Əməkdar artist: "İlhamə Quliyeva vampir kimi enerjimi alırdı" - VİDEO

Əməkdar artist: "İlhamə Quliyeva vampir kimi enerjimi alırdı" - VİDEO"İlhamə Quliyeva mənimlə dalaşandan sonra yanında çalışan insanlar vasitəsilə söz göndərirdi ki, efirə çıxanda ona salam yollayım. Deyirdi, Elzanın xətrini çox istəyirəm, sadəcə, məni öyrətdilər ki, onunla dalaşım".

Bunu Əməkdar artist Elza Seyidcahan "Xəzər" telekanalında yayımlanan "Ay Zaur" axşam şousunda qonaq olarkən deyib.

Sənətçi proqramın aparıcısı Zaur Kamalın xahişindən sonra mərhum Xalq artisti İlhamə Quliyeva ilə münasibətlərindən söhbət açıb:

"İlhamə xanım mənim bir zəngimə evimə gəlirdi. Uşaqlarımın toyunda iştirak edib. İlhamə xanım restoranlarda otururdu. Zəng vururdu müğənnilərə ki, gəlsinlər onun olduğu yerə. Həmin şəxs mütləq gəlməli idi.

Mən bu çağırışlara getmirdim. Gedəndə də görürdüm ki, qeybət edib, sənətçiləri məsxərəyə qoyur. Həmin qeybətləri təsdiqləməli, yalandan üzünə gülməli idim. Bunları isə edə bilmirdim. Müğənnilərə özünəməxsus şəkildə təxəllüslər verirdi, ətrafındakı insanlar da baxıb gülürdülər.

İlhamə xanımın aurası insanı yorurdu. Deyirlər, insanlar var ki, vampirdirlər. Bir var, sənə müsbət enerji verir, bir də var, sənin enerjini alır. Hiss etdim ki, bu qadın mənim enerjimi alır. Ona görə ondan uzaqlaşdım".

Daha sonra E.Seyidcahan şou-biznesdə küsülü olduğu həmkarlarından danışıb:

"Baş verən hadisələri görürsünüz. Hər şey gözünüzün qarşısında yaşanır. Elə insanlar var ki, onlara salam verib, yanlarında oturmaqla özüm səhv etmişəm. Ona görə də sonra başıma bu cür hadisələr gəlib. Amma elə adamlar var ki, onlarla küsüb, yenidən barışmışam. Nə olar ki? Hər evdə söz-söhbət olur. Deyirlər ki, çəkişməsən, bərkişməzsən".

oxu.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 3136   Tarix: 25 may 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Açıq geyinmirəm, övladımın gələcəyi var"

Ana olmağa hazırlaşan müğənni Aysun İsmayılova açıqlaması ilə diqqət çəkib. OLAY yazır ki, ifaçı bu barədə "Xəbər-ətər" verilişində danışıb. Aysun deyib ki, hamiləliyindən sonra geyiminə diqqət edir:. "Çalışıram, açıq, dekolte geyinməyim. Özümə sərhədlər qoyuram. Çünki övladımın gələcəy

03.05.2024 860
.

Kərimin biznesi batdı

Müğənni Kərim Abbasov ilin əvvəlində açdığı restoranı bağlayıb. Axşam.az xəbər verir ki, bu barədə sənətçi "Xəbərin var?" verilişində qonaq olarkən danışıb. O, müəyyən problemlərlə üzləşdiyini bildirib:. "Yanvarda açdığım restoranı bağladım, çox getmədi. Müəyyən problemlər yarandı. He

01.05.2024 1095
.

Bella Hadid sevgilisi ilə görüntüləndi - Foto

Məşhur ulduz Bella Hadid sevgilisi ilə görüntülənib. Axşam.az xəbər verir ki, model təxminən bir il əvvəl xroniki xəstəliyinin şiddətlənməsindən sonra karyerasına fasilə verib. Lakin bu yaxınlarda o, yeni məhsulunu təqdim edib. Bella və onun kovboy sevgilisi Adan Banuelos Nyu-Yorka öz brendi "Orebella"nı

18:30 0
.

"Aygün Kazımovanın yerini heç kim tuta bilməz"

"Mən Aygün Kazımovanın etdiklərinə tab gətirə bilmərəm. O mənim üçün divadır. Sənətkarı illər bu yerə gətirir". Axşam.az xəbər verir ki, bu sözləri müğənni Xatun Əliyeva "Gül kimi şou" verilişində deyib. Sənətçi Xalq artisti Aygün Kazımovanın yerini heç kimin tuta bilməyəcəyini qey

03.05.2024 607
.

Yıldız Tilbe qəzaya düşdü

Türkiyəli müğənni Yıldız Tilbe ötən gün qəza keçirib. Axşam.az xəbər verir ki, bu barədə türk mediası məlumat yayıb. Bildirilib ki, ifaçının idarə etdiyi maşın eyni istiqamətdə hərəkət edən digər avtomobilə çırpılıb. Qəza nəticəsində ölən və yaralanan olmayıb. Günah Tilbedə olduğu üçün o, cəzalandırılı

10:25 272
.

"Kasıb ölmək sənin səhvindir"

Müğənni Ayan Babakişiyeva paylaşımı ilə müzakirə yaradıb. OLAY yazır ki, o, ailə həyatından və maddi durumundan danışan imkansız gəncin müsahibəsini paylaşaraq sərt sözlər qeyd edib:. "Kasıb olmaq ayıb deyil, amma kasıb ölmək sənin səhvindir. Əgər yaşadığın ölkədə iş varsa, get, tap işlə. O qədə

01.05.2024 1065
.

Aygün Kazımova və Namiq Qaraçuxurlu illər sonra bunu etdi

"Tezliklə Aygün Kazımova ilə yeni duetimizi təqdim edəcəyik". Axşam.az xəbər verir ki, bu sözləri meyxanaçı Namiq Qaraçuxurlu "İncə səhər" verilişində deyib. Sənətçi Xalq artisti Aygün Kazımova ilə hazırladıqları yeni duetdən danışıb. O bildirib ki, illər sonra hazırladıqları layihən

10:47 458
.

Günay efirdə göz yaşlarına "QƏRQ OLDU" - VİDEO

Teleaparıcı Günay Baxşəliyeva aparıcısı olduğu "Günaylı gün" verilişində duyğusal anlar yaşayıb. xəbər verir ki, buna səbəb verilişdə qonaq olan həkim Xariqə xanımın qardaşının şəhid olduğu gün olması olub. Canlı efirin qonağı olan muğam ifaçısı, Xalq Artisti Könül Xasıyevanın ifası zaman

02.05.2024 1184
.

"Ərimi bu xanımlara qısqanıram, gözü qaça bilər..." - VİDEO

Müğənni Qumral ərini açıq-saçıq geyimli xanımlara qısqandığını bildirib. BİG.AZ -a istinadən xəbər verir ki, bu barədə o, "Xəbərin var?" verilişində danışıb. İfaçı ərinin geyimlərinə bəzən irad tutduğunu da açıqlayıb:. "Bəzən həyat yoldaşım geyimlərimə qarışır, deyir ki, bunu geyinmə

18:02 0