Xəzər Siyasi Mərkəzi COVID-19-un səhiyyə siyasətinə təsiri ilə bağlı vebinar keçirib

Xəzər Siyasi Mərkəzi COVID-19-un səhiyyə siyasətinə təsiri ilə bağlı vebinar keçiribXəzər Siyasi Mərkəzi (CPC) Azərbaycan, Əfqanıstan, Gürcüstan, Qazaxıstan, Türkiyə və Özbəkistan səfirlikləri ilə birlikdə Xəzər regionunda COVID-19 pandemiyasını və onun ictimai səhiyyə siyasətinə potensial təsirlərini müzakirə etmək üçün Ağ Evin koronavirus üzrə Hədəf qrupunun, ABŞ-ın Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzlərinin (CDC), ABŞ-ın Səhiyyə və Sosial Xidmətlər Nazirliyinin aparıcı ekspertlərini və Xəzər regionu ölkələrinin səhiyyə nazirliklərinin vəzifəli şəxslərini bir araya gətirib.

Mərkəzdən "Report"a verilən məlumata görə, CPC-nin icraçı direktoru Əfqan Nifti giriş nitqi ilə tədbiri açıq elan etdikdən sonra müzakirədə iştirak edənlər də çıxışlar ediblər.

"Xəzər regionu ölkələri COVID-19 qlobal pandemiyasının yayılması ilə əlaqədar ciddi ictimai sağlamlıq problemləri ilə üzləşirlər. Bu problemlərin effektiv həlli həm regionda, həm də qlobal tərəfdaşlarla vahid yanaşma və güclü əməkdaşlıq tələb edir", - Ə.Nifti deyib.

Vebinarda CDC-nin baş həkimi Mitçell Vulf, CDC-nin Mərkəzi Asiya üzrə regional direktoru Daniel Singer, Ağ Evin koronavirus üzrə Hədəf qrupunun koordinatoru və CDC direktorunun baş müavini Çarlz Vitek, Əfqanıstan səhiyyə nazirinin müavini Vahid Məcruh, Azərbaycan Səhiyyə nazirinin müavini Viktor Qasımov, Azərbaycan İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyev, Gürcüstanın işğal olunmuş ərazilərdən məcburi köçürülənlərin işi, əmək, səhiyyə və sosial məsələlər üzrə nazirinin müavini Tamar Qabuniya, Qazaxıstan Səhiyyə Nazirliyinin Strategiya və beynəlxalq əməkdaşlıq departamentinin direktor müavini Saule Qasımova, Türkiyə Səhiyyə nazirinin müavini Əminə Alp Meşe və Özbəkistan səhiyyə nazirinin birinci müavini Bahodir Yusupaliyev iştirak edib. Vebinar iştirakçıları Xəzər regionunda COVID-19 pandemiyasının mövcud vəziyyəti barədə danışaraq virusun yayılmasının qarşısının alınması ilə bağlı təcrübələrini bölüşüblər, iqtisadi və sosial bərpa üçün innovativ həlləri müzakirə ediblər.

"Hər bir ölkənin biomüdafiəsini yaxşılaşdırmağa və transmilli təhlükə olan bu yoluxucu xəstəliyin təsirini məhdudlaşdırmağa hazırlığını artırmaq üçün əlavə resurs və kommunikasiya cəlb edəcəyimizə ümid edirik", - Ağ Evin koronavirus üzrə Hədəf qrupunun koordinatoru Çarlz Vitek söyləyib.

Öz növbəsində, CDC-nin baş həkimi Mitçell Vulf əlavə edib: "COVID-19 ilə mübarizə dünya ölkələrinin bir-birinə bağlılığı üzrə dərs oldu və düşünürəm ki, səhiyyə sahəsində qlobal proqramlarımızı möhkəmləndirmək üçün bu fürsətdən istifadə edəcəyik. Xəstəliyin bir yerdə yayılması hər yan üçün təhlükədir".

CDC-nin Mərkəzi Asiya üzrə regional direktoru Daniel Singer çıxışı zamanı qeyd edib ki, regiona göstərilən yardım yalnız bu ölkələrin sağlamlığına qoyulan sərmayə deyil, həm də Amerikanın və dünyanın sağlamlığına qoyulan sərmayədir.

ABŞ Səhiyyə və Sosial Xidmətlər Nazirliyinin qlobal məsələlər üzrə katibinin keçmiş köməkçisi və ABŞ-da QİÇS üzrə qlobal koordinatorun müavini, istefada olan səfir Cimmi Kolkerin moderatoru olduğu virtual konfrans Xəzər regionu ölkələrinin COVID-19 pandemiyasının təsirlərini azaltmaq üzrə tətbiq etdiyi mexanizmlər haqqında məhsuldar müzakirələrə səbəb olub.

