Tərlan Əhmədov: "Çamadanımız hər zaman yanımızdadır"

Tərlan Əhmədov: "Çamadanımız hər zaman yanımızdadır""Keşlə" futbol komandasının baş məşqçisi Tərlan Əhmədovun Qəbələdə "Zirə"yə 1:0 hesabı ilə qalib gəldikləri yoxlama oyunundan sonra "Report"a müsahibəsi:

- Qəbələ toplanışı barədə fikirlərinizi öyrənmək istərdik. Qısa müddət olsa da hazırlıq prosesi necə keçir?
- Bu gün işimiz normal keçir. Çətinliyimiz ondan ibarətdir ki, iki oyunçumuz zədəlidir. Cavid İmamverdiyev üç gündən sonra komandaya qoşula bilər, Miyusko Boyoviç isə sabah komandaya qoşulmalıdır. Əvvəlcə çempionatın startı ayın 14 üçün nəzərdə tutulmuşdu və Qəbələ toplanışını avqustun 5-dək planlaşdırırdıq. Fikirləşirdim ki, çempionat başlayacaq və bir həftə də Bakıda hazırlaşacağıq. Amma Premyer Liqa ayın 21-i başlayacaq və istər-istəməz proqramda böyük dəyişiklik etdik. Yükləmələri artırdıq, artıq bizim daha çox vaxtımız var.

Operativ Qərargah ayından 5-dən sonra icazə versə, ayın 8-də Bakıda toplaşmaq istəyirik. Çempionat ayın 21-də başlayacaq və bu səbəbdən məşq proqramında bir az dəyişiklik etmişik, yükləmələr altında işimizi görürük. "Zirə" ilə matçda qələbə xoş da olsa, çatışmazlıqlar var. Bilirəm ki, yeni gələn futbolçular hələ uyğunlaşmayıb. Bir gündən bir oyun salmışıq ki, ağır yüklənmələr oyunda olur və bu matçlarda futbolçular bir-birinə uyğunlaşacaq. Həm də çatışmazlıqların hamısını artıq Bakıya gedəndə aradan qaldırmaq niyyətindəyik.

- Komandaya bir hücumçu və pleymeyker transfer ediləcək?
- Tam qərar verilsin və futbolçuların bileti alınsın ondan sonra bu barədə danışaq. Çünki bilet alıb təyyarəyə oturub, Bakıya düşməyənə qədər açıq danışa bilmirəm. Amma ukraynalı Dmitri Klyots Bakıdadır. Ukraynanın "Karpatı" (Lvov) klubundan gəlib, yarımmüdafiəçidir. Braziliyalı hücumçu ilə danışıqlar gedir. Demək olar ki, yekunlaşmaq üzrədir, amma hələ ki, Bakıya gəlib çıxmadığı üçün onun haqqında sizə nəsə deməyim düzgün deyil. Gəlməsə, sabah deyəcəyəm ki, alınmadı.

- Hücum xəttində tək Aleksandr Kristovao ilə nə edə biləcəksiniz?
- Hücum xəttini gücləndirmək üçün braziliyalı oyunçu ilə danışıqlar gedir. Biz də bilirik ki, çempionat yox, Avropa Liqasında da bizə çətin olacaq. Kristovaonun öz özəllikləri var, anma tam potensialını aça bilmir. Düşünürəm ki, artıq digər hücumçu gələndən sonra Kristovao da arxasında kimisə hiss edəcək, rəqabətdən sonra onu başqa cür görə bilərik. Amma yeni hücumçuya ehtiyacımız daha çoxdur.

- Lorenzo Frutos gedəndən sonra əvvəlcədən plan var idi ki, həmin mövqeyə kimsə gələcək?
- Bəli. Yeni hücumçu cəlb etmək istəyirdik. Aqressiv hücumçuya ehtiyacımız var. Biz də fikirləşdik ki, Frutosu göndərək. Onun da öz özəllikləri var idi. Komandanın bombardiri idi, hər halda ağır da olsa, yeni komandada başqa strategiya ortaya qoymuşuq, ona görə də daha keyfiyyətli hücumçuya ehtiyac var, bu səbəbdən yenisini axtarırıq.

- Yeni oyunçularla bir illik müqavilə imzalanır?
- Müqavilə şərtlərinə rəhbərlik baxır. Ümumiyyətlə mən o məsələlərə qarışmıram. Mənim işim seçməkdir, qaldı ki, digər detalları rəhbərlik edir.

- Zaur Axundov bildirdi ki, bu qədər oyunçunun göndərilməsində məsuliyyət məşqçilər heyətinin üzərinə düşür. Onlar da cavab verəcək...
- Əlbəttə (gülür). Onsuzda hər zaman məşqçinin üzərindədir. Hər halda keçən mövsüm oyunçuları yola salanda çoxları ittiham edirdi ki, Tərlan Əhmədovun karyerasının sonudur. Yazanlar var idi ki, böyük risk altına girmişəm və nəticə verə bilməyəcəyəm. Hansısa bir riskə gediriksə, deməli məsuliyyət də bizim üzərimizdədir. Məşqçi hər zaman məsuliyyət altındadır. Biz o işi yerinə yetirməsək də, onsuzda təzyiq altındayıq. İstər mətbuat, istərsə də rəhbərlik tərəfindən.

Hər zaman çamadanımız yanımızdadır. Mən hələ heç müqavilə də bağlamışam. Hələ ki, sözləşməm yoxdur. Bakıda bu məsələ müzakirə ediləcək. O ki, qaldı futbolçulara, onları göndərmişiksə, deməli daha yaxşılarını axtarırıq. Daha yaxşı nəticə üçün bunu öhdəliyimizə götürmüşük. Məsuliyyət də hər zaman bizim üzərimizdədir.

- Ötən ildən fərqli olan odur ki, keçən il komanda sonuncu pillədə idi və çox futbolçunun göndərilməsi təbii idi. Amma hazırda bürünc medal qazanan heyətdə çox dəyişiklik olub...
- Biz keyfiyyətə üstünlük veririk, daha yaxşılarını komandaya gətirmək istəyirik. Hər bir komanda oyunçu göndərir və yenisini gətirir. Bu o demək deyil ki, biz kimdənsə çox göndərmişik. Bu gün Tərlan Əhmədov hansısa yükün altına giribsə, deməli nəsə fikirləşirəm ki, komandanı daha yaxşı edim. Məsuliyyət məndədirsə, həmişə cavab vermişəm və çəkinməmişəm. Təkəmsə, tək də cavab verəcəyəm.

- Bu qədər futbolçunun göndərilməsi büdcə ilə bağlıdır?
- Bu sualı rəhbərliyə versəniz daha yaxşı olar...


BiG.Az Telegramda izləyin instagramda izləyin
İdman   Baxılıb: 1700   Tarix: 02 avqust 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Azərbaycan şahmatçıları 125 min dollar qazana bilər

Bu gün Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) "Dubai Police Global Chess Challenge" şahmat turniri başlayır. Məlumata görə, üç kateqoriya üzrə təşkil olunan yarışda beş Azərbaycan şahmatçısı mübarizə aparacaq. Güclülərin döyüşündə Eltac Səfərli (2612), Aydın Süleymanlı (2607) və Əhməd Xaqan (2321

04.05.2024 154
.

Fransa klubu "Qarabağ"ın futbolçusunu transfer etmək istəyir

Fransa Liqa 1-də çıxış edən "Tuluza" kollektivi Azərbaycan çempionu "Qarabağ"ın futbolçusu Abdullah Zubiri transfer etmək istəyir. "Report" "lequotidiendusport.fr" saytına istinadən xəbər verir ki, cari mövsüm Avropa Liqasındakı çıxışı ilə diqqətləri üzərinə cəl

24.04.2024 443
.

Azərbaycanda cüdo ilə məşğul olanların sayı 18 min nəfəri ötüb

Azərbaycan Cüdo Federasiyasının (ACF) növbəti konfransı keçirilib. "Report" ACF-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, iclasda gənclər və idman naziri Fərid Qayıbov, ACF-nin prezidenti Rəşad Nəbiyev, konfrans üzvləri və digər rəsmilər iştirak ediblər. Tədbir Azərbaycanın dövlət himnini

21.04.2024 277
.

Messinin "İnter Mayami"yə transferinin sirri üzə çıxdı: müqavilənin yeni detalları

Lionel Messi çox tanış bir bənddən istifadə edərək David Bekhem ilə "İnter Mayami"nin ortaq sahibi ola bilər. xarici KİV-ə istinadən bildirir ki, Messi karyerasına 2023-cü ildə Fransa çempionu PSJ-dən ayrıldıqdan və Səudiyyə Ərəbistanına keçiddən imtina etdikdən sonra ABŞ-ın "İnter Mayami"

08.04.2024 963
.

İbrahimoviç "Milan"da dəyişikliklərə səbəb olacaq mühüm qərarlar verəcək

"Milan"ın keçmiş hücumçusu, hazırkı baş məsləhətçisi Zlatan İbrahimoviç komandanın yeni baş məşqçisinin seçilməsində, eləcə də yay transfer pəncərəsində futbolçuların alınmasında əsas rol oynayacaq. Bundan əvvəl mətbuatda isveçlinin Antonio Konteni baş məşqçi postuna dəvət etməkdə maraqlı olduğ

27.04.2024 296
.

Mbappe "Real Madrid"in keçmiş futbolçusunun evini aldı

Kilian Mbappe "Real Madrid"in keçmiş ulduz futbolçusunun evini 18 milyon avroya alıb. Məlumata görə, fransalı ulduz futbolçu ispaniyalı Serxio Ramosun Madriddəki evi üçün ispaniyalı müdafiəçiyə 18 milyon avro ödəyib. "Real Madrid" klubu ilə rəsmi müqavilə imzalamayan Kilian Mbappeni

04.05.2024 210
.

"Çelsi"nin keçmiş baş məşqçisi "Portu"nun prezidenti olub

Portuqaliyalı futbol məşqçisi Andre Villaş-Boaş "Portu"nun prezidenti olub. "Report" xəbər verir ki, bu barədə Portuqaliya klubunun mətbuat xidməti məlumat yayıb. "Andre Villaş-Boaş "Portu"nun yeni prezidentidir. 26 876 üzv qurumun 32-ci rəhbərini seçib", – məlumatd

28.04.2024 264
.

Xavinin "Barselona"da qala biləcəyi şərtlər məlum olub

"Barselona"nın baş məşqçisi Xavi cari mövsümün sonunda bu postu tərk etmək qərarını dəyişməsə də, yaxın ətrafı hesab edir ki, rəhbərlik ispan mütəxəssisə müəyyən təminatlar verərsə, o, Kataloniya klubunda qala bilər. Məlumata görə, birincisi, Xavi üçün vacibdir ki, gələn yay "mavi-qırmızılar"

14.04.2024 390
.

"Qarabağ" hücumçusu ilə müqavilənin müddətini uzadıb

"Qarabağ" klubu futbolçusu Nəriman Axundzadənin müqaviləsinin müddətini uzadıb. "Report" xəbər verir ki, bu barədə Ağdam təmsilçisinin mətbuat xidməti məlumat yayıb. 20 yaşlı hücumçu ilə yeni anlaşma daha 4 il müddətinə nəzərdə tutulub. Nəriman Axundzadə ilə 2028-ci ilin iyununa qədə

05.05.2024 142