Sərt karantin rejimi avqustun 1-nə qədər uzadıla bilərmi? - Baş infeksionistdən AÇIQLAMA

Sərt karantin rejimi avqustun 1-nə qədər uzadıla bilərmi? - Baş infeksionistdən AÇIQLAMAXəbər verdiyimiz kimi Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə COVID-19 virusunun yayılma sürətinin azaldılması, eləcə də onun törədə biləcəyi fəsadların minimuma endirilməsi məqsədilə Goranboy, Göygöl və Mingəçevir şəhərləri, Bərdə, Xaçmaz, Samux, Siyəzən və Şəki rayonları daxil olmaqla, Bakı, Cəlilabad, Gəncə, Lənkəran, Masallı, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron rayonunda xüsusi karantin rejimi 2020-ci il 5 iyul saat 06:00-dan 20 iyul saat 06:00-dək uzadılıb. Əgər yoluxma dinamikası azalmasa? sərt karantin rejimi avqustun 1-nə kimi uzadıla bilərmi?

Bununla bağlı Sonxeber.az-a danışan Azərbaycanın baş infeksionisti Cəlal İsayev bildirib ki, hər şey yoluxma dinamikasından asılı olacaq:

"Bilirsiniz ki, növbəti iki həftədə karantin rejimi bir qədər də sərtləşdirildi. Artıq 5 nəfərin bir yerə toplaşması qadağan edildi. Nəhayət 5 nəfərin bir yerə toplaşmasına reaksiya verildi. Çünki insanlar bir yerə çox toplaşdıqda bir-birini yoluxdurma ehtimalı çoxalır. Qərara alındı ki, qoruyucu tibbi maskadan istifadəyə xüsusi nəzarət olunsun. Qərar verilir ki, maskadan istifadə olunsun, cərimələr təyin olunsun. Amma buna nəzarət edən yoxdur. Marketlərdə insanlar maskasız dolaşırlar. Düzdür, indi maskadan istifadə edənlər çoxdur. Təəssüf ki, istifadə etməyənlərin sayı da az deyil. Marketlərdə maskanın taxılmasına polis nəzarət etməli deyil. Marketin nəzarətçiləri insanları maskasız içəri buraxmasınlar. Hərdən nəzarətiçilər insanların yadına salsın ki, maskadan istifadə eləmək lazımdır. Tək biz deməklə deyil.

Hətta mən təklif edərdim ki, market sahibləri maska alıb alıcılara pulsuz paylasın. Türkiyənin praktikasını da tədbiq etmək olar. Orada bir ara maskalar insanlara pulsuz paylanılırdı. Vətəndaşlara sms gəlirdi ki, gedib filan yerdən maskanı pulsuz götürsünlər. Ya da maskanın qiyməti ucuzlaşdırıla bilər. Sahibkarlarımız bir müddət öz gəlirlərindən imtina etib, qiyməti ucuzlaşdırsınlar. Bu cür insanlar maska taxmağa təşviq edilə bilər. Bu gün maskanın çox böyük əhəmiyyəti var. Ümumdünya Səhiyyə Təşkilatı tövsiyə edir ki, hər kəs maska taxsın. Çünki hamı maska taxanda yoluxma ehtimalı 95 faiz aşağı düşür. Amma onlar deyir cəmi 1 faiz yoluxma ehtimalı qalır. Mən də tövsiyə edirəm ki, hər kəs maskadan istifadə etsin. Bu dövrdə maskadan istifadə edək ki, xəstələrin sayı azalsın. İnsanlarımızı yerləşdirməyə xəstəxanalarda yerlər olsun. Süni tənəffüz aparatına qoşulan insanlarımız az olsun. Biz sosial məsuliyyətimizi dərk etməklə səhiyyənin yükünü də azaltmış olarıq. Həkimlərimizin arasına da koronavirusa yoluxanlar və ölənlər var. Bir sözlə insanlara xidmət edəcək tibbi personlımız olsun. Cavanların çoxu bu gün maskadan istifadə etmir. Ən çox qaydanı pozanlar da onlardır. Ola bilər ki, gəncdir. Vəziyyətin ciddiliyini anlamasın. Biz hamımız bu işdə hökümətin gördüyü işlərə dəstək olmalıyıq. Belə olan halda nə karantin rejiminin uzadılmasına ehtiyac qalar nə yoluxmanın sayı çoxalar. Qaldı ki, karantin rejiminin avqustin 1-ə kimi uzadılmasına, düşünürəm ki, bir az səbrli olub, növbəti 2 həftədə nələr olacağını gözləmək lazımdır. Təbii ki, hər şey yoluxma dinamikasının necə olmasından asılıdır".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2202   Tarix: 03 iyul 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Bakıda hoteldəki dəhşətli hadisənin TƏFƏRRÜATI

Bakıda 4 dostun hoteldə zəhərlənməsi hadisəsi ilə bağlı bəzi faktlar üzə çıxıb. "Qafqazinfo"nun hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, dostlardan ikisinin öldüyü hadisə Bayıl qəsəbəsinin Gülbala Əliyev küçəsində yerləşən "My Music" hotelində baş verib. Belə ki, Qarada

15:48 453
.

Yusuf Güney ən böyük xəyalını AÇIQLADI - VİDEO

"Ən böyük arzum meşənin içində kənd qurmaqdır. Bu kənddə pul olmayacaq. Hamı əkib-biçəcək, işləyəcək amma pul almayacaqlar. Mən bütün yatırımları özüm edəcəm, sonra insanlar gəlib orda yaşayacaqlar". Bu sözləri BİG.AZ-a türkiyəli məşhur müğənni Yusuf Güney deyib. O, bir çox arzusuna çatdığın

17:22 117
.

"Tərtər işi" ilə bağlı ittiham olunan şəxslərə cəza istənilib

Bu gün Sumqayıt Məhkəmə Kompleksində "Tərtər işi" ilə bağlı ittiham olunan Ruslan Mikayılov, Sənan Maşıyev, Cabir Qəhrəmanov və Elçin Əliyevin cinayət işi üzrə məhkəmə iclası keçirilib. APA xəbər verir ki, Bakı Hərbi Məhkəməsinin hakimi Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə məhkəm

16:56 111
.

İtaliyada çirkab su təmizləmə zavodunda qəza: 5 ölü, 1 yaralı

İtaliyanın Siciliya adasındakı Kasteldaccia qəsəbəsində çirkab su təmizləmə zavodunda qəza olub. BİG.AZ xəbər verir ki, hadisə nəticəsində 5 işçi qazdan zəhərlənərək ölüb. İtaliya mediasının yaydığı məlumata görə, Palermo şəhəri yaxınlığındakı Kasteldaccia şəhərində 1 işçi isə terapiyaya aparılıb. Polisi

12:29 76
.

Direktor cərrahı işdən çıxardığı üçün cəzalandırıldı

Nərimanov Tibb Mərkəzinin ümumi cərrahı, tibb üzrə fəlsəfə doktoru Anar Mehdiyev işdən çıxarılıb. İqtisadiyyat.az-a istinadən xəbər verir ki, bununla bağlı Mərkəzin direktoru Fazil Alməmmədov əmr imzalayıb. A.Mehdiyev isə işdən haqsız yerə çıxarıldığını bildirib və buna görə də məhkəməyə müraciət edib

10:45 524
.

"Kaybolan yıllar" serialının aktyoru əməliyyat olundu

"Kaybolan yıllar" serialının aktyoru Saruhan Hünel əməliyyat olunub. Axşam.az xəbər verir ki, bu barədə aktyorun bacısı Aslı Hünel sosial media hesabında yazıb. Onun sözlərinə görə, yaşadığı problemlər səbəbindən Saruhan ürəyindən əməliyyat edilib. O, reanimasiyaya yerləşdirilib

16:22 234
.

"Pedaqoji kadr hazırlayan təhsil müəssisələrində sinif rəhbərinin işinin təşkili ilə bağlı bilik və bacarıqlar öyrədilmir" - Ekspert

Tərtərdə iki məktəbli arasında düşən dava onlardan birinin ölümü ilə nəticlənib.9-cu sinif şagirdləri arasında düşən mübahisə zamanı biri digərinə yumruqla xəsarət yetirib. Xəsarət alan şəxs Tərtər Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, onu xilas etmək mümkün olmayıb. Təhsil eksperti Elşən Qafaro

15:56 220
.

Tanzaniyada qayığın batması nəticəsində 5 nəfər ölüb

Şərqi Afrika ölkəsi Tanzaniyanın Hind okeanı sahillərində qayığın batması nəticəsində 5 nəfər ölüb, 6 nəfər itkin düşüb. xəbər verir ki, rəsmilər Tanqa bölgəsində Panqaniyə gedən qayıqdan düşərək boğulan 5 nəfərin cəsədinin Keniyanın Mombasa sahillərində sürünərək sudan çıxarıldığını bildirib. 6 nəfəri

20:15 0
.

"Mədəniyyət Nazirliyi modellərə 50 manat ayırır?"

"Bir ildir Bakıdayam və işsizəm. Bunun səbəbi isə budur: "Azerbaijan Fashion week" dəvət edir və 50 manat qonorar verir. Bilmirəm, yeyinti var və ya yoxdur. Çünki müqavilə imzalanmır, sığortamız yoxdur, vergi ödəmirik. Agentliklər çəkilişə çağırır və müqavilə bağlamır, əmək kitabçamı

14:50 283