"İki hərbi hissəmiz qısa müddətdə 7 rayonu işğaldan azad edə bilər" - Ekspert

"İki hərbi hissəmiz qısa müddətdə 7 rayonu işğaldan azad edə bilər" - Ekspert"Azərbaycan Ordusu Qarabağda əməliyyat keçirməlidir. Bunun başqa yolu yoxdur".

Qaynarinfo xəbər verir ki, bunu Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri, hərbi ekspert Emin Həsənli "Müsavat.com"un "Canlı debat" verilişində deyib.

O qeyd edib ki, 2016-ci ilin aprel ayında Ermənistan silahlı qüvvələri Azərbaycanın yaşayış məntəqələrini, mülki əhalini atəş açıb, buna cavab olaraq Azərbaycan Ordudu təmas xəttində əməliyyat keçirib: "Əgər digər qüvvələr mane olmasaydı Azərbaycan 1 həftəyə-10 günə Ermənistanı sərt formada cəzalandıracaqdı, rəsmi Yerevanı işğalçılıq siyasətindən əl çəkməyə vadar edəcəkdi".

Hərbi ekspert vurğulayıb ki, beynəlxalq güclər, ATƏT-in Minsk qrupunun həmsədrləri işğalçı Ermənistanla bağlı heç bir ölüçü götürmürlər: "Mən bu ölçünü götürəcək bircə güc, qüvvə tanıyıram, o da Azərbaycan əsgəridir. Ermənilər iki əsrdir, xüsusən də son 100 ildə ağır bir xəstəliyə yoluxublar. Onların beynində dənizdən-dənizə "böyük Ermənistan" yaratmaq kimi xəstə bir ideya var, xəstələniblər, türkə qarşı nifrət ruhunda böyüyüblər. Bunun müalicə olunmasının bircə yolu var, o da Azərbaycan ordusunun qılıncından keçir. Onlar başqa cür müalicə olunmayacaqlar".

E.Həsənli deyib ki, Azərbaycan Ordusunun, yaxud da Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının, Dövlət Sərhəd Xidmətinin iki hərbi hissəsinin gücü ilə Dağlıq Qarabağ ətrafında yerləşən 7 rayonu qısa müddətdə erməni işğalından azad etmək mümkündür: "Silahlı Qüvvələrimizin iki hərbi hissəsi Ağdam, Füzuli, Qubadlı, Zəngilan, Cəbrayıl, Laçın və Kəlbəcər rayonlarını qısa müttədə işğaldan azad edə bilər. Həmin iki hərbi hissənin keçirəcəyi antiterror əməliyyatları ilə o əraziləri düşməndən təmizləmək tam real varinatdır. Əlavə qüvvəyə heç bir ehtiyac yoxdur. Dağlıq Qarabağ da daxil olmaqla o torpaqlar birbaşa Azərbaycanın ərazisidir. Əgər Dağlıq Qarabağda yaşayan erməni vətəndaşlar Azərbaycan konstitusiyasına tabe olacaqlarsa, orada qalıb yaşayacaqlar, Yox tabe olmayacaqlarsa və müstəqil dövlət istəyirlərsə 30-40 km o tərəfə gedəcəklər. Vaxtilə Azərbaycan ərazisində Ermənistan adlı ölkə yaradıblar. Çıxıb gedib orda yaşamalıdırlar. Bunun başqa yolu yoxdur".

Onun fikrincə, Azərbaycan Ordusu 2016-cı ildə həm ermənilərə, həm də bütün dünyaya gücünü göstərib: "Biz hamımız bilirik ki, 2016-cı ilə qədər kimlərsə ordumuzun döyüş hazırlığına şübhə ilə yanaşırdılar. Deyirdilər ki, həqiqətənmi belə güclü ordumuz var ki, işğal altında olan torpaqlarımızı 10-15 günə ermənilərdən azad edə bilək. Amma 2016-cı ilin Aprel döyüşlərində bunu bütün Azərbaycan xalqı gördü. Artıq siyasi mənsubiyyətindən asılı olmayaraq dünyanın istənilən hərbi ekspertləri, hətta Ermənistanın hərbi ekspertləri, ehtiyatda olan generalları etiraf etdilər ki, Azərbaycan Ordusu Ermənistan silahlı qüvvələrindən dəfələrlə güclüdür. Tarix boyu bizə heç kim dəstək olmayıb, indi güclü ordumuz var. Biz bu məsələni də ordumuzun gücünə həll edəcəyik".

E.Həsənli deyib ki, ermənilər hələ də Aprel döyüşlərini unuda, həmin vaxt aldıqları zərbədən özlərinə gələ bilmirlər: "Mən Aprel döyüşlərini elə-belə vurğulamıram. Ermənilərin bəziləri 2016-cı ili unuda bilər. Hətta həmin hadisələrin bir il, il yarım xidmət edən əsgərin yaddaşından silinməsi də mümkündür. Amma Aprel döyüşləri Ermənistan ordusunun zabitinin, gizirinin yadından çıxmayacaq. Onlar Aprel döyüşlərinin psixoloji gərginliyindən çıxa bilmirlər. Onlara nağıl danışmışdılar ki, biz güclü orduyuq, bizim ən böyük sərkərdəmiz Ohanyandır və onun keçilməz səddi var və s. Bu səddi Azərbaycan Ordusu 40 dəqiqəyə dağıtdı. Ermənistan zabiti, giziri gördü ki, Azərbaycan zabiti ondan 10 dəfə güclüdür. İndi o, daxilən sınıb, əsgərinə "biz güclüyük qalib gələcəyik" deyə bilmir. Xof var onun canında. 2016-cı ilə qədər elə bilirdilər ki, orda rahat oturacaqlar, amma Aprel döyüşlərində gördülər ki bu, belə olmayacaq".

Ekspert xatırladıb ki, Azərbaycan Ordusu il ərzində mütəmadi qaydada hərbi təlimlər keçirir: "Ordumuz mayın 18-dən 22-dək genişmiqyaslı təlimlər keçirdi. Zaman bizi Qarabağdan uzaqlaşdırmır. Ötən zaman bizim müstəqilliyimizi, ordumuzu gücləndirir, Qarabağımıza yaxınlaşdırır".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2186   Tarix: 28 may 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Yusuf Güney Baləli ilə duet oxuyacaq? - VİDEO

Türkiyəli məşhur müğənni Yusuf Güney Bakıdadır. BİG.AZ xəbər verir ki, o, işgüzar səfərlə bağlı gəldiyini bildirib. Müğənni konsert və yeni mahnılarla bağlı suallara cavablandırıb. İfaçı yerli müğənnilərlə duet oxumağa hazır olduğunu da qeyd edib. Baləlini tanımadığını bildirən müğənni təklif gəlsə

15:39 218
.

Bakıda hoteldə zəhərlənmə: İki nəfər öldü - FOTO

Bakıda, Səbail rayonu ərazisində yerləşən məşhur hotellərin birində dəhşətli hadisə baş verib. xəbər verir ki, hoteldə əylənən 4 kişi zəhərlənmə diaqnozu ilə 1 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Onlardan ikisinin həyatını xilas etmək mümkün olmayıb. Digərlərinin vəziyyətinin ağır olduğu bildirili

14:00 493
.

"Ali Baş Komandan ərazi bütövlüyümüzü tam bərpa etməklə xalqı Ulu Öndər Heydər Əliyevin görmək istədiyi mənzərəyə qovuşdurdu"

"Azərbaycan Respublikası Qafqaz bölgəsinin yeni və dayanıqlı təhlükəsizlik sistemini yaratmaqla bərabər, Avrasiya məkanında etibarlı təhlükəsizlik mühitinin formalaşmasına əməli töhfələr verir, qlobal miqyasda təhlükəsizliklə bağlı təhdidlərin aradan qaldırılmasında öncül mövqe tutur və bu statusun

13:50 50
.

Vyetnamda sendviçdən 560-dan çox insan zəhərlənib

Vyetnamda çörəkbişirmə zavodunda hazırlanan sendviçdən 560 nəfər zəhərlənib. BİG.AZ xəbər verir ki, zəhərlənən insanlar xəstəxanaya yerləşdiriliblər. Onların tam olaraq nədən zəhərləndikləri məlum deyil. BBC-nin məlumatına görə, zəhərlənən 560 nəfərdən 12-nin vəziyyəti ağırdır və indiyədək 200 nəfə

13:34 81
.

Meyxanaçı ilə aparıcının toyudur

Aparıcı Nübar Əbilin toyudur. Axşam.az xəbər verir ki, o, bu haqda özü məlumat yayıb. Aparıcı toy dəvətnaməsini paylaşaraq mayın 25-də ailə qurcağını bildirib. Nübar meyxanaçı və ssenarist Pərviz Haşımovla ailə qurur. Qeyd edək ki, N.Əbil hazırda AzTV-də aparıcılıq edir. P.Həşimov "Qız atası"

11:48 706
.

"Kaybolan yıllar" serialının aktyoru əməliyyat olundu

"Kaybolan yıllar" serialının aktyoru Saruhan Hünel əməliyyat olunub. Axşam.az xəbər verir ki, bu barədə aktyorun bacısı Aslı Hünel sosial media hesabında yazıb. Onun sözlərinə görə, yaşadığı problemlər səbəbindən Saruhan ürəyindən əməliyyat edilib. O, reanimasiyaya yerləşdirilib

16:22 234
.

"Toydan qazandığımız heç üç gün bizə çatmır"

"Şou-biznes sözündən xoşum gəlmir. Şou ayrı, biznes ayrıdır. Bizim müğənnilərdə şou-biznesi görmürəm. Beyonsa, Cennifer Lopezə, Şakiraya baxıram, şou-biznes onlardadır. Çünki konsertdən milyonlarlar qazanırlar. Amma bizdə şou-biznes deyəndə mənə qəribə gəlir". Axşam.az xəbər verir ki, bu sözlər

06.05.2024 844
.

Bakının bu məktəbində şagirdlər yay tətilinə TEZ BURAXILACAQ

Respublika İncəsənət Gimnaziyası yaxın günlərdə əsaslı təmirə bağlanacaq. -in əldə etdiyi məlumata görə, mayın sonunda məktəb vaxtından əvvəl yay tətilinə çıxacaq. Bundan sonra burada təmirə start veriləcək. Şagirdlər isə növbəti tədris mövsümündən dərsə müvafiq olaraq 189 və 190 saylı məktəblərdə başlayacaqlar

10:04 1399
.

78 yaşlı Türkan Şoraydan ÜZÜCÜ XƏBƏR

Məşhur aktrisa Türkan Şorayın səhhətində problem yaranıb. Türkiyə KİV-ə istinadən xəbər verir ki, aktrisa "Kipr şəhidlərinin anım mərasimi və veteranlarla görüş" adlı mərasimə qatılacaqdı. Lakin o səhhətində yaranan problem səbəbi ilə bu səfərini ləğv edib. Aprelin 30-da aktrisaya pnevmaniy

15:27 493