Cəlal İsayev: "Yolları açmaq, Bakıda əhalini azaltmaq lazımdır"

Cəlal İsayev: "Yolları açmaq, Bakıda əhalini azaltmaq lazımdır"Azərbaycanda koronavirus epidemiyasına yoluxma pik həddə çatıb. Xüsusi karantin rejiminin ən sərt vaxtlarında, mart-aprel aylarında infeksiyaya yoluxma statistikası ürəkaçan idi. Bu gedişlə ümid edilirdi ki, ölkə pandemiyadan az itki ilə çıxmağa müvəffəq ola bilər.

Lakin aprelin 27-dən karantin rejiminin mərhələli yumşaldılmasına başlanması bumeranq effekti verməkdədir. Rəsmilər də etiraf edirlər ki, yumşalmanın nəticəsində koronavirusa yoluxma sürətlə artmaqdadır.

Bu səbəbdən 9 şəhər və rayonda karantin rejimi saxlanılır, bölgələrin sayının artması istisna deyil. Hətta aprel ayında olduğu kimi hamının yenidən evə qapadılması təklifləri səslənir. Çünki həftəsonu tətbiq edilən sərt karantin rejimi hələ ki ciddi effekt vermir. Hazırda hər gün yoluxanlar 300-dən çox, ölənlər 3-5 nəfər arası dəyişir. Eyni zamanda karantin rejiminin qaydalarına məsuliyyətli şəkildə riayət də edilmir: kafe-restoranlarda, ticarət mərkəzlərində, bazarlarda, marketlərdə, ictimai nəqliyyatda sosial məsafənin gözlənilməsinə əməl edilmir, heç də hamı bir nəfər kimi maska taxmır.

O baxımdan Azərbaycanda sərt tədbirlər görülməsi, Çində olduğu kimi hərbi vəziyyət elan edilməsi təklifləri səslənməkdədir.

Çinin paytaxtı Pekinin qonşuluğunda yerləşən Baodin şəhərində hərbi vəziyyət elan edilib. Bildirilib ki, bu qərar Pekin bazarlarından birində koronavirus peyda olması ucbatından qəbul edilib.

Baodinin Pekinə çox yaxın ərazidə yerləşməsi və paytaxtla aktiv əlaqəsi səbəbindən burada hərbi vəziyyət tətbiq olunub. Baodində 11,5 milyon insan yaşayır. Şəhər Pekinin 140 kilometrliyində yerləşir.

Pekinin "Sinfadi" bazarında iyunun 13-də koronavirus aşkarlanıb. Rəsmi məlumatlara görə, bazarı ziyarət edən 517 nəfərdən 45-i koronavirusa yoluxub. Bu nöqteyi-nəzərdən analoji praktikanın Azərbaycanda tətbiqinin hansı nəticələri verəcəyi müzakirə edilir. Çünki yoluxmanın heç bir üsulla qarşısını almaq mümkün olmur. Artıq xəstəxanalarda yer olmadığı xəbərləri gəlməkdədir, respublikanın tanınmış simaları arasında yoluxanlar var. Həmçinin Prezident Administrasiyasında, Milli Məclisin Aparatında, ayrı-ayrı nazirliklərdə COVİD-19 infeksiyasına yoluxanlar var.

Faktiki, ölkədə yoluxma sayı 10 minə yaxınlaşıb, bu yazı hazırlanarkən ölü sayı 119 nəfər idi, 4255 nəfər isə aktiv xəstə müalicə edilir. Üstəlik, pandemiyanın ikinci dalğasının gələcəyi israrla söylənilir və proqnozlaşdırılır.

Belə ki, Çinin Pekin bazarından qaynaqlanan koronavirus pandemiyasının ikinci dalğası nəticəsində 106 nəfər infeksiyaya yoluxub.

Səhiyyə Nazirliyinin baş infeksionisti, Nazirlər Kabineti yanında Operativ Qərargahın üzvü Cəlal İsayev "Yeni Müsavat"a bildirdi ki, yoluxma və ölüm halları artır, xəstəlik stabil olaraq yüksək rəqəmlərdə qalır.

