"Ermənistan itkiləri gizlətməklə daxili narazılığın artmasının qarşısını almaq istəyir"

"Ermənistan itkiləri gizlətməklə daxili narazılığın artmasının qarşısını almaq istəyir""Azərbaycan-Ermənistan sərhəddindəki son insident 2016-cı ilin 4 günlük Aprel savaşından sonra tərəflər arasında ilk ciddi toqquşma sayıla bilər".

Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Elxan Şahinoğlu deyib. Onun fikrincə, 4 ildən sonra Azərbaycanın pilotsuz uşuç aparatları yenə erməni hərbi məntəqələrini hədəf seçdi:

"Ermənistan itkiləri gizlətməklə daxili narazılığın artmasının qarşısını almaq istəyir""Azərbaycan Müdafiə Nazirliyi bu görüntüləri 4 il bundan əvvəl olduğu kimi yaydı. Bu sərhəddəki insidentin miqyasını göstərdi. Ümumiyyətlə, 2016-cı ilin Aprel savaşı münaqişədə dönüş nöqtəsi sayıla bilər. Bunu Ermənistanda anlamırlar. Ermənistan hakimiyyəti və erməni cəmiyyəti yanlış olaraq düşünür ki, Azərbaycan əbədiyyətə qədər mənasız danışıqlarda iştirak edəcək, Şuşa, Kəlbəcər və Laçının məskunlaşdırılmasına, o cümlədən Ermənistanın Baş nazirinin Şuşada "andiçmə" mərasiminin təşkilinə səbrli yanaşacaq. Əgər bunu düşünürlərsə, demək Azərbaycan cəmiyyətini yaxşı tanımırlar. Bu təxribatlara dünyanın heç bir xalqı səbrli yanaşmaz, o cümlədən azərbaycanlılar. Azərbaycan Minsk Qrupu həmsədrlərinin mənasız vasitəçilyindən sonra 2016-cı ilin aprelində düyməyə basdı. Mexanizm hərəkətə gəldi və geriyə yol yoxdur. Doğrudur, Rusiyanın təzyiqi ilə savaş 4 gündən sonra dayandırıldı, ancaq bunun müvəqqəti xarakter daşıdığı bəlli idi. Halbuki, Arpel savaşının nəticəsi olaraq Ermənistan Dağlıq Qarabağ ətrafındakı rayonların boşaldılmasına razılıq verib "mərhələli həll" planının reallaşmasına razılıq versəydi, dünənki insident və buna bənzər hadisələr də baş verməyəcəkdi".

Politoloq qeyd edib ki, Ermənistan hakimiyyəti Azərbaycan Prezidenti İlham Əliyevin ötən həftə televiziya kanallarına verdiyi geniş müsahibəni də doğru oxuya bilmədi:

"Dövlət başçısı həmin müsahibədə Azərbaycan-Ermənistan münaqişəsinə və Minsk Qrupu həmsədlərinin fəaliyyətinə qiymət verdi. Birincisi, prezident dedi ki, həmsədrlər Ermənistanın Baş naziri Nikol Paşinyanın "Qarabağ Ermənistandır" açıqlamasına reaksiya vermədilər. Halbuki, bu açıqlama bölgədə gərginliyin artmasına xidmət etdi. "Bu ifadə, əslində, Minsk Qrupunun formalaşdırdığı danışıqların mahiyyətini alt-üst edir, danışıqları faktiki olaraq əhəmiyyətsiz edir" - bu İlham Əliyevin qiymətləndirməsidir.

"Ermənistan itkiləri gizlətməklə daxili narazılığın artmasının qarşısını almaq istəyir"İkincisi, prezident bir daha xatırlatdı ki, Azərbaycan separatçılarla və onların qondarma rejimi ilə danışıqlar aparmayacaq. İlham Əliyev həmsədrlərin Nikol Paşinyanın "Azərbaycan Dağlıq Qarabağla danışıqlar aparsın" açıqlamasına da reaksiya vermədiklərini bildirdi. Azərbaycan Prezidenti "formatı dəyişmək lazımdır" fikrinin danışıqları əhəmiyyətsiz etdiyini vurğuladı.

Üçüncüsü, İlham Əliyev həmsədrlərin Nikol Paşinyanın Şuşaya təxribatçı səfər edərək qondarma andiçmə mərasimindəki iştirakına səssiz qalmalarını tənqid etdi: "Nə üçün deyilmir ki, bu təxribatdır və təxribata görə Ermənistan cavabdehlik daşıyacaq".