Regiondakı ölkələrin bir çoxu sosial məsafə üzrə sərt tədbirlər və karantin rejiminin mənfi təsirlərini aradan qaldırmaq üçün kompleks çoxsektorlu proqram sayəsində virusun yayılmasının qarşısını ala bilib.

"Böhrandan sonrakı plana texnologiyalardan və məsafədən onlayn rabitə platformalarından istifadəni maksimum dərəcədə artırmaq üçün xidmət sektorunun modernləşdirilməsinə innovativ yanaşmalar daxildir", - Gürcüstanın İşğal olunmuş ərazilərdən məcburi köçürülənlərin işi, əmək, səhiyyə və sosial məsələlər üzrə nazirinin müavini Tamar Qabuniya deyib.

Əfqanıstan səhiyyə nazirinin müavini Vahid Məcruh çıxışı zamanı bildirib ki, ölkəsi ictimai məlumatlılığı artırmaq üçün müxtəlif yanaşmalardan, o cümlədən dini liderlərin və icma üzvlərinin köməyindən istifadə edir.

"Bu çətin dövrdə dövlətləri dostluğa, qarşılıqlı dəstəyə və həmrəyliyə çağırırıq", - Azərbaycanın İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin idarə heyətinin sədri Zaur Əliyev əlavə edib.

Qazaxıstan Səhiyyə Nazirliyinin Strategiya və beynəlxalq əməkdaşlıq departamentinin direktor müavini Saule Qasımova deyib: "İlkin tibbi-sanitar yardımı səhiyyə sisteminin ümumi reaksiya sisteminə inteqrasiya etməklə COVID-19-un mümkün ikinci dalğası üçün səhiyyə sisteminin gücləndirilməsi üzrə tədbirlər görürük".

Vebinar zamanı iştirakçılar Azərbaycan, Gürcüstan, Qazaxıstan, Türkiyə və Özbəkistanda sosial məsafə siyasətinin səmərəliliyini vurğulayıblar, pandemiya ilə əlaqədar problemlərin həlli üzrə təcrübələrini, habelə elektron ticarət və işçi qüvvəsinin hazırlığının təmin edilməsi və dayanıqlığı sektorlarının inkişafı kimi iqtisadi və sosial bərpa üçün innovativ həll yollarını bölüşüblər.

COVID-19-un ikinci mümkün dalğası ilə bağlı xəbərdarlıqlar fonunda Xəzər regionu hökumətləri testləşdirmə potensialını artırmaq, səhiyyə sistemini və sanitar-epidemioloji xidməti gücləndirmək və əhalinin həssas qruplarına yardım göstərmək məqsədilə sosial proqramları genişləndirmək üçün fəal çalışırlar. Müzakirələr zamanı virusun yayılmasının qarşısını almaq və ehtiyat tədbirlərinin sosial və iqtisadi təsirinə məruz qalan vətəndaşları dəstəkləmək məqsədilə Xəzər regionu ölkələri arasında regional və beynəlxalq əməkdaşlıq və qarşılıqlı yardım zərurəti də nəzərdən keçirilib.

Xəzər Siyasi Mərkəzi qərargahı ABŞ-ın Vaşinqton şəhərində yerləşən müstəqil qeyri-kommersiya araşdırma və təhlil mərkəzidir. Xəzər regionunun iqtisadiyyatı, siyasəti, energetikası və təhlükəsizliyi məsələləri Mərkəzin əsas tədqiqat fokusunu təşkil edir.

Şərqlə Qərbin kəsişməsində yerləşən Xəzər regionu iqtisadi və geosiyasi inkişaf üçün çox böyük potensiala malikdir və artan qlobal maraq dairəsinə çevrilir. 2016-cı ildə yaradılan Mərkəz müxtəlif məlumatların nəşri, tədbirlərin təşkili və Xəzər regionunun hərtərəfli anlaşılmasını stimullaşdıran layihələrin təşəbbüsü ilə Xəzər regionunda əsas tədqiqat və müzakirə platforması olmağı hədəfləyir.

İnklüziv, elmi və innovativ yanaşma sayəsində Xəzər Siyasi Mərkəzi həm regionun, həm də ABŞ-ın müxtəlif akademik, işgüzar və siyasi fikirlərinin qarşılıqlı əlaqədə olduğu və Xəzər regionunun vacib məsələlərinin nəzərdən keçirildiyi platformadır.

