Deputat: "Almaniya işğalçı Ermənistana ciddi zərbə vurub"

Deputat: "Almaniya işğalçı Ermənistana ciddi zərbə vurub""Almaniya Ermənistanın və separatçı qurumun Avropadakı fəaliyyətinə ciddi zərbə vurub".

Bunu "Report"a açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini, deputat Hikmət Babaoğlu deyib.

O bildirib ki, Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarında qondarma Dağlıq Qarabağ adlı qurum yaradaraq onu beynəlxalq hüququn subyekti kimi dünyaya tanıtmaq istəyir.

H.Babaoğlunun fikrincə, ermənilər beləliklə, status-kvonu legitimləşdirərək işğal etdiyi torpaqları özününküləşdirməyə çalışır: "Ancaq Azərbaycan diplomatiyasının səyi nəticəsində Ermənistanın irəliyə doğru atmaq istədiyi hər bir addım bumeranq effekti ilə özünə qarşı zərbəyə çevrilir.

Almaniya XİN-in yaydığı son bəyanatda bir daha Dağlıq Qarabağ adlı bir qurumu tanımadığının bəyan edilməsi bu ölkənin beynəlxalq hüquqa, BMT nizamnaməsinə və Helsinki yekun aktının prinsiplərinə sadiq olmasının nümunəsidir. Çünki bütün bu sənədlərdə dövlətlərin ərazi bütövlüyü və suverenliyinin qorunması prinsipi irəli sürülür və müdafiə edilir. Ancaq Almaniya XİN-in bəyanatı təkcə bununla izah edilməməli, həm də Almaniya-Azərbaycan münasibətləri kontekstində qiymətləndirilməlidir. İki ölkə arasında mövcud olan bərəbərhüquqlu tərəfdaşlıq münasibətləri get-gedə inkişaf etməkdədir. Azərbaycan bu ölkə ilə həm Avropa İttifaqına üzv olan ölkələr çərçivəsində, həm də ikitərəfli müstəvidə yaxşı əlaqələr qura bilib. Unutmaq olmaz ki , Avropa İttifaqı Azərbaycanın ən mühüm ticarət tərəfdaşlarındandır".

Deputat: "Almaniya işğalçı Ermənistana ciddi zərbə vurub"Komitə sədrinin müavini vurğulayıb ki, bundan başqa, Avropanın enerji təhlükəsizliyinin təmin edilməsi və sahəsində Azərbaycan çox mühüm əhəmiyyətli enerji layihələri həyata keçirib və bununla da Avropanın enerji daşıyıcıları ilə təminatı bir qədər daha şaxələndirilmiş olub: "Hazırkı enerji təhlükəsizliyi baxımından bu çox vacibdir. Bundan başqa, ölkəmizin həyata keçirdiyi qlobal yol – nəqliyyat layihələri də tarixi İpək Yolunu bərpa etməklə uzunmüddətli və xeyli təhlükəli hesab edilən dəniz vasitəsilə yükdaşımalra yeni alternativ yaradıb. Bütün bunlar Azərbaycanın beynəlxalq münasibətlər sistemində yerinin və rolunun daha da artmasına səbəb olub".

H.Babaoğlu deyib ki, bir müddət öncə Fransanın müstəqil məhkəmələri tərəfindən də qondarma rejimlə əlaqə yaradan qurumların anlaşmaları ləğv edilib: "Bütün bunlar əslində güclənən Azərbaycana adekvat münasibətin göstəriciləri hesab edilə bilər. Almaniyada eyni zamanda qeyri-qanuni qurumun siyasi reklamını həyata keçirən müxtəlif resursların da fəaliyyəti qadağan edilib ki, bu işğalçı Ermənistanın və separatçı qurumun Avropadakı fəaliyyətinə ciddi zərbə vurub. Ancaq, şübhəsiz ki , bu cür qərarlar bundan sonra da alınmaqla Avropada işğalçı dövlətin ictimai rəyə təsir etməyə hesablanmış hər cür fəaliyyəti məhdudlaşdırılmalıdır. Bu, Azərbaycan xarici siyasətinin əsas prirorietlərindən biridir. Torpaqlarımız işğaldan azad edilənə qədər də bu siyasət davam etdiriləcək".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 968   Tarix: 23 may 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Nazirdən məktəblərdə şagird sıxlığı ilə bağlı AÇIQLAMA - VİDEO

Təhsil naziri Emin Əmrullayev bəzi məktəblərdə sıxlığın yaranmasına aydınlıq gətirib. Nazir Baku TV-yə eksklüziv müsahibəsində bildirib ki, Azərbaycanda valideynə övladı üçün həm məktəb, həm də müəllim seçmək hüququ verilib:. "Valideyn elektron qeydiyyatdan keçdikdən sonra bütün sinifləri sistemd

18.09.2021 1643
.

