İlin sonunadək şəhid ailələrinə və əilliyi olan şəxslərə 1200 mənzil veriləcək - Nazirlik

İlin sonunadək şəhid ailələrinə və əilliyi olan şəxslərə 1200 mənzil veriləcək - NazirlikSon illə ərzində şəhid ailələrinə və əilliyi olan şəxslərə evlərin verilməsi üçün müvafiq addımlar atılıb, artıq onlara 7900 mənzil verilib.

BiG.AZ Trend-ə istinadən xəbər verir ki, bunu Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov "PREZİDENT. Müstəqillik. Təhlükəsizlik. Rifah" adlı video layihəsinə açıqlamasında deyib.

Onun sözlərinə görə, 2018-ci ildə 600-dən çox, 2019-cu ildə 900 mənzil verilib. Bu il rekord sayda - 1500 mənzilin verilməsi nəzərdə tutulur. İndiyədək artıq 300 mənzil verilib, 200 mənzilin satınalması artıq həyata keçiirlib: "Düşünürük ki, ilin sonunadək 1500 mənzili vətəndaşlara təqdim edə biləcəyik. Eyni zamanda, bu təbəqədən olanlara avtomobilin verilməsi də həyata keçiirlir".

A.Kərimov əlavə edib ki, indiyədək 3500 şəxs özünüməşğulluq proqramından faydalanb. Onların 50 faizindən çoxu şəhid ailələri, məcburi köçkünlər və həsssas təbəqənin nümayəndələridir.

A.Kərimov bildirib ki, pandemiyadan əvvəl 55 min ictimai iş yerinin açılması nəzərdə tutulmuşdu. Amma bu yerlərin artıq 90 minə çatdırılması nəzərdə tutulub.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 994   Tarix: 13 iyul 2020  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş