Rusiyalı kriminalist: "COVID-19 cinayətkarlığın artmasına səbəb ola bilər"

Rusiyalı kriminalist: "COVID-19 cinayətkarlığın artmasına səbəb ola bilər""Koronavirus pandemiyası dövründə insanların iş yerlərindən məhrum olması, həmçinin, bank kreditləri və alimentlər üzrə yığılan borclar cinayət hallarının artmasına səbəb ola bilər".

BiG.AZ xəbər verir ki, bunu oxu.az-a müsahibəsində tanınmış rusiyalı kriminalist, Rusiya Daxili İşlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə üzrə Regional İdarəsinin Moskva şəhəri üzrə keçmiş əməliyyatçısı Mixail İqnatov deyib.

Onun sözlərinə görə, COVID-19 infeksiyasının yayılması ilə əlaqədar tətbiq olunan karantin rejimi kriminal avtoritetlərin həyatına da müəyyən dəyişikliklər edib, lakin ümumilikdə narkotik ticarəti və silah alverinə nəzarət davam edir.

"Sxodka" təşkili planında "qanuni oğru"ların fəallığı yox səviyyəsinə düşüb. Dövlət sərhədləri bağlı olduğundan təyyarələr uçmur, restoranlar işləmir, kriminal avtoritetlər də toplanmağa və oğru mühiti nümayəndələrinin fəaliyyətini müzakirə etməyə yer tapmırlar.

Lakin bu, onlara Rusiya bazarlarından xərac toplamağa mane olmur. Paytaxt bazarlarının rəhbərliyi və hüquq-mühafizə orqanlarının bəzi əməkdaşları ilə işləri yaxşı qurulub. Pandemiya maliyyə axınlarının yenidən bölüşdürülməsinə heç bir təsir göstərməyib. Oğrular yaxşı bilirlər ki, necə deyərlər, pis sülh yaxşı müharibədən daha yaxşıdır", - deyə ekspert vurğulayıb.

M.İqnatov Azərbaycan diasporunun bir xüsusiyyətini qeyd edib:

"Moskva bazarlarında çoxlu azərbaycanlı işləyir. Lakin indiyə qədər tacirlər heç vaxt hüquq-mühafizə orqanlarına kriminal avtoritetlərin təzyiq və təhdidləri barədə şikayət etməyib. Bütün problemlərini diaspor daxilində həll edirlər və günahkarları özləri cəzalandırırlar".

Yeri gəlmişkən, pandemiya zamanı bəzi cinayət növləri, məsələn, mənzil oğurluqları minimuma enib. İnsanlar evdə otururlar. Bəziləri isə bağ evlərinə köçüblər, bununla belə, daha ağıllı davranırlar - təhlükəsizlik xidmətlərinə sifarişlərin sayı artıb:

"Boş mənzillərə girməyə cəhdlər olub, lakin siqnalizasiya sisteminə qoşulmuş təhlükəsizlik cihazının reaksiya verdiyi zaman qarətçilər ələ düşməmək üçün cinayət yerini tələsik tərk edirlər. Polis əməkdaşları həyəcan siqnalı ilə əlaqədar hadisə yerinə gedəndə qapının açıq olduğunu, mənzildə isə heç bir şeyə toxunulmadığını görürlər".

İqnatovun sözlərinə görə, sifarişlə adam öldürmə və adam oğurluğu hallarının sayında da azalma var.

Ancaq digər tərəfdən, avtomobil qaçırma hallarına daha çox rast gəlinir. Qurbanlarının hərəkət cədvəlini və oğurluq yollarını öyrənmək üçün cinayətkarların vaxtı çoxalıb.

Avtomobillərin qarət olunmasının sayı artıb. Ekspertin fikrincə, bu cinayət növü yenidən aktuallaşıb. Sovet dövründə bunu kiçik oğrular həyata keçirirdi, lakin sonradan həmin cinayət yox səviyyəsinə düşdü. Son vaxtlarda isə avtomobildən qarət halları çoxalıb.

Bundan başqa, yoldan keçənlərin, xüsusən də qadınların əlindən ərzaq paketlərini alıb qaçmaq kimi cinayətlər meydana çıxıb.

"Ərzaq oğurluqları qastarbayterlər tərəfindən törədilir. Tikinti meydançalarında işləyən miqrantlara pul ödənişi dayandırılıb. Onlar da məcbur qalıb, belə oğurluqlara gedirlər. Minimum güc sərf edib ərzağı almaq və hadisə yerindən qaçmaq üçün bilərəkdən qadın, çox vaxt yaşlı insanları qurban kimi seçirlər", - deyə o bildirib.

Ekspertin fikrincə, insanların uzun müddət təcrid vəziyyətində olmaları və depressiyaya düşmələri ilə əlaqədar məişət zorakılığı faktları da tez-tez baş verir.

Polis patrulları hər yerdə olduğundan küçə cinayətləri azalıb.

Qeyd etmək lazımdır ki, karantin dövründə müşahidə olunan yuxarıda göstərilən bütün cinayət meyillərini (qastarbayterlər tərəfindən ərzaq oğurluğu və oğru mühiti fəaliyyəti istisna olmaqla) Azərbaycana da aid etmək olar. Bənzər kriminal vəziyyət ölkəmizdə də müşahidə olunur, fərq yalnız miqyasdadır.

M.İqnatov qeyd edib ki, bu çətin vaxtda polis vətəndaşlara boş yerə təzyiq etmir. Axı polisin fəaliyyətini qiymətləndirməyin əsas meyarı vətəndaşların etimadıdır.

Ekspert hesab edir ki, dövlət cinayət artımının qarşısını almaq üçün pandemiya dövründə əhalinin bir hissəsinin iş yerlərini itirməsini nəzərə alaraq, bank kreditləri və alimentlər üzrə ödənişləri dondurmalıdır. Əks təqdirdə, icra məmurları tərəfindən borclulara olan təzyiq onları müxtəlif cinayətlərə təhrik edəcək.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1118   Tarix: 02 iyul 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Stomatoloq seçərkən nələrə diqqət etməliyik? - VİDEO

"Tibbə əlaqəsi olmayan insanlar, stomatoloq kimi fəaliyyət göstərənlər, pasiyentlərin sağlamlığında ciddi tibbi problemlər yaradırlar". Bu sözləri ARB TV-nin efirində yayımlanan verilişlərin birində stomatoloq Fərid Zeynalov deyib. O, vətəndaşların həkimə müraciət etməzdən əvvəl həkim haqqınd

04.05.2024 264
.

Azərbaycanda məşhur müğənni ağır qəzaya düşdü: 17 yaşlı oğlu öldü - FOTO

Azərbaycanda müğənni ağır qəzaya düşüb. -ın əldə etdiyi məlumata görə, hadisə dünən Şəmkir rayonu ərazisində baş verib. Müğənni Həbib Rzayev (Şəmkirli) idarə etdiyi "Nissan Murano" markalı avtomobildə oğlu ilə birlikdə qəzaya düşüb. Qəzada müğənninin 17 yaşlı oğlu İlkin Rzayev dünyasını dəyişib

11:25 168
.

Rusiya Ukraynanın keçmiş prezidentini axtarışa verdi - FOTO

Rusiyanın Daxili İşlər Nazirliyi (DİN) Ukraynanın keçmiş prezidenti Petro Poroşenkonu axtarışda olanlar siyahısına daxil edib. Belə bir sənəd nazirliyin məlumat bazasında peyda olub. "1965-ci il təvəllüdlü, Bolqrad şəhərində anadan olmuş Poroşenko Petro Alekseyeviç cinayət maddəsi ilə axtarışdadır"

04.05.2024 234
.

Konqo Demokratik Respublikasında 8 əsgərə fərariliyə görə ölüm cəzası verilib

Konqo Demokratik Respublikasının (KDR) şərqindəki Qoma şəhərinin hərbi tribunalı düşmənlə üz-üzə mövqelərini özbaşına tərk edərək cəbhə xəttindən qaçdıqlarına görə beşi zabit olmaqla səkkiz əsgərə ölüm hökmü çıxarıb. "Report" xəbər verir ki, bu barədə "Agence France-Presse" məluma

13:30 0
.

Azərbaycanda güllələnərək öldürülən həkimin GÖRÜNTÜLƏRİ - TƏFƏRRÜAT

Şəkidə həmkəndlisi tərəfindən güllələnərək qətlə yetirilən həkim İsrafil Məmmədsoyun görüntüləri yayılıb. -ın məlumatına görə o, Baş Şabalıd Tibb Məntəqəsinin müdiri vəzifəsində çalışıb. 19:38. Şəkidə baş verən silahlı insidentin yeni təfərrüatı məlum olub. -ın əldə etdiyi məlumata görə, hadisə otla

04.05.2024 904
.

XİN: NATO proqramına qoşulmağımız ölkəmizin sülhün təşviqinə davamlı sadiqliyinin təzahürüdür

Azərbaycanın NATO-nun Sülh Naminə Tərəfdaşlıq proqramına qoşulması ölkənin sülhün təşviqinə davamlı sadiqliyinin təzahürüdür. "Report" xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin "X" hesabında yazılıb. "Bu gün, 30 il əvvəl Azərbaycan NATO-nun Sülh Naminə Tərəfdaşlı

04.05.2024 180
.

18 mindən çox iştirakçının yarışdığı "Bakı marafonu 2024" start götürüb

Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən "Bakı marafonu 2024"ə start verilib. xəbər verir ki, yeddinci dəfədir təşkil edilən marafonda 18 mindən çox iştirakçı yarışır. Marafonda 200-dən çox fəxri qonaq, altı mindən çox tələbə iştirak edir. Yarışa Azərbaycan vətəndaşları ilə yanaşı, ölkəd

10:52 107
.

Dördüncü kurs tələbəsi vəfat etdi

Bakı Slavyan Universitetinin tələbəsi vəfat edib. Bu barədə Azərbaycan Universitetləri səhifəsi məlumat yayıb. Bildirilib ki, universitetin Sosial Elmlər fakültəsinin IV kurs tələbəsi Fidan Nəcəfova uzun sürən xəstəlikdən sonra vəfat edib.( )

04.05.2024 596
.

Bakıda evdən yeddi min manatlıq OĞURLUQ

Bakıda ev qarət olunub. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb. Bildirilib ki, Hövsan qəsəbəsi ərazisində evlərin birindən 700 manat dəyərində qızıl-zinət və məişət əşyaları oğurlanıb. Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərl

04.05.2024 199