Azərbaycan-Xorvatiya münasibətləri Milli Məclisdə müzakirə olundu

Azərbaycan-Xorvatiya münasibətləri Milli Məclisdə müzakirə olunduMilli Məclisdə Azərbaycan-Xorvatiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Könül Nurullayeva ilə Xorvatiyanın Azərbaycana təyin olunan ilk fövqəladə və səlahiyyətli səfiri Branko Zebiç arasında rəsmi görüş keçirilib.

"Report" xəbər verir ki, K.Nurullayeva parlamentdə icrasına başladığı bu vacib vəzifənin öhdəsindən layiqincə gələcəyinə, bu fəaliyyətin rəsmi Bakı ilə Zaqreb arasında qurulmuş əlaqələrin inkişafına töhfə verəcəyinə ümidvar olduğunu bildirib.

Bu il Xorvatiya və Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyinin qeyd edildiyini xatırladan K.Nurullayeva münasibətlərin strateji xarakter daşıdığını, iki ölkənin enerji, infrastruktur, İnformasiya Texnologiyaları, turizm və digər sahələrdə əməkdaşlığı davam etdirməyə hazır olduğunu vurğulayıb. Bildirib ki, Azərbaycan Xorvatiya ilə əlaqələrin hərtərəfli inkişafında maraqlıdır. Bu günə qədər iki ölkə arasında 25-ə yaxın əməkdaşlıq sənədi, 2013-cü ildə isə Strateji Tərəfdaşlıq Sazişi imzalanıb.

"Azərbaycan ilə Xorvatiya arasında əməkdaşlıqda parlament əlaqələri mühüm rol oynayır" deyən K.Nurullayeva vurğulayıb ki, 2000-ci ilin dekabr ayından Milli Məclisdə Azərbaycan-Xorvatiya parlamentlərarası işçi qrupu fəaliyyət göstərir. Əməkdaşlığımızı genişləndirməyə dəstək olan deputatlar, parlament rəhbərləri səviyyəsində bu vaxta qədər çoxlu sayda qarşılıqlı səfərlər baş tutub və münasibətlərin dinamik inkişafı bundan sonra da davam etdiriləcək.

Diqqətə çatdırılıb ki, bəşəriyyətin COVID-19 pandemiyası ilə mübarizə apardığı bir zamanda da Azərbaycan dost Xorvatiya xalqı ilə həmrəy olduğunu bəyan edib.
Azərbaycan-Xorvatiya münasibətləri Milli Məclisdə müzakirə olundu"Azərbaycanın xarici siyasəti ölkəmizin müstəqilliyinin möhkəmlənməsinə, beynəlxalq sərhədləri daxilində suverenliyinin və ərazi bütövlüyünün bərpasına xidmət edən bərabərhüquqlu və qarşılıqlı faydalı əməkdaşlıq prinsiplərinə əsaslanır" deyən K.Nurullayeva qeyd edib ki, bir çox Avropa ölkələrinin beynəlxalq təşkilatlar səviyyəsində dəstəyinə nail olmaq ümumi məqsədə çatmaqda mühüm rol oynayır.

K.Nurullayeva yaxın günlərdə Xorvatiyada keçiriləcək parlament seçkilərinin ölkələrimiz arasındakı münasibətlərə yalnız müsbət təsir göstərəcəyinə, gələcəkdə yaradılacaq yeni dostluq qrupu ilə də faydalı əməkdaşlığın davam etdiriləcəyinə əminlik ifadə edib.

Görüşdə həmçinin mədəni, humanitar, idman, gənclər siyasəti sahəsində də işbirliyinin hər iki ölkənin maraqlarına cavab verdiyi qeyd olunub.

Səfir Branko Zebiç isə öz növbəsində Xorvatiyanın Azərbaycanda ilk daimi səfiri kimi xüsusilə xalqlar arasında əməkdaşlığı genişləndirməkdə maraqlı olduğunu diqqətə çatdırıb.

O bildirib ki, 2 ölkə arasında əməkdaşlıq üçün istər siyasi, istər iqtisadi baxımdan yaxşı perspektivlər mövcuddur. Avropa İttifaqı Şurasının sədri qismində ölkəsinin Azərbaycan-İttifaq əməkdaşlığına dəstəyini davam etdirdiyini vurğulayan səfir B.Zebiç eyni zamanda bütün sahələrdə uğurla davam edən strateji tərəfdaşlıq münasibətlərinin birgə səylər nəticəsində bundan sonra daha da möhkəmlənəcəyinə ümidvar olduğunu vurğulayıb.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 678   Tarix: 01 iyun 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Nazirdən məktəblərdə şagird sıxlığı ilə bağlı AÇIQLAMA - VİDEO

Təhsil naziri Emin Əmrullayev bəzi məktəblərdə sıxlığın yaranmasına aydınlıq gətirib. Nazir Baku TV-yə eksklüziv müsahibəsində bildirib ki, Azərbaycanda valideynə övladı üçün həm məktəb, həm də müəllim seçmək hüququ verilib:. "Valideyn elektron qeydiyyatdan keçdikdən sonra bütün sinifləri sistemd

18.09.2021 1643
.

Tanınmış mədəniyyət xadimləri Şuşada

Azərbaycanın tanınmış mədəniyyət xadimləri Şuşada səfərdədirlər. Unikal.org-un məlumatına görə, mədəniyyət xadimləri Şuşaya səfər çərçivəsində burada keçiriləcək Üzeyir Hacıbəyli XII Beynəlxalq Musiqi Festivalına qatılacaq, dahi bəstəkarın ölməz əsərlərini 29 ildən sonra işğaldan azad edilən Üzeyir yurdund

18.09.2021 814
.

Azərbaycanda milli dronlar hazırlanıb - VİDEO

Milli Elmlər Akademiyasının Yüksək Texnologiyalar Parkında xüsusi təyinatlı dronlar hazırlanıb. -ın məlumatına görə, pilotsuz uçuş aparatları sifarişlər əsasında yerli mütəxəssislər tərəfindən hazırlanıb. Dronlari uçuş vaxtları, yükdaşıma və küləyə davamlılığı ilə fərqlənir. Həmçinin uçuş trayektoriyasını

18.09.2021 428
.

Paşinyan Batumidə "yoxa çıxdı"

Bir neçə gün əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Gürcüstana rəsmi səfər edib. Onun səfəri Batumi şəhərində başa çatıb. Rəsmi məlumata görə, onunla Gürcüstanın baş naziri arasında qeyri-rəsmi görüş olub. Batumiyə səfər Ermənistan cəmiyyətinin əhəmiyyətli bir hissəsi və xüsusən də bəzi Rusiy

18.09.2021 774
.

Milli Musiqi Günüdür

Sentyabrın 18-də Üzeyir Hacıbəylinin doğum günüdür. Bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını maestro Niyazi qoyub. BİG.AZ xəbər verir ki, görkəmli bəstəkar və dirijor Niyazi Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edərmiş. 1995-ci ildə isə Prezident Heydər Əliyevi

18.09.2021 304
.

Azərbaycanda istehsal ediləcək avtomobillərin qiyməti açıqlandı - 17 min manata...

Hacıqabul Sənaye Məhəlləsində istehsal ediləcək minik avtomobillərinin qiyməti 17-20 min manat təşkil edəcək. Bu barədə "Azərbaycan Avtomobil İstehsalçıları Assosiasiyası" İctimai Birliyinin rəhbəri Emin Axundov deyib. "Minik avtomobillərinin növbəti aydan satışa çıxarılması planlaşdırılır

18.09.2021 1109
.

Lətafət 14 yaşlı qızından danışdı: "Atası ilə görüşmək istəmir" - VİDEO

ARB TV-nin "YouTube" layihəsi olan "Özümüz danışaq" verilişinin növbəti qonağı aparıcı Lətafət Ələkbərova olub. Tanınmış aparıcı tək övlad böyütməyin çətin olduğunu deyib:. "Qızım artıq məni başa düşür. Çox yaxşı dost olmuşuq. Musiqini çox sevir. Vokal dərsi alır. Qızımın 1

18.09.2021 3133
.

Biləsuvarda buğa məktəb direktorunun qabırğasını sındırdı

Biləsuvar rayonunda 7 il bəslədiyi buğa direktor müavinini xəstəxanalıq edib. -a istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Cürəli kəndində məktəb direktoru Alim Hacıyevin yaşadığı ünvanda olub. Hacıyev həyətyanı sahədəki təssərrüfatında mal-qaraya qulluq edərkən buğa ona qəfil hücum edib. Nəticəd

18.09.2021 995
.

Köçəryan Moskvaya gedə bilməyəcək - QADAĞAN EDİLDİ

Məhkəmə Ermənistanın keçmiş prezidenti, "Hayastan" blokunun rəhbəri Robert Köçəryanı ölkədən çıxmasını qadağan edib. APA-nın məlumatına görə, bu barədə "Hayastan" blokunun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, təxminən bir həftə əvvəl Rusiyanın hakim "Vahid Rusiya"

17.09.2021 999