BNA-nın ünvanına səsləndirilən tənqidlər qərəzlidir - Rəy

BNA-nın ünvanına səsləndirilən tənqidlər qərəzlidir - RəyAzərbaycanda gücləndirilmiş sərt karantin rejiminin tətbiq olunması ilə Bakı Metropolitenin fəaliyyəti dayandırıldı və ictimai nəqliyyatda əsas yük avtobus şəbəkəsinə, yəni Bakı Nəqliyyat Agentliyinin üzərinə düşdü. Bu dönəmdə isə BNA hərəkəti zəruri olan insanların rahat və təhlükəsiz daşınması üçün müxtəlif tədbirlər görür. Lakin buna baxmayaraq qurum sosial şəbəkələrdə müxtəlif tənqidlərə məruz qalır. Bu isə görülən işlərə kölgə salmaqla yanaşı pandemiya şəraitində işləyən insanlarda ruh düşkünlüyünə də səbəb ola bilər.

Bəs bu tənqidlərin əsas səbəbi nədir?

Milli Məclisin deputatı Azər Badamov bildirib ki, Azərbaycanda sərt karantin rejiminin tətbiq olunmasında məqsəd yoluxma həddini aşağı endirməkdir:

"Bu zaman ilk olaraq koronavirusa yoluxma ehtimalı daha çox olan sahələr araşdırılır və ilk olaraq onların qapanması ilə bağlı qərar verilir. Qapalı məkan kimi metro nəqliyyatı da virusun yayılmasında əsas risk daşıyan yerlərdən biridir və buna görə də bir müddət metropolitenin fəaliyyəti dayandırıldı. Metronun fəaliyyətinin dayandırılması ilə də sərnişindaşımada əsas yük Bakı Nəqliyyat Agentliyinin üzərinə düşdü. Agentlik isə tez bir zamanda metro stansiyaları arasında hərəkət edən ekspres avtobus xətlərini istifadəyə verdi".

Millət vəkili bildirib ki, bəzi insanlar görülən işləri başa düşmür və əsassız tənqidlər edir:
"Mən bunu vəziyyəti düzgün dərk edə bilməyən insanların fikirləri kimi görürəm. Digər tərəfdən xırda bir şeydən istifadə edərək Azərbaycan ictimaiyyətində görülən işlərə kölgə salmaq istəyən qüvvələr var. Bütün bunlar onların hərəkətə keçərək insanları düzgün yoldan yayındırmaq istəkləridir. Burada BNA gecə-gündüz öz fəaliyyəti ilə məşğul olur və insanların masksimum rahatlığını təmin etməyə çalışır".

"Karantin rejiminin məqsədi insanların hərəkətinə məhdudiyyətin qoyulmasıdır. Lakin bəzi insanlar müxtəlif yollarla bu məhdudiyyətlərdən yayınaraq avtobuslarda, xüsusən də, ekspres avtobuslarda sıxlıq yaradırlar. Onlar nəinki "evdə qal" çağırışlarını dinləyib özlərini qorumurlar, həm də sıxlıq yaradaraq digər insanlara təhlükə yaradırlar. Bu məsələlərdə BNA-da heç bir günah görmürəm. Agentliyin ünvanına səsləndirilən tənqidləri isə qərəzli sayıram", - deyə deputat əlavə edib.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 868   Tarix: 10 iyul 2020  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Almaniyada məcbur hərbi xidmət gündəmdədir, qadınlar da çağırıla bilər

Almaniya Kansleri Fridrix Merts yaxın illərdə ölkədə həqiqi hərbi xidmətin geri qaytarılmasını istisna etməyib və məcburi alternativ mülki xidmətin bərpasını müdafiə edib. "Report"un xəbərinə görə, bu barədə o, Almaniyanın hakim blokuna daxil olan Xristian Sosial Birliyinin qurultayında çıxış

14.12.2025 147
.