Baş infeksionist hesab edir ki, diqqətli təhlillər apardıqdan sonra karantin rejiminin sərtləşdirilməsi, yoxsa daha da yumşaldılmasına baxıla bilər:

"Bu səlahiyyət Nazirlər Kabinetindədir və bizim indidən fikir söyləməyimiz yanlış istiqamətlərə apara bilər. Sadəcə, insanlar xəstəliyə məsuliyyətsiz, laqeyd yanaşırlar. Çoxu fikirləşir ki, xəstəlik mənə heç nə edə bilməz. Amma bu virus hava-damcı ilə keçir deyə yoluxma sürətlə artır. Ona görə maska taxmaq vacibdir. Maska yoluxmanın 70 faiz qarşısını ala bilir".

C.İsayev Çindəki hərbi vəziyyətin eynilə bizdə tətbiq olunması təklifi ilə razılaşmır: "Çində ikinci dalğa var. Amma onlar təcrübəlidir və vəziyyətdən çıxacaqlar. Hərbi vəziyyət isə bizim üçün deyil. Çinin milyard yarım əhalisi var, nəzarət üçün lazımdır. Azərbaycanda belə bir vəziyyət elan olunmasına ehtiyac görmürəm. Sadəcə, sosial məsafə gözlənməsi, maska taxılması ən yaxşı mübarizə metodlarıdır. Ümid edirəm ki, yoluxma sayı ilə bağlı hər gün verilən məlumatlar insanları ayıldacaq, daha məsuliyyətli olmağa vadar edəcək".

C.İsayevin sözlərinə görə, maska taxmağa məcbur etməklə, cərimələməklə nəticə əldə olunmur: "İnsanlar özləri gedişatı görməlidirlər və qaydalara könüllü əməl etməlidirlər. Çünki xəstəni də, ölünü də görürük. İndi gözləyirik ki, gərək əzizlərimiz yoluxsun, onda əməl edək?"

Baş infeksionistin fikrincə, insanların rayonlara buraxılmasını təşkil etmək, Bakıdakı sıxlığı azaltmaq lazımdır: "Bu haqda düşünmək lazımdır. Hesab edirəm ki, Bakıda əhali azalsa, ictimai nəqliyyatda sıxlıq olmasa yoluxmanın da getdikcə azaldığını görəcəyik. Bu, subyektiv fikrimdir".

C.İsayev qeyd etdi ki, bu vəziyyət sentyabra qədər davam edə bilər: "Mənim əvvəlki proqnozum belə idi ki, hava istiləşər, insanlar sosial təcrid qaydalarına əməl edər və yayda yoluxma azalar. Amma gördünüz ki, koronavirus əvvəlcədən planlaşdırmanı sevmir".

Bu arada TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı bildirmişdi ki, gələn həftə cümə və şənbə günü sərt karantin rejimi tətbiq olunacaq, bazar günü isə vətəndaşların istirahəti üçün saxlanılacaq.

Qeyd olunan karantinlə bağlı "Trend"ə açıqlama verən TƏBİB mətbuat katibi Rəvanə Əliyeva deyib ki, bu məsələ hələlik rəsmi təsdiqini tapmayıb.

O qeyd edib ki, əgər deyildiyi kimi cümə və şənbə günləri sərt karantin rejimi tətbiq olunacaqsa, bu barədə Operativ Qərargahın brifinqində ictimaiyyətə məlumat veriləcək.

Xatırladaq ki, yoluxma sayındakı dinamika nəzərə alınmaqla, Azərbaycanda həftə sonları və bayram günlərində bir sıra rayon və şəhərlərdə sərt karantin rejiminin tətbiqinə başlanılıb.

14 iyun saat 00:00-dan 16 iyun 06:00-dək Bakı, Gəncə, Lənkəran və Sumqayıt şəhərlərində, Abşeron, Yevlax, İsmayıllı, Kürdəmir və Salyan rayonlarında əhalinin yaşayış yerlərini və ya olduğu yerləri tərk etməsi qadağan edilib. Bundan öncəki həftəsonu da sərt karantin rejimi tətbiq edilib.

///musavat.com


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2083   Tarix: 17 iyun 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

BMT-dən xəbərdarlıq: "Dünya fəlakətə doğru gedən bir yoldadır"

BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına dair yeni hesabatını təqdim edib. Sənəddə dünya ölkələrinin Paris anlaşmalarına uyğun olaraq, qlobal istiləşməni 2 dərəcədən aşağı səviyyədə saxlamaqdan çox uzaq olduğu bildirilib. Hesabatın açıqlanmasından sonra çıxış edən BMT sədri Antoniu Qutyerre

18.09.2021 672
.

Türkiyədə təlimlərdə iştirak edən Azərbaycan hərbçilərinin bir qrupu Vətənə qayıdıb

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında illik hərbi əməkdaşlıq planına əsasən keçirilən "TurAz Şahini - 2021" birgə taktiki-uçuş təlimində iştirak edən Azərbaycan Hərbi Hava Qüvvələrinin bir qrup heyəti və aviasiya vasitələri Vətənə qayıdıb. Bu barədə BİG.AZ-a Müdafiə Nazirliyində

18.09.2021 254
.

Köçəryan Moskvaya gedə bilməyəcək - QADAĞAN EDİLDİ

Məhkəmə Ermənistanın keçmiş prezidenti, "Hayastan" blokunun rəhbəri Robert Köçəryanı ölkədən çıxmasını qadağan edib. APA-nın məlumatına görə, bu barədə "Hayastan" blokunun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, təxminən bir həftə əvvəl Rusiyanın hakim "Vahid Rusiya"

17.09.2021 999
.

Azərbaycanda BƏDBƏXT HADİSƏ: Uşaq əlini yuyarkən su kanalında batıb

Şəmkir rayonunda əlini yuyarkən su kanalına düşüb. -ın məlumatına görə, hadisə rayonun Qılıncbəyli kəndində qeydə alınıb. 2012-ci il təvəllüdlü Nihat Tağıyev kənd ərazisində yerləşən kanalda əlini yuyarkən ayağı sürüşüb və batıb. Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Faktla bağl

18.09.2021 914
.

İsveçdə Azərbaycan vətəndaşı itkin düşüb

İsveçin Arvika şəhərində azərbaycanlı itkin düşüb. "Report"un Avropa bürosunun məlumatına görə, Azərbaycan vətəndaşı, 39 yaşlı İltimas Mirzəyevdən sentyabrın 15-dən etibarən xəbər almaq mümkün olmayıb. O, evdən çıxdıqdan bir qədər sonra əlaqə kəsilib. Hazırda polis azərbaycanlının axtarışın

18.09.2021 443
.

Səməd Seyidovun rəhbəri olduğu Mərkəz bağlandı

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçısı olduğu Siyasi Psixologiya Mərkəzi (SPM) fəaliyyətini dayandırıb. Mərkəzin fəaliyyətini dayandırmasına səbəb maliyyə problemini

18.09.2021 865
.

Kosmosa tarixi uçuşdan ilk görüntülər - FOTOLAR

Xəbər verdiyimiz kimi, hamısı mülki şəxslərdən ibarət olan dörd nəfəri daşıyan kosmik gəmi kosmosa göndərilib. "Qafqazinfo" xəbər verir ki, "SpaceX" kosmos turistlərinin ilk görüntülərini yayımlayıb. Həmin görüntüləri təqdim edirik:

18.09.2021 888
.

MN: "Minaatan bölmələri hədəflərə döyüş atışları yerinə yetirir" - VİDEO

2021-ci ilin döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Ordusunun minaatan bölmələri ilə keçirilən intensiv döyüş hazırlığı məşğələləri davam edir. Müdafiə Nazirliyindən BİG.AZ-a verilən məlumata görə, məşğələlərdə batareyanın atəş mövqeyini tutması və komanda müşahidə məntəqəsinin açılması tapşırıqlar

18.09.2021 245
.

Maqsud Mahmudov Azərbaycana belə gətirildi - VİDEO

Xəbər verdiyimiz kimi, axtarışda olan keçmiş iş adamı Maqsud Mahmudov Ukraynada saxlanılıb. "Qafqazinfo" Maqsud Mahmudovun Azərbaycana deportasiya edilməsinin görüntülərini əldə edib. Videodan görünür ki, o, aeroportdan Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən maşına yerləşdirilərək aidiyyət

18.09.2021 2568