"Prezident belə biabırçılığa dözən adam deyil" - Çingiz Abdullayev

"Prezident belə biabırçılığa dözən adam deyil" - Çingiz AbdullayevXalq yazıçısı, Yazıçılar Birliyinin katibi Çingiz Abdullayevin Yenisabah.az-a müsahibəsi:

- Çingiz müəllim, icra başçılarının, digər yüksək rütbəli məmurların həbsi çoxları üçün gözlənilməz oldu. Siz necə, rüşvətxor və korrupsioner məmurların bir gün cəzalandırılacağına inanırdınızmı?

- Mən hər zaman inanırdım. Həmişə bizim prezidentə inanıram, mən onu çoxdan tanıyıram və bilirdim ki, belə şeyləri gözdən qaçırmazdı, o belə biabırçılığa dözən adam deyil. Ona görə mən o adamların bir gün cəzalandırılacağına inanırdım. Tək sonuncu baş verən hadisələrdə deyil, bundan əvvəl də cəzalandırılanlar olub. Son on beş ildə nə qədər rüşvətxor işdən çıxarılıb, nə qədər vəzifədən uzaqlaşdırılanlar olub. Heyif ki, bunlar insanların yadına düşmür. Rüşvətxorluqla mübarizə çoxdan aparılır, sadəcə indi daha ciddi formada oldu.

- Son vaxtlar hakimiyyət komandasında yenilənmə baş verir. Sizcə, gənc kadrların irəli çəkilməsi ölkədə korrupsiyanın önünü kəsəcəkmi?

- Mən hesab edirəm ki, cavanlara yol verilməlidir. Vəzifədə nə qədər çox cavan kadrlar olarsa, o qədər yaxşıdır. Bu proses bütün dünyada gedir, həmçinin bizdə də. Baxın, Rusiyaya, orada nazirlər çoxsu cavandırlar. Mən düşünürəm ki, bu yalnız Azərbaycanda deyil, bütün dünya ölkələrində bu proses gedir. Və təbii ki, bu həyatdır, istəsən də, istəməsən də yaşlılar gedir, cavanlar gəlir. Bu hər zaman olub və olacaq da.

- Belə bir iddia var ki, rüşvət verən olmasa, alan da olmaz. Məmurlar arasında rüşvətin populyarlaşmasında həm də cəmiyyəti günahlandıranlar var, bununla razısınız?

- Yox, bu fikirlərlə razı deyiləm. Düzdür, mən özüm heç vaxt rüşvət verməmişəm, heç vaxt da almamışam. Artıq müəyyən bir yaşım var və 33 ildir Yazıçılar İttifaqının katibi vəzifəsindəyəm. Və mən bu vəzifəyə seçilirəm, təyin olunmuram. Bu illər ərzində bir adam deyə bilməz ki, bir qəpik kimdənsə nə isə almışam. Mən rüşvət verən adamları başa düşürəm, onları məcbur belə vəziyyətə salırlar, onlar da məcbur qalıb pul verir.

Digər tərəfdən də mən hər həftə çıxışlar edirəm, insanlarla görüşürəm, mən bu görüşlərdə yüzlərlə, minlərlə adamdan soruşmuşam ki, ASAN xidmət yaradılıb, kim orada rüşvət verib? İndiyə qədər neçə adamdan bunu soruşmuşam və inanın, bir nəfər belə mənə deməyib ki, "Mən Asan xidmətdə rüşvət vermişəm". Milyonlarla adam var ki, oranın xidmətlərindən istifadə edir və rüşvət vermir. Görünür bu vəziyyətdən asılıdır.

Bir misal çəkim, əvvəllər bir insanın xəstəsi vardısa və təcili xaricə getməli idisə, xarici pasportu tez almaq üçün pul tapıb verirdi. Sonra başa düşdülər ki, bu, belə olmaz, bir sistem yaratmaq lazımdır, kim pasportunu tez almaq istəyirsə pul verə bilər, amma qanuni yolla. ASAN xidmətə getsin, dövlət rüsumunu ödəsin və bir günə pasportunu alsın. Onları da başa düşmək lazımdır, elə hər mövzuda cəmiyyət pisdir demək olmaz, cəmiyyət pis deyil, sadəcə insanlar məcbur qalıblar.

