Qan və yaxma analizi: COVID-i aşkarlamaq üçün edilən testlərin fərqi nədir?

Qan və yaxma analizi: COVID-i aşkarlamaq üçün edilən testlərin fərqi nədir?Koronavirsun-COVID-19-un diaqnozunun qoyulması üçün bir sıra testlərdən istifadə edilir. Məlum olduğu kimi bu, burun-udlaqdan götürülən yaxma və qandan götürülən nümunənin təhlili ilə mümkün olur. Son zamanlar həkim göndərişi olmadan test etdirilməsi halları artıb. Və bu testlərin hansının daha dolğun nəticə göstərməsi, onların arasında hansı fərqlərin olmasına dair bir çox suallar səslənir. Yaxma və qan testləri arasında hansı fərqlər var? Yaxma (PZR) və qan testi (seroloji) bir-birini təkrarlayırmı?

BiG.AZ e-tibb.az-a istinadən bildirir ki, infeksion xəstəliklər və klinik mikrobiologiya üzrə mütəxəssis, uzman həkim Nazxanım Qasımovayanın dediyinə görə, COVID-19-un diaqnostikasında bir sıra testlər istifadə olunur. Bu testlər SARS-CoV-2 virusunun mövcudluğu və ya keçmiş mövcudluğunu qiymətləndirmək üçün nümunələrin təhlilini əhatə edir. Bunlar seroloji və PZR testləri olmaqla ikiyə ayrılır. PZR test zamanı nazofarengial sürüntüdən (burun-udlaqdan yaxma) alınan materiala baxılır.

Seroloji test isə qanda igG (immunoglobulin G) aşkarlanması üzərinə qurulub. COVID-in aşkarlanmasında istifadə olunan PZR testləri-PZR, RT- PZR, Real-time PCR (qPCR) - Real zaman PZR testi. Son test ən mütəşəkkil və sürətli olandır və bu səbəblə Real-time PCR (qPCR) dünyada ən çox tərcih olunan PZR metoduna çevrildi. Aparılan PZR testləri hazırkı xəstəliyi göstərdiyi halda, qanda immunoglobulin təyini isə daha çox artıq keçirilmiş olan infeksiyasını göstərir.

Tez-tez yaranan suallardan biri də hansı testi etdirməyin daha düzgün olması ilə bağlıdır. Əgər şübhəli xəstəlik əlamətləri varsa, PZR (burundan yaxma sürüntü) üsulu ilə yoxlanılma düzgündür. Əgər heç bir simptom yoxdursa və sadəcə, xəstəliyə indiyə qədər yoluxub-yoluxmamanı bilmək istəyiriksə, o zaman qanda İgG testi olunması daha doğrudur.

Lakin qeyd olunmalıdır ki, qanda İgG testi yalançı neqativ cavab göstərə bilər. Səbəbin izahı belədir- İg, yəni immunoglobulin istənilən xəstəliyə orqanizm tərəfindən verilən immun cavabıdır. Xəstəliyin ilk saatlarından etibarən öncə İgM formalaşır. Xəstəliyin 10-14-cü günündən etibarən isə İgM - İgG yə çevrilir və qanda dövr edir. Orqanizmdə COVID-19-a qarşı igG formalaşır- yəni immun cavab yaranır. Bir şəxsdə qanda igG-ni yalnız əgər o bu virusla öncədən qarşılaşıbsa, aşkarlamaq olur. Yəni simptomu olan və aktiv dövrdəki bir xəstədə İgG-nin qanda pozitiv olması (yəni qanda tapılması) elə də mümkün deyil. Bu səbəbdən simptomu olmayan lakin kontaktda olduğu üçün yoluxma şübhəsi olan (və ya yenicə yoluxmuş) bir şəxs qanda İgG testi yoxladarsa, neqativ göstərəcəkdir. Bu zaman bu, aldadıcı olacaqdır. Məhz bu səbəbdən yoluxma şübhəsi olan şəxslər İgG testi neqativ çıxdığı təqdirdə PZR testini də etdirməlidirlər. İgG testi daha çox bir şəxsin öncədən COVID-i keçirib-keçirməməsini yoxlamaq üçündür. Yəni asimptomatik olaraq (əlamətlərsiz ) xəstəliyi keçirmiş şəxsləri aşkarlamaq məqsədi daşıyır.

İgG, həmçinin xəstəliyə qarşı yaranmış immunitetin də göstəricisidir. Lakin İgG-nin neçə müddət insanın qanında qaldığı məum deyil. Bu səbəbdən də qanda İgG-si pozitiv olan şəxslərin bu infeksiyaya təkrar yoluxub-yoluxmaması tam məlum deyil. Eyni zamanda İgG-nin neçə müddətə qədər qoruyuculuğunun olması da tam bəlli deyil və bu yöndə araşdırmalar davam etməkdədir.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1566   Tarix: 12 iyul 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Blinken Çinə gedib

ABŞ-nin dövlət katibi Antoni Blinken Çinə gedib. BİG.AZ xəbər verir ki,o, Pekində çinli həmkarı Van İ ilə görüşüb. 2 dövlət arasındakı müzakirələrdə tərəflər Ukrayna məsələsində Çinin Rusiyaya dəstəyi, eləcə də gərgin beynəlxalq siyasi gündəmə baxmayaraq, münasibətlərdəki irəliləyişi müzakirə edilib

26.04.2024 149
.

Çin Almaniya səfirini casusluqla bağlı həbs qərarından sonra nazirliyə çağırıb

Almaniyada Çin adına casusluq etdiyi iddia edilən 4 nəfər saxlanıldıqdan sonra Pekin səfiri Patrisiya Flor Çin Xarici İşlər Nazirliyinə çağırılıb. xəbər verir ki, səfir Flor X sosial media hesabından verdiyi açıqlamada, 4 Alman vətəndaşının casusluq ittihamı ilə saxlanılmasının ardından Çin Xarici İşlə

26.04.2024 142
.

Şənbə gününə 32° isti gözlənilir

Aprelin 27-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq, cənub-şərq küləyi əsəcək. Havanın temperaturunun gec

26.04.2024 230
.

Nigeriyada 8 silahlı dəstə üzvü öldürülüb

Nigeriyanın Bauçi ştatında keçirilən əməliyyatda silahlı dəstə üzvü zərərsizləşdirilib. BİG.AZ xəbər verir ki, hadisə nəticəsində 8 nəfər saxlanılıb. Bu barədə Bauçi Dövlət Polisinin ictimaiyyətlə əlaqələr üzrə rəsmisi Ahmed Mohammed açıqlama yayıb. Faktla bağlı araşdırmalar davam edir

26.04.2024 106
.

Qəzzada ölənlərin sayı 34 356 nəfərə çatıb

İsrailin 203 gündür hücum etdiyi Qəzzada ölənlərin sayı 34 356 nəfərə çatıb. İsrail ordusunun 203 gündür hücumlarını davam etdirdiyi Qəzza sektorunda ölənlərin sayı son 24 saat ərzində 51 nəfər artaraq 34 min 356 nəfərə çatıb. Fələstin Səhiyyə Nazirliyinin Qəzzada verdiyi açıqlamada İsrailin 7 oktyab

26.04.2024 153
.

İsrailin hücumu nəticəsində 1 sivil öldü

İsrail hərbi qüvvələri Livanın cənubuna hücum edib. BİG.AZ xəbər verir ki, hadisə nəticəsində 1 israilli mülki vətəndaşın öldürülüb. İsrail hərbçiləri açıqlamasında bildiriblər ki, Hizbullah gecə saatlarında İsrailin Har-Dov bölgəsinə tank əleyhinə istiqamətlənmiş raket hücumu həyata keçirib. Qeyd olunu

26.04.2024 123
.

"Pulumun bitəcəyinə heç inanmazdım" - Serdar Ortaç

Müğənni Serdar Ortaç pulunun bitdiyini deyib. xəbər verir ki, o, türk mətbuatına açıqlama verib. "Pulumun bitəcəyinə heç inanmazdım. Deməli, olurmuş" ,- deyə o qeyd edib

26.04.2024 339
.

Azərbaycanda kişi qadını gecə klubundan evə gətirib öldürdü - VİDEO

Bakıda kişi "Instagram"da tanış olub birlikdə yaşadığı qadını qətlə yetirib. Belə ki, turizm şirkətlərindən birində çalışan Ayan (Adlar şərtidir) "Instagram"da tanış olduğu Tahir adlı şəxslə görüşməli idi. Tahir ona özünü İT mütəxəssisi kimi təqdim etmişdi. Ayan işdən sonra Tahirl

26.04.2024 403
.

Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR

Ötən gün odlu silahdan atəş açaraq özünə qəsd edən sabiq baş pediatr Nəsib Quliyev bu gün Mehdiabad qəsəbəsindəki qəbiristanlıqda dəfn edilib. Dəfndən sonra mərhumun yaşadığı evində yas mərasimi keçirilib. -un əməkdaşları sabiq baş pediatrın yas mərasiminə gələn yaxınları ilə söhbətləşib, bəzi suallar

26.04.2024 1355