Polkovnik: "Ordumuzun gücündən qorxuya düşən ermənilər sərsəm bəyanatlar verirlər"

Polkovnik: "Ordumuzun gücündən qorxuya düşən ermənilər sərsəm bəyanatlar verirlər""Son günlər Ermənistan rəhbərliyi ölkədəki problemlərdən, koronavirus pandemiyasının yaratdığı acınacaqlı durumdan və iqtisadi böhrandan diqqəti yayındırmaq üçün Dağlıq Qarabağ mövzusunu yenidən aktivləşdirib".

Bunu "MediaPost"a açıqlamasında ehtiyatda olan polkovnik Şair Ramaldanov deyib.

Onun sözlərinə görə, Azərbaycan Ordusunun sonuncu genişmiqyaslı təlimləri Ermənistanda təşviş yaradıb. Ş.Ramaldanov vurğulayıb ki, Ermənistan silahlı qüvvələrinin baş qərargah rəisi Azərbaycan Ordusunun son təlimlərinə münasibət bildirmək məcburiyyətində qalıb: "O, ordumuzun təlimlərini hazırlıqsız olmaqla "güc nümayişi" və "psixoloji təyziq" kimi qiymətləndirib. Erməni tərəfinin bu sərsəmləmələrinin səbəbi nədir? Əvvəla, ermənilərin Azərbaycan Ordusu barədə nə deməkləri qətiyyən maraqlı deyil və heç bir əhəmiyyət kəsb etmir. Amma baş qərargah rəisi bununla erməni ictimaiyyətini sakitləşdirməyə çalışır.

Ümumiyyətlə, Ermənistanda genişmiqyaslı təlimin nə olduğunu, necə keçirildiyini bilmirlər. Çünki bunun üçün nə maliyyə, nə texniki resursları var. Maksimum tabor təlimləri təşkil edirlər. Əgər Ermənistan ordusu genişmiqyaslı təlimlər keçmədən, bizim təlimlərə qiymət verirlərsə, təbii ki, gülüncdür. Onların hərbi rəhbərləri gülünc duruma düşüb".

Ehtiyatda olan polkovnik vurğulayıb ki, Azərbaycan Ordusunun gücü Ermənistan ordusu ilə müqayisə oluna bilməz. İşğalçı ölkənin ordusu acınacaqlı vəziyyətdədir: "Prezident İlham Əliyev bu yaxınlarda Tərtərdə bildirdi ki, Azərbaycan Ordusu istənilən vəzifəni yerinə yetirməyə qadirdir. Müdafiə naziri general-polkovnik Zakir Həsənov isə bildirib ki, Ali Baş Komandanın bu sözlərini şəxsi heyət əmr kimi qəbul edir və istənilən vaxt düşmənə sarsıdıcı zərbə vurmağa hazırdır. Düşmən bilməlidir ki, bu dəfə bizim vuracağımız zərbə Aprel döyüşlərindən fərqlənəcək və ölkəsinin iqtisadi, siyasi, hərbi dağılmasına gətirəcək. Azərbaycan Prezidentinin və Müdafiə nazirinin bu bəyanatları Ermənistanda həyəcan yaradıb. Düşmən ölkənin rəhbərliyi həyəcan və qorxu altında müxtəlif bəyanatlar veriblər".

Polkovnik: "Ordumuzun gücündən qorxuya düşən ermənilər sərsəm bəyanatlar verirlər"Ş.Ramaldanov vurğulayıb ki, sonuncu genişmiqyaslı təlimlər Azərbaycan Ordusunun hətta koronavirus pandemiya dövründə də istənilən tapşırığı yerinə yetirməyə qadir olan sağlam orqanizm olduğunu göstərdi: "Ordumuzun şəxsi heyətini virusdan qorumaq mümkün oldu. Əvvəlcədən hazırlıq görüldü və sanitar-epidemioloji tələblər qorunmaqla təlimlər təşkil olundu.

Təlimlərdə şəxsi heyət yüksək peşəkarlıq nümayiş etdirdi. Komanda heyəti göstərdi ki, hətta çətin şəraitlərdə də öz hərbi birləşmələrini dəqiq idarə edə bilirlər. Texnika saz vəziyyətdədir, onu idarə edən heyət ustalıq nümayiş etdirdi.

Belə kütləvi, plan üzrə olan təlimlər- bütün şəxsi heyətin hazırlıq səviyyəsinin yüksək olduğuna əminlik yaratdı. Hələ təlimlər başlamamışdan əvvəl erməni tərəfi hay-küy qoparmışdı. Deyirdilər ki, Azərbaycan təlimlər zamanı tankların lüləsini Ermənistana tərəf çevirəcək. Əlbəttə, nə zamansa Azərbaycan tankları düşmənin üzərinə gedəcək. Amma bu indi yox, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunmasına ümid tükənəndə baş verəcək. Onda tanklar da, toplar da, raketlər də işə düşəcək. Sonuncu genişmiqyaslı təlimlər göstərdi ki, Azərbaycan Ordusu necə vəhdət içindədir".

Polkovnik: "Ordumuzun gücündən qorxuya düşən ermənilər sərsəm bəyanatlar verirlər"Ehtiyatda olan polkovnik hesab edir ki, Ermənistan rəhbərliyi indiki mərhələdə əbəs yerə həyəcanlanıb, çünki Rusiyanın xarici işlər naziri Sergey Lavrov bir müddət əvvəl Dağlıq Qarabağ ətrafında yerləşən 7 rayonun işğaldan azad olunması və Azərbaycana qaytarılması ilə bağlı bəyanat verib: "Bəlkə də, bu bəyanatı başqa bir dövlətin rəsmisi səsləndirsəydi, əhəmiyyət verməmək olardı. Lakin bunu Rusiya XİN rəhbəri deyirsə və ernməni tərəfi razılaşmırsa, bu, bizə güc tətbiq etmək üçün əsas verir.

