Paşinyanın "vəziyyət daha da pisləşir!" yalvarışı və Ermənistanın hərbi ritorikası

Paşinyanın "vəziyyət daha da pisləşir!" yalvarışı və Ermənistanın hərbi ritorikasıErmənistanın baş naziri Nikol Paşinyanın sosial şəbəkələrin birində "xəbərlər çox pisdir, vəziyyət daha da pisləşir!" müraciəti yayılıb. Amma hökumət başçısının etiraflarına baxmayaraq, Ermənistan öz məkrli iddialarından da əl çəkmir. 2,5 milyon əhalisi olan ölkədə indiyədək ümumilikdə 29 285 nəfər koronavirusa yoluxub, 503 nəfər ölüb. Belə bir ağır vəziyyətdə baş nazir Dağlıq Qarabağ mövzusunu süni olaraq gündəmdə saxlamaqla, əhalinin diqqətini ölkədə yaranmış çıxılmaz durumdan yayındırmağa çalışır.

Belə ki, Ermənistanda tibbi yardıma ehtiyacı olan xəstələrin xəstəxanalarda stasionar müalicəyə qəbul etməyə imkanın olmadığı vaxtda, parlament müxalifəti hökuməti pandemiya ilə əlaqəli yaranmış və müsbət meyilləri olmayan bərbad vəziyyətin səbəblərini izah etməyə çağırıb. Böhran o dərəcəyə çatıb ki, dövlət məmurlarının bir neçəsi baş verən hadisələrə görə məsuliyyəti şəxsən Paşinyanın və onun rəhbərlik etdiyi Nazirlər Kabinetinin üzərinə atıb. Lakin, Paşinyan bütün məsuliyyəti ənənəvi olaraq məhz adi vətəndaşların boynuna qoyub və deyib: "Onlar yaranmış vəziyyətə sadəlövh yanaşaraq, təhlükəsizlik normalarını pozmaqda davam edir". Görünür ki, "peşəkar inqilabçı" öz fəaliyyətini "Facebook" üzərindən aparmaqla kifayətlənir.

Paşinyanın "vəziyyət daha da pisləşir!" yalvarışı və Ermənistanın hərbi ritorikasıBaş naziri tənqid edən nüfuzlu siyasətçilərdən biri də "Çiçəklənən Ermənistan" Partiyasının üzvü Naira Zoqrabyan olub. Onun sözlərinə görə, hökumət açıq-aydın öz səhvlərini "məsuliyyətsiz vətəndaşların" boynuna yıxmaq niyyətindədir, lakin bunu etməyə onların ixtiyarı yoxdur. "Bəli, insanlar qaydalara riayət etməlidir, lakin araşdırmaq lazımdır ki, müvafiq dövlət orqanları pandemiyanın qarşısının alınması üçün nə ediblər. Naira Zoqrabyanın nəticəsinə görə, "heç kəs üçün sirr deyil ki, bu gedişlə sağlamlığın qorunması yalnız xüsusi təyinatlı qüvvələrin cəlb edilməsi və dəyənəklərin tətbiqi ilə mümkün olacaq".

Biz yenə həddindən artıq problemlərlə üzləşən və öz gündəlik ehtiyaclarını çətinliklə ödəyən Ermənistan hökumətinin öz vətəndaşları üzərində növbəti təcrübə keçirilməsinin şahidi oluruq. Bu da, yuxarıda qeyd etdiyimiz kimi, Dağlıq Qarabağ mövzusunun gündəmdə saxlamaqla edilir.

Belə ki, iyulun 2-də CRRC (The Caucasus Research Resource Centers) Tədqiqat Resurs Mərkəzinin ermənilər arasında Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsinə dair keçirdiyi sorğunun nəticələri açıqlanıb. İştirakçıların 70%-i Dağlıq Qarabağın Ermənistanla tam birləşməsinə tərəfdar olduğunu bildirib. Rəyi soruşulanların 95%-i Dağlıq Qarabağın Azərbaycana qaytarılması əleyhinə olduqlarını, 52%-i isə Dağlıq Qarabağı müstəqil dövlət kimi görmək istədiklərini deyiblər.

Maraqlısı odur ki, real müstəqilliyə, iqtisadiyyata malik olmayan, xarici diaspora və xaricdə işləyən öz vətəndaşlarının maliyyəsi hesabına mövcud olan, bütün regional layihələrdən kənarda qalan və ciddi demoqrafiya problemləri ilə üzləşən Ermənistan əhalisinin 70%-i Dağlıq Qarabağ münaqişəsinin həllinin məhz hərbi güc hesabına mümkün olduğunu düşünür. Sual yaranır: hansı güc vasitəsilə? Bəlkə yenə də öz havadarlarına arxalanırlar?

