AQTA tərəfindən 229 müəssisədə reyd keçirildi

AQTA tərəfindən 229 müəssisədə reyd keçirildiNazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun (COVID-19) profilaktikasına dair metodiki göstərişlərin icrasına nəzarət məqsədilə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən ictimai iaşə və qida məhsullarının ticarəti ilə məşğul olan sahibkarlıq subyektlərində reydlər davam etdirilir.

Agentlikdən verilən məlumata görə, 13 iyul 2020-ci il tarixində AQTA əməkdaşları tərəfindən Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən 44-ü ictimai iaşə obyekti, 185-i ərzaq satışı mağazası olmaqla, ümumilikdə 229 müəssisədə reyd keçirilib. Sahibkarlıq subyektlərinə qida təhlükəsizliyi sahəsində qanunvericiliyin tələbləri izah edilib, icrası məcburi göstərişlər və maarifləndirici tövsiyələr verilib.

Reyd keçirilən obyektlərdən 81-də Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin tələblərindən irəli gələn bir sıra qaydalara əməl olunmaması və kobud şəkildə pozulması faktları aşkarlanıb. Aşkarlanmış faktlarla bağlı həmin müəssisələr barədə qanunvericiliyin tələbləri çərçivəsində inzibati tədbirlər görülüb. Sözügedən müəssisələr arasında daha çox uyğunsuzluqlar aşkar edilən ictimai iaşə və ərzaq mağazaları aşağıdakılardır:

Bakı şəhəri üzrə:

Ağayev Yusif Əli oğluna, Mirzəyev Valeh İbrahim oğluna, Əhmədzadə Fərid Mirağa oğluna, Ocaqverdiyev Natiq Durasan oğluna, Aşımov Akif İnqilab oğluna, Babayev Hüseyn Rza oğluna, Məmmədov Əhəd Həmzə oğluna, İsmayılov Elməddin Şakir oğluna, Məhərrəmov Elməddin Sultanhəmid oğluna və Quliyev Yusif Mirzə oğluna məxsus ərzaq mağazaları, "Güvən" marketi, "ƏVOA" MMC-yə məxsus Yasamal və Səbail rayonunda marketlər;

Digər şəhər və rayonlar üzrə:

Abşeron rayonu, Mehdiabad qəsəbəsində "Rahat" marketi;

Siyəzən rayonunda "Göl" kafesi;

Xaçmaz rayonunda Ağayev Nizami Əmirağa oğluna məxsus ət satışı mağazası;

Quba rayonunda "Şane", "Roman", "Shisha garden", "Olimp" restoranları, "Göl" kafesi;

Göyçay rayonunda "Panorama", "Tontiş", "Qədiş" kafeləri, Həsənov Neyman Gülbala oğluna, Xəlilov Müqəddəs Sirac oğluna, İbrahimov Ehtibar Rafiq oğluna məxsus dönərxanalar, Məmmədov Yasin Vahid oğluna, Səfərəliyeva Afaq Əsgərağa oğluna məxsus yeməkxanalar, Rüstəmov Atakişi Xəqani oğluna və Zamanov Rafiq Gülməmməd oğluna məxsus restoranlar;

Ağdaş rayonunda "Sərin", "Bir inci", "Ağdaş", "Xırdalan", "İKA", "Ailəvi", "Halal", "1001 Gecə", "Kral", "Çinar" restoranları, "Şamil", "Elxan", "Su səsi" kafeləri, Qarayev Telman Şahmurad oğluna məxsus kafe və Əhmədov Natiq Mahmud oğluna məxsus yeməkxana;

Zaqatala rayonunda Bayramova Hürü Qürbət qızına, İsmayılova Səidə Kamal qızına, Aydayeva Ayşə Məhəmməd qızına məxsus ərzaq mağazaları;

Balakən rayonunda Kiçiliyeva Arzu Şəmsəddin qızına məxsus ərzaq mağazası;

Qəbələ rayonunda "Kabab" və "Dönər evi" dönərxanaları və "Dondurma" kafesi;

Astara rayonunda "Rahat" və "Qardaşlar" ərzaq mağazaları;

Goranboy rayonunda Babayeva Gülnar Rüstəm qızına məxsus ərzaq mağazası;

Daşkəsən rayonunda Xəlilzadə Səadət Ellər qızına məxsus kafe, "Versal" restoranı, Əliyev Maarif Əsgər oğluna, Hüseynov Şahbar Novruz oğluna, Qurbanova Ahuzər İlyas qızına məxsus yeməkxanalar, "Araz supermarket", "Bizim" marketləri, İmamverdiyeva Niyar Abbas qızına və Məmmədov Xəyal Akif oğluna məxsus ərzaq mağazaları;

Naftalan şəhərində "Bahar" və "Turan" yeməkxanaları, Rəhimov Rahib Arzu oğluna məxsus dönərxana;

Qazax rayonunda "Loğman", "Şamlıq" kafeləri, Nəbiyev Mehdi Akif oğluna və Ərəbov Hacı Murad oğluna məxsus ət satışı mağazaları;

Ağstafa rayonunda "Şans" kafesi;

Şəmkir rayonunda Hadıyev Anar Sadəddin oğluna, İsmayılov Elçin Firudin oğluna, Camalzadə Anar Nəriman oğluna məxsus ət satışı mağazaları;

Ucar rayonunda "24 saat" marketi;

İmişli rayonunda "Tərəkəmə", "Gilavar" restoranları;

Beyləqan rayonunda "Xan çinarı", Səmədov Rəvan Həmzəağa oğluna məxsus yeməkxanaları.

