"Məhərrəmlikdən sonra toylar keçirilə bilər" — AÇIQLAMA

"Məhərrəmlikdən sonra toylar keçirilə bilər" — AÇIQLAMAAvqustun 5-dən sonra sərt karantin rejiminin yumşaldılması gözlənilir. İlkin yumşalmalar zamanı sərt karantin rejiminə görə bağlanan müəssisələrin açılması gözlənilir. Amma bununla yanaşı toyların keçirilməsi məsələsi də gündəmdədir. Azərbaycanda toyların keçirilməsinə nə zaman icazə verilə bilər?
Bununla bağlı konkret.az-a danışan deputat İlham Məmmədov bildirib ki, Operativ Qərargah tərəfindən mütəmadı olaraq görülən işlər, yoluxanların və sağalanların sayı barəsində məlumat verir: "İnsanlarımız gözləyir ki, avqustun 5-dən sonra sərt karantin rejimi yumşaldılacaq. Cənab prezident rayonlara səfəri zaman qeyd etdi ki, iyun ayındakı yumşalmalardan sonra bəzi insanların mövcud vəziyyətdən sui-istifadə etməsi nəticəsində yoluxanların sayı artdı. Sərt karantin rejimi artıq müsbət nəticəsini göstərməkdədir. Belə ki, yoluxanların sayı xeyli azalıb. Gündəlik sağalanların sayı yoluxanların sayından 2 dəfə çoxdur. Ancaq dünyada rekord həddə yoluxma və ölmə halları baş verir. Avropa ölkələrin bəziləri yenidən karantin rejiminə qayıtmaq haqqında düşünür. Hesab edirəm ki, Operativ Qərargah avqustun 5-nə kimi epidemoloji vəziyyəti, sağalanların, yoluxanların artma-azalma dinamikasını analiz edərək vəziyyətə uyğun düzgün qərar qəbul edəcək.

Epidemioloji vəziyyət dəyərləndirldikdən sonra insanların hərəkəti üçün yumşalmalara gedə bilər. Çünki yayın özünün insan orqanizminə müsbət təsiri var. Günəş şüallarında D vitamini var. Şərtlərə və qoyulan qaydalara əməl edərək yumşalmalara getmək olar. Lakin sərt karantin rejimi yumşalsa da, qaydalara riayət edilməsi məsələsi isə sərtləşdirilməlidir. Operativ Qərargah hər bir şərtləri, epidemioloji vəziyyəti müəyyən edərək yumşalma barəsində qərar verə bilər. Qoyulan qaydaların hər biri insan sağlamlığının qorunmasına hesablanıb".

Deputat qeyd edib ki, yas mərasimlərində çox böyük kütləvilik var: "Bu yaxınlarında Bakıdan rayonların birinə yas mərasiminə gedən şəxs 45 nəfəri koronavirusa yoluxdurub. Bu, bizə lazım deyil. Hesab edirəm ki, toy mövsümünün açılması da indiki halda yoluxmanın artmasına səbəb ola bilər. Bundan əlavə, bilirsiniz ki, Qurban bayramından sonra Məhərrəmlik ayı gəlir. Məhərrəmlikdə bizdə insanlarımız toy mərasimlərini keçirmirlər. Ona görə də mən hesab edirəm ki, bizi qarşıda iki ay gözləyir. Bu müddət ərzində görülən işlər sayəsində yoluxanlar daha da azalar.

İnsanların qaydalara əməl etmək refleksi daha da möhkəmlənər. Bundan sonra müəyyən qaydalara əməl etməklə toyların keçirilməsinə icazə verilə bilər. Gənclərimizə arzuladığı formada ailə qurmasını arzu edirik. Çox gözləmədiyimiz halda gözlə görmədiyimiz düşmən bizə hücum etdi.

Ona görə də bir müddət biz müharibə şəraitində yaşamağa adət etməliyik. Mən bildiyim qədər bəzi gənclər ailə daxilində niklahlarını kəsdirib ailə qururlar. Toyların keçirilməsi üçün ilkin olaraq şərtlər müəyyənləşməlidir. Bilirsiniz ki, bizim toylarda həddindən çox sıxlıq və israfçılıq var idi. Operativ Qərargah iki ay ərzində toylarla bağlı qaydaları müəyyənləşdirsinlər ki, gənclərimiz qismən də olsa arzularını reallaşdıra bilsin. Toyların birdən-birə keçirilməsinə icazə vermək olmaz, Çünki bu yoluxmanı artıra bilər. Onun üçün də şərtlər və qaydalar müəyyənləşməlidir".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 7722   Tarix: 02 avqust 2020  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Kral ailəsində növbəti addım: Endryu malikanəni tərk etməlidir

İngiltərə kralının kiçik qardaşı, keçmiş şahzadə Endryu Vindzor qəsri yaxınlığındakı malikanəsindən çıxarılacaq və Sandrinqemdə yerləşən kral mülkündəki bağ evinə köçməyə məcbur ediləcək. xarici mediaya istinadən xəbər verir ki, bu barədə Daily Mail qəzeti məlumat yayıb. Məlumata görə, Kral II Çarl

11:49 173
.

