Partiya sədri: "Ədalət Vəliyev dedi ki, Prezidentin bununla bağlı xüsusi tapşırıqları var"
Ana Vətən Partiyasının (AVP) sədri, deputat Fəzail Ağamalı parlamentdə təmsil olunan partiya nümayəndələrinin Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev və Milli Məclisin sədri Sahibə Qafarovanın iştirakı ilə keçirilən videokonfrans barədə fikirlərini bildirib.
Partiya sədri "Report"a açıqlamasında 9 siyasi partiya təmsilçisinin iştirakı ilə videokonfransın keçirilməsini yüksək qiymətləndirib.
O qeyd edib ki, görüşdə belə dialoqların keçirilməsinin davamlı xarakter daşıması təklif olunub:
"Ədalət Vəliyevin buna reaksiyası isə çox müsbət oldu. O bildirdi ki, həm parlamentdə olan, həm də parlamentdən kənar siyasi partiyalarla dialoq aparılmasında iqtidar maraqlıdır, Prezidentin bununla bağlı xüsusi tapşırıqları var, hər zaman buna hazırdırlar".
F.Ağamalı qeyd edib ki, Azərbaycanda fəaliyyət göstərən siyasi partiyaların mütləq əksəriyyəti bu dialoqun içərisində yer alıb:
"Yalnız AXCP və onun sədri bu prosesdə istisna təşkil edir. Bu, onun mövqeyi ilə bağlıdır. Bu mövqe çox avantürist mövqedir, ölkədə xaosun yaradılmasına xidmət edən davranışdır. Sözsüz ki, onlar nə qədər belə mövqedədirsə, Azərbaycanın ictimai-siyasi mühitində onlara yer yoxdur. Çünki xalqımız onların bu mövqeyini müdafiə etmir".
Partiya sədri xatırladıb ki, görüşün sonunda bəyanat qəbul edilib:
"Həmin bəyanat isə dərc edilib. Hər bir şəxs həmin bəyanatla tanış ola bilər. Biz belə dialoqun olmasında və davam etdirilməsində, hakimiyyət-müxalifət arasında sivil münasibətlərin formalaşmasında maraqlıyıq".
BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər Baxılıb: 755 Tarix: 10 iyul 2020
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda PaylaşBakıda evdən yeddi min manatlıq OĞURLUQ
Bakıda ev qarət olunub. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb. Bildirilib ki, Hövsan qəsəbəsi ərazisində evlərin birindən 700 manat dəyərində qızıl-zinət və məişət əşyaları oğurlanıb. Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərl
14:57 0 Həbsdə olan generalın müraciəti geri qaytarıldı
Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin Antiterror Mərkəzinin rəisi, general-mayor Elçin Quliyev məntəqə tipli cəzaçəkmə müəssisəsinə köçürülməsi ilə bağlı məhkəməyə müraciət edib. APA xəbər verir ki, bu gün Xəzər rayon Məhkəməsində keçirilən prosesdə Elçin Quliyevin məntəqə tipli cəzaçəkmə müəssisəsin
03.05.2024 400 İlham Əliyevdən Xankəndi ilə bağlı SƏRƏNCAM
Prezident İlham Əliyev Xankəndi Şəhər Prokurorluğunun yaradılması haqqında Sərəncam imzalayıb. Bununla bağlı məlumat yayıb. Sərəncama əsasən, Nazirlər Kabineti Xankəndi Şəhər Prokurorluğunun yaradılması ilə əlaqədar həmin qurumun bina, avadanlıq, rabitə, nəqliyyat vasitələri ilə təmin edilməsi və digə
14:09 97 Rusiyanın Daxili İşlər Nazirliyi Zelenskini axtarışa verdi - FOTO
Rusiya Daxili İşlər Nazirliyi Ukrayna Prezidenti Volodimir Zelenski axtarışa verib. Belə bir sənəd nazirliyin məlumat bazasında peyda olub. "Vladimir Aleksandroviç Zelenski, 25.1.1978. Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə axtarışdadır", - deyə Rusiya Daxili İşlər Nazirliyinin paylaşımınd
16:48 0 Həmkəndlisini bıçaqla qətlə yetirən Maştağa sakini həbs edilib
Mayın 3-də axşam saatlarında 1974-cü il təvəllüdlü Sabunçu rayonu Maştağa qəsəbə sakini Roman Əsgərovun kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya yerləşdirilməsi və bu gün ölməsi barədə polisə məlumat daxil olub. DİN Mətbuat Xidmətindən "Report"a bildirilib ki, Sabunçu RPİ-nin 14-cü PŞ-nin əməkdaşlarını
16:50 0 Sabah Bakıda bəzi küçələr bağlı olacaq - SİYAHI
"Bakı Marafonu 2024" ilə əlaqədar sabah səhər saat 09:00-dan 14:00-dək yürüşlə əlaqədar bəzi küçə və prospektlərdə iştirakçıların təhlükəsizliyinin təmin olunması məqsədilə yollarda hərəkət tam məhdudlaşdırılacaq. Bu barədə Bakı Şəhər Dövlət Yol Polis İdarəsi məlumat yayıb. Bildirilib ki, Bayra
15:24 0 Afaq Bəşirqızının məsləhəti qalmaqal yaratdı: Sevgi, yoxsa pul? - VİDEO
Xalq artisti Afaq Bəşirqızının bu yaxınlarda iştirak etdiyi verilişlərdən birində səsləndirdiyi fikirlər böyük müzakirələrə səbəb olub. O, xanımlara səslənərək işi, savadı və evi olmayan oğlanla ailə həyatı qurmamağı məsləhət görüb. Verilişdəki tamaşaçılar onun sözlərini alqışlarla qarşılasalar da, Xal
10:31 419 Aybəniz Haşımova: "Bir də Maldivə getmərəm, kərtənkələlər məni dəli etmişdi" (VİDEO)
Əməkdar artist Aybəniz Haşımova maraqlı açıqlaması ilə diqqət çəkib. Qaynarinfo xəbər verir ki, sənətçi dünyanın məşhur turizm və kurort zonası olan Maldivə bir daha getmək istəmədiyini bildirib. Buna səbəb adadakı böyük kərtənkələlərin ifaçını qorxutması olub. Haşımova bu barədə qonaq olduğu verilişlərdə
11:10 283 Norveçli səyahətçi: Qarabağda minalardan çirklənmənin nə qədər ciddi olduğunu təsəvvür edə bilməzdim
Qarabağda mina çirklənməsinin səviyyəsini ancaq bura gəlməklə dərk etmək olar, çoxları bunu şişirtmə kimi qəbul edir. "Report" xəbər verir ki, bunu norveçli səyahətçi Ulyerqen Vastveyt bildirib. "Mən heç təsəvvürümə də gətirmirdim ki, bu qədər mina basdırılıb, Qarabağda minalardan çirklənm
16:40 0