"Fermer Kartı"ndan istifadə ilə bağlı fermerlərə xəbərdarlıq - VİDEO
Fermer kartlarından təyinatına uyğun olaraq istifadə edilməməsi vətəndaşların növbəti dəfə subsidiya almasında problemlərə səbəb ola bilər. Bununla bağlı fermerlərə müraciət edən Kənd Təsərrüfatı Nazirliyi həmin kartları heç kimə verməməyi də tövsiyyə edir. Çünki, bəzi işbazlar insanların sadəlövhlüyündən istifadə edib kartdakı vəsaiti mənimsəməyə cəhd edirlər.
"Fermer kartı"ndakı nağdlaşdırılmayan hissənin qanunsuz əməliyyatlara cəlb edilməsi, nağdlaşdırılması, təyinatı üzrə istifadə edilməməsi kart sahibinin üzərinə məsuliyyət yükləyir və onun növbəti subsidiyalarını almaqda problem yaşamasına səbəb ola bilər. Bu, fermer kartının istifadəsi ilə bağlı Kənd Təsərrüfatı Nazirliyinin aqrar sahədə çalışan şəxslərə müraciətində qeyd olunub.
Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Hüseynov bildirir ki, vətəndaşlar onlara verilən fermer kartlarını heç bir halda başqa şəxslərə verməsinlər.
Aparılan araşdırmalar göstərir ki, bəzi işbazlar insanların sadəlövhlüyündən istifadə edərək bu kartlardakı pulları çıxarmağa cəhd edirlər. Buna görə vətəndaşlar bu cür vədlərə aldanmamalıdırlar.
Onu da qeyd edək ki, 2020-ci ilin əvvəlindən qüvvəyə minən yeni aqrar subsidiya qaydasına uyğun olaraq kənd təsərrüfatı məhsulları istehsalçılarının subsidiyaları onlara paylanmış "Fermer kartı"na köçürülür. Bu vəsaitin 25 faizi nağlaşdırılan, 75 faizi isə nağdlaşdırılmayan hissədir. Fermerlər öz kartlarındakı nağdlaşdırılmayan hissədən elektron kənd təsərrüfatı informasiya sistemində qeydiyyatdan keçmiş təchizatçılara POS-terminal vasitəsilə ödəniş etməklə təsərrüfatları üçün lazım olan üzvi və orqanik gübrə, pestisid, toxum və ting ala bilərlər.(xezerxeber)
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1573 Tarix: 21 iyun 2020
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşABŞ-nin axtardığı Raul Kastro Havanada keçirilən tədbirdə iştirak edib
Kubanın keçmiş lideri Raul Kastro Havanada Daxili İşlər Nazirliyinin keçirdiyi mərasimdə iştirak edib. "Report" xəbər verir ki, bu barədə Kuba dövlət televiziyası məlumat yayıb. Bu, 95 yaşlı siyasətçinin ABŞ administrasiyasının onu 1996-cı il hadisələrinə görə ötən ay ittiham etməsindən bər
07.06.2026 153 Avstraliyada 200 min dollarlıq tarakanlar müsadirə edildi
Avstraliyada təhlükəsizlik xidmətinin əməkdaşları 200 min dollar dəyərində 100 mindən çox canlı ekzotik tarakan müsadirə ediblər. xəbər verir ki, bu barədə "The Guardian" nəşri məlumat yayıb. Nəşrin yazdığına görə, müsadirə edilən həşəratlar arasında dünyanda ən iri tarakan növü sayılan - Madaqaska
07.06.2026 149 Azərbaycan ABŞ-yə ixracını 15 %-dən çox artırıb
Bu ilin yanvar-aprel aylarında Azərbaycan və ABŞ arasında ticarət dövriyyəsinin dəyəri 338 milyon 608 min ABŞ dolları təşkil edib. "Report"un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 26,6 % azdır. Son 1 ildə Azərbaycanın ABŞ-yə ixracını
07.06.2026 144 Məşhur repçinin vəkili Maduronu müdafiə edəcək
ABŞ həbsxanasında məhkəməsini gözləyən Venesuelanın sabiq prezidenti Nikolas Maduro müdafiəsi üçün repçi P.Diddinin (Şon Kombs) vəkili Anna Estevao ilə razılaşıb. -ın xəbərinə görə, bu barədə EFE agentliyi məlumat verib. Qeyd edilir ki, Estevao Venesuelanın keçmiş liderinin narkoterrorizm və narkoti
07.06.2026 139 ABŞ Yeni Zelandiyaya 1,5 milyard dollar dəyərində dəniz helikopterlərinin satışını təsdiqləyib
ABŞ Yeni Zelandiyaya 1,5 milyard dollar dəyərində beş "Seahawk" dəniz helikopterinin satışını təsdiqləyib. "Report" xəbər verir ki, bu barədə "Reuters" ABŞ Dövlət Departamentinin bəyanatına istinadən məlumat yayıb. Daha əvvəl Yeni Zelandiya hökuməti müdafiə imkanlarını gücləndirmə
07.06.2026 151 Xəstəliyi ağırlaşan Norveç şahzadəsi donor orqanı üçün növbəyə alınıb
2018-ci ildə təhlükəli ağciyər fibrozu diaqnozu qoyulan 52 yaşlı Mette-Maritin sağlamlıq durumu kəskin şəkildə pisləşib. Kral sarayı Norveçin gələcək kraliçasının artıq donor orqanı gözləyəcəyini rəsmən bəyan edib. xəbər verir ki, bu barədə kral sarayının açıqlamasına istinadən "El Pais" nəşr
07.06.2026 178 Braziliya Avropa İttifaqının ət idxalı qadağasına cavab hazırlayır
Braziliya hökuməti Avropa İttifaqının (Aİ) Braziliyadan ət məhsullarının idxalını məhdudlaşdırmaq qərarına cavab tədbirlərinin görülməsi imkanlarını nəzərdən keçirir. xəbər verir ki, bu barədə "Folha de S.Paulo" qəzetinə müsahibəsində Braziliya Kənd Təsərrüfatı Nazirliyinin ticarət və beynəlxal
07.06.2026 114 Stefano Titotto: "Ağıllı şəhər"lər "ağıllı" materiallara ehtiyac duyur
Azərbaycanın layihələri üzərində fəal şəkildə çalışdığı "ağıllı şəhər"lərin inkişafı təkrar emal olunmuş xammaldan istehsal olunan ekoloji təmiz tikinti materiallarından geniş istifadəni tələb edir. "Report"un Avropa bürosu xəbər verir ki, bunu azərbaycanlı jurnalistlərə İtaliyanı
07.06.2026 152 18 yaşlı oğlan heyvan gübrəsinin altında qalıb öldü
Türkiyədə gənc oğlan faciəvi şəkildə ölüb. yerli mediaya istinadla bildirir ki, hadisə Aksaray şəhərində baş verib. 18 yaşlı Səməd Mərcan heyvan gübrəsini əraziyə boşaltmaq üçün avtomobilin yük yerini qaldırıb. Lakin qapı açılmadığı üçün Səməd sükan arxasından düşərək, qapını açmağa çalışıb. Bu zama
07.06.2026 205