Bu günə qədər Azərbaycanda 32 157 nəfər koronavirusa yoluxub, 26 474-ü isə sağalıb

Bu günə qədər Azərbaycanda 32 157 nəfər koronavirusa yoluxub, 26 474-ü isə sağalıb
Bu günə qədər Azərbaycanda ümumilikdə 32 157 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib.

BiG.AZ xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat verilib.

Qeyd olunub ki, ümumi yoluxanlardan indiyə qədər 26 474 nəfər müalicə olunaraq sağalıb, 454 nəfər vəfat edib, 5 229 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 283, ötən müddət ərzində isə ümumilikdə 723 236 test aparılıb.

BiG.AZ
Şikayətiniz varsa Whatsapp: 077 7125666

Telegramda izləyin
f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 945 Tarix: 01.08.2020


Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol