Azərbaycan millisinin axtarışa verilən üzvünün şübhəli bilindiyi qətlin TƏFƏRRÜATI

Azərbaycan millisinin axtarışa verilən üzvünün şübhəli bilindiyi qətlin TƏFƏRRÜATIRusiya Federasiyası İstintaq Komitəsinin Dağıstan üzrə İstintaq İdarəsi iyunun 23-də Mahaçqalanın mərkəzində "Daqavtodor"un keçmiş rəhbəri Məhəmmədrəsul Ömərovun qohumu Abdulbasir Ömərovun rezonans doğuran qətli ilə əlaqədar açılan cinayət işi üzrə istintaqın təfərrüatını açıqlayıb.

Cinayəti törətməkdə şübhəli bilinən Dağıstan Xalq Məclisinin deputatı Məhəmməd Asiyatilovun oğulları Surakat və Hüseyn Asiyatilovlar, məşhur idmançı, sərbəst güləş üzrə Azərbaycan millisinin üzvü, Avropa çempionatlarının ikiqat bürünc mükafatçısı Nurməhəmməd Hacıyev axtarışdadır.

Cinayətdən əvvəl gənclər - respublikada məşhur ailələrin nümayəndələri arasında münaqişə baş verib. İyunun 23-də saat 22:00 radələrində Lenin Komsomolu parkının ərazisində mübahisə yaranıb. "Daqavtodor" və "Uprdor Kaspi"nin Dağıstan filialının keçmiş rəhbəri Məhəmmədrəsul Ömərovun qohumu Abdulbasir Ömərov gözlənilmədən respublika Xalq Məclisi deputatı və Şamil bölgəsinin keçmiş rəhbəri Məhəmməd Asiyatilovun oğlu Surakat Asiyatilovun üzünə zərbə vurub.

Zərərçəkmiş onu vuran şəxsi öldürməyə qərar verib. O, doğma qardaşı Hüseyn və tanışlarını çağırıb, onlardan silahla gəlmələrini istəyib. Təxminən saat 22:40 radələrində Asiyatilov və Ömərov yenidən – bu dəfə Akuşinski prospektində yerləşən Mahaçqala Su kanalı administrasiyasının ərazisində görüşüblər.

Silahlı Surakat Asiyatilov A.Ömərovla dalaşıb, ətrafdakı gənclər onları ayırıb və barışdırmağa çalışıblar. Bu zaman müəssisəsinin ərazisinə əllərində silah olan Hüseyn Asiyatilov və Nurməhəmməd Hacıyev, onlarla birlikdə isə 20-dən çox şəxs qaçaraq gəlib.

İzdihamı görən A.Ömərov müəssisənin ərazisindən qaçmağa cəhd göstərsə də, Asiyatilov qardaşları və N.Hacıyev onu yerə yıxıb, bir neçə dəfə atəş açıblar. Onlar daha sonra hadisə yerindən qaçaraq gizləniblər.

A.Ömərov aldığı çoxsaylı güllə yaralarından xəstəxanada dünyasını dəyişib.

Surakat və Hüseyn Asiyatilovlar, həmçinin Nurməhəmməd Hacıyevlə bağlı bir qrup şəxs tərəfindən əvvəlcədən razılaşdırılmış cinayət törətmək, qanunsuz silah gəzdirmək maddələri ilə cinayət işi açılıb, hər üçü axtarışa verilib.

Qeyd edək ki, Nurməhəmməd Hacıyev sərbəst güləş üzrə Azərbaycan milli komandasının üzvüdür. O, 2018 və 2019-cu illərdə Avropa çempionatında 97 kiloqram çəki dərəcəsində ölkəmizə bürünc medallar qazandırıb.

Bundan başqa, N.Hacıyev 2013-cü ildə yeniyetmələr, 2014, 2015-ci illərdə gənclər və 2016-cı ildə 23 yaşadək güləşçilər arasında Avropa çempionu olub. Ötən il keçirilmiş II Avropa Oyunlarında zədələndiyi üçün final görüşünə çıxmayaraq, gümüş medalla kifayətlənib.

oxu.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
İdman   Baxılıb: 1331   Tarix: 30 iyun 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Hacı Əliyev əməliyyat olunacaq

Sərbəst güləş üzrə ikiqat Olimpiya mükafatçımız, üçqat dünya və üçqat Avropa çempionumuz Hacı Əliyev oktyabrda Norveçin paytaxtı Osloda keçiriləcək dünya çempionatında iştirak etməyəcək. -ın xəbərinə görə, məşhur idmançımız gözündə yaranan problemə görə əməliyyat olunacaq. Qeyd edək ki, əməliyyat sentyabrd

30.08.2021 1023
.