Ona görə elə bir sistem yaradılmalıdır ki, insanlar rüşvət verməyə məcbur olmasınlar. Bu baxımdan mən ASAN xidməti çox dəstəkləyirəm. Bir neçə il bundan öncə mənə desəydilər ki, bütün sənədləri, arayışları gedib belə bir yerdən rahat almaq mümkün olacaq inanmazdım. Hesab edirəm ki, bu sistem nümunədir və belə də olmalıdır. Belə olarsa, heç kəs rüşvət verməyəcək.

İnsanları qınamaq olmaz, ona görə ki, rüşvətxorlar qəsdlə insanları belə vəziyyətə salırlar. Ona görə sistem dəyişməlidir ki, insanlar rüşvət verməsinlər. Rüşvət insanı alçaldır, həm verəni, həm də alanı. Rüşvəti alan da başa düşməlidir, o bilir ki, bu qanunsuzdur, rüşvətxor özü öz yerini çox yaxşı bilir, bilir ki, Allahsız iş görür və vicdansızdır.

- Çingiz müəllim, bizə orta məktəbdə öyrədirdilər ki, ədəbiyyat həyatı real surətlər vasitəsilə əks etdirən söz sənətidir. Sizcə, müasir ədəbiyyat real həyatı əks etdirirmi?

- 100 faiz, bəli! Baxın bizdə Qarabağdan nə qədər yazıblar. Bu mövzuya nə qədər kitab həsr edilib. Ədəbiyyat xalqın güzgüsüdür. Və əsl yazıçı xalqın əbədiyyətdə vəkilidir, ədəbiyyatda yox. Biz bu gün Nizamini, Nəsimini oxuyanda başa düşürük ki, o dövrdə insanlar necə yaşayıb. Bu belə də olmalıdır. Ernest Heminquey demişdi ki, yazıçının vicdanı etalon metrə kimi olmalıdır. Əgər sən kiməsə yaltaqlanıb, xoş görünmək, yazıb tərifləmək istəyirsənsə, yazıçı deyilsən. Yazıçı nöqsanları da görməlidir, səhvləri də, cinayətləri də. Amma yazıçı hər zaman öz xalqının vəkili olmalıdır. Ədəbiyyat hər zaman insanları qaldırıb, onları yaxşı insan olmağa səsləyib. Kitab oxuyan adam məhz belə layiqli, vicdanlı olur. Oxumayanın isə təbii ki, vicdanı da olmur, çünki o, vicdan nədir başa düşmür. Ədəbiyyat xalqın güzgüsüdür.

- Məmurların silsilə həbsi detektiv yazarlarımız üçün mövzu sayıla bilərmi? Son vaxtlar baş verən hadisələri nə vaxtsa ədəbiyyata gətirməyi düşünürsünüzmü?

- Baxın, XIII əsrdə Dante Aligeri "İlahi komediya"nı yazmışdı. XIX əsrdə Balzak "İnsan komediyası"nı yazdı. XX əsrdə Con Qolsuorsi "Müasir komediya"nı yaratdı. Mən də XXI əsrdə "Kriminal komediya"nı yazdım. Son 30 ildə bütöv həyatımız elə kriminaldır, nəinki Azərbaycanda, bütün dünyada. Görürsünüz. İndi Amerikada da, Fransada da, İngiltərə, Rusiyada da hansı proseslər gedir. Təbii ki, mən öz kitablarımda bu məsələlərə də toxunuram.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2094   Tarix: 27 may 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Taleh Yüzbəyov həyat yoldaşını siqaretlə YANDIRDI - VİDEO

Aktyor Taleh Yüzbəyovun bloger həyat yoldaşının başına iş gəlib. xəbər verir ki, bu barədə Xatirə öz sosial şəbəkə hesabında paylaşdığı bildirib. "Bəli, mənim həyat yoldaşım siqaretlə alnımı yandırdı" - deyə o bildirib. Xatırladaq ki, cütlüyün iki övladı var

29.04.2024 1769
.

