Sərt karantin rejimi tətbiq edilməyən rayonlarda toylara icazə verilir? - AÇIQLAMA

Sərt karantin rejimi tətbiq edilməyən rayonlarda toylara icazə verilir? - AÇIQLAMAXəbər verdiyimiz kimi dünə ölkədə 556 nəfər koronavirusa yoluxub, 346 nəfər sağalıb, 7 nəfər isə dünyasını dəyişib. Qeyd edək ki, Nazirlər Kabineti sərt karantin rejimi tədbiq edilən Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron, Yevlax, Cəlilabad, Masallı rayonlarında 5 iyul tarixindən daha 2 həftə sərt karantin rejiminin tətbiq olunmasının nəzərdə tutulduğu bildirilib. Belə olduğu halda bütün kütləvi tədbirlər yenidən təxirə salınıb. Son dövrlər ən çox müzakirə olunan məsələlərdən biri də toylara, yaslara və kütləvi yığıncaqlara qoyulan qadağadır.

Sərt karantin rejimi tətbiq olunmayan rayonlarda toy və yas mərasimlərinə icazə verilə bilərmi?

Məsələ ilə bağlı deputatlar Sonxeber.az-a açıqlama veriblər.

Deputat Aqil Abbas bildirib ki, Operativ Qərərgahın verdiyi qanun bütün respublika üzrədir. Çünki insanların hamısı testdən keçməyiblər və kimin daşıyıcı olub-olmadığı dəqiq bilinmir:

"Sadəcə həmin karantin olmayan rayonlarda xəstə yoxdur və yaxud bir-iki nəfərdilər. Onlar da karantinə alınıblar.

Amma insanlar toy və yasda bilmədən bir-birilərinə yoluxdura bilərlər".

Deputat qeyd edib ki, kənd yerlərində açıq havada az miqdarda insanların toy keirməsinə icazə verilməlidir və yəqin ki, veriləcək:

"İstəyərəm ki, açıq havalarda və müəyyən şərtlərlə toylar keçirilsin. Bildiyiniz kimi Türkiyədə 50 nəfərlik toya artıq icazə verilib".

Deputat Cavid Osmanov bildirib ki, dünən Operativ Qərərgah növbəti dövr üçün karantin rejiminin hansı bölgələrdə tətbiq olunacağını açıqladı və karantin rejiminin müddəti də uzadıld:

"Amma bu o demək deyil ki, karantin rejimi tətbiq olunmayan rayonlarda vətəndaşlar pandemiya dövründən əvvəlki kimi öz həyatlarını davam etdirə bilərlər. Virus sərhəd tanımır və Azərbaycanın bu şəhərində var və yaxud digər şəhərində yoxdur deyə bilmərik. Bu virus ölkələr arasında belə sərhəd tanımır, nəinki rayonlar arasında. Ona görə də digər rayonlarda da kütləvi toplaşmalar virusun daha çox yayılmasına səbəb ola bilər.

Belə ki, toy və yas mərasimlərinə Nazirlər Kabineti tərəfindən ümumilikdə qoyulan qadağalar çox doğru addımdır. Təkcə sərt karantin rejimi tətbiq olunan yerlərdə yox, bütün ölkə ərazisində o qaydalar hələ də davam etməlidir".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 3688   Tarix: 01 iyul 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Vətəndaşın ayaqyolunun qarşısında qanunsuz HOTEL TİKİLİR - ŞİKAYƏT+ FOTO

Vətəndaşın ayaqyolunun qarşısında qanunsuz hotel tikilir. Bu barədə məlumatı Kərimova Aybəniz Zakir qızı -a şikayətində bildirib. Kərimova Aybəniz Lənkəran şəhər İsrafil Babayev küçəsi, ev 25-də yaşayır. Onun sözlərinə görə, qonşusu Rzayev Süleyman Yağbəli oğlu həyətində hotel tikir:. "3 pəncərən

20.09.2024 294
.