Daha ətraflı məlumatı caspianpolicy.org saytından əldə edə bilərsiniz.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 598   Tarix: 28 may 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Vəfat edən atasından yazdı: "Yarım qaldı hər şey"

Bir neçə gün öncə atası vəfat edən müğənni Koray Avcı sosial şəbəkə paylaşımı ilə gündəmə gəlib. Axşam.az-a istinadən xəbər verir ki, atasının fotosunu paylaşan sənətçi hisslərini belə ifadə edib:. "Mənə belə baxdığının heç fərqində olmamışam. Heç oturub içki də içmədik səninlə. Aşiq olduğumu d

17.09.2021 1693
.

Bu qidalar vitaminlə zəngindir - MÜTLƏQ YEYİN

Vitamin, mineral və antioksidantlarla zəngin qidalar az kalori ilə maksimum qida dəyərinə malik məhsullardır. Bu tip qida məhsullarına, həmçinin super qidalar da deyilir. -ın məlumatına görə, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutundan bildirilib ki, gündəlik qida rasionunda super qidaların istehlakın

18.09.2021 930
.

İstirahət gününün havası açıqlandı

Sentyabrın 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 18-21 isti, gündüz 25-28 isti

18.09.2021 459
.

Türkiyəli professor: "Yoluxma azalmasa, qapanmaya getməli olacağıq"

"Tam qapanma yoluxma sayındakı artımdan sonra yenidən gündəmə gələ bilər". "Report" "Posta"ya istinadən xəbər verir ki, bunu türkiyəli professor Faruk Aydın deyib. "Qış çox ağır keçəcək. Qapanmaya getməmək üçün mübarizə aparırıq. Amma yoluxma sayını azalda bilməsək

18.09.2021 1281
.

Nəriman Abbasov Həbib Nurməhəmmədovun qohumuna nokautla qalib gəldi - VİDEO

Bu gecə Moskvada rusiyalı sabiq UFC çempionu Həbib Nurməhəmmədovun atası Əbdülmanaf Nurməhəmmədovun xatirəsinə həsr edilən turnir keçirilib. xəbər verir ki, yarış çərçivəsində azərbaycanlı döyüşçü Nəriman Abbasov rusiyalı Şamil Zavurovla qarşılaşıb. Abbasov rəqibini ilk raunddaca nokauta salıb. Qey

18.09.2021 831
.

Pelenin səhhəti yenidən pisləşib

Futbol üzrə üçqat dünya çempionu Pelenin səhhəti yenidən pisləşib. O, San-Pauludakı "Albert Enşteyn" xəstəxanasının yarımintensiv terapiya şöbəsinə köçürülüb. Braziliyalı futbol əfsanəsinin qırtlaq bölgəsində problemlər aşkar edilib. Ağırlaşmanın müvəqqəti olduğu, xüsusi müalicə və qulluq sayəsind

17.09.2021 585
.

Tanınmış mədəniyyət xadimləri Şuşada

Azərbaycanın tanınmış mədəniyyət xadimləri Şuşada səfərdədirlər. Unikal.org-un məlumatına görə, mədəniyyət xadimləri Şuşaya səfər çərçivəsində burada keçiriləcək Üzeyir Hacıbəyli XII Beynəlxalq Musiqi Festivalına qatılacaq, dahi bəstəkarın ölməz əsərlərini 29 ildən sonra işğaldan azad edilən Üzeyir yurdund

18.09.2021 814
.

MN: "Minaatan bölmələri hədəflərə döyüş atışları yerinə yetirir" - VİDEO

2021-ci ilin döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Ordusunun minaatan bölmələri ilə keçirilən intensiv döyüş hazırlığı məşğələləri davam edir. Müdafiə Nazirliyindən BİG.AZ-a verilən məlumata görə, məşğələlərdə batareyanın atəş mövqeyini tutması və komanda müşahidə məntəqəsinin açılması tapşırıqlar

18.09.2021 245
.

Kosmosa tarixi uçuşdan ilk görüntülər - FOTOLAR

Xəbər verdiyimiz kimi, hamısı mülki şəxslərdən ibarət olan dörd nəfəri daşıyan kosmik gəmi kosmosa göndərilib. "Qafqazinfo" xəbər verir ki, "SpaceX" kosmos turistlərinin ilk görüntülərini yayımlayıb. Həmin görüntüləri təqdim edirik:

18.09.2021 888