Prinsipcə, yenilik yoxdur – hər şey ermənilərin ənənəvi ritorika üslubundadır. Bəzən belə təəssürat yaranır ki, işğalçı ölkədə yaranan ağır vəziyyətə baxmayaraq, ermənilər özlərinin cəbhədə üstünlüklərinə dair uydurduqları əfsanələrə inanırlar. Amma zaman hər şeyi aydın göstərəcək. Onda məşhur məsəldə deyildiyi kimi, kimin əvvəli, kimin axırı aydın olacaq.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 5031   Tarix: 07 iyul 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Azərbaycanda general vəfat etdi

Gömrük xidməti general-mayoru Arif Əliyev vəfat edib. Bu barədə İqtisadiyyat.az-a onun ailəsindən bildirilib. Qeyd edilib ki, A.Əliyev uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib. Qeyd edək ki, Arif Əliyev uzun illər gömrük orqanlarında xidmət edib. Ona 2006-cı ildə gömrük xidməti general-mayoru al

26.04.2024 534
.

"Pulumun bitəcəyinə heç inanmazdım" - Serdar Ortaç

Müğənni Serdar Ortaç pulunun bitdiyini deyib. xəbər verir ki, o, türk mətbuatına açıqlama verib. "Pulumun bitəcəyinə heç inanmazdım. Deməli, olurmuş" ,- deyə o qeyd edib

26.04.2024 0
.

Şənbə gününə 32° isti gözlənilir

Aprelin 27-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq, cənub-şərq küləyi əsəcək. Havanın temperaturunun gec

26.04.2024 208
.

Ermənistan və İtaliya hərbi əməkdaşlığı müzakirə ediblər

Ermənistanın müdafiə nazirinin müavini Karen Brutyanın başçılıq etdiyi nümayəndə heyəti İtaliyada işgüzar səfərdə olub. xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi bildirib. Görüşlərdə Ermənistan-İtaliya hərbi, hərbi-texniki və hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə olunub. Müzakirələ

26.04.2024 2
.

Bakıda məktəbin yaxınlığında BÖYÜK TƏHLÜKƏ - VİDEO

Bakı şəhəri Binəqədi rayonu, Rəsulzadə qəsəbəsində qəzalı vəziyyətdə olan ağac təhlükə saçır. Bu barədə məlumat -in qaynar xəttinə daxil olub. Bildirilib ki, 99 saylı tam orta məktəbin çıxışında yerləşən ağac qoparaq dəmir hasara ilişib. Baş verə biləcək xırda hadisə dəhşətli faciəyə səbəb ola bilər

26.04.2024 358
.

"Yaşımı heç vaxt sirr saxlamadım"

Aktrisa Xəyalə Quliyeva doğum günü münasibətilə sosial media hesabında paylaşım edib. OLAY yazır ki, o, yaşını göstərən şarların da olduğu fotosunu izləyiciləriylə bölüşərək yaşını heç vaxt sirr saxlamadığını bildirib. "Yaş qadının ən böyük sirridir deyiblər. Bu mövzuda heç vaxt sirr saxlamadım

26.04.2024 836
.

İsrailin hücumunda öldürülən anasının bətnindən xilas edilən körpə ölüb

İsrailin hücumunda öldürülən anasının bətnindən xilas edilən körpə ölüb. xəbər verir ki, körpə Sabrin əl-Sakani bazar günü gecə yarısından az sonra Rəfahdakı xəstəxanada qeysəriyyə əməliyyatı ilə ana bətnindən çıxarılıb. Xaotik mühitdə həkimlər körpənin ciyərlərinə hava sıxmaq üçün əl nasosundan istifad

26.04.2024 0
.

Britaniya hökuməti Kral III Çarlzın ölümünə fəal şəkildə hazırlaşır

Böyük Britaniya hökuməti Kral II Çarlzın ölümünə fəal şəkildə hazırlaşır. Bu barədə "Daily Beast" Bukingem sarayına yaxın mənbəyə istinadla xəbər verib. Bildirilir ki, bunun üçün "Menay körpüsü" adlı plan hazırlanıb. Layihə Nazirlər Kabineti tərəfindən mütəmadi olaraq nəzərdən keçirili

26.04.2024 299
.

Ebru Gündəşin istəyi gündəm oldu - "Üzük başım boyda olsun"

İş adamı Murad Özdəmirlə Dubayda ailə quran 49 yaşlı müğənni Ebru Gündəş ötən günlərdə Zərgərlik İxracatçıları Birliyinin mükafatlandırma mərasimində səhnəyə çıxıb. Axşam.az xəbər verir ki, ifaçı zaldakı zərgərlərdən birindən üzüyünü daha böyüyü ilə dəyişdirməyi təklif edib. O, əlindəki üzüyü göstərərə

26.04.2024 505