Ermənilər də bu yaxınlarda "andiçməni" Şuşada təşkil etməklə Azərbaycan tərəfini qıcıqlandıraraq hərbi əməliyyata təhrik etmək istədilər. Onlar bununla Sergey Lavrova nümayiş etdirmək istəyirdilər ki, Azərbayucanla danışıqlar aparmaq olmaz. Lakin Prezident İlham Əliyevin müdrik siyasəti onların planını pozdu.

Azərbaycan xalqı əmin olmalıdır ki, ermənilər konstruktiv mövqeyə gəlməsə, hərbi güc tətbiq olunacaq. Biz öz torpaqlarımızı azad edəcəyik və hər şey buna doğru gedir".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 986   Tarix: 17 iyun 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Tibb bacısı özünə vurduğu antibiotik iynəsindən şoka düşdü

Şəkidə tibb bacısı antibiotikdən şoka düşüb. APA-nın Şimal-qərb bürosunun əldə etdiyi məlumata görə, bu gün axşam saat 17 radələrində rayonun Kiş kənd sakini 1975-ci il təvəllüdlü Gülcöhrə Ziyad qızı Allahverdiyeva hüşsuz vəziyyətdə Şəki Rayon Mərkəzi Xəstəxanasına (RMX) gətirilib. Müayinə zamanı G.Allahverdiyavanı

26.04.2024 348
.

Ebru Gündəşin istəyi gündəm oldu - "Üzük başım boyda olsun"

İş adamı Murad Özdəmirlə Dubayda ailə quran 49 yaşlı müğənni Ebru Gündəş ötən günlərdə Zərgərlik İxracatçıları Birliyinin mükafatlandırma mərasimində səhnəyə çıxıb. Axşam.az xəbər verir ki, ifaçı zaldakı zərgərlərdən birindən üzüyünü daha böyüyü ilə dəyişdirməyi təklif edib. O, əlindəki üzüyü göstərərə

26.04.2024 587
.

Sağlamlıq arayışlarının ödənişləri niyə fərqlidir?

TƏBİB sağlamlıq arayışlarının ödənişlərindəki fərqə aydınlıq gətirib. "Qafqazinfo" xəbər verir ki, bunu TƏBİB-in şöbə müdiri Səbinə Quliyeva jurnalistlərin suallarını cavablandırarkən deyib. "Bəzi tibbi arayışlar ödənişsiz, icbari tibbi sığorta çərçivəsində qarşılanır. Tariflər sağlamlı

26.04.2024 330
.

"COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədir"

"COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədir". "Qafqazinfo" xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev aprelin 26-da Berlində "15-ci Petersberq İqlim Dialoqu"nun Yüksək Səviyyəli Seqmentində çıxışında deyib. Bu qlobal tədbi

26.04.2024 217
.

Prorektoru öldürməkdə təqsirləndirilən şəxs məhkəməni daha iki həftə uzatdırdı

"Təfəkkür" Universitetinin prorektoru Tariyel Əhmədovun öldürülməsində təqsirləndirilən Müşviq Atakişiyev, Dəyanət Quliyev və Samir Quliyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. APA xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Siyavuş Hacıyevin sədrliyi ilə keçirilə

26.04.2024 261
.

ABŞ-da daha 2 universitet Qəzza etirazlarına qoşulub

ABŞ-da daha 2 universitet Qəzza etirazlarına qoşulub. BİG.AZ xəbər verir ki, ölkənin hər yerində universitet kampuslarına yayılan "İsrailin Qəzzaya hücumlarına reaksiya" aksiyasında paytaxt Vaşinqtondakı Corctaun və Corc Vaşinqton universitetlərinin tələbələri də iştirak edib. ABŞ-ın aparıc

26.04.2024 114
.

Rihannadan növbəti fotosessiya - FOTO

Dünyaca məşhur müğənni Rihanna yeni fotosessiya elətdirib. BİG.AZ xəbər verir ki, o popular brendlərin birinin modeli kimi yer alıb. O həmin çəkilişdə ağac olub. Onun görünüşü izləyiciləri təəccübləndirib

26.04.2024 348
.

Britaniya hökuməti Kral III Çarlzın ölümünə fəal şəkildə hazırlaşır

Böyük Britaniya hökuməti Kral II Çarlzın ölümünə fəal şəkildə hazırlaşır. Bu barədə "Daily Beast" Bukingem sarayına yaxın mənbəyə istinadla xəbər verib. Bildirilir ki, bunun üçün "Menay körpüsü" adlı plan hazırlanıb. Layihə Nazirlər Kabineti tərəfindən mütəmadi olaraq nəzərdən keçirili

26.04.2024 351
.

Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR

Ötən gün odlu silahdan atəş açaraq özünə qəsd edən sabiq baş pediatr Nəsib Quliyev bu gün Mehdiabad qəsəbəsindəki qəbiristanlıqda dəfn edilib. Dəfndən sonra mərhumun yaşadığı evində yas mərasimi keçirilib. -un əməkdaşları sabiq baş pediatrın yas mərasiminə gələn yaxınları ilə söhbətləşib, bəzi suallar

26.04.2024 1363