Qeyd edək ki, AQTA Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektləri və ərzaq mağazalarında yoxlama-nəzarət tədbirlərini bundan sonra da davam etdirəcək və Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərə əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcək.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 462   Tarix: 14 iyul 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Samirə Yusifqızı: "İt kimi öləcəksiniz"

"Bir çoxunun üzünə yalandan gülürəm. Həmişə üzümdə təbəssüm olur. Amma ürəyimdəki ürəyimdədir. Onların özünə demədən ürəyimdən silmişəm. Bunu yəqin ki, özləri də hiss edirlər, bilirlər. Çünki 90 faiz insan üzünə gülüb, bir addım o tərəfə aralanan kimi min cür söz danışırlar. Onlardan nə keçəcəyi

29.04.2024 477
.

Aprelin son gününün HAVA PROQNOZU

Aprelin 30-na gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Cənub-şərq küləyi axşama doğru mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 14-17 isti

29.04.2024 336
.

İsrail əsgərləri İordan çayının qərb sahilində 15 fələstinlini həbs edib

İsrail əsgərləri İordan çayının qərb sahilində fələstinliləri həbs etməyə davam edir. BİG.AZ xəbər verir ki, hücum zamanı 15 fələstinlini həbs edilib. Bu barədə Fələstin Əsirlər Dərnəyi ilə Fələstin Azadlıq Təşkilatına bağlı Əsir və Azad Heyəti birgə bəyanat yayıb. Açıqlamada, İsrail ordusunun müxtəli

29.04.2024 176
.

Azərbaycanın Əməkdar jurnalisti vəfat edib

Tanınmış jurnalist Vasif Səmədov vəfat edib. APA xəbər verir ki, Azərbaycanın Əməkdar jurnalisti Vasif Səmədov bu gün dünyasını dəyişib. Vasif Səmədov 22 yanvar 1950-ci ildə Masallı rayonunda anadan olub. ADU-nun jurnalistika fakültəsini bitirdikdən sonra Ukraynada hərbi xidmətdə olub. O, "Azərbayca

29.04.2024 315
.

Paşinyan Vladimir Putinin andiçmə mərasiminə getməyəcək

Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya Prezidenti Vladimir Putinin mayın 7-də Moskva vaxtı ilə saat 12:00-a planlaşdırılan andiçmə mərasiminə getməyəcək. Bu barədə "MediaHub" öz mənbələrinə istinadla xəbər verib. Bildirilib ki, Ermənistan mahiyyətcə müttəfiq kimi Rusiyadan narazı olduğun

29.04.2024 233
.

Rusiya: "Biz Donetsk vilayətindəki Semenovka qəsəbəsini nəzarətə götürdük"

Rusiya Müdafiə Nazirliyi Donetsk vilayətindəki Semenovka qəsəbəsini nəzarətə götürdüklərini açıqlayıb. xəbər verir ki, nazirlikdən verilən açıqlamada Rusiya hərbi qüvvələrinin Rusiya-Ukrayna müharibəsindəki fəaliyyətləri barədə məlumat verilib. Açıqlamada Ukrayna ordusuna məxsus pilotsuz uçuş aparatlarını

29.04.2024 229
.

Vətən müharibəsində itkin düşən altı hərbçiyə şəhid statusu verilib - FOTO

"Bilirsiniz ki, Üçtərəfli Bəyanat imzalandıqdan dərhal sonra hər iki tərəfin aidiyyəti dövlət qurumları tərəfindən Rusiya sülhməramlı kontingentinin və Beynəlxalq Qızıl Xaç Komitəsinin də iştirakı ilə ərazidə çox ciddi axtarış-araşdırma işləri həyata keçirildi". xəbər verir ki, bunu APA-y

29.04.2024 370
.

Humanitar yardım daşıyan 1063 tırdan yalnız 49-u Qəzzanın şimalına çatıb

Qəzza zolağındakı Fələstin hökuməti, ABŞ və İsrailin iddialarının əksinə olaraq, bir həftə ərzində Qəzza zolağına daxil olan 1063 humanitar yardım maşınından yalnız 49-nun Qəzza zolağının şimalına çatdığını açıqlayıb. BİG.AZ xəbər verir ki, bu barədə Qəzza hökumətinin Media İdarəsinin rəhbəri Selam

29.04.2024 142
.

Azərbaycanla Ermənistan arasında 35 sərhəd dirəyi quraşdırılıb - VİDEO

Azərbaycan ilə Ermənistan arasındakı sərhəddə koordinatların dəqiqləşdirilməsi işləri çərçivəsində aparılan geodeziya ölçmələri əsasında nəzərdə tutulan işlərin yarısından çoxu 2024-cü il aprelin 29-dək yerinə yetirilib, 35 sərhəd dirəyi quraşdırılıb. xəbər verir ki, bu barədə Azərbaycan Baş nazirini

29.04.2024 203