Atası azərbaycanlı, anası isə əfqan... – Dünya səhnəsində bir "ulduz"

Atası azərbaycanlı, anası isə əfqan... – Dünya səhnəsində bir "ulduz"Teleqraf.com-un "Tanımadığımız azərbaycanlılar" rubrikasında dünyaca məşhur olan, amma azərbaycanlı olduğunu çox az adamın bildiyi, çoxumuzun isə heç bilmədiyi şəxsiyyətlər haqda məlumatlar təqdim edilir.

Haqqında internet vasitəsilə məlumat əldə etdiyimiz şəxs dünya musiqisinin ən məşhur simalarından biridir. Azərbaycan əsilli sənətçi Araşdan bəhs edirik.

Araş Ləbaf – Azərbaycan əsilli isveçli müğənni, prodüser, bəstəkar.

Araş 1977-ci il aprelin 23-də İranın Tehran şəhərində doğulub. Anası əfqan əsilli olan Araşın ata tərəfinin Azərbaycan türkü olduğu bildirilir. Bakıda olarkən jurnalistlərə açıqlamasında babalarının azərbaycanlı olduğunu demişdi.

İsveçi öz vətəni kimi qəbul edən müğənninin ailəsi bu ölkəyə hələ, o, uşaqkən köçüb. Tehrandan Uppsalaya köçəndə Araşın 10 yaşı vardı. Hazırda isə Malmödə yaşayır. Müğənni və bəstəkar kimi də bu şəhərdə formalaşıb.

Araş ona dünya məşhurluğu qazandıran mahnısı "Boro boro"nu 2004-cü ildə çıxarıb. Qısa müddətdə İsveçdə ən çox oxunan mahnı Azərbaycanla yanaşı, dünyanın digər ölkələrində də ən çox dinlənilənlər sırasına daxil ola bilib.

Bir il sonra işıq üzü görən "Arash" adlı albomu həmin dövrdə ən çox alınan və dinlənilənlərdən biri olub. Araşın elektronik musiqini, roku, hip-hopu və balladanı özündə cəmləşdirən "World" layihəsi ona zirvəyə qalxmasına ən böyük təkanı verib. Bundan başqa, müğənninin 2006-cı ildə "Crossfade", 2014-cü ildə isə "Superman" adlı albomları yayımlanıb.

2005-ci ildə Almaniyada keçirilən beynəlxalq musiqi festivalının qalibi olan müğənni həmin il Fransada baş tutan digər beynəlxalq müsabiqədə ("İnternational Music Market") İsveçin ən yaxşı debütant musiqiçisi seçilib. Bir il sonra isə Rusiyada "Qremmi" ("Grammys") mükafatını qazanıb.

2009-cu ildə Moskvada keçirilən Avroviziya Mahnı Müsabiqəsində Aysel Teymurzadə ilə "Always" adlı mahnını ifa edən Araş səhnədə Azərbaycanı təmsil edib. Azərbaycan təmsilçiləri müsabiqədə Norveç və İslandiyadan sonra üçüncü yeri tutub.

2011-ci ilin mayında Araş uzun müddət sevgili olduğu Bəhnaz Ənsari ilə Dubayda (BƏƏ) ailə qurub.

Uşaqlıqdan basketbolla maraqlanan sənətçi şlyapa kolleksiyası toplayır.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 4379   Tarix: 30 iyun 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Validə Abbasova Yunanıstanda belə dincəlir - FOTOLAR

"Miss milenium" gözəli Validə Abbasova yay tətilini Yunanıstanda keçirib. Axşam.az-a istinadən xəbər verir ki, keçmiş model gəzinti fotolarını İnstaqramda izləyiciləri ilə bölüşüb. Abbasovanın formada qalması isə izləyicilərinin diqqətini çəkib. Onlar modelə bunla bağlı suallar ünvanlayıblar

17.09.2021 2305
.

