Ermənilər Azərbaycanın Fransadakı Səfirliyinin binasına qarşı vandalizm aktı törədib

Ermənilər Azərbaycanın Fransadakı Səfirliyinin binasına qarşı vandalizm aktı törədibİyulun 14-də Azərbaycanın Fransadakı Səfirliyinin binasına qarşı vandalizm aktı törədilib. Erməni radikal gənclər təşkilatının bir qrup üzvü tərəfindən törədildiyi ehtimal olunan bu vandalizm aktı özündə terror elementlərini ehtiva etməklə yanaşı, 1961-ci il Diplomatik Əlaqələr haqqında Vyana Konvensiyasının kobud şəkildə pozulmasıdır. Baş vermiş hadisə ilə bağlı Fransanın ölkəmizdəki Səfiri XİN-ə çağırılaraq qarşı tərəfə etiraz bildirilib.

Bu barədə BiG.AZ-a Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən məlumat verilib.

Xatırladırıq ki, bundan öncə də Azərbaycan Respublikasının xarici ölkələrdəki diplomatik nümayəndəliklərinə, o cümlədən ABŞ-dakı Səfirliyimizə qarşı radikal erməni təşkilatlarının üzvləri tərəfindən müdaxilə cəhdləri olub.

Erməni terrorçuluq meylləri, təəssüf ki, bizə yaxşı bəllidir. Azərbaycan erməni terrorunun acılarını yaşayıb, həm də 20-ci əsrin əvvəllərindən etibarən. 1980-ci illərin sonlarında Azərbaycanda törədilən çoxsaylı terror aktları, 1992-ci ildə Xocalıda bir gecədə 613 mülki şəxsin vəhşicəsinə qətl edilməsi, bu gün də işğalçı ölkənin silahlı qüvvələrinin azərbaycanlı mülki şəxsləri hədəfə alması - bütün bunlar ermənilər tərəfindən törədilmiş qanlı terror aktlarıdır. Terrorçuluq meylləri Ermənistanın işğalçılıq siyasətinin kökündə durur.

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəliklərinin radikal erməni təşkilatlarının təhdidlərinə qarşı ehtiyatlı olmaları məqsədilə tərəfimizdən səfirlik və konsulluqlarımıza təlimat verilib.

Eyni zamanda, Vyana Konvensiyası əsasında diplomatik nümayəndəliklərimizin mühafizəsinin gücləndirilməsi ilə əlaqədar aidiyyəti üzrə xarici ölkələrə tərəfimizdən müraciət göndərilib.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1685   Tarix: 15 iyul 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

İlham Əliyevdən Xankəndi ilə bağlı SƏRƏNCAM

Prezident İlham Əliyev Xankəndi Şəhər Prokurorluğunun yaradılması haqqında Sərəncam imzalayıb. Bununla bağlı məlumat yayıb. Sərəncama əsasən, Nazirlər Kabineti Xankəndi Şəhər Prokurorluğunun yaradılması ilə əlaqədar həmin qurumun bina, avadanlıq, rabitə, nəqliyyat vasitələri ilə təmin edilməsi və digə

04.05.2024 223
.

Namiq Qaraçuxurlu: "Ayrılığı çətin keçirirəm"

Meyxanaçı Namiq Qaraçuxurlu bahalı avtomobillərindən danışıb. bildirir ki, bu barədə sənətçi "Zaurla Günaydın" verilişində açıqlama verib:. "Heç vaxt kredit götürməmişəm. Qorxuram. Elməddin həmişə mənim maşınımla maraqlanırdı. Zəng edib soruşurdu ki, Namiq nə maşını sürür. Bir avtomobili

01:49 0
.

Vitse-prezident: "ADB-nin yeni əməliyyat modeli iqlim və özəl sektora diqqət yetirir"

Asiya İnkişaf Bankının (ADB) 2023-cü ildə hazırlanmış yeni əməliyyat modeli iqlim dəyişikliyi və özəl sektorun inkişafını əsas məsələlər kimi vurğulayır. "Report"un Tbilisiyə ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, bunu ADB-nin sektorlar üzrə vitse-prezidenti Fatimə Yasmin Gürcüstanı

04.05.2024 124
.

Gürcü ekspert: Qərb və ABŞ ölkəmizdə çevriliş niyyətindədir - RƏY

Gürcüstan hazırda müstəqilliyini qorumaq üçün mübarizə aparır. "Xarici təsirin şəffaflığı haqqında" qanunu da məhz buna görə qəbul etmək istəyir. Azərbaycan nümunəsi isə tək Gürcüstan yox, bütün dünya üçün örnəkdir. Azərbaycan öz milli maraqlarını hər şeydən üstün tutur. Bu sözləri "Report"u

04.05.2024 82
.

Rusiya Ukraynanın keçmiş prezidentini axtarışa verdi - FOTO

Rusiyanın Daxili İşlər Nazirliyi (DİN) Ukraynanın keçmiş prezidenti Petro Poroşenkonu axtarışda olanlar siyahısına daxil edib. Belə bir sənəd nazirliyin məlumat bazasında peyda olub. "1965-ci il təvəllüdlü, Bolqrad şəhərində anadan olmuş Poroşenko Petro Alekseyeviç cinayət maddəsi ilə axtarışdadır"

04.05.2024 175
.

Borreldən etiraf: "ABŞ hegemon statusunu itirib"

"ABŞ hegemon statusunu itirib". Bu fikri Avropa İttifaqının (Aİ) Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Jozep Borrel Böyük Britaniyada mühazirə ilə çıxış edərkən deyib. Borrel Soyuq Müharibə dövründən sonra yaranan beynəlxalq sistemin indi praktiki olaraq mövcudluğunu dayandırdığın

04.05.2024 80
.

Macarıstan XİN: NATO qoşunlarının Ukraynaya yerləşdirilməsi ilə üçüncü dünya müharibəsi başlayacaq

NATO qoşunlarının Ukraynaya yerləşdirilməsi üçüncü dünya müharibəsi demək olacaq. "Report" xəbər verir ki, bunu Macarıstanın xarici işlər naziri Peter Siyarto deyib. Nazirin sözlərinə görə, avropalı siyasətçilər müharibədə iştirak etmək yollarını axtarmaqdansa, sülhə nail olmaq üçün çalışmalıdırlar

04.05.2024 163
.

Afaq Bəşirqızının məsləhəti qalmaqal yaratdı: Sevgi, yoxsa pul? - VİDEO

Xalq artisti Afaq Bəşirqızının bu yaxınlarda iştirak etdiyi verilişlərdən birində səsləndirdiyi fikirlər böyük müzakirələrə səbəb olub. O, xanımlara səslənərək işi, savadı və evi olmayan oğlanla ailə həyatı qurmamağı məsləhət görüb. Verilişdəki tamaşaçılar onun sözlərini alqışlarla qarşılasalar da, Xal

04.05.2024 725
.

ABŞ institutu: Ukrayna müharibənin yeni mərhələsi ilə üz-üzədir

Ukrayna müharibənin yeni mərhələsi ilə üz-üzədir. "Report" xəbər verir ki, bu barədə ABŞ-nin Müharibə Araşdırmaları İnstitutunun son hesabatında yazılıb. Qeyd olunub ki, Ukraynanın ciddi sursat çatışmazlığı var: "Amma Kiyev hələ ki, cəbhə xəttini qorumağı bacaracaq. Ukrayna rəsmiləri bildiriblə

04.05.2024 103