Könül Nurullayeva qayğıya ehtiyacı olan uşaqlara dəstək göstərib

Könül Nurullayeva qayğıya ehtiyacı olan uşaqlara dəstək göstərib1 iyun Uşaqların beynəlxalq Müdafiəsi günüdür.

"Report" xəbər verir ki, cəmiyyətin ən həssas, ən məsum üzvü olan uşaqların hər zaman müdafiəyə, daim qayğıya ehtiyacı var.

Bunu nəzərə alaraq, Milli Məclisin deputatı, Parlamentin Ailə, qadın, uşaq məsələləri komitəsinin, eyni zamanda Avropa Şurası Parlament Assambleyasının Uşaqlar üzrə alt komitənin üzvü Könül Nurullayeva 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi günündə Nizami rayonunda yerləşən 1 saylı uşaq evində olub.

Görüş pandemiya səbəbindən ölkədə tətbiq olunan karantin qaydaları çərçivəsində baş tutub.

Deputat burada məskunlaşan azyaşlıların sosial durumu, onların sağlamlığı, təlim-tərbiyəsi və təhsili ilə maraqlanıb.

Körpələr evinin direktoru Nərminə Zöhrabova uşaqlara göstərdiyi diqqətə görə deputata təşəkkürünü bildirib. Belə bir nümunəvi şəhərciyi onlara Birinci vitse-prezident Mehriban Əliyevanın bəxş etdiyini vurğulayan N.Zöhrabova burada uşaqların təlim-tərbiyəsi, təhsili və asudə vaxtlarını səmərəli keçirmələri üçün hər cür şəraitin yaradıldığını diqqətə çatdırıb: "Mehriban xanım Əliyeva, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tez-tez uşaq evləri və internat məktəblərində olur, onların gündəlik qayğıları, təlim-tərbiyələri, təhsilləri, asudə vaxtlarının təşkili ilə maraqlanır və dəstək olurlar".

K.Nurullayeva isə öz növbəsində qeyd edib ki, dövlətin, eləcə də Heydər Əliyev Fondu və şəxsən Birinci vitse-prezident Mehriban Əliyevanın dəstəyi ilə Azərbaycanda uşaq hüquqları tam şəkildə qorunur: "Ölkəmiz uşaqların müdafiəsini nəzərdə tutan əsas beynəlxalq konvensiyalara qoşulmaqla, eyni zamanda qanunvericilik bazasını təkmilləşdirərək milli fəaliyyət planı tətbiq etməklə nümunəvi ailə, qadın, uşaq siyasəti həyata keçirir. Bu siyasətin əsas prioritetlərindən biri uşaqların təhlükəsiz, sağlam və etibarlı gələcəyini təmin etməkdir".

Azərbaycanın hazırda dünyanı narahat edən təhlükələrdən biri - uşaqlara qarşı zorakılıqla bağlı uzun illərdir Avropa Şurası ilə sıx əməkdaşlıq etdiyini diqqətə çatdıran K.Nurullayeva qeyd edib ki, deputat həmkarları ilə birlikdə AŞPA-da Uşaqlar üzrə alt komitənin üzvü kimi mütəmadi olaraq ölkəmizin uğurlu təcrübəsini dünya ictimaiyyətinin diqqətinə çatdırır.
Könül Nurullayeva qayğıya ehtiyacı olan uşaqlara dəstək göstəribDaha sonra azyaşlılarla səmimi söhbət edən komitə üzvü uşaqların gələcəyimiz olduğunu, onların layiqli vətəndaş kimi formalaşmaları üçün ilk növbədə yaxşı təhsil almalarının vacibliyini qeyd edib: "Dövlət ən yüksək səviyyədə uşaqların müdafiəsini təmin edir, onların istər fiziki, istərsə də mənəvi baxımdan sağlam yetişmələri üçün ardıcıl tədbirlər həyata keçirir. Uşaqlar isə yaradılan bu imkandan səmərəli istifadə etməli, vətənimizə layiqli övlad olmağa çalışmalıdırlar".

Daha sonra azyaşlılara hədiyyələr paylanılıb.

K.Nurullayeva həmçinin, Nizami rayonunda yerləşən Sağlamlıq İmkanları məhdud olan uşaqlar üçün 3 nomrəli Respublika İnternat məktəbi, 3 nomrəli Uşaq Gənclər İnkişaf Mərkəzi, eləcə də 3 nömrəli orta məktəbin rəhbərliyi ilə telefon əlaqəsi saxlayıb.

Qeyd edək ki, adıçəkilən müəssisələrdə pandemiya səbəbindən uşaqlarla canlı görüş təşkil etmək mümkün olmayıb. Bununla belə, deputat hər üç müəssisədə yaşayan və təhsil alan uşaqların da daim dövlətin diqqətində olduğunu bildirib, onlara dəstəyini ifadə edib.

