Bərbərxanalar və gözəllik salonları onlayn iş rejiminə keçməlidir - VİDEO

Bərbərxanalar və gözəllik salonları onlayn iş rejiminə keçməlidir - VİDEOBərbərxanalarda və gözəllik salonlarında online növbə sisteminin yaradılması təklif edilir. Hesab edilir ki, məhz bu yolla insanların kütləvi toplaşmasının, salonlarda, bərbərxanalarda saatlarla növbə gözləməsinin qarşısı alına bilər.

Mövzu ilə bağlı ARB TV-nin "Günə Doğru" proqramında süjet yayımlanıb.

İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi bərbərxana və gözəllik salonu fəaliyyəti ilə məşğul olan sahibkarlıq subyektlərinə onlayn növbə sisteminin yaradılmasını tövsiyyə edib.

Nahid Məhərrəmov – Həkim: "İstənilən halda, insanların kütləvi formada vaxt gözləməsi, növbə gözləməsi hər zaman təhlükəlidir. Bu xidmətlərin məhz online olması bizi virusdan qoruyur. Bu xidmətlərin məhz online olması bizi virusdan qoruyur. Çünki virus bizə kiçik bir dövrədə insanların daha çox olması vasitəsilə keçə bilir".

Nigar İbrahimova – Salon rəhbəri: "Əlbəttə ki, bunun olması həm müştəriyə faydalıdır. Gəlib o müştəri bu müştərini gözləməsin və sıxıntı yaşanmasın. Bilirsən ki, sənin saat 1-də rezervasiyan var idi və sən 1-də mütləq şəkildə gəlməlisən, 2-yə qədər, 3-ə qədər ustanı demək olar ki, məşğul edirsen. Yəni o sırf sənə sənə servis edir".

Bir müştərinin salonda növbə gözləməsi sıxlıqla yanaşı, digər müştərinin narazılığına da səbəb olur.

İbrahim Nəcəfov – Bərbər: "Balaca bir yerdir, ona görə də çox adam olanda müştəri də narazı olur. Onlayn növbə götürmələri yaxşıdır, həm bərbər üçün, həm də digər müştərilər üçün".

Gözəllik salonlarında isə vəziyyət fərqlidir. Salon rəhbərləri deyir ki, onsuz da əksər müştərilər gəlməzdən əvvəl müxtəlif vasitələrlə növbə tutur. Yəni gəlib salonda gözləmirlər.

Xüdafərin Seyfullayeva – Salon rəhbəri: "Biz daha əvvəl də onlayn sistemlə işləyirdik. Məsələn sosial şəbəkələrdən, yaxud telefon vasitəsilə müştərilərimiz əlaqə saxlayıb növbə götürürlər. Bizdə bu qayda karantindən qabaq da belə idi. Ona görə də nə biz müştəri gözləyirik, nə də müştəri bizi. Bizim artıq onlayn işləmək təcrübəmiz var".

Həmçinin bərbərxana və gözəllik salonlarında sanitar-epidemioloji tələblərə riayət edilməsi, işçilər və müştərilər üçün lazımi şəraitin yaradılması və qoruyucu vasitələrdən istifadə də önəmlidir.

Ceyhun Məmmədov – Milli Məclisin deputatı: "Məsələ ondan ibarətdir ki, o yerlədə ki, sıx təmas, kütləvi toplaşma var, burada biz sağlamlığa önəm verməliyik. Ondan sonra digər məsələlərə artıq şərait yaradılacaq. Və burada bizim vətəndaşlarımızın da üzərinə böyük bir məsuliyət düşür. Yəni biz tam arxaynlaşa bilmərik".

Qeyd edək ki, mayın 4-də Azərbaycanda karantin rejiminin nisbətən yumşalmasından sonra bərbərxanaların və gözəllik salonlarının fəaliyyətə icazə verilib.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1881   Tarix: 05 iyun 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Biləsuvarda ərzaq mağazasının anbarı yanıb

Biləsuvar rayonunda ərzaq mağazasının anbarı yanıb. Bu barədə BİG.AZ-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Bildirilib ki, ümumi sahəsi 63 m² olan ərzaq mağazasına bitişik sahəsi 25 m² olan anbarın dam örtüyünün yanar konstruksiyaları və içərisində olan mallar yanıb. Mağaza yanğından mühafiz

27.04.2024 223
.

TƏBİB rəhbəri: "Sosial səhiyyə sahəsində ən böyük nailiyyət icbari tibbi sığortanın tətbiqidir"

Son beş ildə sosial səhiyyə sahəsində əldə edilən ən böyük nailiyyət icbari tibbi sığortanın tətbiqidir. "Report" xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktoru Vüqar Qurbanov "Baku TV"yə müsahibəsində deyib. O qeyd edib ki, icbari tibb

27.04.2024 196
.

Rusiyada gənc qız başqasının yük maşınına minərək onu insanların üstünə sürdü

Rusiyada gənc qız başqasının yük maşınına minərək onu insanların üstünə sürüb. Hadisə Zelenoqrad şəhərində baş verib. Bildirilir ki, "QAZel" markalı avtomobilin sürücüsü maşının mühərrikini söndürmədən yükünü boşaltmağa gedib, bu zaman bir qız maşının kabinəsinə minib. Prokurorluğun yaydığ

27.04.2024 353
.

Gürcüstan əhalisi azalır

2024-cü il yanvarın 1-nə olan məlumata görə, Gürcüstanda miqrantlarla birlikdə 3 milyon 694 min 600 nəfər yaşayır. Gürcüstanın Milli Statistika Xidmətinin məlumatına görə, 2023-cü il yanvarın 1-i ilə müqayisədə əhalinin ümumi sayı 1,1% azalıb. Əhalinin demək olar ki, yarısı Tbilisidə yaşayır - 1 25

14:00 0
.

Tbilisidə ev almaq istəyənlərin diqqətinə: Qiymətlər bahalaşdı

Gürcüstanın paytaxtı Tbilisidə bu ilin ilk rübündə daşınmaz əmlakın qiyməti 13 % artıb. Bu barədə Gürcüstan Statisika Komitəsi məlumat yayıb. Yeni tikililərdə mənzillərin qiymətləri 12,9 %, yeni fərdi yaşayış evlərinin qiyməti isə 13,3 % artıb. Ən bahalı mənzillər Mtatsminda (kvadratmetr üçün 200 dollarda

13:50 0
.

Dördüncü mərtəbədən düşərək faciəvi şəkildə ölən dördaylıq Aylanın FOTOLARI

Ötən gün Bakıda çoxmərtəbəli binadan düşərək hadisə yerində ölən körpənin sosial şəbəkələrdə görüntüləri yayılıb. bədbəxt hadisənin qurbanı olan Aylanın fotolarını təqdim edir:. Məlumat üçün bildirək ki, hadisə Bakının Sabunçu rayonunda "Ramana sovxozu" adlanan ərazidə qeydə alınıb. Dördaylı

00:32 767
.

Ağdamda mina partlayışı olub, xəsarət alan var

Ağdam rayonu ərazisində mina hadisəsi baş verib. "Report" xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Baş Prokurorluğu və Minatəmizləmə Agentliyinin (ANAMA) birgə məlumatında bildirilib. Qeyd olunub ki, 2024-cü il 27 aprel tarixində işğaldan azad edilmiş Ağda

01:42 302
.

Müharibədən sonra 356 nəfər mina qurbanı olub

2020-ci ilin 10 noyabr tarixindən 2024-cü ilin 24 aprel tarixinə kimi 356 Azərbaycan vətəndaşı minadan zərərçəkən kimi qeydə alınıb. "Report" xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdir

13:20 0
.

Toyda FACİƏ: Altı nəfərdən ibarət ailə yanaraq öldü

Hindistanda toyda baş verən yanğında bütöv bir ailənin üzvləri yanaraq ölüblər. Faciə Bihar ştatının Darbhanqa şəhəri yaxınlığındakı kənddə baş verib. Axşam dostlar və qohumlar yerli sakin Çhaqan Pasvanın nikah mərasiminə toplaşıblar. Təntənəli kortej toy yerinə çatdıqda, fişəngindən çıxan atəş qonaqları

11:40 126