Bakıda evdən çıxmaq qadağasının ilk günündə polisdən daha bir təqdirəlayiq ADDIM

Bakıda evdən çıxmaq qadağasının ilk günündə polisdən daha bir təqdirəlayiq ADDIMBakıda dializ xəstəliyi olan şəxs polisin köməyi ilə xəstəxanaya çatdırılıb.

BiG.AZ-ın verdiyi xəbərə görə, bu barədə jurnalist Günay Elşadqızı özünün "Facebook" səhifəsində paylaşım edib.

Belə ki, bu gün səhər saatlarında o, dializ xəstəsi olan anasını xəstəxanaya çatdırmaq üçün Təcili Tibbi Yardım Maşını tapmadığından Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi və Bakı Şəhər Baş Polis İdarəsinə müraciət edib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov və Bakı Şəhər Baş Polis İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev qadını xəstəxanaya çatdırarmaqda yardım göstərərək xəstənin həyatını xilas ediblər.

Həmin statusu olduğu kimi oxuculara təqdim edirik:

"Bu gün səhər açılandan yaşadığım əsəbi, stressi, çarəsizliyi, həyəcanı heç kimə arzulamıram. Anam dializ xəstəsidir və həftənin 3 günü - 2, 4, 6-cı günlər mütləq dializ almalıdır. Dializin necə ağır prosedur olduğunun və bir gün belə gecikdirmənin mümkünsüz olduğunu yaxınları, doğmaları bu xəstəlikdən əziyyət çəkənlər yaxşı bilir. Həftə sonu karantini ilə bağlı qərardan sonra bildirilirdi ki, dializ xəstələri Təcili Tibbi Yardım Maşını çağırmaqla gedib-gələ biləcəklər. Səhər zəng vurdum, qeydiyyata aldılar, ancaq təəssüf ki, daha sonra deyildi ki, koronavirus xəstələrinin çoxluğu səbəbindən təcili yardım maşını gələ bilmir. Taksi yox, avtobus yox, çarəsiz vəziyyətdə qalmışam, xəstəxana ilə danışıram deyir Vallah maşınımız yoxdur. Evdən xəstəxanaya ən azı 4-5 km yoldur və dializ xəstəsi üçün bu yolu getmək mümkünsüz bir şeydir. Ümid edirəm ki, artıq gələn həftə qərar veriləndə bu məsələ ciddi olaraq nəzərə alınacaq.

Şükür ki, bizə yardım əlini uzadan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi və Bakı Şəhər Baş Polis İdarəsi oldu. Bu gün Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov və Bakı Şəhər Baş Polis İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev, anamı xəstəxanaya çatdıran polislərimiz onun həyatını xilas etdilər. Ehsan Zahidova və Elşad Hacıyevə nə qədər təşəkkür etsəm azdır, bu həll olunacaq adi bir məsələ deyildi, anamın həyatından söhbət gedirdi və belə çətin anda yardım edən iki insana ömrüm boyunca təşəkkür edəcəm. Bütün polislərimizə təşəkkür edirəm, əziyyətləri çoxdur. Hamınız var olun."

Bakıda evdən çıxmaq qadağasının ilk günündə polisdən daha bir təqdirəlayiq ADDIMNatəvan Baxşiyeva


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 3879   Tarix: 06 iyun 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Səməd Seyidovun rəhbəri olduğu Mərkəz bağlandı

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçısı olduğu Siyasi Psixologiya Mərkəzi (SPM) fəaliyyətini dayandırıb. Mərkəzin fəaliyyətini dayandırmasına səbəb maliyyə problemini

18.09.2021 865
.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

"Türkiyə Silahlı Qüvvələri tarixi məsuliyyət hissi ilə dost və qardaş ölkələrin yanındadır". "Report"un xəbərinə görə, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib. Onun sözlərinə görə, bu çərçivədə Azərbaycan və Liviyada hərbi təlim, yardım və məsləhətçilik fəaliyyətlər

18.09.2021 278
.

Azərbaycanda milli dronlar hazırlanıb - VİDEO

Milli Elmlər Akademiyasının Yüksək Texnologiyalar Parkında xüsusi təyinatlı dronlar hazırlanıb. -ın məlumatına görə, pilotsuz uçuş aparatları sifarişlər əsasında yerli mütəxəssislər tərəfindən hazırlanıb. Dronlari uçuş vaxtları, yükdaşıma və küləyə davamlılığı ilə fərqlənir. Həmçinin uçuş trayektoriyasını

18.09.2021 428
.

İstirahət gününün havası açıqlandı

Sentyabrın 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 18-21 isti, gündüz 25-28 isti

18.09.2021 459
.

Biləsuvarda buğa məktəb direktorunun qabırğasını sındırdı

Biləsuvar rayonunda 7 il bəslədiyi buğa direktor müavinini xəstəxanalıq edib. -a istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Cürəli kəndində məktəb direktoru Alim Hacıyevin yaşadığı ünvanda olub. Hacıyev həyətyanı sahədəki təssərrüfatında mal-qaraya qulluq edərkən buğa ona qəfil hücum edib. Nəticəd

18.09.2021 995
.

İsveçdə Azərbaycan vətəndaşı itkin düşüb

İsveçin Arvika şəhərində azərbaycanlı itkin düşüb. "Report"un Avropa bürosunun məlumatına görə, Azərbaycan vətəndaşı, 39 yaşlı İltimas Mirzəyevdən sentyabrın 15-dən etibarən xəbər almaq mümkün olmayıb. O, evdən çıxdıqdan bir qədər sonra əlaqə kəsilib. Hazırda polis azərbaycanlının axtarışın

18.09.2021 443
.

"Məni bağışla, gözəl anam" - anasına və dostlarına məktub yazıb intihar etdi

Şırnakın Uludere mahalının Andaç kəndində anasına və dostlarına iki vida mesajı göndərdikdən sonra 20 yaşlı bir gənc 35 metr yüksəklikdəki uçurumdan tullanaraq intihar edib. Anasına göndərdiyi mesajda gəncin "Məni bağışla, gözəl anam. Qardaşlarıma və dostlarıma vaxt ayırmadan köçüb getdim"

18.09.2021 3137
.

Şairdən Üzeyir Hacıbəyliyə qəribə təbrik: "Bunu sənə bağışlamaq olmur..."

"Xöşbəxt adamsan ki, Azərbaycan musiqisinin bu gününü görmədin". Qaynarinfo xəbər verir ki, bunu nəğməkar şair, Əməkdar İncəsənət Xadimi Baba Vəziroğlu dahi bəstəkar Üzeyir Hacıbəylini ad günü ilə əlaqədar təbrikdə yazıb. Şair bildirib ki, Üzeyir bəyin vaxtsız ölümü ilə Azərbaycan musiqis

18.09.2021 3544
.

BMT-dən xəbərdarlıq: "Dünya fəlakətə doğru gedən bir yoldadır"

BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına dair yeni hesabatını təqdim edib. Sənəddə dünya ölkələrinin Paris anlaşmalarına uyğun olaraq, qlobal istiləşməni 2 dərəcədən aşağı səviyyədə saxlamaqdan çox uzaq olduğu bildirilib. Hesabatın açıqlanmasından sonra çıxış edən BMT sədri Antoniu Qutyerre

18.09.2021 672