Ekspert: "Virusa qarşı məsuliyyətsiz yanaşan insanlara ictimai qınaq bildirilməlidir"

Ekspert: "Virusa qarşı məsuliyyətsiz yanaşan insanlara ictimai qınaq bildirilməlidir"İctimai nəqliyyatda maska taxmaq məcburi elan edilməsinə baxmayaraq hələ də bundan boyun qaçıranlara rast gəlirik. Artıq ölkə rəhbərliyinin də çıxışlarında insanları fərdi şəkildə məsuliyyətli olmağa, məsuliyyətli olmayanlara irad bildirməyə təşviq edən fikirlər səsləndirilib.

Nəqliyyat üzrə ekspert Elməddin Muradlı "Report"a deyib ki, məsuliyyətsiz davranan sərnişinlərə mülayim şəkildə irad bildirilməlidir:

"İctimai qınaq, ictimai məsuliyyət ifadələri son günlərin aktiv və vacib əməl edilməli terminləridir. Ölkə başçısı da öz çıxışında vətəndaşları fəal olmağa, qaydalara riayət etməyənlərə irad bildirməyə çağırıb. Lakin hazırda cəmiyyətdə psixloji durum o qədər gərgindir ki, kiməsə irad bildirilməsi əlbəyaxa davaya qədər gətirə bilər. Gərək vətəndaşlara yüngül formada xahiş edərək maska taxmalı olduqlarını bildirəsən. Məsələn, Avropa ölkələrində bəzən belə şüarların şahidi oluruq: "Həyəti zibilləmədiyinizə görə sizə təşəkkür edirik". Biz də bu kimi gedişlərdən istifadə edə bilərik. Avtobuslarda "maska taxdığınıza görə sizə təşəkkür edirik" kimi şüarlardan istifadə etmək olar".

Ekspert qeyd edib ki, məsuliyyətsiz davrananlara kütləvi iradlar bildirilsə daha yaxşı olar:

"Avtobusda məsuliyyətsiz davranan sərnişinə eyni vaxda digər bir neçə nəfər sərnişin bildirsə, bu daha effektli olar. Bəzən bir nəfər irad bildirir, qarşı tərəf ona kobud cavab verir, digərləri isə hadisəni sadəcə seyr etməklə kifayətlənir. Maska taxmaq, ara məsafəsi saxlamaq fərdi olaraq insanların daxilindən gələn məsuliyyət məsələsidir. Bəzi insanlar hələ də bunu qəbul etmək istəmir. Polis görəndə isə dərhal tələblərə əməl edirlər. Çünki bilirlər ki, cərimə tətbiq olunacaq. Amma hər avtobusa bir polis qoymaq da mümkün deyil. Bu, əslində bir növ insanlarımızı alçaltmaq olar. İnsanlar özü öz məsuliyyətlərini dərk etməlidir".

Xatırladaq ki, Bakı Nəqliyyat Agentliyi tərəfindən avtobuslarda sosial məsafəyə riayət edilməsi istiqamətində əhaliyə mütəmadi çağırışlar edilir, ayrı-ayrı dayanacaqlarda, nəqliyyat mübadilə mərkəzində tibbi maskalar və pandemiya ilə bağlı məlumatlandırıcı broşürlər paylanılır. Agentlikdən sürücülərə verilən tapşırığa əsasən sərnişinlərdən maska taxmayan olarsa, avtobusun dayanacaq məntəqəsini tərk etməsi qadağan edilib.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 676   Tarix: 08 iyul 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

"Real Madrid" Çempionlar Liqasının finalına yüksələrsə, qapını kimin qoruyacağı açıqlandı

"Real Madrid" klubu Çempionlar Liqasının finalına yüksələcəyi təqdirdə Ançelotti qapını Tibo Kurtuaya əmanət edəcək. Məlumata görə, baş məşqçi Karlo Ançelotti bu barədə İspaniya mediasına açıqlamasında deyib. "Kurtua uzun müddətli zədədən qayıtsa da, əsas heyət qolkiperimiz odur. Razıya

04.05.2024 220
.

