Azərbaycanlı rəqqasə: "Qızlar evdə qalıb, məni kim alacaq?"

Azərbaycanlı rəqqasə: "Qızlar evdə qalıb, məni kim alacaq?"
Azərbaycanlı rəqqasə Renka şəxsi həyatından danışıb.

Lent.az-a açıqlama verən rəqqasə bildirib ki, qadın kimi xoşbəxt deyil:

“Bir evdar qadın kimi xoşbəxt deyiləm. Bəzən istəyirəm ki, mən də evimdə xanım olum. Güclü olmaqdan yorulmuşam. Uşaqlarıma tək özüm baxıram. Yaxşı ki, bacım da var. O, mənə dəstək olur.

Anam, atam məni dəstəkləyir. Bəzən oğlumla dil tapa bilmirəm, o zaman çox ağlayıram. O zaman düşünürəm ki, atasız uşaq böyütmək çox çətindir”.

Rəqqasə daha sonra bildirib ki, yenidən ailə qurmayacaq:

“Gül kimi qızlar evdə qalıb, məni kim alacaq? Niyə ailə qurmaq sualını mənə çox verirlər? Heç vaxt ərə getmərəm. Uşaqlarım var”.

BiG.AZ
Şikayətiniz varsa Whatsapp: 077 7125666

Telegramda izləyin
f Paylaş
Bölmə: Şou biznes Oxunub: 4406 Tarix: 30.06.2020
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər