Müştərilər belə aldadılır: Aldıqları çörək əslində... - VİDEO

Müştərilər belə aldadılır: Aldıqları çörək əslində... - VİDEOAzərbaycanda koronavirusa qarşı zəncəfilli çörək istehsal edilir. Sosial şəbəklərdə yayılan çörəyin fotosu geniş müzakirələrə səbəb olub. Çörəyin üzərində antikoronaviruslu sözü yazılıb. Ekspertlərin sözlərinə görə, pandemiya dövründə bəzi işbazlar yaranmış vəziyyətdən istifadə edərək, istehlakçıları aldatmağa çalışırlar.

Mövzu ilə bağlı ARB TV-nin "Günə Doğru" proqramında süjet yayımlanıb.

Eyyub Hüseynov – AİB-in sədri: "Hətta müqəddəs hesab etdiyimiz, gündəlik istehlak malı olan çörəyə də bu pandemiyanı necə deyərlər tətbiq edib, çoxlu pul qazanmaq istəyirlər. Tərkibinə zəncəfil vuraraq insanları cəlb edir və onları aldadır. Bu istehlakçıların birbaşa aldadılmasıdır".

Sakin: "Mən elə şeylərə inanmıram".

Sakin: "Mən açığını deyim, elə şeylərə inanmıram. Ona da mənfi münasibət bəsləyirəm. Elə çörək də almıram. Onlar pul qazanmaq xatirinə müəyyən şeylərə əl atırlar".

Həkimlər deyir ki, ümumiyətlə hər hansı bir ərzaq məhsulunun koronavirus əleyhinə təsirinin olması mümkün deyil. Hətta bəzi qidaların karbohidrat dəyərinin çox olması orqanizmin müqavimətini zəiflədir ki, nətəcədə koronavirusa yoluxma riski artır.

Mətanət Cəfəroca – Həkim: "Burda olan qidalı elementlərin miqdarı az olur. Yəni karbohidrat dəyəri yüksək olan qidalarda. Amma heç bir qida məhsulunun virus əlaeyhinə, eləcə də koronavirus əleyhinə təsiri yoxdur. Bu təsirin olması üçün bunun bir elmi sübutu olmalıdır. Alimlər bunun üzərində işləməlidir və rəy verməlidir".

Hazırda koronovirusa qarşı olduğu iddia edilən çörəyin istehsal olunduğu müəssisədə işçilər müdiriyyətin iş yerində olmadığını deyərək, müsahibə vermək və yaxud da həmin çörəyin istehsal prosesini göstərmək istəmədilər.

Ekspertlər deyir ki, yeyinti məhsulları haqqında qanuna görə, müvafiq qurumların icazəsi olmadan istehsalçıların qida məhsulunun üzərinə istədiyi sözü yazmaq icazəsi yoxdur.

Eyyub Hüseynov – AİB-in sədri: "Yəni o icazə də elə-belə olmur. Bu cür çörək əgər mövcud ola bilərsə, eksperiment olunmalıdır. Xəstələr üzərində illərlə eksperiment aparılmalıdır. Ondan sonra Səhiyyə nazirliyi icazə verə bilər ki, bu çörəyin üzərinə belə yazmaq olar. Düşünürəm ki, bu cür çörək istehsalı ilə məşğul olan insanlar, şirkətlər belə etməməlidir, insanları aldatmamalıdır".

Qida Təhlükəsizliyi Agentliyindən isə bildirildi ki, sözügedən faktla bağlı qanunvericiliyin tələbləri çərçivəsində müvafiq tədbirlər həyata keçirilib və hazırda bu ad altında məhsul istehsal edilmir. Sosial şəbəkələrdə yayılan foto isə üzərində də qeyd edildiyi kimi aprel ayında çəkilib.

Qeyd edək ki, həmin çörəyin istehsal olunduğu müəssisə Balaxanı sənaye parkının ərazisində yerləşir.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2047   Tarix: 02 iyun 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Azərbaycanda general vəfat etdi

Gömrük xidməti general-mayoru Arif Əliyev vəfat edib. Bu barədə İqtisadiyyat.az-a onun ailəsindən bildirilib. Qeyd edilib ki, A.Əliyev uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib. Qeyd edək ki, Arif Əliyev uzun illər gömrük orqanlarında xidmət edib. Ona 2006-cı ildə gömrük xidməti general-mayoru al

26.04.2024 534
.

"Pulumun bitəcəyinə heç inanmazdım" - Serdar Ortaç

Müğənni Serdar Ortaç pulunun bitdiyini deyib. xəbər verir ki, o, türk mətbuatına açıqlama verib. "Pulumun bitəcəyinə heç inanmazdım. Deməli, olurmuş" ,- deyə o qeyd edib

26.04.2024 0
.

Şənbə gününə 32° isti gözlənilir

Aprelin 27-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq, cənub-şərq küləyi əsəcək. Havanın temperaturunun gec

26.04.2024 208
.

Ermənistan və İtaliya hərbi əməkdaşlığı müzakirə ediblər

Ermənistanın müdafiə nazirinin müavini Karen Brutyanın başçılıq etdiyi nümayəndə heyəti İtaliyada işgüzar səfərdə olub. xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi bildirib. Görüşlərdə Ermənistan-İtaliya hərbi, hərbi-texniki və hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə olunub. Müzakirələ

26.04.2024 2
.

Bakıda məktəbin yaxınlığında BÖYÜK TƏHLÜKƏ - VİDEO

Bakı şəhəri Binəqədi rayonu, Rəsulzadə qəsəbəsində qəzalı vəziyyətdə olan ağac təhlükə saçır. Bu barədə məlumat -in qaynar xəttinə daxil olub. Bildirilib ki, 99 saylı tam orta məktəbin çıxışında yerləşən ağac qoparaq dəmir hasara ilişib. Baş verə biləcək xırda hadisə dəhşətli faciəyə səbəb ola bilər

26.04.2024 358
.

"Yaşımı heç vaxt sirr saxlamadım"

Aktrisa Xəyalə Quliyeva doğum günü münasibətilə sosial media hesabında paylaşım edib. OLAY yazır ki, o, yaşını göstərən şarların da olduğu fotosunu izləyiciləriylə bölüşərək yaşını heç vaxt sirr saxlamadığını bildirib. "Yaş qadının ən böyük sirridir deyiblər. Bu mövzuda heç vaxt sirr saxlamadım

26.04.2024 836
.

İsrailin hücumunda öldürülən anasının bətnindən xilas edilən körpə ölüb

İsrailin hücumunda öldürülən anasının bətnindən xilas edilən körpə ölüb. xəbər verir ki, körpə Sabrin əl-Sakani bazar günü gecə yarısından az sonra Rəfahdakı xəstəxanada qeysəriyyə əməliyyatı ilə ana bətnindən çıxarılıb. Xaotik mühitdə həkimlər körpənin ciyərlərinə hava sıxmaq üçün əl nasosundan istifad

26.04.2024 0
.

Britaniya hökuməti Kral III Çarlzın ölümünə fəal şəkildə hazırlaşır

Böyük Britaniya hökuməti Kral II Çarlzın ölümünə fəal şəkildə hazırlaşır. Bu barədə "Daily Beast" Bukingem sarayına yaxın mənbəyə istinadla xəbər verib. Bildirilir ki, bunun üçün "Menay körpüsü" adlı plan hazırlanıb. Layihə Nazirlər Kabineti tərəfindən mütəmadi olaraq nəzərdən keçirili

26.04.2024 299
.

Ebru Gündəşin istəyi gündəm oldu - "Üzük başım boyda olsun"

İş adamı Murad Özdəmirlə Dubayda ailə quran 49 yaşlı müğənni Ebru Gündəş ötən günlərdə Zərgərlik İxracatçıları Birliyinin mükafatlandırma mərasimində səhnəyə çıxıb. Axşam.az xəbər verir ki, ifaçı zaldakı zərgərlərdən birindən üzüyünü daha böyüyü ilə dəyişdirməyi təklif edib. O, əlindəki üzüyü göstərərə

26.04.2024 505