Panama sahillərində zəlzələ baş verib

Panama sahillərində 6 bal gücündə zəlzələ qeydə alınıb. BİG.AZ CBS News-a istinadən xəbər verir ki, zəlzələnin episentri Burika şəhərindən təxminən 155 km cənub-şərqdə Sakit okeanda, ocağı isə dərinlikdə baş verib. Hazırda ölən və xəsarət alan barədə məlumat yoxdur və sunami təhlükəsi ilə bağlı xəbərdarlı

16:01 174
.

Azərbaycandan Ermənistana göndərilən yanacağın ilk partiyası yola salındı

Azərbaycandan Ermənistana göndərilən neft məhsullarının ilk partiyası Bakı Yük Stansiyasından Biləcəri stansiyasına çatdırılıb və oradan Böyük Kəsik stansiyası istiqamətində hərəkətə başlayıb. "Report"a istinadən xəbər verir ki, 22 vaqona yüklənmiş ümumilikdə 1 220 ton "Aİ-95" markal

15:10 212
.

Süni intellektli çatbot qətldə ittiham olunur

ABŞ-da süni intellektlə işləyən çatbot ilk dəfə bir insanın qətlində dolayı yolla iştirak etməkdə ittiham olunub. xarici mediaya istinadən xəbər verir ki, bu barədə People nəşri məlumat yayıb. Məlumata görə, 56 yaşlı Stein-Erik Selberg 83 yaşlı anası Syuzan Adamsı öldürdükdən sonra intihar edib. İstinta

10:53 172
.

Avropa Rusiyaya xəbərdarlıq etdi

Avropa Birliyi və Avropa liderləri Moskvaya qarşı bir sıra ciddi xəbərdarlıqlar verib. BİG.AZ Euronews-a istinadən xəbər verir ki, Avropa Birliyi rəsmiləri Rusiyanın Ukrayna müharibəsini davam etdirməsi və "hibrit" təhdidlər (drone uçuşları, kritik infrastruktur hücumları) ilə Avropanı zəiflətmə

16:10 177
.

"Elşən Gülşən"də bu nöqsanlar aşkarlandı - Fotolar

Sabirabad rayonu, Qaragüney kəndində fəaliyyət göstərən "Elşən Gülşən" ticarət mərkəzində nöqsanlar aşkarlanıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb. Belə ki, baxış zamanı marketdə qida məhsullarının saxlanma şəraitinə əməl olunmadığı

14:04 245
.

Dostlarını yığıb 56 yaşlı kişinin başını kəsdi

Hindistanın Carxand ştatında üç gənc təhqirə görə kişinin başını kəsiblər. xarici mediaya istinadla bildirir ki, 56 yaşlı Karinath Luqunun başı kəsilmiş cəsədi dekabrın 16-da meşəlik ərazidə aşkarlanıb. Polisin versiyasına görə, o, kənd yarmarkasından evə qayıdarkən üç dost qarşısını kəsib. Hadisə il

19:45 65
.

Müqayisə ilə böyüyən uşaqlar: valideyn sevgisinin səssiz sınağı - PSİXOLOQDAN AÇIQLAMA

Valideynin öz övladını başqasının uşağı ilə müqayisə etməsi cəmiyyətimizdə çox vaxt "motivasiya" adı altında təqdim olunur. Halbuki bu cür müqayisələr uşağın inkişafına təkan verməkdən çox, onun özünə inamını sarsıdır, daxili dünyasında səssiz bir mübarizə yaradır. "Bax, filankəsin uşağ

16:29 207
.

Ölkəmizdə humanizmin növbəti təntənəsi

Azərbaycanın 44 günlük Vətən müharibəsindəki şanlı Zəfəri xalqımızın özünə inamını, güvənini daha da artırıb, eyni zamanda Azərbaycan dövlətçiliyini xeyli gücləndirib. Parlaq zəfərimizin beşinci ildönümünü "Konstitusiya və Suverenlik İli" kimi qeyd etdiyimiz qürurlu bir mərhələdə Preziden

10:35 217
.

TOP MP3