Deputat: "SOCAR-da kadrların optimallaşdırılması ilə bağlı addımlar atılacaq"

Deputat: "SOCAR-da kadrların optimallaşdırılması ilə bağlı addımlar atılacaq"COVID-19 pandemiyası dünya iqtisadiyyatını böhrana sürükləməkdədir. Bir çox ölkələrdə karantin rejimi ticarət, turizm, ictimai iaşə və bir sıra digər sektorların fəaliyyətinə məhdudiyyətlərin qoyulmasına və bununla da özəl sektorun gəlirlərinin kəskin azalmasına gətirib çıxarıb. Eləcə də, istehsalın bir hissəsinin dayanması, nəqliyyata müəyyən məhdudiyyətlərin tətbiqi də neftə olan tələbi azaltmaqla qiymətlərdə enmələrə səbəb olub.

Bir sıra nəhəng enerji şirkətləri azalan gəlirlər fonunda xərclərini optimallaşdırmağa başlayıb.

Məsələn, ABŞ-ın "Chevron" neft şirkəti hazırda davam edən optimallaşdırma çərçivəsində işçilərinin 10-15%-ni ixtisar edəcəyini bildirib. Böyük Britaniya mərkəzli BP şirkəti isə ümumi işçilərinin 15%-i olmaqla 10 min personalını işdən çıxaracağını açıqlayıb.

ABŞ-ın digər neft şirkəti "Halliburton" isə təkcə Hyuston şəhərindəki mənzil-qərargahında min nəfər əməkdaşını ixtisar edib.

Bəs SOCAR işçiləri ixtisar etməklə xərclərini optimallaşdıra bilərmi?

Məsələ ilə bağlı "APA-Economics"ə açıqlama verən Milli Məclisin deputatı Rüfət Quliyev neft qiymətlərinin ucuzlaşmasına müxtəlif iqtisadi və siyasi amillərin təsir etdiyini, bu dəfə isə pandemiya şəraitinin dünya birjalarında neft qiymətlərini kəskin ucuzlaşdırdığını bildirib: "İlk olaraq dünyanın ən böyük iqtisadiyyatlarından biri olan Çində 40-45% həcmində istehsalın dayanması, eləcə də dünyanın bir çox ölkələrində iqtisadiyyatın bir çox sahələrində fəaliyyətin dayanması neft qiymətlərinin sürətlə düşməsinə səbəb oldu. Ucuz neft qiymətləri bir çox ölkələrə, həmçinin Azərbaycan iqtisadiyyatına təsir etməklə valyuta gəlirlərini azaltdı. Əgər dövlətin ümumi neft gəlirləri azalıbsa, bu zaman neft ixracatında əsas oyunçu kimi SOCAR-ın da gəlirlərinin azalması qaçılmazdır".

Deputat: "SOCAR-da kadrların optimallaşdırılması ilə bağlı addımlar atılacaq"Millət vəkili deyir ki, artıq "Chevron", BP kimi dünyanın ən iri enerji şirkətləri gəlirlərin azalması fonunda xərclərini optimallaşdırmağa başlayıb: "Sözügedən enerji nəhəngləri optimallaşdırma çərçivəsində planlı şəkildə 10-15% hədlərində işçi ixtisarlarını nəzərdə tutub. Qəbul etmək lazımdır ki, yerli neft şirkəti kimi SOCAR-ın da ötən illərdəki kimi çalışması və eyni həddə gəlir əldə etməsi mümkün deyil. Müəyyən xərclərin azaldılması və kadrların optimallaşdırılması isə təbii haldır. Şirkət itkilərlə üzləşdiyi vaxtda bu kimi xərclərdə azalma və optimallaşmaya getməlidir. Lakin SOCAR tərəfindən işçilərin hər hansı bir ixtisarı aparılmır. Bu da təsadüfi deyil ki, SOCAR dövlət şirkəti olaraq sosial məsuliyyətini dərk edir və digər xarici enerji şirkətləri kimi mövcud iqtisadi vəziyyətə bu formada reaksiya göstərmir".

"Lakin xərclərin azaldılması və kadrların optimallaşdırılması ilə bağlı müəyyən formada hər hansı addımlar atılacaq. Bu, qaçılmaz bir məsələdir. Biz özümüzü pandemiya yoxmuş kimi apara bilmərik, "gəlirlər azalmır, iqtisadiyyat ötən ilki kimi inkişafdadır" deyə bilmərik. Təbii ki, buna göz yummaq olmaz. Xarici şirkətlərdən fərqli olaraq bizim sosial-iqtisadi qanunlarımız var və dövlət olaraq insanlara münasibət başqa cürdür. Lakin SOCAR-ın müəyyən formada xərclərinin kompensasiya edilməsinin bir yolu da işçilərin ixtisara salınmasıdır. Bu, 2-3 aylıq əməkhaqqının verilməsi ilə işçilərin bir hissəsini işdən azad edilməsi yolu ilə aparıla bilər", - deyə ekspert vurğulayıb.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 2145   Tarix: 16 iyul 2020  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Kamala Harris prezident olmağa hazırlaşır