Atasını bıçaqlayan qız psixiatriya xəstəxanasına yerləşdirildi

Bakıda yaşadığı evdə atasını bıçaqlamaqda təqsirləndirilən qızın cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb. Qaynarinfo-nun məlumatına görə, 1994-cü il tarixdə Bakı şəhərində anadan olmuş Ülviyyə Şükürova (soyad şərti) 22 avqust 2023-cü il tarixdə, saat 13:30 radələrində ailə münaqişəsi zəminind

29.04.2024 498
.

Blinken və Paşinyan arasında telefon danışığl olub

ABŞ dövlət katibi Antoni Blinken Ermənistanın Baş naziri Nikol Paşinyanla telefonla danışıb. xəbər verir ki, Blinken ABŞ-nin Ermənistan və Azərbaycan arasında davamlı sülh sazişi üzrə irəliləyişə dəstəyini təsdiqləyib. "Dövlət katibi Blinken bir daha bildirib ki, Birləşmiş Ştatlar Ermənistan v

29.04.2024 187
.

"Qırğızıstan-Azərbaycan münasibətləri bundan sonra daha da möhkəmlənəcək" - DEPUTAT

"Bu gün Azərbaycanın Mərkəzi Asiya, o cümlədən regionun türkdilli dövlətləri ilə münasibətləri yeni geosiyasi reallıqlara uyğun olaraq inkişaf etdirilir. Azərbaycan Mərkəzi Asiya ölkələri arasında Qırğız Respublikası ilə münasibətlərə də böyük önəm verir. İkitərəfli əməkdaşlığın inkişafında dövlə

29.04.2024 203
.

Aytən Səfərova evə buraxılıb

Tanınmış teleaparıcı Aytən Səfərova xəstəxanadan evə buraxılıb. -ın əldə etdiyi məlumata görə, aparıcı ötən həftə xəstəxanadan çıxıb. Xatırladaq ki, aprelin 17-si saat 7 radələrində Xətai rayonunun 8 Noyabr prospekti ilə Sadıqcan küçəsinin kəsişməsində İsmayıl Məmmədovun idarə etdiyi "Hyundai ix-35"

29.04.2024 953
.

Anar Məmmədli saxlanıldı

Hüquq müdafiəçisi Anar Məmmədli saxlanılıb. "Qafqazinfo" xəbər verir ki, yaxınları A.Məmmədlinin Nərimanov rayonu ərazisində saxlanılması barədə məlumat yayıb. DİN-in Mətbuat xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı saytımıza A.Məmmədlinin saxlanılmasını təsdiq edib: "Onun barəsində araşdırm

29.04.2024 390
.

Aprelin son gününün HAVA PROQNOZU

Aprelin 30-na gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Cənub-şərq küləyi axşama doğru mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 14-17 isti

29.04.2024 336
.

Qadının telefon şifrəsini həyat yoldaşı bilməlidirmi?

Azərbaycanda kişi həyat yoldaşını telefonun gizli şifrəsini ona vermədiyi üçün döyüb. Qaynarinfo xəbər verir ki, hadisə bu il fevral ayında Abşeron rayonunda baş verib. İşlə bağlı məhkəmə prosesində kişi məsuliyyətdən azad edilib. Bəs, qadının telefonun şifrəsini həyat yoldaşı bilməlidirmir? . "Təmi

29.04.2024 454
.

Yalın Bakıda olarkən qohumu öldürüldü - FOTO

Bir neçə gün əvvəl Bakıda konsert proqramı ilə çıxış edən türk müğənni Yalına ağır itki üz verib. OLAY yazır ki, sənətçi ölkəmizdə olarkən onun yaxın qohumu öldürülüb. Selin Yalın adlı plastik cərrah evində sevgilisi tərəfindən qətlə yetirilib. Hadisə 24 aprel saat 23:00 radələrində baş verib. Həmi

29.04.2024 654