Baş infeksionist: "Səhlənkarlıq davam etsə, bizi Avropanın taleyi gözləyə bilər"

Baş infeksionist: "Səhlənkarlıq davam etsə, bizi Avropanın taleyi gözləyə bilər""Həkimlərdə bu qədər pul haradandır? Vicdan bu qədər itirilib?"

Azərbaycanın baş infeksionisti, Nazirlər Kabineti yanında Operativ Qərargahın üzvü Cəlal İsayevin "Report"a müsahibəsi:

- Rəsmi rəqəmlərdən də aydın olur ki, Azərbaycanda son günlər koronavirusa yoluxanların sayı artıb. Bunun əsas səbəbi nədir?

- İnsanların səhlənkarlığı və xaricdə yaşayan azərbaycanlıların bir hissəsinin Vətənə qayıtması koronavirusa yoluxanların sayının artmasına səbəb olub. Hətta ölkədə xüsusi karantin rejimi qaydalarının yumşaldılmasından sonra virusun guya mövcud olmadığına inananlar artmağa başlayıb. Çünki hələ də xəstəliyin siyasi oyun olduğunu düşünənlər var. Mən onları dar düşüncəli insanlar sayıram. Belə siyasi oyun olmaz. Axı bütün dünyada virus alovlanıb. Yəni inkişaf etmiş bu qədər ölkənin rəhbərləri səhv edir?! Hətta deyirlər ki, guya həkimlər ölən şəxsin qohumlarına virusdan vəfat etdiyini yazmaq üçün pul təklif edirlər. Həkimlərin bu qədər çox pulu var? Vicdan bu qədər itirilib?

Hər gün gözümüzün qarşısında çox sayda insanın virusa yoluxduğunu, əziyyət çəkdiyini və dünyasını dəyişdiyini görürük. Əlimizdən gələni edirik ki, insanlar virusa yoluxmasın. Axı nə qədər demək olar ki, sosial məsafəni gözləyin, arada 2 metrlik məsafə saxlayın, zərurət olmadığı təqdirdə qapalı məkanlara getməyin, gigiyena qaydalarına əməl edin, yaxud qoruyucu tibbi maskalardan istifadə edin.

Kimsə bilmədən virusa yoluxub xəstəliyi yüngül keçirə, fərqində olmadan başqasını yoluxdurub onun ölümünə səbəb ola bilər. Bu gün ölkədə koronavirusdan ölənlərin sayı 50-ni keçib. Hər kəs səbəbi yaxşı bilsə də, şübhəli sual verir ki, bunun səbəbi nədir?! Cavab çox sadədir - insanların məsələyə laqeyd yanaşması.

İctimai nəqliyyatda qoruyucu maskalardan istifadənin vacibliyini dəfələrlə qeyd etmişik, ancaq buna əməl edən çox az adam var. Pandemiyanın başlanğıcında virusun sürətlə yayılmasının qarşısını ala bilmişdik. Amma bu gün daxili yoluxmaların sayında kifayət qədər artım var. Hər kəs infeksiyaya qarşı birgə mübarizə aparmalıdır, öz üzərinə düşəni etməlidir. Dövlətimiz insanların yaşam şəraitini asanlaşdırmaq üçün müəyyən yumşalmalara getdi. Ümid edirik ki, yumşalma tədbirləri çərçivəsində insanlarımız da qoyulan tələblərə düzgün əməl edəcəklər. Təəssüf ki, bu gün bunun əksinin şahidi oluruq. O gün televiziyada bir süjetə baxdım, küçədə insanlar sıx şəkildə və qoruyucu tibbi maska taxmadan rahat gəzirlər. Belə olmaz axı!

- Bu artımı ikinci dalğa və ya koronavirusun pik hədd hesab etmək olarmı?

- İkinci dalğa söhbəti yoxdur. İkinci dalğa o zaman ola bilər ki, xəstəlik tamam yoxa çıxır və sonradan tək-tük bir neçə xəstə qeydə alınır. Necə ki, Çində belə olmuşdu. Amma Azərbaycanda bu gün üçün xəstəlik hələ də davam edirsə, bu, ikinci və ya sonrakı dalğalanma deyil.

- Azərbaycanda xüsusi karantin rejiminin müddəti mayın 31-də başa çatır. Xəstələrin sayındakı artım mayın 31-dən sonra sərtləşməyə səbəb ola bilərmi?

- Bu barədə indidən dəqiq nəsə deyə bilmərəm. Ölkədəki ümumi epidemioloji vəziyyət təhlil ediləcək və bundan sonra qərar veriləcək ki, rayonlara gediş-gəliş açılsın ya yox. Əgər açılası olsa, belə insanlara tövsiyə ediləcək ki, sosial məsafə mütləq qorunsun və qoruyucu tibbi maskalardan istifadə edilsin. Misal olaraq, taksiyə minəndə belə sürücüdən tələb edilməlidir ki, maska tax. Çünki onu tanımırıq və virusa yoluxmuş ola bilər. Bəzən insanlar ümid edir ki, havalar istiləşdikcə virus yavaş-yavaş məhv olacaq. Amma bu belə deyil. Ona görə də məsələyə laqeyd yanaşmaq qəti olmaz.