Əməkdar artistdən şok açıqlama: "Oğlan adı ilə mənlə danışırdı…" - VİDEO

Əməkdar artist Gülüstan Əliyeva açılaması ilə diqqət çəkib. -a istinadən xəbər verir ki, "Onun sirri" proqramına qonaq olan sənətçi, məşhur prodüserlərdən birinin oğlan adı ilə ona tez-tez zəng vuraraq telefonla danışdığını bildirib:. "Mənə tez-tez zəng edirdi. Oğlan adı ilə danışırdı

16.09.2021 4875
.

Bu səhnənin "Aşkı memnu"dan oğurlandığı iddia edildi

"Kanal D"də yayımlanan "Camdaki kız" serialı yenidən izləyicilərin tənqidlərinə tuş gəlib. Axşam.az-a istinadən xəbər verir ki, ekran işində baş rol ifaçılarından Nur Sürerin yeni ailə həyatı quran qızı ilə kürəkəninin ilk gecələrini yan evdən binoklla izləməsi bəyənilməyib. İzləyicilə

17.09.2021 4785
.

Əməkdar artist vəfat etdi - FOTO

Əməkdar artist Çiçək Rzayeva vəfat edib. -ın məlumatına görə, Rzayeva Çiçək Məmmədhüseyn qızı ötən gün 77 yaşında dünyasını dəyişib. Qeyd edək ki, Çiçək Rzayeva 1944-cü ildə Bakıda anadan olub. Onun Azərbaycan arfa sənətində müəllimi Aida Abdullayevadan sonra böyük xidmətləri olub. Çiçək Rzayeva arf

16.09.2021 7387
.

Orxan Gəncəbayın oğlu evləndi - VİDEO

Bu gün türkiyəli müğənni Orxan Gəncəbayın oğlu Gökhan Gəncəbay ailə həyatı qurub. Axşam.az-a istinadən xəbər verir ki, Gökhan uzun müddətdir eşq yaşadığı Seda Hanla Çırağan Sarayında nikah masasına əyləşib. Cütlüyün xoş günündən görüntülər sosial şəbəkədə yayılıb

16.09.2021 3352
.

Fahriye Karan üçün 15 dayə dəyişdi

Türkiyəli aktrisa Fahriye Evcen oğlu Karan üçün yenidən dayə axtarışına başlayıb. Axşam.az-a istinadən xəbər verir ki, bu barədə "2.Sayfa" verilişində məlumat verilib. Aparıcıların sözlərinə görə, aktrisa artıq 15-ci dayə ilə də yollarını ayırıb. Qeyd edək ki, Fahriye Evcen bu il "Alparslan"

16.09.2021 2609
.

"Həmin Xalq artistlərinə pullar vermişəm"

Əməkdar artist Qorxmaz Əlili bir çox Xalq artistinə maddi yardım etdiyini deyib. Axşam.az xəbər verir ki, aktyor "Onun sirri" verilişində maraqlı açıqlama verib. O bildirib ki, bir çox sənət adamının hesabına pullar köçürüb:. "Artistlərin ağır vəziyyəti idi. Xeyriyyə konsertinə başladım

16.09.2021 1964
.

"Kalp yarası"nda yeni aktyor - Foto

Reytinqlərdə ilk sırada yer alan "Kalp yarası" serialına yeni aktyor daxil olub. Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ekran işində Görkem Mertsöz rol alacaq. Aktyor serialda psixoloq obrazına həyat verəcək

17.09.2021 3104
.

Tünzalə Ağayevanın formada qalma sirri - Fotolar

Xalq artisti Tünzalə Ağayeva son günlər görünüşündəki dəyişikliklərlə gündəmə gəlir. Axşam.az xəbər verir ki, müğənni əvvəlcə sarı saçlarını tünd rəngə boyadı. Daha sonra isə onların düz görünüşünü buruqlu düzümlə əvəzləyib. T.Ağayeva eyni zamanda cəsarətli geyimləri ilə də gündəmdən düşmür. İfaçı İnstaqramı

17.09.2021 2993