"Ermənilərin Azərbaycana qarşı alçaq siyasəti, məkirli planları xalqı qəzəbləndirir"

"Ermənilərin Azərbaycana qarşı alçaq siyasəti, məkirli planları xalqı qəzəbləndirir"Son hadisələr əhval-ruhiyyəmizi çox korladı.

Bunu Milli.Az-a açıqlamasında Xalq artisti, Azərbaycan Akademik Musiqili Teatrının aktyoru və rejissoru, "Şöhrət" ordenli, Prezidentin fərdi təqaüdçüsü, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Musiqili teatr aktyoru kafedrasının müdiri, professor İlham Namiq Kamal deyib.

Xalq artisti aksiyanı döyüş meydanına çevirmək cəhdi edənlərlə bağlı bildirib ki, cəbhədə əsgərlərimiz erməni ilə döyüşür, burada da polisə, dövlətə qarşı təxribat törətməyə cəhd edirlər:

"Ermənilərin abırsız, alçaq siyasəti, Azərbaycana qarşı olan məkirli planları xalqın əsəblərini tarıma çəkir, xalqı qəzəbləndirir. Ancaq onunla bərabər Azərbaycan dövləti, Ali Baş Komandan, möhtərəm Prezident İlham Əliyevin apardığı uğurlu iş nəticəsində bunların hamısını dəf edir və dəf edəcək. Amma bu, o demək deyil ki, insanlar sakit durmalıdırlar. Siz gördünüz ki, bizim gənclərimiz necə yüksək səviyyədə öz vətənpərvərliklərini göstərdilər. Amma bununla bərabər onların vətənpərvərliyindən sui-istifadə edən qüvvələr də var ki, o qüvvələr, sözün əsl mənasında, Azərbaycan xalqına cəbhədə döyüşlər getdiyi bir dönəmdə, şəhidlər verdiyimiz bir dönəmdə, birlik-bərabərlik nümayiş etdirdiyimiz bir dönəmdə arxadan zərbə vururlar. Çıxmışdılar Qarabağ, müharibə şüarları səsləndirməyə, amma nə etdilər?! Polisə müqavimət göstərdilər, asayişi pozmağa çalışdılar, təxribata əl atdılar. Cəbhədə əsgərlərimiz erməni ilə döyüşür, burada da polisə, dövlətə qarşı təxribat törətməyə cəhd edirlər".

Professor qeyd edib ki, yaşından asılı olmayaraq, əgər Ali Baş Komandanın səfərbərlik, müharibə əmri olsa, ön xəttə də gedib gənclərə dəstək olmağa hazırdır:

"Cənab Prezidentin son zamanlar keçirdiyi müşavirələrdə bəzi məmurlara, nazirlərə dediyi sözlər, tutduğu iradlara da şərikik. Mən yaradıcı adam da olsam, yaşımdan asılı olmayaraq, əgər Ali Baş Komandanın səfərbərlik, müharibə əmri olsa, ön xəttə də gedib gənclərə dəstək olmağa, ruhlandırmağa hazıram. Mən bu dəqiqə Şamaxıdayam. Burada olan insanlar arasında mənə nə qədər müraciət edən var ki, "Biz nə edək? Necə kömək edək hərbçilərimizə?" Biz buradakı gəncləri sakitləşdiririk ki, "Darıxmayın, lazım olanda Ali Baş Komandan əmr verəcək. Biz də onun əmrinə tabe olub, ürəklə irəli gedəcəyik". Mən burada olduğum üçün bunu şamaxılılar adından da qeyd etmək istəyirəm ki, şamaxılılar həmişə vətənlərini seviblər, Şirvan camaatı həmişə dövlətin və cənab Prezidentin ətrafındadır".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1472   Tarix: 16 iyul 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Prorektoru öldürməkdə təqsirləndirilən şəxs məhkəməni daha iki həftə uzatdırdı

"Təfəkkür" Universitetinin prorektoru Tariyel Əhmədovun öldürülməsində təqsirləndirilən Müşviq Atakişiyev, Dəyanət Quliyev və Samir Quliyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. APA xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Siyavuş Hacıyevin sədrliyi ilə keçirilə

26.04.2024 213
.

"COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədir"

"COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədir". "Qafqazinfo" xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev aprelin 26-da Berlində "15-ci Petersberq İqlim Dialoqu"nun Yüksək Səviyyəli Seqmentində çıxışında deyib. Bu qlobal tədbi

26.04.2024 202
.

Çin taikonavtlarını daşıyan Şinkou-18 gəmisi kosmik stansiyaya çatıb

Çin taikonavtlarını daşıyan Şinkou-18 gəmisi kosmik stansiyaya çatıb. xəbər verir ki, Çin İnsanlı Kosmos Proqramı Agentliyinin (CMSA) verdiyi açıqlamaya görə, taykonavtlar Yi Quanqfu, Li Konq və Li Quanqsunu daşıyan Shincou-18 kosmik gəmisi kosmik stansiyanın əsas modulu ilə birləşib. Təxminən 6 saa

26.04.2024 0
.

Çin Almaniya səfirini casusluqla bağlı həbs qərarından sonra nazirliyə çağırıb

Almaniyada Çin adına casusluq etdiyi iddia edilən 4 nəfər saxlanıldıqdan sonra Pekin səfiri Patrisiya Flor Çin Xarici İşlər Nazirliyinə çağırılıb. xəbər verir ki, səfir Flor X sosial media hesabından verdiyi açıqlamada, 4 Alman vətəndaşının casusluq ittihamı ilə saxlanılmasının ardından Çin Xarici İşlə

26.04.2024 0
.

Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR - VİDEO

Dörd aylıq körpənin balkondan düşərək vəfat etdiyi yerin görüntüləri yayılıb. -ın məlumatına görə, bədbəxt hadisə paytaxtın Sabunçu rayonu, Ramana qəsəbəsi ərazisində baş verib. Eyvandan düşərək dünyasını dəyişən dörd aylıq Ayla Eyvazlının babasının sözlərinə görə, hadisəyə səbəb ehtiyatsızlıq olub

26.04.2024 0
.

Elçin 3 ildir bu səbəbdən efirə çıxmırmış

Müğənni Elçin Cəfərov 3 ildir yaradıcılığından uzaqlaşmasının səbəbini açıqlayıb. Axşam.az xəbər verir ki, sənətçi bu haqda "El canlı" proqramında danışıb. O bildirib ki, buna səbəb Türkiyəyə köçməsi olub:. "İstanbulda yaşayırdım, işləyirdim. Bizneslə məşğul idim. Gəldim gördüm ki, Bakıd

26.04.2024 614
.

Manaf Ağayevi Füzulidə avtomobil karvanı qarşıladı - Video

Müğənni Manaf Ağayev ad gününü Füzulidə qeyd edib. Axşam.az xəbər verir ki, 60 yaşı tamam olan sənətçi bu münasibətlə ata yurduna yollanıb. M.Ağayev bildirib ki, toy sahibləri məclisi xüsusi olaraq onun ad günü gününə salıblar. "Bugün 60 yaşımı doğma yurdum Füzulidə toyda qeyd etmək qismət oldu

26.04.2024 522
.

Sağlamlıq arayışlarının ödənişləri niyə fərqlidir?

TƏBİB sağlamlıq arayışlarının ödənişlərindəki fərqə aydınlıq gətirib. "Qafqazinfo" xəbər verir ki, bunu TƏBİB-in şöbə müdiri Səbinə Quliyeva jurnalistlərin suallarını cavablandırarkən deyib. "Bəzi tibbi arayışlar ödənişsiz, icbari tibbi sığorta çərçivəsində qarşılanır. Tariflər sağlamlı

26.04.2024 289
.

"Yaşımı heç vaxt sirr saxlamadım"

Aktrisa Xəyalə Quliyeva doğum günü münasibətilə sosial media hesabında paylaşım edib. OLAY yazır ki, o, yaşını göstərən şarların da olduğu fotosunu izləyiciləriylə bölüşərək yaşını heç vaxt sirr saxlamadığını bildirib. "Yaş qadının ən böyük sirridir deyiblər. Bu mövzuda heç vaxt sirr saxlamadım

26.04.2024 836