Rusiya Ukraynanın keçmiş prezidentini axtarışa verdi - FOTO

Rusiyanın Daxili İşlər Nazirliyi (DİN) Ukraynanın keçmiş prezidenti Petro Poroşenkonu axtarışda olanlar siyahısına daxil edib. Belə bir sənəd nazirliyin məlumat bazasında peyda olub. "1965-ci il təvəllüdlü, Bolqrad şəhərində anadan olmuş Poroşenko Petro Alekseyeviç cinayət maddəsi ilə axtarışdadır"

04.05.2024 230
.

Ağcabədidə yük maşını və qoşqusundakı avtomobillər yanıb

Ağcabədidə yük maşını və qoşqusundakı avtomobillər yanıb. Bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb. Bildirilib ki, Ağcabədi rayonunun Qaradolaq kəndində "KamAZ" markalı yük avtomobilinin qoşqusunda olan istifadəyə yararsız 8 ədəd minik avtomobilinin yanar hissələr

04.05.2024 196
.

Avtomobil qəzası törədən fransalı nazir narkoloji testdən keçirilib

Fransanın iqtisadiyyat naziri Bruno Le Maire yol qəzası törədib. "Report" Fransa KİV-inə istinadən xəbər verir ki, nazir şəxsi avtomobilini idarə edərkən qırmızı işıqda keçən velosipedçini vurub. Velosipedçi xəstəxanaya yerləşdirilib. Onun kəllə-beyin travması aldığı ehtimal edilir. Nazir spirtl

04.05.2024 192
.

"Green card"a müraciət edənlərin NƏZƏRİNƏ

Bu gün "Green card" müraciətlərin nəticələri açıqlanacaq. xəbər verir ki, nəticələrin yaxın saatlarda açıqlanacağı bildirilir. DV Lotereyasının rəsmi internet saytında nəticələrə namizədlərin təsdiq nömrəsi ilə baxmaq olar. Qeyd edək ki, "Green card" qaliblərinə ABŞ-də yaşamaq v

04.05.2024 758
.

Azərbaycanda zəlzələ olub

Tovuzda zəlzələ olub. Bu barədə AMEA-nın nəzdindəki Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib. Zəlzələnin gücü 3,1 bal, dərinliyi isə 8 kilometr olub. Seysmik təkanlar yerli vaxtla 13:46-da qeydə alınıb

04.05.2024 448
.

Qaxda mağaza sahibinin pulunu oğurlayan müştəri saxlanıldı

Qax şəhərində yerləşən mağazaların birindən oğurluq edilib. Obyekt sahibi içərisində pul, bank kartları və sənədlər olan pulqabısının oğurlanması barədə polisə məlumat verib. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupu məlumat yayıb. Bildirilib ki, rayon polis şöbəsini

04.05.2024 197
.

Səfir: Qazaxıstan Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasına töhfə verməyə hazırdır

Qazaxıstan Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasına töhfə verməyə hazırdır. "Report" xəbər verir ki, bunu Rusiyanın Qazaxıstandakı səfiri Dauren Abayev TASS-a müsahibəsində deyib. O bildirib ki, Qazaxıstan bütün proseslərə kömək etməyə hazırdır: "Bu, həm də Rusiya

04.05.2024 152
.

İtaliyalı nazir Makronu tənqid edib: Ukraynada gərginliyi artırır

Fransa Prezidenti Emmanuel Makronun NATO-nun Ukraynaya qoşun göndərilməsi ilə bağlı açıqlamaları gərginliyi artırır. "Report" xarici KİV-ə istinadən xəbər verir ki, bunu İtaliyanın müdafiə naziri Quido Qrozetto deyib: "Mən belə bəyanatların məqsədini və faydasını başa düşmürəm". Naziri

10:40 0