Nərgiz Cəlilova: "Tamaşaçılar insanların yazıq vəziyyətini görmək istəyirlər"

Nərgiz Cəlilova: "Tamaşaçılar insanların yazıq vəziyyətini görmək istəyirlər""Ehtiyac olmadan küçəyə çıxmadım. Yalnız işlə bağlı televiziyaya gedib-gəlirdim. Qalan günlər evdə otururdum. Karantin rejimi elan olunan ilk günlərdə pərişan idim, özümü heç yaxşı hiss etmirdim. Deyirlər ki, insan zülmə tabedir. Sonra buna alışmağa başladım. İndi qadağalar yumşaldılıb, ovqatımız yerinə gəlir".

Oxu.Az xəbər verir ki, bunu məşhur teleaparıcı Nərgiz Cəlilova "Planet Parni iz Baku" komandasının tanınmış üzvləri Tahir və Cabir İmanov qardaşlarının "Instagram"da açdıqları canlı yayımda qonaq olarkən deyib.

N.Cəlilova insanların getdikcə aqressivləşməsindən söz açıb:

"Anlamıram, insanlarda bu qədər aqressivlik haradan qaynaqlanır? Bunu çözmək istəyirəm. Hətta karantin günlərində insanlar daha çox birlikdə, biri-birinə hayan olmaqdansa, daha da uzaqlaşıb, aqressivləşdilər. Bəs bizi nə birləşdirə bilər? Əgər koronavirus pandemiyası da birləşdirə bilmədisə... Aqressivlik həddən artıq çoxdur".

İllərə meydan oxuyan teleaparıcı Azərbaycan tamaşaçısının tez-tez dilə gətirdiyi "Biz yerli telekanallara baxmırıq" fikirlərini birmənalı qarşılamayaraq, belə şərh edib:

"Zənnimcə, televiziya hər zaman müasirdir, müasir də qalmalıdır. Dövrün və zamanın tələblərinə uyğun hərəkət etməlidir. Televiziya cəmiyyətdən bir addım öndə olmalıdır. Hadisənin baş verəcəyini hiss etməlidir.

Saytlarda dərc olunan xəbərləri belə qabaqlamalıdır. Lakin çox təəssüf ki, saytlar televiziyanı qabaqlayır. Çox vaxt deyirlər ki, bizim televiziyalarımız maraqsızdır, ona görə də Azərbaycan telekanallarına baxmırıq. Bu, televiziya işçiləri üçün ən böyük təhqirdir. Amma baxanlar da var.

Televiziyanın ən vacib elementlərindən biri verilişlərdə qonaq olan şəxslərin müxtəlif fikirlər səsləndirməsidir. Eyni fikirlər başqa-başqa cümlələrlə səslənəndə tamaşaçı bezir. Çünki tamaşaçı müxtəlif fikirlər eşitmək istəyir. Fərqli təklif dinləmək istəyir. Ona görə də proqramlar maraqsız gəlir".

Tahir İmanovun səsləndirdiyi "Əməkdar artist Zöhrə Abdullayeva müəyyən hadisələrə görə bir müddət efirə çıxmadı. Amma sonra efirə dəvət aldı və mahnılarını ifa etdi. Çıxışından sonra saytların əksəriyyəti onu topa tutmağa başladı. Zöhrə xanıma dəstək olmaqdansa, ona irad tutdular ki, niyə efirə çıxıb, mahnı oxuyub. Bu, yaxşı hal deyil" sözlərinə N.Cəlilova belə reaksiya verib:

"Tamaşaçılar efirdə başqa insanların yazıq vəziyyətini görmək istəyirlər. Bu istək haradan yaranır, deyə bilmərəm. Çox gözəl ki, Zöhrə xanım özündə güc tapıb efirə çıxır. Onun halını da anlamaq lazımdır. Çünki Zöhrə xanımın dərdi böyükdür. Evə qapanmamalıdır. Biz düşünməliyik ki, onun özünə də nəsə olsun? Əlbəttə ki, yox.

Onu sevən insanlar dəstək olmalıdırlar. Qoy efirdə olsun, mahnı oxusun. Bu, axı onun peşəsidir. Belə bir deyim var, ölənlə heç kim ölmür. Allahın ona verdiyi həyatı başa vurmalıdır. Həmin dərd onsuz da Zöhrə xanımın içindədir. Təkbətək qalanda, o, oğlu ilə söhbət edir.

Bir az onun halını anlamaq lazımdır. Düşünürəm ki, biz yazıq insanları görməyi sevirik. Bilmirəm bu vərdiş haradan yaranıb. Həm pis, həm də yaxşı gündə insanın yanında olmalıyıq. Amma biz yaxşı günündə də ola bilmirik".

Yaşa dolmuş yaradıcı insan formadadırsa, təravətini itirməyibsə, ağlı başındadırsa, izləyicilər ona mütləq xoşagəlməz sözlər yazırlar, zahiri görünüşünü lağa qoyurlar. Amma yaşa dolmuş incəsənət nümayəndəsi bir problem yaşayırsa, insanların dərhal onu yazığı gəlir.

Başlayırlar ismarıcları ilə dəstək olmağa. Bu psixologiyanı başa düşə bilmirəm. Hərdən düşünürəm ki, mənim yaşımda adam özünü problemli göstərməlidir ki, ona müsbət rəylər yazsınlar. Çox qəribə məsələdir".
Bəstəkar-müğənni Murad Arifin sosial media hesabında yazdığı "Toy sektorundan yalnız musiqiçilər qazanmır, ay dayazlar. Ay dərdə sevinən bədniyyət tayfa, nədir bu qədər ailə başçısının işsizliyinə sevinmək, nədir bu ibnəlik?!" statusuna məşhur teleaparıcı da özünəməxsus şəkildə münasibət bilridib:

"Toylarla bağlı xəbərlər çıxdı ki, guya sentyabr ayına kimi keçirilməsi yasaqlanıb. Dostumuz Murad Arif sosial şəbəkə hesabında yayılan bu xəbərlərlə bağlı iradını bildirdi. Toy qadağasına sevinən insanlar, nəyə görə sevinirsiz? Ən işlək bizneslərdən biri də toy biznesidir.

Toylardan bir ordu qədər insan evinə çörəkpulu aparır. Siz sevinirsiniz ki, sabah müğənnilər toysuz, pulsuz qalacaq. Toyları idarə edən təkcə müğənnilər, musiqiçilər deyil. Orada bir ordu insan çalışır. Bu sevincin mənbəyini anlaya bilmirəm. Biz bir-birimizin kədərinə sevinirik".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 1000   Tarix: 18 may 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

"Kızıl goncalar"ın aktyorları sevgilidir - Foto

"Kızıl goncalar" serialında yaşanan eşq gerçək olub. Axşam.az xəbər verir ki, aktyorlar Mert Turakla Melis Çınar sevgilidir. Cütlük ötən gün paparatsilərin obyektivinə tuş gəlib. Turak aralarındakı münasibəti təsdiqləyərək "Olan oldu. Ən azından birlikdə poz verək ki, yaxşı düşək"

05.05.2024 772
.

"Kızılcık şerbeti"nin ulduzu eşq xəbərlərinə cavab verdi

"Kızılcık şerbeti" serialında rol alan Sıla Türkoğlu tərəf müqabili Doğukan Güngörlə haqqında çıxan eşq xəbərlərinə cavab verib. OLAY yazır ki, aktrisa bu barədə instaqram hesabında paylaşım edib. "Dünən axşam dostlarımla qatıldığım bir tədbirdən sonra bəzi səhifələrdə mən və tərəf müqabili

04.05.2024 549
.

Aygün Kazımovanın səhnə geyimi MÜZAKİRƏLƏRƏ SƏBƏB OLDU - VİDEO

Xalq artisti Aygün Kazımovanın görüntüsünün yer aldığı video marağa səbəb olub. bildirir ki, pop diva səhnə geyimi ilə adından söz etdirməyi bacarıb. Məkanların birində səhnə alan ulduzun büstqaltersiz geyimdə tamaşaçıların qarşısına çıxması diqqət çəkib. Sözügedən videonu təqdim edirik:

04.05.2024 2154
.

Xalq artistinin qızı nişanını qaytardı

Məşhur Xalq artisti Nəzakət Teymurovanın qızı Nigar Teymurova ailə quracağı şəxslə yollarını ayırıb. xəbər verir ki, Nəzakət Teymurova bununla bağlı qatıldığı proqramların birində açıqlama verib. O, qızı Nigarın təhsilini davam etdirdiyini bildirib. Qeyd edək ki, Xalq artisti qızı Nigar Teymurovanı

05.05.2024 632
.

Nigar Camal məşhur aparıcının anasını əsəbləşdirdi - VİDEO

Tanınmış aparıcı Ranar Musayev anasının Nigar Camalla görüntülərini paylaşaraq onların münasibətlərindən söz açıb. xəbər verir ki, Ranar Musayevin sözlərinə görə, yaxın dost olduqları üçün Nigar Camal ona və anasına evi sahmana salmaqda kömək edib. "Deməli, bir gün Nigar bizə evi yığışdırmağa kömə

05.05.2024 1177
.

Murad Yıldırım "Teşkilat"dan gedir

"TRT 1" kanalında yayımlanan "Teşkilat" serialında gözlənilməz ayrılıq yaşanacaq. Axşam.az xəbər verir ki, ekran işinə baş rolu canlandıran Murad Yıldırım vida edəcək. Qeyd edək ki, ekran işi 11-ci bölümdə mövsüm finalı edəcək

05.05.2024 317
.

3 uşaq anası Aysel Teymurzadə gözəlliyi ilə HEYRAN ETDİ - YENİ FOTO

"Avroviziya" təmsilçilərimizdən olan Aysel Adıgözəlzadə (Teymurzadə) sosial mediada paylaşım edib. xəbər verir ki, ifaçı yeni fotosunu instaqram hesabında paylaşıb. Fotoya çoxsaylı təriflər yazıblar. Qeyd edək ki, Aysel Xalq artisti Murad Adıgözəlzadə ilə ailəlidir. Cütlüyün üç övladı var

04.05.2024 3993
.

"Qazaxa gedə bilmirəm"

Əməkdar artist Xumar Qədimova açıqlaması ilə diqqət çəkib. OLAY yazır ki, sənətçi bu barədə "Rəngarəng səhər" verilişində danışıb. O bildirib ki, son illər doğulduğu Qazax rayonuna gedə bilmir:. "Qazaxda doğulmuşam. Qazaxımı dana bilmərəm. Mənim üçün həm sevinc, həm kədərdir. Son illə

06.05.2024 1151
.

"Bahar" serialına yeni aktrisa gəlir- FOTO

"Bahar" serialına yeni daxil olacaq aktrisanın adı açıqlanıb. xəbər verir ki, 12-ci bölümə aktrisa Yasemin Kay Allen daxil olacaq. O, azad ruhlu və iş dünyasında cəsur addımları ilə tanınan "Dora Ersoy" rolunu canlandıracaq

06.05.2024 427