Şənbə günü yağış yağacaq - PROQNOZ

Sentyabrın 21-də Azərbaycanda yağış yağacağı gözlənilir. Bu barədə BİG.AZ-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, sabah Bakıda və Abşeron yarımadasında tutqun hava şəraiti üstünlük təşkil edəcək. Gecə və səhər bəzi yerlərdə arabir yağış yağacağı, gündüz dəyişkən buludl

20.09.2024 280
.

"Yalı çapkını"nın çəkildiyi villa satılır - Foto

"Yalı çapkını" serialının çəkildiyi villa satışa çıxarılıb. Axşam.az xəbər verir ki, Sabancı ailəsinə məxsus olan "Sakıp Sabancı - Şevket Paşa" köşkü 1 milyard 250 milyon lirə (62 milyon 299 min 114 manat) müqabilində satışa qoyulub. Qeyd edək ki, serialın baş rollarını Afra Saraçoğl

20.09.2024 1387
.

Arda Gülər və sevgilisi ilk dəfə xalq qarşısına çıxdı

Arda Gülər basketbolçu sevgilisi Duru Yamanla ilk dəfə Tibo Kurtuanın sənədli filminin qala gecəsində yan-yana görüntülənib. -ın xarici mediaya istinadən məlumatına görə, "Real"ın gənc futbolçusuArda Gülər də şəxsi həyatı ilə diqqət çəkib. İspaniya nəhəngində çıxış edən futbolçu ilk dəfə sevgilis

20.09.2024 422
.

Arvadının döydüyü məşhur aktyor boşanır

Hollivudun sərt kişi obrazlarını yaradan məşhur aktyoru Maykl Madsen təəccüblü açıqlama verib. -ın xarici mediaya istinadən xəbərinə görə, Madsen deyib: "Arvadım mənə işgəncə verir, döyür. Ona görə boşanıram". Maykl Madsen 1996-cı ildə evləndiyi DeAnna Madsenin ona illərlə işgəncə verdiyin

20.09.2024 239
.

Əlləriniz sizə qaraciyərinizin sağlamlığından xəbər verir

Piylənmə kimi tanınan qaraciyər yağlanması xəstəliyini sadəcə əllərinizə diqqətlə baxmaqla aşkar etmək olar. xarici mətbuata istinadən xəbər verir ki, hepatoloq Sümeri İlyasın fikrincə, əllərdə dərinin qızarması, dırnaqların, xüsusilə baş və şəhadət barmaqlarının solğunlaşması, barmaqların şişməsi v

20.09.2024 351
.

Sabahdan bu yol bağlanır

Sentyabrın 21-dən etibarən Bakı şəhəri, Nərimanov rayonu, Ələsgər Qayıbov küçəsində aparılacaq təmir işləri ilə əlaqədar avtonəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq. Bu barədə -a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib. Sürücülərdən aparılan işlərə anlayışl

20.09.2024 297
.

7 yaşlı oğlunu ölənə qədər döydü

Rusiyanın Balaşıxe bölgəsində 7 yaşlı uşaq futbol oynadığı vaxt atası tərəfindən ölənə qədər döyülüb. rus mediasına istinadən xəbər verir ki, evlərinin bağçasında futbol oynayan 7 yaşlı Leşanın dəcəllik etməsi atasının xoşuna gəlməyib. Ananın ifadələrinə görə ata bağçaya enərək oğlunu hər kəsin göz

20.09.2024 490
.

Qadın dayanmadan ona zəng edən ərini TUTDURDU

Yaponiyada kişi qeyri-adi səbəblə həbs edilib. xarici mediaya istinadla bildirir ki, hadisə Amaqasaki şəhərində baş verib. 31 yaşlı qadının telefonuna qəribə zənglər gəlib. Qadın telefona cavab versə də, zəng edən danışmayıb. Zənglər anonim nömrədən gəldiyi üçün qadın onları bloklaya bilməyib. Gün ərzind

20.09.2024 216
TOP MP3