Xatırladaq ki, Azərbaycan istər beynəlxalq, istərsə də milli səviyyədə uşaq hüquqlarının müdafiəsinə töhfə verir. 2019-cu ildə Avropa Şurasının təşəbbüsü ilə reallaşan "Uşaqlara qarşı onlayn cinsi istismara və seksual zorakılığa son qoyulması"na dair layihəyə dəstək verən 10 pilot ölkədən biri də Azərbaycandır. Eyni zamanda Azərbaycan "Lanzarote Konvensiyası" kimi tanınan "Uşaqların cinsi istismardan və cinsi zorakılıqdan müdafiəsi haqqında" Avropa Şurası Konvensiyasını ratifikasiya edən 46-cı dövlətdir. Azərbaycan Lanzarote Konvensiyasının milli formatda həyata keçirilməsini gücləndirmək məqsədilə müəyyən edilmiş tövsiyələri dəstəkləyir, səmərəli əməkdaşlığa töhfə verir.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1218   Tarix: 01 iyun 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

İƏT OA-nın faktaraşdırıcı missiyası azad edilmiş ərazilərlə bağlı bəyanat qəbul edib

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin dəvəti ilə işğaldan azad edilmiş ərazilərimizdə monitorinq aparmaq üçün ölkəmizdə rəsmi səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının Ombudsmanlar Assosiasiyasının (İƏT OA) nümayəndə heyəti ilə Ombudsman Aparatında mətbuat konfransı keçirilib. Bu barədə BİG.AZ-

18.09.2021 250
.

BMT-dən xəbərdarlıq: "Dünya fəlakətə doğru gedən bir yoldadır"

BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına dair yeni hesabatını təqdim edib. Sənəddə dünya ölkələrinin Paris anlaşmalarına uyğun olaraq, qlobal istiləşməni 2 dərəcədən aşağı səviyyədə saxlamaqdan çox uzaq olduğu bildirilib. Hesabatın açıqlanmasından sonra çıxış edən BMT sədri Antoniu Qutyerre

18.09.2021 672
.

Paşinyan Batumidə "yoxa çıxdı"

Bir neçə gün əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Gürcüstana rəsmi səfər edib. Onun səfəri Batumi şəhərində başa çatıb. Rəsmi məlumata görə, onunla Gürcüstanın baş naziri arasında qeyri-rəsmi görüş olub. Batumiyə səfər Ermənistan cəmiyyətinin əhəmiyyətli bir hissəsi və xüsusən də bəzi Rusiy

18.09.2021 774
.

Şimşək çaxıb, leysan yağıb

Ölkə ərazisində hökm sürən faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, saat 21.00-a olan məlumata əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Sarıbaş(Qax), Sahdağ, Zaqatala

17.09.2021 1179
.

Azərbaycanda koronavirusa yoluxanların SAYI AÇIQLANDI: 29 nəfər ÖLDÜ - FOTO

Son sutkada Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 042 yeni yoluxma faktı qeydə alınıb, 3 224 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 29 nəfər vəfat edib. İndiyədə

18.09.2021 2874
.

Maqsud Mahmudov Azərbaycana belə gətirildi - VİDEO

Xəbər verdiyimiz kimi, axtarışda olan keçmiş iş adamı Maqsud Mahmudov Ukraynada saxlanılıb. "Qafqazinfo" Maqsud Mahmudovun Azərbaycana deportasiya edilməsinin görüntülərini əldə edib. Videodan görünür ki, o, aeroportdan Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən maşına yerləşdirilərək aidiyyət

18.09.2021 2568
.

Təhsil Nazirliyindən tələbələrə ŞAD XƏBƏR

Oktyabrın əvvəlindən təhsil tələbə kreditlərinin verilməsinə başlayacağıq. XəzərXəbər xəbər verir ki, bunu Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli Trend-in sualını cavablandırarkən deyib. N.Məmmədli bildirib ki, kreditin verilməsi qaydası da müyyənləşdirilib:

18.09.2021 2497
.

Azərbaycanda milli dronlar hazırlanıb - VİDEO

Milli Elmlər Akademiyasının Yüksək Texnologiyalar Parkında xüsusi təyinatlı dronlar hazırlanıb. -ın məlumatına görə, pilotsuz uçuş aparatları sifarişlər əsasında yerli mütəxəssislər tərəfindən hazırlanıb. Dronlari uçuş vaxtları, yükdaşıma və küləyə davamlılığı ilə fərqlənir. Həmçinin uçuş trayektoriyasını

18.09.2021 428
.

Azərbaycan polisindən ermənilərə süngülü dərs - VİDEO

Gorus-Qafan yolu üzərində xidmət göstərən Azərbaycan polisi yoldan keçmək istəyən ermənilərə dərs verib. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə üzərində qondarma respublikanın "bayrağ"ı olan avtomobilin postdan keçmək üçün yaxınlaşdığı görünür. Postd

18.09.2021 988