Penitensiar xidmətin 40 əməkdaşı ədliyyə orqanlarından xaric edilib, iki nəfər istintaqa cəlb olunub

Penitensiar xidmətin 40 əməkdaşı ədliyyə orqanlarından xaric edilib, iki nəfər istintaqa cəlb olunubAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə müasir çağırışlara uyğun ardıcıl genişmiqyaslı islahatlar həyata keçirilir, təhlükəli sosial bəla olan korrupsiyaya qarşı amansız mübarizə aparılır, yerli və mərkəzi icra orqanlarının fəaliyyətində yol verilən pozuntular aşkar olunaraq ən sərt tədbirlər görülür.

Ədliyyə Nazirliyindən verilən məlumata görə, bununla bağlı dövlət başçısının keçirdiyi müşavirələrdə verdiyi tapşırıqlar, xüsusilə hüquq mühafizə orqanlarının qarşısında irəli sürdüyü göstərişlər Ədliyyə Nazirliyinin Kollegiya iclasında müzakirə olunaraq xüsusi tədbirlər müəyyən olunub, o cümlədən tabe qurumların kollektivləri ilə video-əlaqə vasitəsilə müşavirələr keçirilir.

Mayın 23-də Ədliyyə naziri Fikrət Məmmədovun sədrliyi ilə Penitensiar və Tibb xidmətlərinin rəhbərliyinin, cəzaçəkmə müəssisələri rəislərinin, habelə nazirliyin digər aidiyyəti məsul işçilərinin iştirakı ilə videokonfrans formatında əməliyyat müşavirəsi keçirilib.

Çıxış edən nazir ölkə Prezidenti İlham Əliyevin güclü siyasi iradəsi ilə respublikamızın hərtərəfli davamlı inkişafını, qlobal pandemiya olan COVİD-19 infeksiyasına qarşı görülən qəti tədbirləri qeyd edib, dövlət başçısının və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın insanlara qayğılı və həssas münasibətindən, əhalinin təhlükəsizliyinə, sağlamlığına və rifahına yönələn tədbirlərdən bəhs edib.
İclasda dövlət başçısının korrupsiyanın yolverilməzliyi, şəffaflığın və vətəndaş məmnunluğunun artırılması ilə bağlı tapşırıqlarından irəli gələn vəzifələr müzakirə olunub, mövcud nöqsan və çatışmazlıqların aradan qaldırılması ilə bağlı qəti tapşırıqlar verilib.

Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsinə və cəza siyasətinin humanistləşdirilməsinə dair ölkə Prezidentinin 2017-ci il 10 fevral tarixli Sərəncamının müstəsna əhəmiyyəti qeyd olunaraq, bu sahədə görülən işlərə toxunulub. Dövlət başçısının humanist siyasətinin təzahürü olaraq aprelin 6-da imzaladığı Əfv Sərəncamı ilə yaşı 65-dən yuxarı olan 176 nəfər məhkumun azadlığa buraxıldığı vurğulanıb.

Həmçinin məhkumları vaxtından əvvəl şərti azadetmə institutu pandemiya dövründə geniş tətbiq olunaraq 624 məhkumun azadlığa buraxıldığı, 310 həbs edilmiş şəxsin isə ev dustaqlığı və digər alternativ qətimkan tədbirlərinin tətbiqi nəticəsində həbsdən azad edildiyi qeyd olunub.

Nazir penitensiar xidmətin fəaliyyətinin dövlət başçısının tapşırıqlarına uyğun qurulmasını, bu sahədə mövcud nöqsan və çatışmazlıqların aradan qaldırılmasını diqqətə çatdırıb. Bəzi əməkdaşlar tərəfindən xidməti vəzifələrinin icrasına laqeyd yanaşılmasını, neqativ hallara və korrupsiyaya şərait yaradan pozuntulara yol verilməsini qeyd edərək bunların insanları narazı saldığını, şikayətlər doğurduğunu bildirib.

Bununla bağlı sui-istifadə, vətəndaşların haqlı narazılığına səbəb olan pozuntulara, o cümlədən korrupsiyaya şərait yaradan hallara görə son iki ildə Penitensiar xidmətin 470-ə yaxın əməkdaşı intizam məsuliyyətinə cəlb olunub, onlardan 40 nəfəri ədliyyə orqanlarından xaric edilib və ya vəzifədən azad olunub, iki nəfər barəsində materiallar istintaqa verilib.

Müşavirədə ölkə başçısının dürüstlük, şəffaflıq, ədalət, xalqa xidmət və qanunun aliliyi prinsiplərinin üstün tutulması barədə tələblərinin hər bir əməkdaşın fəaliyyətində rəhbər tutulmasının zəruriliyini vurğulayıb, qanunçuluğa, etik davranış qaydalarına dönmədən əməl olunmasının, vətəndaş-məmur münasibətlərinin sağlam zəmində qurulmasının, insanların müraciətlərinə hər zaman qayğı və həssaslıqla yanaşılmasının hər bir əməkdaşın ümdə vəzifəsi olduğu bildirilib.

Bununla yanaşı, ədliyyə işçisinin adına və nüfuzuna xələl gətirən hərəkətlərin yolverilməzliyi, lazımi nəticə çıxarmayan və işində dönüş yaratmayan əməkdaşların penitensiar sistemdə yer olmadığı və qanun pozuntularına qarşı ən ciddi tədbirlərin görüləcəyi qeyd edilib.

Nazir həmçinin, məhkumların və təqsirləndirilən şəxslərin hüquqlarının daha etibarlı təmin olunmasını, rejim qaydalarına dürüst əməl edilməsini, tərbiyə işinin, nizam-intizamın, təhlükəsizlik və mühafizə tədbirlərinin gücləndirilməsini Penitensiar xidmət və tabe müəssisələrin rəhbərlərindən tələb edib.

Eyni zamanda, penitensiar və tibb xidmətlərinin işinin səmərəliliyinin artırılması, kadr işinin təkmilləşdirilməsi, əməkdaşların peşəkarlığının və məsuliyyət hissinin yüksəldilməsi, tabe qurumların fəaliyyətinə təsirli nəzarətin artırılması ilə bağlı konkret göstərişlər verilib. Ölkə başçısının korrupsiyaya qarşı mübarizədə xüsusi önəm verdiyi şəffaflığın və ictimai nəzarətin gücləndirilməsi ilə bağlı tapşırıqlar diqqətə çatdırılıb.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1286   Tarix: 23 may 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

FHN leysan nəticəsində köməksiz qalan vətəndaşları xilas etdi -VİDEO

Güclü leysan yağışları nəticəsində Qusar rayonunun Urva kəndi istiqamətində bir qrup vətəndaşın köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub. -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərinə görə

18.09.2021 523
.

MN: "Minaatan bölmələri hədəflərə döyüş atışları yerinə yetirir" - VİDEO

2021-ci ilin döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Ordusunun minaatan bölmələri ilə keçirilən intensiv döyüş hazırlığı məşğələləri davam edir. Müdafiə Nazirliyindən BİG.AZ-a verilən məlumata görə, məşğələlərdə batareyanın atəş mövqeyini tutması və komanda müşahidə məntəqəsinin açılması tapşırıqlar

18.09.2021 245
.

Səməd Seyidovun rəhbəri olduğu Mərkəz bağlandı

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçısı olduğu Siyasi Psixologiya Mərkəzi (SPM) fəaliyyətini dayandırıb. Mərkəzin fəaliyyətini dayandırmasına səbəb maliyyə problemini

18.09.2021 865
.

Maqsud Mahmudov Ukraynada tutularaq Azərbaycana gətirildi - RƏSMİ

2020-ci ilin yanvar ayının 10-dan Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu bu il iyul ayında Ukrayna Respublikası ərazisində tutulub. Bu barədə Baş Prokurorlu

18.09.2021 2678
.

Azərbaycanda istehsal ediləcək avtomobillərin qiyməti açıqlandı - 17 min manata...

Hacıqabul Sənaye Məhəlləsində istehsal ediləcək minik avtomobillərinin qiyməti 17-20 min manat təşkil edəcək. Bu barədə "Azərbaycan Avtomobil İstehsalçıları Assosiasiyası" İctimai Birliyinin rəhbəri Emin Axundov deyib. "Minik avtomobillərinin növbəti aydan satışa çıxarılması planlaşdırılır

18.09.2021 1109
.

Pelenin səhhəti yenidən pisləşib

Futbol üzrə üçqat dünya çempionu Pelenin səhhəti yenidən pisləşib. O, San-Pauludakı "Albert Enşteyn" xəstəxanasının yarımintensiv terapiya şöbəsinə köçürülüb. Braziliyalı futbol əfsanəsinin qırtlaq bölgəsində problemlər aşkar edilib. Ağırlaşmanın müvəqqəti olduğu, xüsusi müalicə və qulluq sayəsind

17.09.2021 585
.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

"Türkiyə Silahlı Qüvvələri tarixi məsuliyyət hissi ilə dost və qardaş ölkələrin yanındadır". "Report"un xəbərinə görə, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib. Onun sözlərinə görə, bu çərçivədə Azərbaycan və Liviyada hərbi təlim, yardım və məsləhətçilik fəaliyyətlər

18.09.2021 278
.

Təhsil Nazirliyindən tələbələrə ŞAD XƏBƏR

Oktyabrın əvvəlindən təhsil tələbə kreditlərinin verilməsinə başlayacağıq. XəzərXəbər xəbər verir ki, bunu Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli Trend-in sualını cavablandırarkən deyib. N.Məmmədli bildirib ki, kreditin verilməsi qaydası da müyyənləşdirilib:

18.09.2021 2497
.

Biləsuvarda buğa məktəb direktorunun qabırğasını sındırdı

Biləsuvar rayonunda 7 il bəslədiyi buğa direktor müavinini xəstəxanalıq edib. -a istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Cürəli kəndində məktəb direktoru Alim Hacıyevin yaşadığı ünvanda olub. Hacıyev həyətyanı sahədəki təssərrüfatında mal-qaraya qulluq edərkən buğa ona qəfil hücum edib. Nəticəd

18.09.2021 995