Valeriya Eminlə bizneslərinin müflis olması xəbərindən danışdı

Valeriya Eminlə bizneslərinin müflis olması xəbərindən danışdı

Rusiya mediası İosif Priqojin, Valeriya və Xalq artisti Emin Ağalarovun birlikdə açdığı biznesinin müflis olduğunu yazmışdı.

Axşam.az xəbər verir ki, "Good food style" adlanan və sağlam qidalar satışı ilə məşğul olan şirkət məşhurlar tərəfindən 2018-ci ildə qurulub.

Bir il sonra isə biznesin qazancı mənfiyə doğru getməyə başlayıb. 2020-ci ildə şirkətin 4,7 milyon rubl ziyan etdiyi açıqlanıb.

Məsələ ilə bağlı ilk dəfə Valeriya açıqlama verib. O, "Onlayn çatdırma ilə məşğul olan şirkət açdıq. Biznesin müflis olması yalandır. Xəbərləri oxuyanda Eminə zəng vurdum, belə bir hal olmadığını dedi. Bu biznesin xırda məslələri ilə məşğul olmuram. Burada ancaq yaradıcı tərəflə məşğulam. düzdür, pandemiya bizim üçün çətin ərəfə oldu. Amma ayaqda qaldıq və çalışmağa davam edirik" deyə bildirib.

BiG.AZ
Şikayətiniz varsa Whatsapp: 077 7125666

Telegramda izləyin
f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 1325 Tarix: 01.08.2020


Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol