Türk kinosunun sultanı – Türkan Şorayın azərbaycanlı babaları

Türk kinosunun sultanı – Türkan Şorayın azərbaycanlı babalarıTeleqraf.com-un "Tanımadığımız azərbaycanlılar" rubrikasında dünyaca məşhur olan, amma azərbaycanlı olduğunu çox az adamın bildiyi, çoxumuzun isə heç bilmədiyi şəxsiyyətlər haqda məlumatlar təqdim edilir.

Haqqında internet vasitəsilə məlumat əldə etdiyimiz şəxs türk kinosunun ən məşhur simalarından biridir. Türkan Şoraydan bəhs edirik.

Türkan Şoray – aktrisa, ssenarist və rejissor.

Kino karyerası 1960-cı illərdə başlayan Türkan Şoray ilk mükafatını - "Altın Portakal"ı 1964-cü ildə rol aldığı "Acı hayat" filmi ilə qazanıb. "Ən yaxşı aktrisa" nominasiyasında...

Ümumilikdə 222 filmdə rol alan Türkan Şoray dünyanın ən çox filmə çəkilən aktrisasıdır. 2010-cu ildə UNICEF-in xoşməramlı səfiri seçilib. Ayrıca, Şorayın adı verildiyi bir orta məktəb də var.

Hülya Koçigid, Filiz Akın və Fatma Giriklə birlikdə türk kinosunun bir dönəminə öz möhürünü vurmuş dörd aktrisadan biri kimi qəbul edilir. Bu "dördlük" içində rejissor fəaliyyəti olan yeganə qadın oyunçu da, Türkan Şoraydır. O, "Dönüş", "Bodrum hakimi", "Azap", "Uzaklarda arama" və "Yılanı öldürseler" kimi filmlərin rejissorudur.

Türkan Şoray iki il əvvəl bir müsahibəsində yaxşı ssenari təklifləri almadığı üçün karyerasına son qoyduğunu açıqlayıb.

Naxçıvanlı, yoxsa çərkəz?

"Türk kinosunun Sultanı" ünvanını daşıyan aktrisa 1945-ci il iyunun 28-də İstanbulda doğulub. O, bir məmur ailəsinin ilk övladı idi. Bioqrafiyasında atası çərkəz əsilli yazılsa da, Türkan Şoray müsahibələrdən birində ata tərəfdən azərbaycanlı (Naxçıvan) olduğunu demişdi. İndiyədək bunu dilə gətirən yeganə mənbə də, onun özüdür. Anası isə Salonikidəndir.

Fatih Qız Liseyinin məzunu olan Türkan kino səhnəsinə ilk addımlarını anası Meliha Şorayın dəstəyi ilə atıb. 1962-ci ildə "Qalatasaray" futbol klubunun keçmiş prezidenti Rüçhan Adlı ilə 20 il eşq həyatı yaşayıb. Bu müddət ərzində bir neçə dəfə ayrılıb-barışan cütlük sonda Rüçhan Adlının həyat yoldaşından boşanmaması səbəbindən yollarını birdəfəlik ayırıb. Türkan Şoray 1995-ci ilin avqust ayında xəstəxanaya aparılan Adlını son anadək yalnız qoymadı. Teatr aktyoru Cihan Ünalla evlənən Türkanın bu izdivacı uzun çəkmir. 1987-ci ildə boşanan cütlüyün Yağmur adlı bir qızları olur.

Təsadüfün ən yaxşısı

Türk Şorayın kino ilə ilk tanışlığı liseydə oxuduğu illərə təsadüf edir. Həmin illərdə rəfiqəsi və gələcək aktrisa Emel Yıldızla bir filmin çəkilişinə baxmaq üçün gedən Türkan Şoray Türker İnanoğlunun istəyi ilə "Yeşilçam"a ilk addımını atır. Kino karyerasının başlanğıcı anlamına gələn "Köyde bir kız sevdim" (1960) filmində Baki Tamerlə baş rolda oynayır.

1964-cü ildə ona "Altın Portakal" mükafatını qazandıran "Acı hayat" filmi kino karyerasında yüksəliş üçün böyük bir pillə oldu. Aktrisaya ikinci "Altın Portakal"ı qazandıran isə 1968-ci ildə çəkildiyi "Vesikalı yarim" filmi olur.

Sevginin beləsi...

O dönəmlərdə tamaşaçılar Türkan Şorayı o qədər sevirdilər ki, hətta bir çox filmdə rol almamasına baxmayaraq, çəkilən yeni filmlərin afişalarında onun adı və rəsmləri yer alırdı. Film şirkətləri bunu tamaşaçını aldatmaqla, daha çox pul qazanmaq üçün edirdilər.

Şorayın maraqlı kino təcrübələrindən biri də, "Ganahkar kadın" adlı filmdə üzünə vurulan gerçək sillədir.

Türkan Şoray 1990-cı illərdə televiziya seriallarında da görünməyə başlayır. Bunlar arasında ən populyarları Şənərlə Şənlə birlikdə çəkildiyi "İkinci bahar" və Haluk Bilginərlə rol aldığı "Tatlı hayat"dır.

Türkan Şoray Azərbaycan haqda

Əlbəttə Türkan Şoray Azərbaycan tamaşaçısının da sevimlisidir. Həm gənc, həm də öz dönəminin nəsli arasında onun kifayət qədər pərəstişkarı var. Elə onun özü də Azərbaycan və onun tamaşaçısı haqda ağız dolusu danışır.

İki il əvvəl Bakıya gəlişində tamaşaçılarımızın yaddaşında bu sözlərlə qaldı:

"Ata tərəfdən əslim Naxçıvandandır. Azərbaycanlılar və türklər qardaş və bacıdırlar, bizim eyni kökümüz, dilimiz və dinimiz var. Azərbaycana olan sonsuz sevgimi sözlərlə ifadə edə bilmirəm".

Ölkəsinə qayıtdıqdan sonra Azərbaycan haqda qələmə aldığı böyük bir məqaləsində isə bu ifadələrə yer vermişdi:

"Azərbaycanda üç gün boyunca yaşadığım gözəlliklər məni bu yazını qələmə almağa təşviq etdi. "Kino və mən" adlı kitabımda 1970-ci ildəki Bakı səyahətim haqda, "Qardaş ölkə Azərbaycanda çox sevildiyimi bilirəm. Mən də azəri qardaşlarımı çox sevirəm. İlk fürsətdə gedib azəri qardaşlarımla qucaqlaşmaq istəyirəm", yazmışdım. Demək, nə qədər içdən arzu etmişəm ki, qarşıma bir anda Azərbaycana səyahət çıxdı.

Azərbaycanda üç gün boyunca unuda bilməyəcəyim anlar yaşadım. Qardaş ölkədə kəlimələrlə izah edə bilmədiyim sevgi seli ilə qucaqlandım, bu məni duyğulandırdı. Uşaqlar, gənc qızlar – insanlar gördükləri yerdə göz yaşları ilə mənə sarılırdılar. Bunun səbənini danışdılar. Azərbaycan Dövlət Televiziyası 1990-cı illərdə Qarabaş savaşı vaxtı – azadlıq mübarizəsi apardıqları dönəmlərdə xalqı yüksək əhval-ruhiyyədə saxlamaq üçün dəfələrlə "Arım, balım, peteğim" filmimi dəfələrlə nümayiş etdirib".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 3937   Tarix: 18 may 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Əfqan ulduz ölkədən qaçmasından danışdı: başımdan vur, amma...

Əfqanıstanda qadın hüquqlarını müdafiə etdiyi üçün və geyimləri ilə bağlı radikal şəxslərin qəzəbinə tuş gələn 36 yaşlı pop ulduz Aryana Səid "Taliban" hakimiyyəti ələ keçirdikdən sonra paytaxt Kabildən İstanbula necə qaçdığını danışıb. Müğənninin avqustun 15-də "Taliban" Kabilə daxi

12.09.2021 1875
.

