Cəlilabadda 60 yaşlı kişi intihar etdi

Cəlilabadda 60 yaşlı kişi intihar etdi
Cəlilabad rayonunda intihar hadisəsi baş verib.

"Report"un Muğan bürosunun məlumatına görə, hadisə Cəlilabad şəhərinin Həməşəra küçəsində yerləşən evlərdən birində qeydə alınıb.

Həmin küçənin sakini, 1960-cı il təvəllüdlü Ehtiram Bəşirov özünü yaşadığı evdə asaraq intihar edib. İlkin məlumata görə, intihar səbəb onun, uzun müddətdi xəstəlikdən əziyyət çəkməsidir.

Qeyd edək ki, o, əvvəl də intihara cəhd edib.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

BiG.AZ
Şikayətiniz varsa Whatsapp: 077 7125666

Telegramda izləyin
f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 816 Tarix: 01.08.2020
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol