Ekspert: "Son dövrdə BNA-a qarşı iradlar qərəzli xarakter daşıyır"

Ekspert: "Son dövrdə BNA-a qarşı iradlar qərəzli xarakter daşıyır"Son günlər Bakı Nəqliyyat Agentliyinin (BNA) əleyhinə sosial şəbəkələrdə bəzi yazılar paylaşılır. Xüsusən agentliyin elan etdiyi tenderlərə qarşı müəyyən ittihamlar ortaya atılıb.

Nəqliyyat üzrə ekspert Elməddin Muradlı Sfera.az-a verdiyi açıqlamada bu ittihamların əsassız olduğunu bildirib:

"Son günlər BNA-a qarşı başlanılan bu kampaniya aylardır pandemiya dövründə agentliyin əməkdaşlarının çəkdiyi əziyyətə böyük zərbə vurur. Onların əziyyətini şübhə altına almaq düzgün yanaşma deyil. Hansısa qurumun fəaliyyətində müəyyən nöqsanlar ola bilər. Amma bunu belə çətin gündə qabartmaq konkret olaraq bir qərəzli yanaşmadır. Bir çox qurumlarda problemlər ola bilər. Amma bunu sakit bir vaxtda və sakit formada dilə gətirmək daha başadüşülən olar. Mən agentliyin fəaliyyətini yaxından izləyirəm və görürəm ki, onlar aylardır ki, zəhmət çəkirlər. BNA-nın ən sadə əməkdaşından tutmuş rəhbərliyinə qədər hamısının gərgin rejimdə işlədiklərinin şahidiyəm. Dəfələrlə dezinfeksiya tədbirlərində özüm iştirak etmişəm, müxtəlif operativ tədbirlərin şahidi olmuşam. Tərəfimizdən səslənən fikirlərə agentlik daim həssas şəkildə yanaşır, təklifləri nəzərə alır və düzgün iradları qəbul edirlər. Belə çətin dövrdə heç bir əsas göstərilmədən ağılasığmaz ittihamların irəli sürülməsi və bəzi insanların da buna qulaq asması xoşagələn hal deyil. Bu, sosial şəbəkələrdə məsuliyyətsiz insanların adətidir. Hər hansı tutarlı bir əsas varsa, bunu ortaya qoymaq lazımdır. Yoxdursa belə dövrdə aylardır əziyyət çəkən bir qurumun əməkdaşlarını ruhdan salan davranışlar yersizdir. Tənqid etməli məqamlar çox ola bilər. Amma indiki dövrdə hamı bir-birinə dəstək olmalıdır".

Ekspert qeyd edib ki, sosial şəbəkədəki bəzi fikirlər qərəzli kampaniyanı xatırladır:

"Nəqliyyat çox həssas bir sektordur. Burda müəyyən qüsurlar olar bilər. Amma bu qüsurları da tənqid etmək yerində olmalıdır. Bəzi sosial şəbəkə istifadəçilərinin, xüsusən özünü ictimai fəal şəxs sayan vətəndaşların bu cür davranışları sadəcə bir kampaniyanı xatırladır. Nəzərə almalıyıq ki, BNA-nın yüzlərlə əməkdaşı var. Bu kollektivin nə qədər əziyyət çəkdiyini də biz görürük. Bu gün müxtəlif qurumlarda çalışan əməkdaşlara, məsələn, polislərə, həkimlərə dəstək ifadə edən aksiyalar keçirilir. Amma BNA-a əməkdaşlarına heç bir mənəvi dəstək ifadə edən aksiya olmayıb. Əksinə, gecə-gündüz əziyyət çəkən sürücülərə və onları birləşdirən kollektivə ləkə yaxmaq istəyirlər. Bu çətin dövrdə belə məsələlərə son dərəcə həssas yanaşmaq lazımdır"


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 968   Tarix: 10 iyul 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Türkiyəli professor: "Yoluxma azalmasa, qapanmaya getməli olacağıq"

"Tam qapanma yoluxma sayındakı artımdan sonra yenidən gündəmə gələ bilər". "Report" "Posta"ya istinadən xəbər verir ki, bunu türkiyəli professor Faruk Aydın deyib. "Qış çox ağır keçəcək. Qapanmaya getməmək üçün mübarizə aparırıq. Amma yoluxma sayını azalda bilməsək

18.09.2021 1281
.

Paşinyan Batumidə "yoxa çıxdı"

Bir neçə gün əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Gürcüstana rəsmi səfər edib. Onun səfəri Batumi şəhərində başa çatıb. Rəsmi məlumata görə, onunla Gürcüstanın baş naziri arasında qeyri-rəsmi görüş olub. Batumiyə səfər Ermənistan cəmiyyətinin əhəmiyyətli bir hissəsi və xüsusən də bəzi Rusiy

18.09.2021 774
.

Tanınmış mədəniyyət xadimləri Şuşada

Azərbaycanın tanınmış mədəniyyət xadimləri Şuşada səfərdədirlər. Unikal.org-un məlumatına görə, mədəniyyət xadimləri Şuşaya səfər çərçivəsində burada keçiriləcək Üzeyir Hacıbəyli XII Beynəlxalq Musiqi Festivalına qatılacaq, dahi bəstəkarın ölməz əsərlərini 29 ildən sonra işğaldan azad edilən Üzeyir yurdund

18.09.2021 814
.

MN: "Minaatan bölmələri hədəflərə döyüş atışları yerinə yetirir" - VİDEO

2021-ci ilin döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Ordusunun minaatan bölmələri ilə keçirilən intensiv döyüş hazırlığı məşğələləri davam edir. Müdafiə Nazirliyindən BİG.AZ-a verilən məlumata görə, məşğələlərdə batareyanın atəş mövqeyini tutması və komanda müşahidə məntəqəsinin açılması tapşırıqlar

18.09.2021 245
.

Pelenin səhhəti yenidən pisləşib

Futbol üzrə üçqat dünya çempionu Pelenin səhhəti yenidən pisləşib. O, San-Pauludakı "Albert Enşteyn" xəstəxanasının yarımintensiv terapiya şöbəsinə köçürülüb. Braziliyalı futbol əfsanəsinin qırtlaq bölgəsində problemlər aşkar edilib. Ağırlaşmanın müvəqqəti olduğu, xüsusi müalicə və qulluq sayəsind

17.09.2021 585
.

Nəriman Abbasov Həbib Nurməhəmmədovun qohumuna nokautla qalib gəldi - VİDEO

Bu gecə Moskvada rusiyalı sabiq UFC çempionu Həbib Nurməhəmmədovun atası Əbdülmanaf Nurməhəmmədovun xatirəsinə həsr edilən turnir keçirilib. xəbər verir ki, yarış çərçivəsində azərbaycanlı döyüşçü Nəriman Abbasov rusiyalı Şamil Zavurovla qarşılaşıb. Abbasov rəqibini ilk raunddaca nokauta salıb. Qey

18.09.2021 831
.

Köçəryan Moskvaya gedə bilməyəcək - QADAĞAN EDİLDİ

Məhkəmə Ermənistanın keçmiş prezidenti, "Hayastan" blokunun rəhbəri Robert Köçəryanı ölkədən çıxmasını qadağan edib. APA-nın məlumatına görə, bu barədə "Hayastan" blokunun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, təxminən bir həftə əvvəl Rusiyanın hakim "Vahid Rusiya"

17.09.2021 999
.

Kosmosa tarixi uçuşdan ilk görüntülər - FOTOLAR

Xəbər verdiyimiz kimi, hamısı mülki şəxslərdən ibarət olan dörd nəfəri daşıyan kosmik gəmi kosmosa göndərilib. "Qafqazinfo" xəbər verir ki, "SpaceX" kosmos turistlərinin ilk görüntülərini yayımlayıb. Həmin görüntüləri təqdim edirik:

18.09.2021 888
.

Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?

"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları

18.09.2021 862