Bu köpəkbalığı donuza oxşayır - FOTO

İtaliyanın Elba adasında üzdən donuza bənzəyən qeyri-adi köpəkbalığı tutulub. BİG.AZ xəbər verir ki, bu barədə "Daily Mirror" yazır. "Donuz-kopəkbalığı" kimi tanınan və nəsli kəsilmək üzrə olan bu balıq Qımızı Kitaba salınıb. Yerli okeanariumun əməkdaşı Yuri Tibertonun sözlərinə görə

10.09.2021 1424
.

Cəmi 2 kilo kökəldiyi üçün işini itirdi - FOTOLAR

"Emirates Airline" şirkətində 3 ilə yaxın stüardessa işləyən Duyqu Karaman cəmi 2 kilo kökəldiyi üçün işdən çıxmalı olub. BİG.AZ xəbər verir ki, bu barədə "Mirror" yazır. Belə ki, iş yoldaşlarından biri onun çox "iri" olduğunu bildirərək rəhbərliyə şikayət edib. Şikayətdə

11.09.2021 2925
.

Nərimanov rayon Montin qəsəbəsində tam təmirli mənzil satılır!

TƏCİLİ ŞƏXSİ ƏMLAKIMI SATIRAM !Nərimanov rayonu Montin qəsəbəsi, Murtuza Nağıyev küçəsində yeni tikili 16 mərtəbəli binanın 6-cı mərtəbəsində yerləşir. Tikili sahəsi 52 kv.m olan mənzil yataq otağı, zal+studio mətbəx, sanitar qovşaq, dəhliz və iki eyvandan ibarətdir. Qaz, su, işıq daimidir. İstilik sistem

15.09.2021 1181
.

Bu üçəmlər "TikTok"da səs salıb, amma oğlanlar... - FOTO-VİDEO

İngiltərənin Qreyvzend şəhərindən olan 18 yaşlı Şerena, Keyli və Eliza Terri üçəmləri aktiv "TikTok" istifadəçiləridirlər. BİG.AZ xəbər verir ki, onlar barədə "Daily Mirror" yazır. Qızlar əks cinslə münsibətlərindən danışarkən bildiriblər ki, oğlanlar çox vaxt bacıların gözəlliyin

16.09.2021 3201
.

Bakıda dördəm doğulub - VİDEO

Bakıda dördəm doğulub. -ın xəbərinə görə, uşaqlardan 3-ü oğlan 1140 qr., 1350 qr., 1230 qr, biri qızdır 1120 qr. Zaqatala rayon sakinləri olan 30 yaşlı Ülviyyə Sofiyeva və 32 yaşlı Huseynbala Sofiyevin ailəsində dünyaya gələn uşaqlar onların ilk övladlarıdır. Qeysəriyyə əməliyyatı ilə doğulan uşaqları

15.09.2021 942
.

Yatağına ilan girən kişinin qorxu dolu anları - VİDEO

Hindistanda az qala faciə ilə nəticələnəcək hadisənin görüntüləri yayılıb. Kadrlar Racastanda, Bansvar məbədində qeydə alınıb. -a istinadən xəbər verir ki, videodan göründüyü kimi, kobra ilanı yerdə yatan insana tərəf sürünür. Sonra o, odeyalın altına girir. Bu vaxt kişi qəfil ayılaraq yerindən sıçrayır

10.09.2021 1704
.

Peyvənd olunana pulsuz dönər təklifi

Almaniyada türk əsilli iş adamı insanaları koronavirus əleyhinə vaksinasiyaya təşviq etmək məqsədilə maraqlı təşəbbüs göstərib. -a istinadən xəbər verir ki, Berlindəki "Kaplan Dönər"in sahibi Rəmzi Kaplan peyvənd olunan hər kəsə ona aid restoran və kafelər şəbəkəsində pulsuz dönər ikram ediləcəyin

16.09.2021 1185
.

Bu şəxslərə soğan yemək olmaz

Soğan sağlamlıq problemlərinin siyahısını genişləndirə bilər. Diyetoloq, Kanada Diyetoloqlar Birliyinin üzvü Nataliya Nefedova bu barədə danışıb. O bildirib ki, soğan xüsusilə mədə-bağırsaq traktının işinin pozulmasına səbəb ola bilər. N.Nefedova "Sputnik" radiosuna verdiyi müsahibədə qey

12.09.2021 2801