Azərbaycanda BƏDBƏXT HADİSƏ: Uşaq əlini yuyarkən su kanalında batıb

Şəmkir rayonunda əlini yuyarkən su kanalına düşüb. -ın məlumatına görə, hadisə rayonun Qılıncbəyli kəndində qeydə alınıb. 2012-ci il təvəllüdlü Nihat Tağıyev kənd ərazisində yerləşən kanalda əlini yuyarkən ayağı sürüşüb və batıb. Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Faktla bağl

18.09.2021 914
.

Azərbaycan polisindən ermənilərə süngülü dərs - VİDEO

Gorus-Qafan yolu üzərində xidmət göstərən Azərbaycan polisi yoldan keçmək istəyən ermənilərə dərs verib. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə üzərində qondarma respublikanın "bayrağ"ı olan avtomobilin postdan keçmək üçün yaxınlaşdığı görünür. Postd

18.09.2021 988
.

Azərbaycanda istehsal ediləcək avtomobillərin qiyməti açıqlandı - 17 min manata...

Hacıqabul Sənaye Məhəlləsində istehsal ediləcək minik avtomobillərinin qiyməti 17-20 min manat təşkil edəcək. Bu barədə "Azərbaycan Avtomobil İstehsalçıları Assosiasiyası" İctimai Birliyinin rəhbəri Emin Axundov deyib. "Minik avtomobillərinin növbəti aydan satışa çıxarılması planlaşdırılır

18.09.2021 1109
.

Maqsud Mahmudov Azərbaycana belə gətirildi - VİDEO

Xəbər verdiyimiz kimi, axtarışda olan keçmiş iş adamı Maqsud Mahmudov Ukraynada saxlanılıb. "Qafqazinfo" Maqsud Mahmudovun Azərbaycana deportasiya edilməsinin görüntülərini əldə edib. Videodan görünür ki, o, aeroportdan Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən maşına yerləşdirilərək aidiyyət

18.09.2021 2568
.

Cənub bölgəsi ilə bağlı "12-dən sonra işləmir" deyimi haradan yaranıb?

Niyə bəziləri talışlar haqqında "saat 12-dən sonra işləmir" ifadəsini istifadə edirlər?. xəbər verir ki, bu barədə aparıcı, nitq təlimçisi Cəlalə Nəzəroğlu sosial şəbəkədə paylaşım edib. O bildirib ki, bu deyim talışların fiziki işlərinə görə yaranıb:. "Çox təəssüf ki, bizdə bəziləri insanlar

18.09.2021 1826
.

Şairdən Üzeyir Hacıbəyliyə qəribə təbrik: "Bunu sənə bağışlamaq olmur..."

"Xöşbəxt adamsan ki, Azərbaycan musiqisinin bu gününü görmədin". Qaynarinfo xəbər verir ki, bunu nəğməkar şair, Əməkdar İncəsənət Xadimi Baba Vəziroğlu dahi bəstəkar Üzeyir Hacıbəylini ad günü ilə əlaqədar təbrikdə yazıb. Şair bildirib ki, Üzeyir bəyin vaxtsız ölümü ilə Azərbaycan musiqis

18.09.2021 3544
.

Kosmosa tarixi uçuşdan ilk görüntülər - FOTOLAR

Xəbər verdiyimiz kimi, hamısı mülki şəxslərdən ibarət olan dörd nəfəri daşıyan kosmik gəmi kosmosa göndərilib. "Qafqazinfo" xəbər verir ki, "SpaceX" kosmos turistlərinin ilk görüntülərini yayımlayıb. Həmin görüntüləri təqdim edirik:

18.09.2021 888
.

İsveçdə Azərbaycan vətəndaşı itkin düşüb

İsveçin Arvika şəhərində azərbaycanlı itkin düşüb. "Report"un Avropa bürosunun məlumatına görə, Azərbaycan vətəndaşı, 39 yaşlı İltimas Mirzəyevdən sentyabrın 15-dən etibarən xəbər almaq mümkün olmayıb. O, evdən çıxdıqdan bir qədər sonra əlaqə kəsilib. Hazırda polis azərbaycanlının axtarışın

18.09.2021 443