Dördüncüsü, prezident qeyd etdi ki, Ermənistan işğal edilmiş torpaqlarda qanunsuz məskunlaşma siyasəti aparır. İlham Əliyev bu məsələni hər dəfə həmsədrlər qarşısında qaldırdığını, ancaq vasitəçilərin buna da seyriçi qaldıqlarını bildirdi. Dövlət başçısı ATƏT-in faktaraşdırıcı missiyasının sonuncu dəfə işğal olunmuş torpaqlarda 10 il bundan əvvəl olduğunu xatırladaraq bunları dedi: "On il keçib. Son bir neçə il ərzində biz onlara təkidlə deyirik ki, yeni missiya getməlidir. Bu 10 il ərzində Ermənistan Suriyadan və başqa yerlərdən erməniləri oraya gətirib, onları zorla saxlayır. Bizim şəhərlərimizin tarixi adlarını dəyişdirir, işğal edilmiş torpaqlarda kilsələr tikir. Yəni, sabah deyəcək ki, bura erməni torpağıdır. Dəfələrlə demişik onlara. Reaksiya var? Yoxdur!".

Beşincisi, İlham Əliyev Ermənistan və Azərbaycan Xarici İşlər nazirlərinin videokonfranslarının heç bir əhəmiyyəti olmadığını söylədi. Məsələ burasındadır ki, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin il ərzində bir neçə onlayn müzakirəsi olub. Siyasi ekspertlər də bu müzakirələrin mənasız olduğunu vurğulayırdılar. Prezident bir daha vurğuladı ki, danışıqların imitasiyası Azərbaycanın maraqlarına xidmət etmir.

Beləliklə, Azərbaycan Prezidenti Minsk Qrupunun fəaliyyətini yararsız hesab edərək buna dair detallı dəlillər irəli sürdü. Əslində bu dəyərləndirmədən sonra rəsmi Bakının vasitəçilərin sadəcə öz varlıqlarını göstərmək üçün həyata keçirdikləri mənasız danışıqlardan imtina etməsi və ya fasilə götürməsi zərurətini gündəmə gəlirdi. Prezidentin müsahibəsindəki son cümlə də bundan xəbər verirdi: "Heç kim Aprel döyüşləri yadından çıxmasın". Bu sözlərin üstündən bir həftə keçməmiş sərhəddə insident baş verdi. 4 il əvvəl apreldə olduğu kimi Azərbaycan ordusu işğalçının təxribatına əks həmlə ilə cavab verdi və bu son deyil.

Ermənistanın istənilən təxribatı müharibəni alovlandırmaq gücünə malikdir. Azərbaycanla Ermənistanın fərqi odur ki, Azərbaycan cəmiyyəti torpaqları azad etmək üçün müharibə tələb edir. Məsələn, sərhəddəki insidentdən sonra Azərbaycan cəmiyyətində müharibə tələbləri artıb, gənclərin küçələrə axını müşahidə edilib".

"Ermənistan itkiləri gizlətməklə daxili narazılığın artmasının qarşısını almaq istəyir"Elxan Şahinoğlu bildirib ki, Ermənistan cəmiyyəti müharibə istəmir, çünki onun nəticələrindən qorxurlar:

"Digər tərəfdən ermənilər yanlış olaraq düşünürlər ki, 1990-ci illərdə müharibədə qələbə çalıb istədiklərindən də artıq torpaq işğal ediblər və əsas məqsədləri bu nəticəni qorumaq və leqallaşdırmaqdır. Ancaq sərhəddəki insident göstərdi ki, nə işğalı leqallaşdırmaq, nə də qorumaq mümkündür. O biri tərəfdən danışıqlar nəticə vermirsə və verməyəcəyi bəllidirsə, lokal toqquşmalar və böyük müharibə qaçılmazdır. Ermənistanda yanlış olaraq onu da düşünürlər ki, hazırda Azərbaycan və Ermənistan qorxulu virusla mübarizə aparırsa və bu da faktiki müharibədirsə, Azərbaycan ikinci müharibəyə başlamayacaq. Sərhəddəki insident bu mülahizələrin yanlış olduğunu göstərdi. Pandemiya lokal toqquşmaların və ya müharibənin başlamasına mane olmur".

