Kim olduğumu, nə istədiyimi necə müəyyənləşdirim?

Kim olduğumu, nə istədiyimi necə müəyyənləşdirim?Çox tez-tez qarşılaşdığım belə bir problem var. İnsanlıq olaraq özümüzü tanıma prosesində çox çətinliklər yaşayırıq. Bəzən elə olur ki, biri bizə "sən kimsən?" ya da "bu həyatdan nə istəyirsən?" deyə sual verəndə donub qalırıq. Cavab tapa bilmirik. Çünki cavablar barədə əvvəllər də düşünməmiş və həyatı sadəcə mövcud olaraq yaşamışıq. Bu səbəbdən, yaşadığımız həyatdan gileylənərək, kədərlərin sevincdən, narazılıqların isə minnətdarlıqdan çox olduğu bir ömür yaşamışıq, yaşamaq üzrəyik. Bu da, öz növbəsində, bizi depresiyayaya düşürür, uğursuz və əhəmiyyətsiz olduğumuza inandırır.

Əslində özünə inamla bağlı problemlər də bundan qaynaqlanır. Bu yazını həmin insanlara köməkçi ola bilmək adına hazırladım. Əgər siz də bu mövzuda özünüzü çarəsiz hiss edirsinizsə, buyurub, faydalana bilərsiniz.

İlk əvvəl anlamalı və qəbul etməliyik ki, özünü tanımaq bir anda baş verən proses deyil. İnsan olaraq çox sirli və möcüzəli varlıqlarıq. Həyata qarşı nə baxışlarımız, nə düşüncələrimiz, nə də hisslərimiz daimi deyil. Bəzən elə hadisələr yaşayırıq, elə faktlarla qarşılaşa bilirik ki, illərlə ağ dediyimizə qara deməyə başlayırıq. Həyatlarımızı müəyyən qəliblərlə yaşayırıq, lakin heç bir qəlib sonsuzadək qalıcı qüvvəyə malik deyil. Olmamalıdır da. Bu qədər çox dəyişən, yeniləşən dünyada eyni qalmaq mənasız, hətta cahillik olardı. Odur ki, ümid var. Heç nə üçün tələsməyə dəyməz.

Bu qısa girişdən sonra əsas məsələyə keçə bilərik.

Özümüzü tanımaq üçün özümüzdən soruşmalı olduğumuz 3 sual:

1. "Mən kiməm?" deyə özümə sual verəndə verdiyim cavablarım nələr olur? Xüsusilə ilk cavabım. Özümü kim olaraq görürəm?

Bu sualın əsl cavabı bu gününlə bağlıdır. Yəni, dünən mən "şairə" idimsə və bu gün bu fəaliyyətlə məşğul olmuramsa, mən kiməm sualına şairəyəm demək düzgün deyil. Eynilə gələcəkdə mən əgər vəkil olmaq istəyirəmsə, amma bu gün bu işlə məşğul olmuramsa, mən gələcəyin "vəkiliyəm" şəklində də özünü tanıtmaq səhv olar. Dünənin qayıtmayacağından əmin olduğumuz kimi, gələcəyin gəlişindən əmin ola bilmirik. Gələcək bir fərziyyədir. Bu gün isə reallıq. Bizim bu günümüz var. Yaşamaq üçün, yaratmaq üçün, nələrisə dəyişdirmək, nələrisə başlatmaq üçün yalnız və yalnız bu günümüz var. Odur ki, biri bizə "Sən kimsən?" sualını versə, cavabımız da bu günlə bağlı olmalıdır. Məsələn, bu gün mən İnsan Resursları mütəxəssisiyəm. Eyni zamanda, bu gün mən bloggerəm. Bunlar faktdır. Realdır. Mənim bu günümdür. Əgər bunlardan məmnun olmasam, dəyişdirə bilməyim üçün fərqindəliyimdir. Bu gün mənim əlimdə olanlar bunlardır. Bəs sizdə, əziz oxucular? Bu gün siz kimsiniz?

2. Başqa insanların məni kim kimi tanımasını istərdim?

Bu suala isə cavablar müxtəlif və çox ola bilər. Başqa insanların məni və ya sizi nə kimi, kim kimi tanımasını müəyyənləşdirmək üçün bu həyatdan nə istədiyimizi, hansı bilik və bacarıqlara sahib olmaq, hansı sahələrdə nələr etmək, hansı məşğuliyyətlərə vaxt ayırmaq istədiyimizi, qısaca bu həyatla nə etmək istədiyimizi bilməliyik. Bunları bilmək bizə istiqamət verəcək. Həmin istiqamət isə bizə atacağımız addımları izləməyə, getdiyimiz yolu aydınlatmağa köməkçi olacaq. Beləcə, öz xəyallarımızın, arzularımızın ardınca getdiyimiz yolumuzda insanlar da bizi olduğumuz kimi görəcək, etdiklərimizlə tanıyacaq. Bunun üçün insanlara, "Baxın, mən filankəsəm" deməyə ehtiyac yoxdur. Atdığımız addımlar, verdiyimiz qərarlar, izlədiyimiz yollar onsuz da bizim kimliyimizin əyani göstəricisidir. Bizə lazım olan isə istəklərimizi müəyyənləşdirib, o yolda irəliləməkdir.