- Koronaviruslu xəstələrin müalicə alması üçün ayrılan tibb müəssisələrində çarpayı sayı yetərlidirmi?

- Bu gün üçün xəstəxanalarda çarpayı sayında problemimiz yoxdur. Amma qaydalara ciddi riayət edilməsə və xəstə sayı artsa, Avropanın taleyini yaşaya bilərik. Çünki koronavirus sürətlə yayılır. Həkimlərə və mütəxəssislərə qulaq asmaq lazımdır. Hər yanlış informasiyalara inanmaq məsləhət deyil. Yalnız rəsmi xəbərlərə etibar etmək lazımdır.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1594   Tarix: 29 may 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Sumqayıt sakini itkin düşüb

Sumqayıt şəhər sakini Cavidan Alim oğlu Əliyev 30.04.2024-cü il tarixində saat təxminən 13 radələrində yaşadığı Yaşıldərə bağlar ərazisindəki ünvanından çıxıb və indiyədək geri qayıtmayıb. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat verib. Bildirilib ki, C.Əliyevin əlamətləri bunlardır

06.05.2024 389
.

Bakıda hamilə ambulansda doğuş etdi

Bakıda xəstəxanaya çatdırılmalı olan hamilə qadının vəziyyəti ağırlaşdığı üçün doğuş prosesi təcili tibbi yardım avtomobilində idarə olunub. xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnur Hidayətoğlu məlumat yayıb. Məlumat

06.05.2024 523
.

Bu gün "Avroviziya 2024" mahnı müsabiqəsinin ilk yarımfinalı baş tutacaq

Bu gün "Avroviziya 2024" mahnı müsabiqəsinin ilk yarımfinalı keçiriləcək. xəbər verir ki, bununla bağlı İctimai TV məlumat yayıb. Qeyd edək ki, bu il müsabiqə İsveçin Malmö şəhərində keçiriləcək. Birinci və ikinci yarımfinallar 7 və 9 may tarixlərində, final isə 11 mayda olacaq. Xatırlada

10:20 110
.

Cəsarət Valehova vəzifə verildi

Cəsarət Valehova yeni vəzifə verilib. "Qafqazinfo"nun məlumatına görə, o, mədəniyyət naziri Adil Kərimliyə müşavir təyin olunub. C.Valehov artıq bir müddətdir vəzifəsinin icrasına başlayıb. Qeyd edək ki, fəlsəfə doktoru, dosent Cəsarət Valehov daha əvvəl Elm və Təhsil Nazirliyinin İctimaiyyətl

06.05.2024 498
.

DİQQƏT! - Bunu edən sürücülər 40 AZN CƏRİMƏLƏNƏCƏK - XƏBƏRDARLIQ

Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, hazırda ölkə ərazisində müşahidə olunan küləkli, yağışlı hava şəraitinin mayın 9-dək davam edəcəyi gözlənilir. -in məlumatına görə, Baş Dövlət Yol Polisi İdarəsi verilən xəbərdarlıqla əlaqədar avtomobil yollarında yarana biləcək qəzaların qarşısını

10:14 159
.

Zeynəb Xanlarovanın qudası alimin dediklərini eşidib insult keçirib

Qarabağda ekspedisiya aparılması üçün ayrılmış 92 min manatı mənimsəməkdə ittiham olunan tarixçi alim Səbuhi Hüseynov və arvadı Gülüstan İsayevanın məhkəməsi davam edir. "Qafqazinfo"nun məlumatına görə, əvvəlki iclaslarda barələrində polis vasitəsilə məcburi gətirilmə qərarı çıxarılmış şahidlərdə

06.05.2024 828
.

Azərbaycanda məşhur cərrah işdən ÇIXARILDI

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin tabeliyində olan Nərimanov Tibb Mərkəzinin ümumi cərrahı, tibb üzrə fəlsəfə doktoru Anar Mehdiyev işdən çıxarılıb. İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, bununla bağlı Mərkəzin direktoru Fazil Alməmmədov əmr imzalayıb. A.Mehdiyev isə işdən haqsız yer

06.05.2024 2138
.

Rusiya sülhməramlılarının növbəti karvanı Xocalı aeroportunu tərk edib, Goranda qatarlara yüklənir - VİDEO

Bu gün səhər saatlarından Rusiya sülhməramlılarının növbəti hərbi yük maşınlarından ibarət karvanı Xocalı aeroportundakı ərazini tərk edib. APA xəbər verir ki, sülhməramlılar Goran dəmir yolu stansiyasına hərəkət edib. Avtomobillər Rusiyaya göndərilmək üçün Goran dəmir yolu stansiyasında qatarlara yüklənir

06.05.2024 277
.

Britaniyalı aktyor Bernard Hill öldü

"Üzüklərin Lord"unda Kral Teoden, "Titanik"də kapitan Edvard Smit kimi rolları ilə tanınan britaniyalı aktyor Bernard Hill vəfat edib. Hillin agenti Lou Koulson aktyorun bu gün səhər vəfat etdiyini bildirib. 1944-cü ildə Mançesterdə anadan olan Hill "Titanik" filmində gəmini

06.05.2024 168