Politoloq hesab edir ki, sərhəddəki insident Azərbaycanla Ermənistan arasındakı başqa fərqləri də göstərdi:

"Birincisi, Azərbaycan Müdafiə Nazirliyi toqquşma zamanı itkiləri açıqladı. Bu beynəlxalq aləmə göstərdi ki, birinci atəşi Ermənistan ordusu açıb və sonrakı hadisələrə görə məsuliyyət İrəvanın üzərindədir. Ermənistanın Müdafiə Nazirliyi isə itkilər barədə hələ ki, məlumat vermir. Halbuki, Ermənistanın sosial şəbəklərindən itkilərlə bağlı müzakirələr gedir. Ermənistan hakimiyyətinin itkilərin miqyasını gizlətməkdə məqsədi indiki ağır iqtisadi və pandemiya şəratində erməni cəmiyyətinin narazılığının daha da artmasının qarşısını almaqdır. Ermənistanın keçmiş prezidenti Serj Sərkisyanı istefaya məcbur edən səbəblər məhz 2016-cı ilin aprelində Ermənistan ordusunun uğursuzluğu və itkiləriylə əlaqəli idi. Ermənistanın hazırki baş naziri Nikol Paşinyan eyni aqibəti yaşamaq istəmədiyindən itkilərin açıqlanmasına hazır deyil.

İkincisi, Ermənistan sərhəddəki imsidentdən dərhal sonra sağa-sola, hara mümkündürsə, şikayət etməyə başlayıb. Xarici İşlər naziri Zöhrab Mnasakyan dərhal Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Stanislav Zasosa zəng edib, təşkilatın Ermənistana dəstək verməsini istəyib. Bəlkə də insidentin Dağlıq Qarabağ istiqamətində deyil, Azərbaycanla sərhəddə baş verməsi Ermənistanın KTMT-nin və özəlliklə Rusiyanın dəstəyinin artırılmasına nail olmaqdır. Hələ bu saata qədər KTMT üzvləri Ermənistana birmənalı dəstək ifadə etməyiblər. Məsələ burasındadır ki, Rusiyadan başqa KTMT-nin digər üzvləri işğalçı dövlətə dəstək vermirlər, çünki üzv ölkələrin Azərbaycanla tərəfdaşlıq münasibətləri var. Ermənistan hakimiyyətinin şikayət etdiyi ikinci ünvan ATƏT sədrinin şəxsi nümayəndəsi Andjey Kasprşik olub. Ermənistanın müdafiə naziri David Tonoyan onunla telefonla danışıb. Bu telefon danışığında Tonoyan sərhəddəki insidentə görə Azərbaycanın günahkar olduğunu sübut etməyə çalışsa da, belə bir cümlə də işlədib: "Ermənistan ordusu təxribatlara ancaq cavab hüququndan istifadə edir, ancaq təxribatlar davam edərsə, lazımi mövqelərin ələ keçirilməsi əməliyyatlarını da həyata keçirə bilər".

Tonoyanın sonuncu cümləsi Tovuzdakı insidentin mahiyyətini ortaya qoyur. Ermənistan ordusu sərhəddə strateji yüksəkliklərə nəzarət etmək istəyir. Azərbaycan Ordusu buna imkan verməyərək, yüksəklikləri öz nəzarəti altında saxlamaq əməliyyatlarını davam etdirəcək. 2016-cı ilin aprel ayındakı döyüşlər də məhz strateji yüksəkliyə hansı tərəfin nəzarət edəcəyi uğrunda gedirdi. Nəticədə strateji yüksəkliyi Azərbaycan Ordusu ələ keçirdi. Bundan sonra Azərbaycan Ordusu Naxçıvan istiqamətində strateji yüksəkliyi nəzarəti ələ keçirdi.

"Ermənistan itkiləri gizlətməklə daxili narazılığın artmasının qarşısını almaq istəyir"Üçüncüsü, son insident Rusiya ilə Türkiyənin Azərbaycan üçün fərqini bir daha ortaya qoydu. Türkiyə Xarici İşlər Nazirliyi sərhəddəki insidentdən dərhal sonra Azərbaycana tam dəstəyini və Ermənistanın işğalını pisləyən bəyanat yaydı. Sərhəddəki insidentdən sonra Ermənistanın Müdafiə naziri isə Rusiyanın təyyarəçilərini qəbul edərək, Ermənistan hərbi hava qüvvələrinə verdiyi dəstəyə görə onlara minnətdarlığını bildirdi. İrəvandakı görüşdə rusiyalı təyyarəçilərə medallar verildi".