Ramil Səfərovun xanımına vəzifə verildi

Polkovnik-leytenant Ramil Səfərovun həyat yoldaşı Şəbnəm Səfərova "Study in Azerbaijan" layihəsinin direktoru təyin edilib. Axşam.az xəbər verir ki, bu barədə o, sosial şəbəkə hesabında paylaşım edib. "Study in Azerbaijan" layihəsinin direktoru kimi fəaliyyətə başlamaq karyeramd

14.12.2025 240
.

Ermənistanda ARA QARIŞDI: Xocalı qatili "SAVAŞ MESAJI" verdi

Hazırda Ermənistanda hakimiyyət uğrunda mübarizə Nikol Paşinyan ilə kilsə rəhbəri II Qaregin arasında gedir. Hakimiyyət hazırda əsas diqqəti kilsə ilə mübarizəyə yönəldib. Məhz bunun nəticəsidir ki, hazırda zəifləyən revanşistlər də son dayaqları olan kilsə ətrafında birləşməyə başlayıblar. Bu günlərd

14.12.2025 181
.

Rusiyada "Honkonq qripi"ndən ölüm hallarının baş verməsi təsdiqlənib

Rusiyada "Honkonq qripi"ndən ölüm hallarının baş verməsi təsdiqlənib. xəbər verir ki, bu barədə yerli mətbuata Rusiya Elmlər Akademiyasının akademiki Gennadi Onişenko məlumat verib. "Ölüm hallarının olmadığını demək mümkün deyil, təəssüf ki, bu, baş verir. Adətən, belə hallar xroniki ağciyər

14.12.2025 154
.

Honkonqdakı güclü yanğının vurduğu zərərin məbləği açıqlandı

Honkonqdakı yaşayış kompleksində baş vermiş güclü yanğının vurduğu zərərin məbləği beş milyard Honkonq dollarını (642 milyon ABŞ dollarından çox) keçib. bildirir ki, bu barədə məlumatı "South China Morning Post" qəzeti faciədən sonra iqtisadi itkilərin qiymətləndirilməsi ilə məşğul olan ekspertlər

14.12.2025 143
.

Sudanda BMT obyektinə zərbə endirildi: Altı nəfər həlak oldu

Sudanın Kaduqli şəhərindəki BMT obyektinə Çevik Reaksiya Qüvvələri tərəfindən endirilən dron zərbəsi nəticəsində azı altı mülki şəxs həlak olub. xəbər verir ki, bu barədə "Agence France-Presse" agentliyi məlumat yayıb. Məlumata görə, şəhər Çevik Reaksiya Qüvvələri tərəfindən mühasirəyə alınıb

14.12.2025 105
.

Bəqayi: Belarus Prezidenti yaxın günlərdə İran xarici işlər nazirini qəbul edəcək

İranın xarici işlər naziri Abbas Əraqçi Belarusa səfəri çərçivəsində bu ölkənin prezidenti Aleksandr Lukaşenko ilə görüşməyi planlaşdırır. "Report"un məlumatına görə, bunu İran Xarici İşlər Nazirliyinin nümayəndəsi İsmayıl Bəqayi bildirib. Onun sözlərinə görə, Əraqçinin Belarusun xarici işlə

14.12.2025 114
.

Bəzi dağlıq ərazilərdə yollar buz bağlayacaq

Azərbaycanda dekabrın 15-də avtomobil yollarında gözlənilən vəziyyət açıqlanıb. BİG.AZ xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Qeyd olunub ki, gecə və səhər saatlarında bəzi dağlıq ərazilərdə yolların buz bağlama ehtimalı var

14.12.2025 142
.

Naim Qasem: "Hizbullah" İsrailin şərtlərini qəbul etməyəcək və ABŞ-yə təslim olmayacaq

İsrail ilə Livan arasında atəşkəs razılaşması qüvvəyə minəndən sonra başqa yanaşma tələb olunan yeni mərhələ başlayıb. "Report" xəbər verir ki, bunu "Hizbullah"ın baş katibi Naim Qasem "Al-Manar TV"nin canlı yayımında bildirib. Onun sözlərinə görə,Livan hökuməti ölkəni

14.12.2025 141
.

TOP MP3