"Yuventus"un gənc futbolçusu öldü

İtaliyanın "Yuventus" klubunun gənclərdən ibarət komandasının oyunçusu Brayan Dodyen 17 yaşında vəfat edib. Bu barədə Turin klubu rəsmi "Twitter" hesabından məlumat yayıb. "Yuventus" Brayan Dodyenin ailəsi ilə birlikdə kədər hissi keçirir", - turinlilərin mətbuat xidmətini

05.09.2021 972
.

Paralimpiya Oyunları: Azərbaycan atleti qaçışda finişə gəlib çıxmadı

Tokioda keçirilən Paralimpiya Oyunlarında Azərbaycan atleti finişə çata bilməyib. Atletikanın 100 metr məsafəyə qaçış yarışlarında T13 kateqoriyasında yarışan idmançımız Elmir Cəbrayılov finala çıxmağı bacarmayıb. Belə ki, o, təsnifat mərhələsinin qrupunda beş nəfərin yarışdığı mübarizədə finişə gəli

29.08.2021 912
.

Ronaldonun "Mançester Yunayted"dəki MAAŞI

Portuqaliya millisinin futbolçusu Kriştiano Ronaldonun "Mançester Yunayted"dəki maaşı bəlli olub. 36 yaşlı hücumçu iki illik müqaviləsinə əsasən 58,3 milyon avro qazanacaq. Onun İngiltərədəki illik maaşı 29,15 milyon avroya bərabərdir. Bu, Ronaldonun "Yuventus"dakı qazancından 2 milyo

28.08.2021 1373
.

Ronaldonun Bakıya gələcəyi dəqiqləşdi

Futbol üzrə Portuqaliya yığmasının 2022-ci il dünya çempionatının seçmə mərhələsində İrlandiya və Azərbaycanla oyunlarına və Qətərlə yoldaşlıq matçına heyəti bəlli olub. xəbər verir ki, baş məşqçi Fernandu Santos siyahıya 25 oyunçu daxil edib. Onların arasında İtaliyanın "Yuventus" klubunda

26.08.2021 1232
.

Azərbaycan 11-ci qızıl medalını QAZANDI

Üzgüçümüz Vəli İsrafilov "Tokio-2020" XVI Yay Paralimpiya Oyunlarında Azərbaycana 11-ci qızıl medalı qazandırıb. V.İsrafilov 100 metr məsafəyə brass üsulu ilə üzgüçülük yarışında məsafəni 1 dəqiqə 04,86 saniyəyə qət edərək bütün rəqiblərini qabaqlayıb və Paralimpiya çempionu olub. Təmsilçimiz

01.09.2021 933
.

Azərbaycan millisinin heyətində dəyişiklik baş verib

2022-ci il dünya çempionatının seçmə mərhələsində Portuqaliya ilə qarşılaşacaq Azərbaycan millisinin heyətində dəyişiklik baş verib. "Report" AFFA-nın saytına istinadən xəbər verir ki, "Qarabağ"ın futbolçusu Maksim Medvedev zədə, Polşanın "Visla" (Plotks) klubunun üzvü Anto

05.09.2021 898
.

39 il komada qalan futbolçu vəfat etdi

PSJ-nin sabiq futbolçusu Jan-Pyer Adams dünyasını dəyişib. xəbər verir ki, 39 ildi komada olan veteran müdafiəçi 73 yaşında vəfat edib. Adams 1972 - 1976-cı illərdə Paris təmsilçisinin formasını geyinib. 1982-ci ildə çempionat oyununda dizindən zədə alan futbolçu əməliyyat zamanı həkimlərin səhvi üzündə

06.09.2021 1068
.

Güləşçilərimiz Avropa çempionatında 2 qızıl, 1 gümüş və bürünc medal qazanıb

Bu gün Yunanıstanın Katerini şəhərində çimərlik güləşi üzrə yeniyetmə və gənclərin Avropa çempionatı keçirilib. Azərbaycan Güləş Federasiyasından "Report"a verilən məlumata görə, qitə birinciliyində baş məşqçi Oyan Nəzəriani və məşqçi Ağahüseyn Mustafayevin rəhbərliyi altında 4 güləşçimiz mübariz

12.09.2021 746