ABŞ-ın sabiq vitse-prezidenti Kamala Harris 2028-ci il seçkiləri ərəfəsində mövqelərini gücləndirmək üçün çalışır. xəbər verir ki, bu barədə "Axios" nəşri məlumat yayıb. "Kaliforniya qubernatoru Gavin Nyusom və digər potensial namizədlərin rəqabətinə baxmayaraq, milli sorğular göstəri

15.12.2025 225
.

Şüşədə yağ, içində sual işarəsi... Etiketə inan bədəninə dua et

Supermarketlərdə yüzlərlə çeşid günəbaxan, qarğıdalı, zeytun yağları satılır. Hər birinin üzərində 100% təbii olduğu yazılır. Lakin məhsulu aldıqda isə keyfiyyətinin o olmadığını görürük. Ölkəmizdə duru yağlar yerli istehsal ilə yanaşı, Rusiya, Türkiyə, Ukrayna, Sinqapur kimi ölkələrdən idxal olunur

13:02 104
.

AzTV-dən narazılara cavab gəldi: "Gələn il..."

"Bizim heç bir sənət adamı ilə problemimiz yoxdur. Əksinə, qarşılıqlı formada bir-birimizə dəstək veririk". Bu sözləri "Yeni Sabah"a AzTV-nin mətbuat xidmətinin rəhbəri Rüfət Seyidov deyib. Onun sözlərinə görə, Dövlət Televiziyasında Yeni il çəkilişlərinə dəvət olunmayan ifaçılar

15.12.2025 410
.

Ağdamda iki qardaş bıçaqlandı

Ağdamda iki qardaş bıçaqlanıb. "Qafqazinfo"nun xəbərinə görə, bıçaqlanma hadisəsi rayonun Baharlı qəsəbəsi ərazisində baş verib. Belə ki, həmyerlilər arasında baş verən mübahisə zamanı Elçin və Sənan adlı qardaşlar bıçaqlanıb. Hadisəni törətməkdə şübhəli bilinən qəsəbə sakini Sadiq adlı şəx

15.12.2025 294
.

Gizir Xanıya şəhidlik statusu verildi

Ağdamda minaya düşərək həlak olan Gizir Xanıya şəhidlik statusu verilib. Teleqraf-ın xəbərinə görə, 23 sentyabr tarixində rayonun Mirəşelli kənd ərazisində minaya düşərək həlak olan Gizir Xanı kimi tanınan Səyyaf Əhmədova mülki şəhid statusu verilib. Bu barədə məlumatı S.Əhmədovun yaxınları təsdiqləyib

15.12.2025 361
.

Balakəndə ağır qəza - Ölən və yaralananlar var

Balakən rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə bu gün saat 17 radələrində Talalar kəndi ərazisində olub. Belə ki, "VAZ-2106" və "VAZ-21015" markalı avtomobillər toqquşub. Nəticədə "VAZ-2106"nın sürücüsü, 30 yaşlı Əyyu

15.12.2025 258
.

Onlara ən azı 46 gün məzuniyyət veriləcək

Məzuniyyət hüququ 46 təqvim günü olan xüsusi xidmətləri olan işçilərin siyahısında dəyişiklik ediləcək. "Qafqazinfo" xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə edilən Əmək Məcəlləsinə dəyişiklikdə öz əksini tapıb. Sənədə əsasən, aşağıdakı işçilər

12:45 108
.

"Yerdəki 100 manatı götürmək istəyəndə yıxıldı" - Video

Xəbər verdiyimiz kimi, Azərbaycan Universitetində 18 yaşlı tələbə yıxılaraq xəsarət alıb. "Qafqazinfo"nun məlumatına görə, şahidlər hadisənin detalları barədə "Baku TV"yə danışıblar. "Yerdə 100 manat var idi. Onu götürmək üçün döşəmənin üstünə hoppandı. Həmin yer qırıldı və aşağ

15.12.2025 529
.

"İndi başqa eşqlə yaşayıram"

"Yaşlı insan tək yaşamamılıdır. Bir yerdə gedib gəzsinlər: parka, kinoya getsinlər. İnsan bütün həyatını övladına həsr edir. Bəs, bu adam nə zaman yaşasın? Mənim yaram təzədir. İçimdə qorxu hissi var, yenidən ailə həyatı qura bilmərəm. Yağışdan çıxıb, yağmura düşə bilmərəm". Axşam.az xəbə

15.12.2025 336
.

TOP MP3