəminində ov tüfəngindən açdığı atəşlə oğlunun ayağına xəsarət yetirməsi barədə məlumat daxil olub.

Yaralı xəstəxanaya yerləşdirilib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində qəsdən sağlamlığa ağır zərər vurmaqda şübhəli bilinən A.Hüseynov saxlanılıb.

Ondan cinayətdə istifadə etdiyi müvafiq sənədləri olamayan nömrəsi silinmiş "İJ-16" markalı ov tüfəngi götürülüb.

Faktla bağlı Astara rayon polis şöbəsində araşdırma aparılır.

BiG.AZ
Şikayətiniz varsa Whatsapp: 077 7125666

Telegramda izləyin
f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 1608 Tarix: 03.08.2020


Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol