Həkim: "Bəhram Bağırzadənin vəziyyətində əhəmiyyətli dəyişiklik olmayıb"

Həkim: "Bəhram Bağırzadənin vəziyyətində əhəmiyyətli dəyişiklik olmayıb""Ötən gün və gecə ərzində əməkdar artist Bəhram Bağırzadənin vəziyyətində əhəmiyyətli dəyişiklik baş verməyib".

Bunu "Report"a açıqlamasında Mərkəzi Gömrük Hospitalının rəisinin müalicə işləri üzrə müavini Bəxtiyar Musayev deyib.

O bildirib ki, vəziyyəti sabit ağır olaraq qalır:

"Analizlərin, qan qazlarının və başqa həyati mühüm olan göstəricilərdə tibbi dəyişiklik baş verməyib. Müalicəsi ilə bağlı bütün lazımi təyinatlar yerinə yetirilir".

Qeyd edək ki, Azərbaycanın əməkdar artisti Bəhram Bağırzadə koronavirus infeksiyasına yoluxub. O, vəziyyətinin kəskin pisləşməsi səbəbindən əvvəl müalicə olunduğu xəstəxanadan iyunun 13-də Mərkəzi Gömrük Hospitalının reanimasiya şöbəsinə köçürülüb.

Əməkdar artistin 90%-dən çox ağciyər toxumasının zədələndiyindən onu ECMO cihazına qoşublar.

B.Bağırzadənin müalicəsi birbaşa Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın nəzarətindədir.

Xatırladaq ki, ECMO ekstrakorporal membran oksigenlənmə cihazı olub, ağciyər və ürək yerinə 2-3 həftə funksiya göstərərək, mövcud olan problemin həlli üçün həkimlərə vaxt qazandıran bir müalicə üsuludur.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1596   Tarix: 17 iyun 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

İran səfiri: Missiyamın son günündə ən böyük sərhəd layihəsinin istifadəyə verilməsi ilə fəxr edirəm

Fəxr edirəm ki, missiyamın son günündə ölkənin ən böyük sərhəd layihəsi istifadəyə verilib. "Report" xəbər verir ki, bunu İranın Azərbaycandakı səfiri Abbas Musəvi sosial şəbəkədə yazıb. "Fəxr edirəm ki, missiyamın son günü ölkənin ən böyük sərhəd layihəsi və su diplomatiyasında uğurl

19:10 151
.

Tovuzda ana öldü, oğulla gəlin xəstəxanalıq oldu

Tovuzda bədbəxt hadisə baş verib. BİG.AZ-ın APA-ya istinadən məlumatına görə, hadisə rayonun Əlibəyli kəndində qeydə alınıb. Kənd sakini 1970-ci il təvəllüdlü Gülşən Əmrahova dəm qazından boğularaq ölüb. Mərhumun oğlu 2004-cü il təvəllüdlü Əmrahov Əmrah və onun həyat yoldaşı 2004-cü il təvəllüdlü Aysu

18:00 292
.

İranda yəhudi gənc edam ediləcək

İran müsəlmanı öldürməkdə günahlandırılan Kirmanşah şəhərindən olan 20 yaşlı yəhudi Ervin Karmani (Natanal) edam etməyə hazırlaşır. -ın xarici mediaya istinadən məlumatına görə, Ervin təxminən iki il əvvəl törədilən qətlə görə həbs edilib. İran müxalifəti mənbələrinin bildirdiyinə görə, edam mayın 20-n

17:10 192
.

Sumqayıtda 52 yaşlı kişinin meyiti aşkarlanıb

Sumqayıtda 52 yaşlı kişinin meyiti aşkarlanıb. "Report"un yerli bürosu məlumat verir ki, hadisə 18-ci məhəllədə qeydə alınıb. 1972-ci il təvəllüdlü Hikmət Nəsrulla oğlu Məmmədovun meyiti evdə yaxınları tərəfindən aşkar edilib. Faktla bağlı araşdırma aparılır

19:00 150
.

İlham Əliyev: İran ilə Azərbaycan arasında dövlətlərarası münasibətlər ən yüksək səviyyəyə qalxıb

Bu gün İran-Azərbaycan dostluğunun nə qədər möhkəm olmasını bütün dünya görür. Bu dostluğun dərin kökləri, dərin tarixi var. "Report" xəbər verir ki, bu fikirləri Araz çayı üzərində inşa edilmiş "Xudafərin" hidroqovşağının istismara verilməsi və "Qız Qalası" hidroqovşağını

14:01 167
.

Slovakiyanın baş naziri yenidən əməliyyat olundu

Sui-qəsdə məruz qalaraq ağır yaralanan Slovakiyanın Baş naziri Robert Fitsonun səhhəti getdikcə yaxşılaşır. Bu barədə Slovakiyanın səhiyyə naziri Zuzana Dolinkova məlumat verib. Nazir əlavə edib ki, bu gün Robert Fitso yenidən əməliyyat olunub. "Əməliyyat iki saat davam edib və cərrahiyyə əməliyyat

19:50 105
.

Oğuzda qumbara və sursat aşkarlandı

Oğuzda qumbara və sursat aşkarlanıb. xəbər verir ki, Oğuz Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə Bucaq kəndində kolluq ərazidən 2 ədəd əl qumbarası, 4 ədəd avtomat silahına məxsus daraq və 400 ədəd patron aşkar edilərək götürülüb. Faktla bağlı araşdırma aparılır

21:20 64
.

Namibiyada şirlərə görə məktəblər bağlanıb

Namibiya hakimiyyəti ölkənin şimalındakı Şərqi Kavanqo bölgəsində dörd məktəbi müvəqqəti bağlamalı olub. Məlumata görə, təhsil müəssisələrinin yaxınlığında bir neçə şir ailəsi su içmək üçün Okavanqo çayına gəlib. Yırtıcıların yolu yerli məktəblilərin məktəbə getdikləri marşrutlardan keçir. Eyni zamand

14:00 248
.

TƏCİLİ! İran Prezidentini daşıyan helikopter qəzaya uğradı, Rəisinin vəziyyəti...

İran Prezidentini daşıyan helikİran Prezidenti İbrahim Rəisini daşıyan helikopter sərt eniş edib. "Report" xəbər verir ki, bu barədə IRNA məlumat yayıb. Bu helikopterdə dövlət başçısı ilə yanaşı Təbrizin cümə imamı Məhəmmədəli Ali Haşim, xarici işlər naziri Hüseyn Əmir-Abdullahiyan, Şərqi Azərbayca

17:19 852