Karantin günlərini əyləncəyə çevirmək üçün nələr etməli?

Karantin günlərini əyləncəyə çevirmək üçün nələr etməli?Xüsusi karantin rejimi olması ilə bağlı əksəriyyətimiz evdən çölə çıxa bilmirik. Evdə qalmaq, istirahət etmək çoxlarının ürəyincədir. Alimlər və həkimlər deyirlər ki, xəstəliyin əlamətlərini özümüzdə görməsək belə, sosial məsafəni qorumalıyıq. Evdə olmaq özümüzün, ətrafımızdakıların sağlamlığının qeydinə qalmaq deməkdir. Ancaq bu müddətdə bir çoxumuz evdə nə edəcəyimizi bilmirik. Ancaq evdə edilə bilən bir çox işlə həm vaxtınızı daha səmərəli keçirə , həm də əylənə bilərsiniz ...

Gündəlik tutun

Karantin günlərini əyləncəyə çevirmək üçün nələr etməli?Bütün dünyaya təsir göstərən və gələcəkdə tarix kitablarına daxil ediləcək bir dövr keçirik. Gündəlik olaraq həyatınızda baş verənlər, şahidi olduğunuz hadisələr haqqında yaza bilərsiniz. Bəlkə yazdıqlarınız gələcəkdə romana çevrilə bilər.

Kitablarınızla vaxt keçirin

Karantin günlərini əyləncəyə çevirmək üçün nələr etməli?Bir çox psixoloq və yazıçı bu çətin günlərdə kitablara sığınmağın düzgün yol olduğunu vurğulayır. Kitabxananızda oxunmamış və ya bir müddət öncə oxumaq üçün ayırdığınız kitablarınızla məşğul olmaq üçün ən uyğun vaxtdır. Əlinizdə olan bütün kitabları bitirmisinizsə və yeni bir şey oxumaq istəyirsinizsə, bu zaman yeni kitabların axtarışına çıxa bilərsiniz.

Teatr tamaşalarına baxın

İzləməyə fürsət tapa bilmədiyiniz teatr tamaşaları üçün yetərincə bol vaxtınız var.

Karantin günlərini əyləncəyə çevirmək üçün nələr etməli?Film izləyin

Kimdə izləniləcək filmlərin siyahısı yoxdur ki? Gündəlik işləriniz bitdikdən sonra axşam vaxtı ilə izləyə bilmədiyiniz bütün filmləri və serialları izləyə bilərsiniz.

Mətbəxdə vaxt keçirin

Karantin günlərini əyləncəyə çevirmək üçün nələr etməli?Bəlkə hər gün mətbəxdə idiniz, ancaq özünüz üçün heç bir şey hazırlamadığınızı hiss etdiniz, buna görə də bu barədə düşünmək lazımdır. Mətbəxdə vaxt keçirmək əsil istirahətdir. Bu işə əyləncə kimi yanaşın. Hazırladığınız yeməyi ailənizlə paylaşın. Bu sizə möhtəşəm hislər təlqin edəcək.

Lazımsız əşyaları ayırın

Ən çox vaxt aparan vacib işlərdən biri də əşyalar arasında səliqə-sahman aparmaqdır, Geyimlərinizi, dəftərlərinizi, aksessuarlarınızı çeşidləmək üçün çox vaxtınız olacaq. Son bir ildə istifadə etmədiyiniz paltar və aksesuarları ayırın və qablaşdırın.

Çiçəklərə qulluq edin

Karantin günlərini əyləncəyə çevirmək üçün nələr etməli?Çiçəkləriniz üçün lazımi vaxt ayırın. Torpağını dəyişdirin, yeni çiçəklər əkin, günəşə çıxarın, qablarını təmizləyin. Çiçəkləriniz canlanıb, dirildikcə siz də ruhən rahatlanacaqsınız. .İşinizi bitirdikdən sonra çiçəklərinizin olduğu məkanda çay ya da kofe içməyi də unutmayın. Bu sizə zövq verəcək.

İdman edin

Karantin günlərini əyləncəyə çevirmək üçün nələr etməli?Hamınızın bildiyiniz kimi evdə qalmaq daha az hərəkət etmək deməkdir. Çölə çıxa bilməsəniz də, ev şəraitində bəzi idman hərəkətlərini edə bilərsiniz. Bir bağçanız və ya geniş bir eyvanınız varsa, məşqlərinizi də orada keçirə bilərsiniz. Əgər idman məşqçiniz varsa, video söhbət vasitəsilə hərəkətləri həyata keçirmək mümkündür. Bundan əlavə, internetdən idman mütəxəssislərinin videolarını izləyə bilərsiniz. İdman həm bədəninizin formada qalmasına , həm də əhval-ruhiyyənizin yüksəlməsinə kömək edəcək. Hər gün buna 30 dəqiqənizi ayırmanız yetərli olacaqdır. (lent.az)


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 1148   Tarix: 29 iyun 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

500 milyon insanı öldürən XƏSTƏLİK geri qayıdır

Təkcə 20-ci əsrdə təqribən 500 milyon insanın ölümünə səbəb olan çiçək xəstəliyi aradan qaldırılan yeganə insan xəstəliyidir. Bununla belə, Milli Elmlər, Mühəndislik və Tibb Akademiyaları (NASEM) tərəfindən hazırlanan "Çiçək xəstəliyinə qarşı tibbi mübarizə tədbirlərinin gələcək vəziyyəti"

14.04.2024 994
.