Politoloq Azərbaycanın işğalla barışmayacağını vurğulayıb:

"Ermənistanda bir-birini dəyişən hakimiyyətlər münaqişənin həlli üçün "mərhələli həll" planını qəbul etmirlər. Demək lokal toqquşmalar və genişmiqyaslı müharibə ehtimalı hər zaman yüksək qalacaq. Bunun qarşısını nə Rusiyadan edilən telefon zəngləri, nə də həmsdərlərin ortamı yumşaltmaq üçün yaydıqları və yayacaqları bəyanatlar ala bilər. Düyməyə basılan mexanizm hərəkətdədir".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2204   Tarix: 13 iyul 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Pelenin səhhəti yenidən pisləşib

Futbol üzrə üçqat dünya çempionu Pelenin səhhəti yenidən pisləşib. O, San-Pauludakı "Albert Enşteyn" xəstəxanasının yarımintensiv terapiya şöbəsinə köçürülüb. Braziliyalı futbol əfsanəsinin qırtlaq bölgəsində problemlər aşkar edilib. Ağırlaşmanın müvəqqəti olduğu, xüsusi müalicə və qulluq sayəsind

17.09.2021 585
.

"Məni bağışla, gözəl anam" - anasına və dostlarına məktub yazıb intihar etdi

Şırnakın Uludere mahalının Andaç kəndində anasına və dostlarına iki vida mesajı göndərdikdən sonra 20 yaşlı bir gənc 35 metr yüksəklikdəki uçurumdan tullanaraq intihar edib. Anasına göndərdiyi mesajda gəncin "Məni bağışla, gözəl anam. Qardaşlarıma və dostlarıma vaxt ayırmadan köçüb getdim"

18.09.2021 3137
.

Köçəryan Moskvaya gedə bilməyəcək - QADAĞAN EDİLDİ

Məhkəmə Ermənistanın keçmiş prezidenti, "Hayastan" blokunun rəhbəri Robert Köçəryanı ölkədən çıxmasını qadağan edib. APA-nın məlumatına görə, bu barədə "Hayastan" blokunun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, təxminən bir həftə əvvəl Rusiyanın hakim "Vahid Rusiya"

17.09.2021 999
.

Sinemi o əvəz edəcək - FOTO

Türkiyəli aktrisa Sinem Kobal "Mahkum" serialına çəkilməkdən imtina edib. Axşam.az-a istinadən xəbər verir ki, buna səbəb isə aktrisanın qızına vaxt ayırmaq istəməsi olub. Ekran işində Onur Tunanın tərəf müqabili isə Seray Kaya olub. Qeyd edək ki, serialda İsmayıl Hacıoğlu da yer alacaq

17.09.2021 3477
.

İƏT OA-nın faktaraşdırıcı missiyası azad edilmiş ərazilərlə bağlı bəyanat qəbul edib

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin dəvəti ilə işğaldan azad edilmiş ərazilərimizdə monitorinq aparmaq üçün ölkəmizdə rəsmi səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının Ombudsmanlar Assosiasiyasının (İƏT OA) nümayəndə heyəti ilə Ombudsman Aparatında mətbuat konfransı keçirilib. Bu barədə BİG.AZ-

18.09.2021 250
.

Lətafət 14 yaşlı qızından danışdı: "Atası ilə görüşmək istəmir" - VİDEO

ARB TV-nin "YouTube" layihəsi olan "Özümüz danışaq" verilişinin növbəti qonağı aparıcı Lətafət Ələkbərova olub. Tanınmış aparıcı tək övlad böyütməyin çətin olduğunu deyib:. "Qızım artıq məni başa düşür. Çox yaxşı dost olmuşuq. Musiqini çox sevir. Vokal dərsi alır. Qızımın 1

18.09.2021 3133
.

Təhsil Nazirliyindən tələbələrə ŞAD XƏBƏR

Oktyabrın əvvəlindən təhsil tələbə kreditlərinin verilməsinə başlayacağıq. XəzərXəbər xəbər verir ki, bunu Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli Trend-in sualını cavablandırarkən deyib. N.Məmmədli bildirib ki, kreditin verilməsi qaydası da müyyənləşdirilib:

18.09.2021 2497
.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

"Türkiyə Silahlı Qüvvələri tarixi məsuliyyət hissi ilə dost və qardaş ölkələrin yanındadır". "Report"un xəbərinə görə, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib. Onun sözlərinə görə, bu çərçivədə Azərbaycan və Liviyada hərbi təlim, yardım və məsləhətçilik fəaliyyətlər

18.09.2021 278
.

Şimşək çaxıb, leysan yağıb

Ölkə ərazisində hökm sürən faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, saat 21.00-a olan məlumata əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Sarıbaş(Qax), Sahdağ, Zaqatala

17.09.2021 1179