"Fairmont Baku" otelinin rəhbəri də cərimələnib? - DİN-dən REAKSİYA

"Fairmont Baku" otelinin rəhbəri də cərimələnib? - DİN-dən REAKSİYANazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi qaydaları pozan, sanitar-epidemioloji vəziyyəti nəzərə almadan, koronavirusa qarşı mübarizə tədbirlərini görməzdən gələn, vəzifəsindən asılı olmayaraq hər kəs qanun qarşısında məsuliyyət daşıyır.

BiG.AZ xəbər verir ki, bunu Modern.az-ın sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov "Fairmont Baku" otelinin rəhbərinin məsuliyyətə cəlb olunub-olunmadığı məsələsinə münasibət bildirərkən deyib.

E.Zahidov deyib ki, qanunu pozanların kim, yaxud kimin qohumu olması nəzərə alınmır:

"Biz koronavirusa qarşı mübarizə tədbirləri həyata keçiririk. Orada məsuliyyətə cəlb edilənlərin kimliyi tərəfimizdən açıqlanmır".

Daxili İşlər Nazirliyinin dünən yaydığı məlumatda bildirilib ki, paytaxtın Səbail rayonundakı oteldə xüsusi karantin rejim qaydalarına əməl olunmayan, sosial məsafənin, mövcud preventiv tədbirlərin şərtlərinin pozulması ilə müşayiət olunan görüntülərlə bağlı müvafiq nəzarət-profilaktik tədbir keçirilib.

Səbail RPİ əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə yayılan görüntülərdə əks olunan şəxslər müvafiq polis idarəsinə dəvət olunaraq barələrində inzibati tənbeh tədbiri tətbiq olunub.

Saxlanılan şəxslərin hər biri ilə profilaktik, izahedici söhbətlər aparılaraq onların diqqətinə çatdırılıb ki, bu əməllər ölkədə tətbiq olunan epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin qaydalarına zidd olmaqla, insanların həyat və sağlamlığı üçün risk daşıyır. Onlar izahatlarında bu hərəkətlərindən peşmanlıqlarını ifadə ediblər.

Saxlanılan şəxslər İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq məsuliyyətə cəlb ediliblər.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2053   Tarix: 06 iyul 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Vera oxudu, Aygünlə Xəyyam rəqs etdi - Video

Xalq artisti Aygün Kazımova və Əməkdar artist Xəyyam Nisanovun maraqlı videosu yayılıb. Axşam.az xəbər verir ki, ifaçılar məclislərdən birində bir araya gəliblər. Onlar Vera Brejnevanın ifası zamanı rəqs ediblər

10.10.2024 402
.

Əhmədə hökm oxundu- Əhmədovların mirası kimə qalacaq?

Ailə üzvlərinin qətlində ittiham olunan Əhməd Əhmədovun məhkəməsi başa çatıb.Səbinə Məmmədzadənin sədrlik etdiyi məhkəmə tərkibi 25 yaşlı Əhmədin cinayəti anlaqsız vəziyyətdə törətməsi ilə bağlı ekspert rəyini əsaslı hesab edib.Onun barəsində Maştağa qəsəbəsində yerləşən ixtisaslaşmış psixatriya xəstəxanasınd

10.10.2024 927
.

Sabah yağış yağacaq, şimşək çaxacaq, dolu düşəcək

Bakıda və Abşeron yarımadasında oktyabrın 11-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən BİG.AZ-a verilən məlumata görə, əsasən səhər və axşam bəzi yerlərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Şimal-şərq küləy

10.10.2024 379
.

15 yaşlı qızların dünyaya uşaq gətirmələrinə icazə verildi

İranda 15 yaşlı qızların dünyaya uşaq gətirmələrinə icazə verilib. "Azad İran" "Telegram" kanalına istinadən xəbər verir ki, bu barədə İranın səhiyyə nazirinin müavini Əlirza Rəisi bəyan edib. O, ölkədə hamiləlik üçün yaş həddi aradan qaldırıldığını bildirib. Nazirin sözlərinə görə

10.10.2024 558
.

Əhmədin bacısı ilə bağlı şok sözlər: boşanma olmayıb

Xəbər verdiyimiz kimi, Bakının Xətai rayonunda ailəsinin beş üzvünü qətlə yetirməkdə təqsirli bilinən 199-cu il təvəllüdlü Əhməd Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib. -a istinadla xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbinə Məmmədzadənin sədrlik etdiyi prosesd

10.10.2024 1092
.

"Ali təhsil müddətinin azaldılması heç bir məntiqə sığmır"- Elşən Qafarov

Qanunvericiliyin mövcud olan tələbinə görə Azərbaycanda 11 illik orta və 4-5-6 illik ali təhsil sistemi mövcuddur. Bu sistem uzun müddətdir ölkədə istifadə olunsa da, təhsilin müddətinin artırılması və ya azaldılması məsələsi zaman-zaman gündəmə gəlir. Müasir dövrdə təhsil müddətinin optimallaşdırılmas

10.10.2024 248
.

Minimum əmək haqqı 500 AZN olacaq?

Azərbaycanda hazırda minimum əmək haqqı 345 AZN olsa da, bir çox müəssisələrdə bazara uyğun olaraq minimum 500 AZN əmək haqqı verilir. Azərbaycanda minimum əmək haqqını 500 AZN-ə qaldırmağa ehtiyac varmı?. Mövzu ilə bağlı -a danışan sosioloq Üzeyir Şəfiyev bildirib ki, inflyasiya dərəcəsi, bazar qiymətlərin

10.10.2024 3814
.

Övladını görməyə gələn ananı uşağın gözü önündə öldürdülər

Türkiyədə övladını görməyə gələn qadın qətlə yetirilib. yerli mediaya istinadla bildirir ki, hadisə İstanbulun Eyüpsultan qəsəbəsində baş verib. Ərindən boşanan Kübra Gülər övladını görmək üçün Bursadan İstanbula gəlib. Burada onunla keçmiş ərinin ailəsi arasında mübahisə yaranıb. Mübahisə zamanı qadını

10.10.2024 483
.

Qonşusunun əqli qüsurlu qızını zorladı

Türkiyənin Antalya şəhərində Ecder Tayfun Polad adlı şəxs qonşusunun əqli qüsurlu qızını bıçaqla hədələyərək evinə aparıb. türk mediasına istinadən xəbər verir ki, Tayfun Polad evində qızı zorlayıb. 16 yaşlı əqli qüsuru olan qızcığaz qonşusundan qorxaraq ailəsinə bu haqda məlumat verməyib. Lakin Pola

10.10.2024 576
TOP MP3