Dünyanın ən böyük ağcaqanadı

Dünyanın ən böyük ağcaqanadının bir nümunəsi (bu böcək növləri arasında) Sıçuan əyalətinin Çendu şəhərindəki Qərbi Çin Həşərat Muzeyində saxlanılır. xarici mətbuata istinadən xəbər verir ki, 2018-ci ildə Ginnesin Rekordlar Kitabına düşüb. Ağcaqanad Holorusia Mikado növünə aiddir. Onun qanadlarının uzunluğ

20.04.2024 405
.

Alimlər Yer tarixinin ən iri ilanının qalıqlarını aşkar ediblər

Hindistanda tarixin ən böyük ilanının qalıqları tapılıb. Orada iki paleontoloq erkən Eosen dövrünə aid qədim heyvanın yaxşı qorunub saxlanmış 27 fəqərəsini aşkar ediblər. Bu barədə tədqiqatçılar "Scientific Reports" elmi jurnalında dərc olunan məqalədə yazırlar. Tədqiqatçılar hesab edirlə

20.04.2024 393
.

Britaniyada II Elizabetin heykəli açılacaq: Mərasimə 50 it gətiriləcək

Şərqi Midlend ştatının Rutland şəhərində açılacaq. Kraliçanın üç sevimli korgi cinsindən olan itinin obrazları da heykəl kompleksində yer alır. Bu, II Elizabetin 2022-ci ilin sentyabrında ölümündən sonra ucaldılan ilk heykəlidir. Əsərin müəllifi, heykəltaraş Hivel Pretli 1950-ci illərin sonu - 1960-c

21.04.2024 247
.

8 yaşlı qızın beynindən bir metr tük çıxarıldı

Şiddətli baş ağrısı ilə xəstəxanaya müraciət edən 8 yaşlı qızın beynindən təxminən bir metr uzunluğunda tük götürülüb. xarici mediaya istinadən xəbər verir ki, Qırğızıstanın Cəlal-Abad vilayətindən olan qız şiddətli baş ağrısı şikayəti ilə xəstəxanaya müraciət edib. Həkimlər 8 yaşlı uşağın MRT-sini çəkənd

21.04.2024 485
.

Dünyanın ən yaşlı siam əkizləri vəfat etdi

Dünyanın ən yaşlı siam əkizləri Lori və Cor Şappel vəfat edib. Axşam.az xəbər verir ki, əkizlər 62 yaşında dünyasını dəyişib. Onların naməlum səbəbdən öldüyü bildirilib. Qeyd edək ki, əkizlər 1961-ci ildə birləşmiş kəllələri ilə dünyaya gəlmişdilər. Onlar eynicinsli əkizlər idi, lakin 2007-ci ildə Dor

14.04.2024 520
.

Ən bahalı boşanma arvadın qələbəsi ilə başa çatdı: 180 milyon dollar və...

İndi keçmiş arvad 180 milyon dollar və keçmiş ərinin əhəmiyyətli daşınmaz əmlak portfelinin bir hissəsinə üç illik gərgin boşanma mübarizəsindən sonra nail olub. xarici mediaya istinadən xəbər verir ki, hüquqi səbəblərə görə adları açıqlana bilməyən cütlük bir neçə il əvvəl ayrılana qədər 20 ildən ço

21.04.2024 521
.

Yatmadan əvvəl 11 zeytun yeyin

Zeytunun insan sağlamlığına, o cümlədən toxumlarına və yarpaqlarına olan faydaları inanılmazdır. Xüsusilə Aralıq dənizi bölgəsində yetişən və ləzzətli dadı olan zeytunu səhərlər deyil, yatmazdan əvvəl istehlak etmək tövsiyə olunur. Bunun həm iman, həm də sağlamlıq baxımından faydaları var. Gənc qızları

18.04.2024 498
.

Niyə yazda günəş eynəyi taxılmalıdır? - MARAQLI FAKT

Bir çox mütəxəssis yaz aylarında eynəkdən istifadə etməyi məsləhət görürlər. BİG.AZ -a istinadən bildirir ki, yazda günəş işığı gözlərə daha çox zərər verir. Günəş eynəkləri gözlərinizi zərərli ultrabənövşəyi şüalardan qorumaqda əsas rol oynayır. Yaz aylarında, xüsusilə parlaq günəşli günlərdə ultrabənövşəy

20.04.2024 301