3. Bu dünyaya xeyir vermək, insanların həyatına toxunmaq istəsəm, bunu hansı sahədə və necə edərdim?

Və möhtəşəm final! Bəşər övladının ən təbii ehtiyacı əhəmiyyətli olmaq, lazımlı olmaq, birilərinin həyatına yaxşı mənada təsir edə bilmək hissidir. Fikir vermisizsə, insanın özünə inamsızlığının təməlində də bu amilin yoxluğu durur. İnsan həqiqətən əhəmiyyətli işlərlə məşğul olmayanda, bu dünyaya necəsə fayda verdiyini, fərqlilik, yenilik gətirdiyini, hansısa problemi həll edə bildiyini görməyəndə özünü lazımsız, əhəmiyyətsiz, dəyərsiz insan kim görür. Beləcə, özünə inamını zədələyir, həyat eşqi solub gedir, heç nədə məna görməməyə başlayır. Fəqət, insan hansı sahəyə (məsələn: təhsil, sağlamlıq, incəsənət, musiqi, ətraf mühit, idman, moda və s.) marağının olduğunu biləndə, həmin sahədəki əskik tərəflərə ya da yeniliklərə fokuslanır. Beləcə, özü üçün bir missiya müəyyənləşdirib, müəyyən problemin həllini, ya da yeni nələrinsə kəşfini əqidəyə çevirir. Həyatını həmin sahəyə adayaraq, insanları maraq dairəsini əhatə edən və daim öz biliklərini yenilədiyi sahədə, istiqamətləndirməyə, köməkçi olmağa başlayır. Əslində bu sahə seçimi də çox vacibdir, çünki kimliyimizin və dəyərlərimizin bariz nümayişçisidir. Həqiqətən yaxşı olduğumuz və özümüzü daha çox inkişaf etdirməyə meyilli olduğumuz sahə bizim əslində bu həyatda ən çox nəyə dəyər verdiyimizi, nəyi sevdiyimizi, nədə yaxşı olduğumuzu və s. göstərir. Hansı sahədə dəyişiklik etmək, fayda vermək istədiyini bilən və niyəsini də görən insan, necəni asanlıqla müəyyənləşdirir. Çünki beyin problemə deyil, problemin həllinə fokuslanır.

Suallar haqqında vurğulamaq istədiklərim bunlar idi. İndi isə çox qısa şəkildə dəyərlərdən danışmaq istərdim. Fikir verdinizsə, yuxarıda: "Həyata qarşı nə baxışlarımız, nə düşüncələrimiz, nə də hisslərimiz daimi deyil" cümləsini işlətdim. Bu fikrimin sonuna qədər arxasındayam. Amma burda belə bir sual ortaya çıxır. Bəs əgər həyata baxışımız dəyişə bilirsə, bizi biz edən, bizdə qalıcı olan səciyyəvi xüsusiyyətlərimiz nələrdir?

Cavab: dəyərlərimiz.

Qalıcı olan dəyərlərimizdir. Dəyərlərimiz isə bir növ kimliyimizdir.

Yuxarıda qeyd etdiyim suallar üzərində düşünün, əminəm ki, kifayət qədər vaxt ayırıb, bütünlüklə diqqətinizi həmin suallara cavab tapmağa yönəltsəniz, cavablar özləri sizə gələcək. Bax onda həyat həqiqətən dəyişərək, mənalı olcaq və insan olaraq müəyyən bir qayə ilə yaşamağın gətirdiyi daxili ehtirasla yoluna daha sağlam, daha mənalı, daha güclü, daha əzmli davam edəcəksiniz. Sabah gec ola bilər, bu gündən başlayın...

Xəyallarınıza gedən yolda balaca da olsa, köməyim dəyərsə, mən də sizin həyatınızdakı o balaca roluma görə özümü çox xoşbəxt hiss edərəm.

Bu günümüzü fərqindəliklə yaşamağın adına...

Şahanə Dostəliyeva


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 1173   Tarix: 11 may 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Təhlükəli asteroid Yerə yaxınlaşır

"Apofis" asteroidi Yerə potensial təhlükəli yaxınlaşması ilə dünya tədqiqatçılarının və alimlərinin diqqətini cəlb edir. -ın xarci mediaya istinadla xəbərinə görə, Qədim Misirin məhv tanrısı Apofisin adını daşıyan bu nəhəng kosmik obyekt cəmi 31 min kilometr məsafədən keçəcək. Mütəxəssislə

12.05.2024 365
.

Bu ölkədə yenidən doğulmaq qadağan edildi - Məzəli rəsmi qərar

Çində yenidən anadan olmaq qadağan olunub. Qanun bu günlərdə ölkə konstitusiyasına əlavə edilib. -ın xarici mediaya istinadən xəbərinə görə, Çində ərizə verib öncədən xəbərdarlıq edilmədən yenidən dünyaya gəlmək rəsmən qadağan edilib. Məzəli görünsə də, bu qayda çinlilərin reankarnasiyaya dərin inanc

09.05.2024 589
.

"Google Chrome" istifadəçilərinə təcili xəbərdarlıq

"Google" anonim informasiya təhlükəsizliyi eksperti tərəfindən aşkar edilmiş CVE-2024-4671 boşluğunu aradan qaldıran "Chrome" brauzeri üçün təhlükəsizlik yeniləməsini buraxıb. Məlumata görə, hakerlər bu boşluqdan fəal şəkildə istifadə edirlər. Boşluğun təcavüzkarlar tərəfindən nec

12.05.2024 495
.

Bakı metrosu vaqonlar üçün təkərlər alır - MƏBLƏĞ

"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti metro vaqonları üçün təkər cütləri alır. İqtisadiyyat.az xəbər verir ki, yeni təkər cütləri "81-717/714" seriyalı metro vaqonları üçün nəzərdə tutulub. Sifarişi "Oktyabrskiy Elektrovaqonoremontnıy Zavod" SC həyata keçirəcək

11.05.2024 269
.

Android 15 yeniləməsi ilk olaraq hansı telefonlara gələcək?

"Google"un əməliyyat sisteminin yeni versiyası olan Android 15-in 2024-cü ildə buraxılacağı gözlənilir. xarici mediaya istinadən xəbər verir ki, yenilənməni ilk alacaq cihazların siyahısını təqdim edib. Həmişəki kimi "Google Pixel" cihazları təkmilləşdirməni ilk alanlar olacaq. Anca

05.05.2024 591
.

"X"in məhkəmədə uduzması tədqiqat üçün böyük qələbə adlandırıldı

Əvvəllər "Twitter" kimi tanınan "X" sosial şəbəkəsi "Bright Data"nın ictimaiyyətə açıq istifadəçi məlumatlarını toplamasının qarşısını ala bilməyib. Məhkəmə sosial şəbəkənin "Bright Data"ya qarşı qaldırdığı iddianı rədd edib. "X"in vəkilləri qarşı tərəf

12.05.2024 272
.

Heç nə oxumadan imtahanda qiymət almağın asan, amma qanunsuz yolu - VİDEO

Ölçüsü cəmi bir neçə millimetrdir. Qulağın içinə qoyulur, ətrafdan isə görünmür. Söhbət mikroqulaqlıqlardan gedir. Son dövrlərdə bu cür qulaqlıqlara maraq artıb. Bu cihazları sosial şəbəkə səhifələrindən satın almaq və ya müəyyən məbləğ qarşılığında icarəyə götürmək mümkündür. Qiymətləri isə 60-260 mana

12.05.2024 746
.

Yuxusuz yaşaya bilən 10 heyvan: Bu necə mümkündür?

Bəzi heyvanların hər zaman aktiv olan beyinlərə sahib olduğunu, bəzilərinin isə ənənəvi "yuxu" mənasında aylarla yatmadığını bildikdə təəccüblənəcəksiniz. Təbiət dünyası bizi demək olar ki, hər gün öz sirləri və tapmacaları ilə təəccübləndirir, bəşəriyyət onların əksəriyyətinə hələ də cava

18.05.2024 213
.

Dələduzlar professoru da bu üsulla aldatdılar

Rusiyanın Sankt-Peterburq şəhərində professora qarşı dələduzluq edilib. yerli KİV-ə istinadla bildirir ki, mayın əvvəlində özünü bankın təhlükəsizlik işçisi kimi təqdim edən naməlum şəxs Sankt-Peterburq Dövlət Universitetinin 73 yaşlı müəllimi, filologiya elmləri doktoruna zəng edib. Dələduz bəzi cinayətkarları

11.05.2024 276